“Qars müqaviləsinin
şərti belədir”
Tarixçi alim Vaqif
Abışov:”Tərəflərin razılığı
olmadan müqavilə ləğv edilə bilməz”
Rusiya Türkiyə münasibətləri gərgin olaraq
qalır. Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyənin
hava məkanları yenidən pozuldu. Rusiya
müxtəlif vasitələrdən istifadə edərək
Türkiyəyə təzyiqlərini daha da genişəndirmək
istəyir. Son zamanlar səsələndiriən
fikirlərdən biri də Qars müqaviləsinin ləğv
edilməsi məsələsinin gündəmə gətirilməsidir.
Bunun nə qədər real olub-olmaması və
digər məsələlərlə bağlı Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil
məsələləri üzrə katibi, tarixçi alim Vaqif
Abışovla söhbətləşdik.
-Son
günlər Rusiya Türkiyə münasibətlərində
yaranmış soyuqluq, iki dövlət arasında münasibətlərin
kəskinləşməsi və ya bunu kənar qüvvələrin,
eləcə də Rusiyanın bilərəkdən
qızışdırması prosesi gedir. Qars
müqaviləsi məsələsinə qədər belə
bir durum var idi. Onsuz da Rusiya Türkiyə
münasibətlərində gərginlik davam edirdi və bu gərginlik
getdikcə artırdı. Rusiya
“bütün cəbhə” boyu Türkiyə üzərinə
hücuma keçmişdi, hərbi hücümdan savayı.
Bəlkə imkan əldə etsəydi,
Türkiyənin gücü və onu dəstəkləyən
qüvvələr olmasaydı Rusiya şovinist siyasətini həyata
keçirəcəkdi. Lakin nəzərə
almaq lazımdır ki, Türkiyə də güclü,
böyük dövlətçilik ənənənləri
olan bir dövlətdir.
Mən bunu Rusiyanın Türkiyəyə qarşı
növbəti bir təxribatı hesab edirəm. Qars müqaviləsinin
imzalanmasının ildönümü oktyabrın 13-nə təsadüf
edəcək. Mən deyərdim ki, bu
cür təxribat xarakterli addımlar Qars müqaviləsi ilə
bitməyə də bilər. Rusiyanın
dövlət “mətbəx”ində Türkiyəyə
qarşı yeni təxribatların hazırlanması istisna
deyil.
Bu addım Rusiyanın Türkiyəyə təzyiqinin ikinci
mərhələsidir. Bu tipli addımlar müəyyən mənada
Azərbaycana da təsir edir. Ola bilər
ki, növbəti mərhələdə Rusiya
üçüncü və ya dördüncü təxribat
xarakterli addımlar atsın.
-Qars
müqaviləsini detalları nədən ibarətdir, Azərbaycan
hansı məsələyə görə zərər çəkə
bilər?
- Qars
müqaviləsi 1921-ci il oktyabrın 13-də
Moskva müqaviləsinin möhkəmləndirilməsi ilə
bağlı çağırılmış növbəti
konfransda bağlandı. 1921-ci il martın
16-da Moskvada Türkiyə Böyük Millət Məclisi və
RSFSR tərəfindən Moskva müqaviləsi imzalandı. Həmin illərdə həm Rusiya, həm də
Türkiyədə çox gərgin bir vəziyyət var idi.
Rusiyada vətəndaş müharibəsi yenicə
başa çatmışdı, hər yerdə
dağıntı, aclıq səfalət hökm
sürürdü. Həm də I dünya
müharibəsində Rusiyaya böyük zərbə dəymişdi.
Yəni o zaman Rusiya Türkiyənin ala
gözünə aşiq olmamışdı. Həmin dövrdə sovet Rusiyası Atatürk
Türkiyəsi ilə yaxınlaşmağa
çalışırdı. Eyni zamanda,
Türkiyəyə də Rusiya kimi müttəfiq lazım idi.
Yəni bu müqavilələr elə belə
başa gəlməmişdi. Əgər bu
müqavilə birtərəfli maraqlara xidmət etsəydi o
zaman bu baş tuta bilməzdi. Hər iki tərəf
buna ehtiyac duyurdu. Bu müqaviləyə qədər
olan yola baxsaq görərik ki, o zaman Türkiyə ilə
Rusiya arasında səmimi dostluq müansibəti vardı.
