“Multikulturalizmin
alternativi yoxdur”
Mübariz Qurbanlı: “Azərbaycandakı multikultural
mühitin kökündə
Azərbaycan xalqının
mentaliteti və tərbiyəsi dayanır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış
məktəbi"nin tələbələri ilə
görüş keçirilib.
Komitənin sədri Mübariz
Qurbanlı bildirib ki, görüşdə müxtəlif ölkələrdən
nümayəndələr, tələbələr
və elm xadimləri iştirak edir: “Əminəm ki, onlar Azərbaycan haqqında kifayət qədər məlumat əldə ediblər. Sevinirəm ki, iştirakçılar Azərbaycan
haqqında məlumatla
artıq əyani olaraq tanış
olurlar. Multikulturalizm Mərkəzinə təşəkkür edirəm
ki, bu cür
məktəb təşkil
edib. Dünyada multikulturalizmin alternativi
yoxdur”.
Mübariz Qurbanlı əlavə
edib ki, dünyanın 30 ölkəsində
milli və etnik zəmində münaqişələrdə insanlar
ölür: “On beş
il ərzində bu müharibələrdə
ölənlərin sayı
2,5 milyona çatıb. Bu münaqişələr
zamanı ən azı 50 milyon insan yaşadığı
yerdən qaçmağa
məcbur olub. Ermənistanın Azərbaycana qarşı
apardığı müharibə
nəticəsində 1 milyon
Azərbaycan vətəndaşı
yurd-yuvasından didərgin
düşüb. BMT 10
aparıcı problem müəyyənləşdirib.
Bunların həlli üçün
bəşəriyyətin dil
tapması və onu həll etməsi
lazımdır. Bunu həll
etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir”.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda uşağa tərbiyə verərkən ona nifrət etmək öyrədilmir: "Burada dövlətin siyasəti də mühüm rol oynayır. Bakıda iki böyük sinaqoq var və onları dövlət tikib. Bakıda böyük katolik kilsəsinin dövlət tikib, icmaya verib. Hər il qeyri-islam icmalarına yarım milyon dollar vəsait ayırırıq. Bundan başqa məscidlər sinaqoqlar kilsələr elektrik enerjisindən güzəştlər alır”.
Komitə sədrinin qənaətinə görə,
Azərbaycandakı multikultural mühitin kökündə Azərbaycan
xalqının mentaliteti və tərbiyəsi
dayanır: “Bizdə sünni və şiələr
arasında toqquşma yoxdur.
Heydər Məscidində sünnilərlə şiələr
vəhdət namazı qılırlar. Məsələn,
Bakıda katolik keşişi
ilə pravoslav keşişi
də bir yerdə oturur”.
Xalq Cəbhəsi.- 2016.- 10 fevral.-
S.5