Tolerantlıq və multikulturalizmin
Azərbaycan modeli
Azərbaycanda dinlər ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar
arasında yayılan dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət
göstərir. Azərbaycan Konstitusiyasının
48-ci maddəsinə əsasən,
hər bir şəxs vicdan azadlığına malikdir.
Dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir
dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini
ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin
1-3 bəndlərində göstərilir
ki, Azərbaycanda din dövlətdən ayrıdır,
bütün dini etiqadlar qanun qarşısında bərabərdir,
insan şəxsiyyətini
alçaldan, insanlıq
prinsiplərinə zidd
olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət
təhsil sistemi də dünyəvi xarakter daşıyır.
"Dini etiqad
azadlığı haqqında"
qanun hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat
yaradır.
Bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan modeli böyük rəğbət
və təqdirlə qarşılanır. Beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri,
alimlər, siyasətçilər
tərəfindən Azərbaycan
bütün dünyaya
dözümlülük, tolerantlıq
örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq
aləmdə rəğbətlə
qarşılanması Qərb
mediasında da öz əksini tapır. Avropalı və amerikalı
jurnalistlərin müəllifi
olduqları yazılarda
Azərbaycan mədəniyyət
və dinlərarası
tolerantlıq nümunəsi
kimi qeyd olunur.
ABŞ-da nəşr
olunan "The Hill" qəzetində
beynəlxalq münasibətlər
sahəsində ekspert
Arye Qutun "Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir" sərlövhəli
məqaləsi dərc
edilib. Məqalədə müəllif yazır
ki, ABŞ-ın dünya ölkələrində
dini etiqad azadlığı üzrə
komissiyası məlum
olmayan səbəblərə
görə, Azərbaycanda
və Qazaxıstanda dini etiqadla bağlı
vəziyyətdən narahatdır.
Arye Qut komissiyanın bu narahatlığının qəribə
olduğunu vurğulayır:
"Qəribədir, bu
komissiyanın analitikləri
israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər
və radikal ideologiyalar üçün
maneələr yaratmamalıdırlar.
ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının
məntiqinə görə,
Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən
Britaniyanın baş naziri Devid Kemeronun
Ağ evdəki çıxışı, yaxud
Fransa və Belçika polislərinin hərəkətləri həmin
komissiya tərəfindən
pislənilməlidir. Bu da öz növbəsində,
həm Amerikanın müxtəlif orqanları
arasında koordinasiya olmamasını, həm də beynəlxalq münasibətlərin ən
mühüm məsələlərinə
dair strateji mövqeyin olmamasını
nümayiş etdirir".
Müəllif həmin komissiyanın
mövqeyinə rəğmən,
dünyada tolerant cəmiyyətlərdən
olan Azərbaycan və Qazaxıstanın ən tolerant ölkələrin
siyahısında ilk yerlərdə
olduğunu qeyd edib: "2014-cü ildə
Azərbaycan rəhbərliyi
ölkənin etnik və dini tolerantlığa
təminat verən dövlət kimi rolunu möhkəmləndirən
iki təsisat yaradıb. Bu təsisatlardan
birincisi millətlərarası
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri vəzifəsidir.
Həmin
vəzifəni görkəmli
Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
oldu. Həmin mərkəzin fəaliyyətinin
əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin
inkişaf etdirilməsidir".
Arye Qut yazısında bildirir ki, respublika
əhalisinin əksəriyyətini
müsəlmanlar təşkil
etməsinə baxmayaraq,
Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif
etnik qrupların nümayəndələri üçün
vətəndir: "Milli
azlıqlara hörmət
və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə
qədər bu ölkənin inkişafının
əsasını təşkil
edib. Respublika dövlət müstəqilliyini
bərpa edəndən
sonra Azərbaycan hökumətində yüksək
vəzifələr tutan
milli azlıqların nümayəndələrinin və
qadınların sayı
xeyli artıb.
Sovet İttifaqı
dağılan dövrdə
baş verən hadisələr Azərbaycanda
dini və milli tolerantlıq ənənələri üçün
ən ciddi sınaq oldu. Həmin dövrdə
Azərbaycan ərazisinin
20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda
bir milyon məcburi köçkün
problemi yaratdılar.
Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin
səciyyəvi cəhəti
olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan
20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar
arasında harmoniyanı
dəstəkləməkdə davam edir".
Müəllif yazısında müsəlmanların
və yəhudilərin
nümunəvi birgəyaşayışını
xüsusi vurğulayıb:
"Ölkədə iki
sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi
təhsil mərkəzi
inşa edilib. Azərbaycanın Quba rayonunda
yerləşən və
İsrail hüdudlarından
kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə
Azərbaycanın fəxridir.
Qubada müsəlmanlarla yəhudiləri
bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt
erməni millətçi
"Daşnaksütyun" partiyasının üzvləri
minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu.
