“Atəşkəs” sənədli filminin Azərbaycan dilində təqdimatı keçirilib
Əli Həsənov: "BMT hələ
də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların, dövlətlərin, millətlərin
bu təşkilata etimad üzərində qurulmuş dünya idarəçilik sistemini lazımı səviyyəyə
qaldıra bilmir"
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən
bəhs edən “Atəşkəs” sənədli
filmi fevralın 17-də
Nizami Kino Mərkəzində
Azərbaycan dilində
ilk dəfə nümayiş
olunub.
Bu ekran əsəri
Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə Macar Turan Fondu
və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən
istehsal edilib.
Filmin təqdimat
mərasimində Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov,
Milli Məclisin deputatları, tanınmış
elm və mədəniyyət
xadimləri, ictimaiyyət
nümayəndələri və
media mənsubları iştirak
ediblər.
Tədbirdə BAMF-in sədri Umud Mirzəyev film haqqında geniş məlumat verib.
Bildirib ki, sənədli film “İşğalın
qurbanı” layihəsi
çərçivəsində macar və Azərbaycan
jurnalistlərinin Qarabağ
həqiqətlərindən bəhs edən ilk birgə işidir. Film Macarıstanın
məşhur “Oriqo” studiyasında macar dilində çəkilib.
Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kulturoloji
aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi
ədalətsizliklər, erməni
qırğınları, Qarabağ
həqiqətləri, Qarabağ
müharibəsinin törətdiyi
acı nəticələr,
Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız,
amerikan ekspertlərinin
münaqişənin həlli
ilə bağlı fikirləri, rəyləri
və münaqişə
qurbanlarının, şahidlərin
ifadələri yer alıb.
Umud Mirzəyev
deyib ki, 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı
Budapeştdə film macar
dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub.
Diqqətə çatdırılıb ki,
bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
dəstəyi ilə
BAMF tərəfindən Azərbaycan
dilinə dublyaj edilib.
Sonra film nümayiş
olunub.
Filmin nümayişindən
sonra çıxış
edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli
Həsənov Xocalı
soyqırımının bəşər
tarixinin ən qanlı cinayətlərindən
biri olduğunu deyib: "Çox təəssüf ki, bəşəriyyət qanlı
Xocalı faciəsinə
şahidlik etdi və susdu. Xocalı
faciəsi 26 fevral
1992-ci ildə törədilməsinə
baxmayaraq, bu haqda həqiqətləri,
real faktları, törədilmiş
faciənin ümumi əhatəsini, bir xalqa qarşı törədilmiş etnik soyqırımın bütün
dəhşətlərini Azərbaycanın
səyi, xarici tərəfdaşlarımızın iştirakı ilə yalnız son illərdə
dünyaya çatdıra,
faciəyə real qiymət
verilməsinə nail ola
bilmişik".
Əli Həsənov bildirib ki, Heydər Əliyev hakimiyyətə
qayıdana qədər
- 1992-1993-cü illərdə Xocalı, 20 Yanvar qırğınlarına və
digər hadisələrə
Azərbaycanda siyasi maraqlar çərçivəsində
yanaşılıb, baş
verənlərə real qiymət
verilməyib: "Bu faciənin
əsl səbəbkarlarının
adı çəklməmişdi,
hadisəni törədənlərin
məqsədi bəşəriyyətə
və Azərbaycan xalqına çatdırılmamışdı.
Yalnız 1993-cü ildə ümummilli lider hakimiyyətə qayıdandan
sonra Azərbaycan xalqına qarşı törədilmiş hadisələr
özünün real və
hüquqi qiymətini aldı. Eyni zamanda Azərbaycan
dövlətinin ixtiyarında
olan daxili, xarici resurslar vasitəsilə bu faciə xarici ölkələrə çatdırıldı.
Son 5 ildə bu iş daha intensiv
həyata keçirilir.
Xocalıda yaşananlar
Azərbaycan prezidentinin
xüsusi proqramına
uyğun olaraq,Prezident
Administrasiyası, Xarici
İşlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi, diaspora strukturları, o cümlədən
Heydər Əliyev Fondu, Fondun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə
aparılan "Xocalıya
ədalət" kampaniyası
çərçivəsində bütün dünyaya çatdırılır. Biz dünyaya 26 fevralda Xocalıda hansı hadisələrin yaşandığını,
bunun təməlində
nəyin dayandığını
çatdırmaq istəyirik.