Bu da əvvəlcə Moskva, daha sonra isə Qars
müqaviləsinə gətirib çıxartdı. Onu da nəzərinizə çatdırm ki, bu
müqavilənin ana xətti Naxçıvanla bağlı
olmuşdur. Həmin illərdə ermənilər
Naxçıvana tez-tez hücum edir, dinc müsəlmanları
qətlə yetirir, onların əmlakını qarət
edirdi. Türkiyənin Azərbaycanla yeganə
quru əlaqəsi təkcə Naxçıvan vasitəsi ilə
mümkün idi. Ona görə də
Türkiyə Naxçıvan məsləsinbdə çox qətiyyətli
idi. O zaman Rusiyanı Türkiyə ilə müttəfiqlik
məsələsi daha çox maraqlandırırdı.
Moskva
müqaviləsi iki tərəf arasında
imzalanmışdırsa, Qars müqaviləsində
Zaqafqaziyanın üç dövləti, yəni Azərbaycan,
Ermənistan və Gürcüstan sovet sosialist
respublikalarının, Türkiyə Böyük Millət Məclisi
və Sovet Rusiyasının nümayədələri
iştirak etmişdir.
Moskva müqaviləsinin davamı olaraq Qars müqaviləsi
Naxçıvan məsələsinin birdəfəlik həlli
üçün nöqtə oldu.
-Müqavilənin
ləğv edilmə ehtimalı varmı?
-Bu
müqavilə Rusiya ilə Türkiyə arasında
bağlansaydı bəlkə də ləğv oluna bilərdi.
Ancaq burada başqa tərəflər də var
axı.
- Tərəflərdən
hər hansı biri prosesdə iştirak etməsə onda
müqavilə ləğv oluna bilməz...
- Şübhəsiz, müqavilənin şərti belədir. Tərəflərin
razılığı olmadan müqavilə ləğv edilə
bilməz. İkinci bir tərəfdən
etiraf edək ki, dünya həmin dünya və Rusiya da həmin
Rusiya deyil. Bu gün Rusiyanın öz
durumu da çətindir və digər tərəfdən bunu
daha da ağırlaşdırmaq elə Moskvanın özü
üçün pis nəticələr verə bilər.
Baxmayaraq ki, Rusiya Dövlət Dumasının bəzi
şovinist millətçi deputatları aqresisv
çıxışlar da edirlər.
- Rusiya təyyarəsi
vurulandan sonra yenidən Türkiyənin hava sərhədləri
pozuldu. Rusiya Ukrayna ilə düşməndir və
bu məsələyə görə, Avropa İttifaqı ciddi
sanksiyalar tətbiq edir. Amerika ilə
Rusiyanın münasibətləri hər kəsə
aydındır, digər tərəfdən Rusiya Suriyada da
maliyyə və hərbi resurslarını xərcləyir.
Bölgə ölkələri ilə də
münasibətlər istənilən səviyyədə deyil.
Belə olan halda Rusiya Türkiyə ilə
münasibətləri nəyə görə qəlizləşdirmək,
dalana dirəmək istəyir, bunun pərdəarxası məqamları
nədən ibarətdir?
-Tarixdə
buna bənzər istənilən qədər misal gətirmık
olar. Rusiya və ya hər hansı bir dövlət
daim düşmən əhatəsində yaşaya bilməz.
Rusiyanın düşməni siyahısına
Moldova, Gürcüstanı və Ukraynanı da əlavə
etmək olar. Bizim gördüklərimizdən,
oxuduqlarımızdan belə nəticə çıxır
ki, Rusiya yaxın uzaq dövlətlərin hamısı ilə
pis münasibətdədir. MDB məkanında
bir çox dövlətlərdə də daxili problemlər
yaradıb. Hələ Rusiyanın daxili
etnik problemlərini demirəm. Rusiya hələ
də ekispansionist şovinist siyasətindən əl çəkmir.
Öz maliyyə gücünə deyil, hərbi
gücünə arxalanaraq Yaxın Şərqdə və ya
bölgədə güc rolunu oynaya bilən dövlət kimi
görünmək istəyir. Amma bunun
üçün hərbi güc yetərli deyil. Kosmosa gedən, atom bombası olan SSRİ iqtisadi
gücsüzlüyünə görə çökdü.