İsrail dövləti Azərbaycanda
yəhudilərə belə
münasibətdə respublika
rəhbərliyinin rolunu
yüksək qiymətləndirir.
İki ölkə arasında dərin hörmət və əməkdaşlıq
ənənələri, nümunəvi
münasibətlər olmasaydı,
yəhudilərə bu
cür münasibət
də olmazdı.
İndi bu əməkdaşlıq
genişlənərək ticari
münasibətləri də
əhatə edir.
Neft alqı-satqısından
başlamış yüksək
texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin
həcmi təqribən
3,5 milyard dollara bərabərdir".
İtaliyanın məşhur "Capitolino
Flash" ("Paytaxtın İşığı")
adlı qəzetində
də "Azərbaycan
- Mədəniyyət və
Dinlərarası Tolerantlıq
Nümunəsi" adlı
böyük məqalə
çap olunub. Paolo Onorotinin
müəllifi olduğu
məqalədə Azərbaycan
dünyanın ən
tolerant dövləti və
dinlərarası mədəniyyətin
dünya üçün
nümunə ola biləcək modeli kimi təsvir
edilir. Jurnalist yazısında qeyd edir ki, mərhum
Roma Papası İohan
Pavel Bakıda olarkən Allahın adından bütün dünyaya sülh çağırışı edib: "Azərbaycanın
xalqının ümummilli
lideri olan Heydər Əliyev Roma Papasına müraciətində
deyib: "Dinindən,
irqindən və millətindən asılı
olmayaraq, siz bütün insanların dostu, həmçinin dünyanın vətəndaşısınız".
Jurnalist Vatikanın tarixi bəyanatlarını araşdırarkən maraqlı bir faktla üzləşdiyini də bildirib: "Bir neçə il əvvəl Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni maraqlı bir müsahibə verərək bildirib ki, Azərbaycan dünyəvi müsəlman ölkəsidir və burada xalqın böyük hissəsi müsəlman, kiçik katolik və pravoslav icmalardan ibarətdir. Kardinal Bertone deyib ki, qədim Azərbaycanın paytaxtı Bakıda müqəddəs Bartolomeonun məzarı aşkarlanıb və Kristian Evangellanın arxeoloji qalıqları tapılıb. Maraqlı fakt isə ondan ibarətdir ki, tapılan dini qalıqlar həm dövlət tərəfindən, həm də millət tərəfindən qorunub saxlanır. Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarıb. Digər bir maraqlı fakt da odur ki, Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların dinindən aslı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, unikal tolerantlıq mədəniyyətinin bariz nümunəsidir".
P.Onoroti Azərbaycan tarixində multikulturalizim sahəsində ən böyük islahatların məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayır: "Məhz o, Azərbaycan xalqına müstəqillik, azadlıq, rahatlıq və stabillik bəxş edib. Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Hakimiyyətə gəldiyi ilk günlərdə Heydər Əliyev bütün dinlərə dövlət tərəfindən bərabər diqqət və qayğı göstərilməsinin əsasını qoyub. Heydər Əliyev və bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadə Sovet Hakimiyyəti dövründə dağıdılmış katolik kilsəsinin inşasına böyük sahə ayırır və yenidən tikilməsini təmin edir. Bununla da bütün dünyaya müsəlman dövləti kimi örnək göstərərək multikulturalizimin əsasını qoyub".
Sonda jurnalist Paola Onoritdi Azərbaycanla bağlı məlumatlara görə Romada təhsil alan azərbaycanlı tələbə Həsən İsgəndərova dərin minnətdarlığını bildirib. O da qeyd olunur ki, Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, məzhəb və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər.
Təbii ki, bu sahədə yalnız Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiq olunması fikrini irəli sürmək doğru deyil. Çünki zəngin tolerantlıq ənənələrinə malik ölkələr var və onların da təcrübəsindən istifadə olunmalıdır. Hətta bu ölkələr bir-birilərinin təcrübəsindən yararlana bilərlər. Müxtəlif ölkələrin tolerantlıq təcrübəsindən istifadə edilməsində beynəlxalq təşkilatlar daha maraqlı olmalıdırlar. Ona görə ki, bu məsələdə onların üzərinə daha böyük məsuliyyət düşür. Son illər beynəlxalq təşkilatların dinlərarası dialoq və əməkdaşlıqla bağlı məsələlərə diqqəti artırması müşahidə olunur. Sevindirici haldır ki, bu sahə bir neçə regional və beynəlxalq qurumun fəaliyyətində prioritet istiqamətlərdən birinə çevrilib. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı – BMT “Sivilizasiyaların Alyansı” təşəbbüsü ilə çıxış edib və bu mötəbər qurumun Baş katibi yanında dinlərarası dialoq üzrə məşvərət şurasının yaradılması ideyası meydana gəlib.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 13 fevral.- S.13