Azərbaycan xalqına qarşı etnik soyqırım həyata keçirilib. Bunu da hazırda Ermənistana rəhbərlik
edən bəzi şəxslər, o cümlədən
Ermənistanın prezidenti
də daxil olmaqla, Cənubi Qafqazda etnik separatçılıq hərəkatını
başlayan və bu fonda
bütün Qafqaz, postsovet məkanına qarışıqlıq gətirən,
xalqları bir-birinə
qarşı qaldıran,
etnik təmizləmə
siyasəti aparan bir qrup həyata
keçirib. Biz əlbəttə, bu həqiqətləri dünyaya
çatdırmaqla, heç
də Azərbaycanda və bəşəriyyətdə
erməni xalqına nifrət aşılamırıq.
Biz erməni xalqını
bu gün də düşmənimiz
saymırıq. Amma erməni
xalqının üzərində
hakimiyyətə gələn
və cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən cinayətkar insanları dünyaya tanıtmaq istəyirik. Erməni xalqının
özü də bu insanlardan az çəkməyib."
Əli Həsənov bildirib ki, tarix boyu
mövcud olan imperiyalar arasında müharibələr yaşanıb,
Cənubi Qafqaza demək olar ki, əksər imperiyaların qoşunları
ayaq basıb: "Bu ordular ayrı-ayrı vaxtlarda Azərbaycanı da işğal ediblər. Amma Cənubi Qafqaza
ayaq basan heç bir qoşun ermənilərin törətdiyi vəhşilikləri
törətməyib, bir
gecənin içində
bu qədər insana divan tutmayıb.
Heç
bir imperiya burada xalqlar arasında qırğınlara
rəvac verməyib, bunu Cənubi Qafqaza yalnız ermənilər gətirib.
Ermənilər özləri
də bu qırğınlardan az çəkməyiblər,
amma bütün dövrlərdə xalqları
bir-birinə savaşdıraraq,
bundan öz siyasi ambisiyaları üçün istifadə
ediblər. Bizim dünyaya çatdırmaq
istədiyimiz həqiqətin
təməlində bir
də bu dayanır".
O, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağproblemi və onun fəsadlarına qiymət verdiyini xatırladıb: "Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.
BMT-nin 4 qətnaməsini Ermənistan neçə illərdir ki, həyata keçirmir. Bu nə deməkdir? Bu o deməkdir ki, BMT və dünya birliyi həqiqət axtarışlarına hələ də lazımı dəstək verə bilmir. Bu o deməkdir ki, BMT hələ də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların, dövlətlərin, millətlərin bu təşkilata etimad üzərində qurulmuş dünya idarəçilik sistemini lazımı səviyyəyə qaldıra bilmir. Bu o deməkdir ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranmış Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinə ikili standartlar çərçivəsindən yanaşaraq, haqqı haqq, nahaqqı nahaq kimi dəyərləndirə bilmir. Bütün bunların nəticəsidir ki, 24 ildir, biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra, öz yurd-yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını geri qaytara, Cənubi Qafqazda sülhə, barışa nail ola bilmirik. Bunun da fəsadları bölgəni, Avropanı və dünyanı bürüyüb".
Əli Həsənov son 25
ildə Cənubi Qafqazda yaşanan
proseslərin, real həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyini
vurğulayıb: "Bununla, gələcəkdə
belə hadisələrin təkrarlamasının
qarşısını almalıyıq. Xüsusi vurğulamaq
istəyirəm ki, biz
bütün bu hadisələri
bəşəriyyətə çatdırmaqla, hər il bunların ildönümünü
qeyd etməklə, son
5 ildə ciddi nəticələr verən
bu kampaniyaları aparmaqla,
bundan sonra belə
hadisələrin baş verməsinin
qarşısını almaq istəyirik.
Erməni xalqının özünü
də törətdikləri, onları təmsil edən,
mandatını almış insanların əməlləri ilə
tanış etmək istəyirik. İstəyirik ki, bir daha
belə bəşəri cinayətlər baş
verməsin, xalqlar məskunlaşdığı
ərazidə sülh,
qarşılıqlı anlaşma şəraitində
yaşasın, onların arasına nifaq
salınmasın, müharibələr törədilməsin".
Xalq Cəbhəsi.- 2016.- 18 fevral.-
S.4.