Bu gün, əgər belə demək
mümkünsə, Qərb dövlətləri, o cümlədən
ABŞ Rusiyanı iqtisadi blokadaya alıblar.
-Onda belə
çıxır ki eyni proses davam edir, Rusiya SSRİ-nin taleyini
yaşaya bilər...
-Bəli,
tamamilə doğrudur. Rusiya sanki son
gücünü toplayır ki, Yaxın Şərqdə olan
proseslərə təsir edərək dünyada nüfuzunu
qoruyub saxlaya bilsin. Amma bunun baş
tutacağı inandırıcı deyil. Buna
qədərki proseslərin heç birinə Rusiya təsir edə
bilmədi. İndi Suriya üçün
canfəşanlıq etmək Rusiyanın olan-qalan nüfuzunun
qorunması planının tərkib hissəsidir. Suriya məsələsində Türkiyə
Rusiyanın siyasətinə qarşıdır. Buna görə də Rusiya Türkiyəyə
qarşı təzyiqlərini daha da kəskinləşdirmək
istəyir. Amma təsir əks təsirə
bərabərdir. O üzdən Türkiyəyə
qarşı təsirin nəticəsi olmayacaq. Düzdür
bu məsələdə Azərbaycan da ziyan görə bilər.
Bu gün ermənilərin Rusiyanın xarici siyasətinə
təsir etmək imkanları vardır. Rusiyanın
özündə də odun üstünə yağ
tökmək istəyənlər az deyil.
-Yeri gəlmişkən,
Tükiyədə baş tutan Dünya Turizm Forumunda Azərbaycana
qarşı təxribat baş verdi. Amma bu Türkiyə mediasının Azərbaycana
qarşı birinci təxribatı deyil. Məsələnin
kökündə nə dayanır?
-Həmin
tədbirdə xəritədə təhrifə yol verildi və
bu da ajiotaj yaratdı. KİV-də bununla
bağlı çoxsaylı yazılar getdi. Bunu müxtəlif aspektlərdən qiymətləndirmək
olar. Birincisi, biz tədbirdə iştirak
etməmişik. Görəsən həqiqətənmi
xəritələr tədbir zamanı orada asılı vəziyyətində
olub, yoxsa sonradan orada asılıb. İkincisi,
əgər bu hadisə həqiqətən də baş veribsə,
onda ciddi tənqidlərin səsləndirilməsinə haqq
qazandırmaq olar. Əgər bu baş
veribsə onda işin maraqlı tərəfi o xəritələrin
nəyə görə təhrif olunmasıdır. Dağlıq Qarabağın Azərbaycan xəritədsindən
çıxarılması kimə və nəyə
lazımdır və ya bu təsadüfidirmi, bunu kimsə bilərəkdən
edə bilərmi? Bizim dövlət
adamları, media və QHT nümayəndələri, həmçinin
ziyalılar, ümumiyyətlə Azərbaycanı təmsil edən
hər kəs ilk növbədə Azərbaycan atributlarına
diqqət yetirməlidir. Bayrağın
düzgün qoyulub-qoyulmaması və ya xəritənin
düzgün olyb-olmaması və ümumiyyətlə, Azərbaycanla
bağlı hər hansı bir qeyri-qanuni hall baş verərsə,
onda dərhal reaksiya verilməlidir.
-Mədəniyyət
və türizm naziri Əbülfəz Qarayev də məsələyə
reaksiya vermədiyinə görə, sərt tənqid olundu...
-Əgər Əbülfəz Qarayev orada əyləşən
zaman xəritə o cür olubsa o zaman nazir buna diqqət yetirməli
idi. Əgər bunu görmüşdüsə o zaman
orada əyləşməməli və
yanlışlığın dərhal düzəldilməsini
tələb etməli idi. İstənilən
halda bu məsələ yaxşı hal deyil və bu dərindən
araşdırılmalıdır. Əgər
həqiqətən bilərəkdən belə hörmətsizliyə
yol verilibsə o zaman təşkilatçılardan izahat tələb
edilməlidir.
Əli
Xalq Cəbhəsi.- 2016.- 12 fevral.-
S.9.