Azərbaycan və Türkiyə diasporu daha fəal olmalı, yaxşı təşkilatlanmalıdır”

 

Asim Mollazadə: “Diasporun gücü olmasa, sadəcə diplomatik parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur

 

Bir sıra dövlətlər, federal ölkələrin parlamentlərində, məsələn, ABŞ-ın 19 ştatında Xocalı ilə bağlı müvafiq sənəd imzalanıb. Zənnimcə, Azərbaycan bu istiqamətdə çox ciddi aparmalıdır. Çox istərdim ki, həm Azərbaycan, həm Türkiyə diasporu daha fəal olsun yaxşı təşkilatlansın. Çünki diasporun gücü olmasa, sadəcə olaraq diplomatik parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur. Xocalıya ədalət" şüarı azərbaycanlılar türklərlə yanaşı sülhü, əmin-amanlığı istəyən bütün qüvvələri birləşdirməlidir". Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

 

- Ötən həftə deputat həmkarlarınızla birgə İsraildə səfərdə oldunuz, bir çox görüşlər keçirdiniz. Əsasən, hansı məsələlər ətrafında müzakirələr apardınız?

- İlk dəfə idi ki, Azərbaycan Parlamentinin nümayəndə heyəti İsrail Knessetinin dəvəti ilə bu ölkəyə səfər etdi. Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası münasibətlər komitəsinin rəhbəri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, komitə Azərbaycan-İsrail dostluq qrupunun üzvü kimi mən bu dostluq qrupunun rəhbəri Yevda Abramov İsrail parlamentində olduq. İlk növbədə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdirpartiyasının rəhbəri Aviqdor Libermanla görüşdük. Sonra beynəlxalq əlaqələr təhlükəsizlik məsələləri üzrə komitə sədri Tzaçi Haneqbi digər üzvlərlə görüş keçirdik. Həmin komitənin üzvləri bir çox tanınmış nazirlər, İsrail siyasətində nüfuzlu rol oynayan siyasətçilərdir. Knessetin sədri Yuli-Yoel Edelşteynlə görüşümüz oldu. Bizi eyni zamanda İsrail Prezidenti Ruvi Rivlin qəbul elədi. İkitərəfli münasibətlər, dünyadakı proseslərlə bağlı fikir mübadiləsi apardıq. Bütün görüşlərdə Azərbaycanın multikulturalizm ənənələri yüksək qiymətləndirildi. Azərbaycan xalqının ölkəmizdə yaşayan yəhudilərə göstərdiyi dəstəyə görə təşəkkür edildi. Vurğulandı ki, tarixi proseslər, xalqımızın ənənələri dövlətlərimizin əməkdaşlığının gələcəkdə çoxşaxəli istiqamət almasına, iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün zəmin yaradır. Biz fürsətdən istifadə edərək İsrail prezidentinə BMT-nin Baş Assambleyasında Xocalı qətliamını xüsusi vurğuladığına görə öz minnətdarlığımızı bildirdik. Səfər zamanı İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərində olduq, gənclər üçün yaradılmış, yüksək texnologiyaları cəlb etmək üçün təşkil edilən mərkəzləri ziyarət etdik. Əminəm ki, bu təcrübəni Azərbaycan universitetləri müvafiq mərkəzlərində tətbiq etsək, bu əməkdaşlıq yüksək texnologiya sahəsində biliyin artmasında çox xeyirli ola bilər.

- Tarixdə ilk dəfə idi ki, Azərbaycan parlamentinin nümayəndə heyəti İsrail parlamentində olurdu, elə deyilmi?

- Bəli, birinci dəfə idi ki, rəsmi parlament heyəti İsrailə səfər edirdi. İsrail Prezidenti Azərbaycana onun dəyərlərinə öz hörmətini ifadə etdi. Biz AzərbaycandaHolokost”la Xocalı qətliamının birgə yad edilməsini xüsusi vurğuladıq. Bildirdik ki, insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün mütləq ədalətli hökm olmalıdır. AzərbaycandaXocalıya ədalətkampaniyasının məhz gələcəkdə belə faciələrin baş verilməməsi üçün keçirildiyini söylədik, bildirdik ki, mülki insanlar, qadınlar, uşaqlara qarşı vəhşilik nümayiş etdirən cinayətkarlar beynəlxalq ədalətin hökmü ilə cəzalandırılmalıdır. Bu istiqamətdə İsrailin müvafiq təcrübəsindən istifadə etməliyik.

- Artıq bu il Xocalı soyqırımının 24-cü ildönümüdür. Tez-tez xarici səfərlərdə olursunuz, diasporumuzun xarici ölkə parlamentlərində Xocalı qətliamı ilə bağlı qərarların qəbulu istiqamətində gördüyü işləri qane edici sayırsınızmı?

- Bu istiqamətdə parlament diplomatiyasının rolunu qiymətləndirmək istərdim. Bir sıra dövlətlər, federal ölkələrin parlamentlərində, məsələn, ABŞ-ın 19 ştatında Xocalı ilə bağlı müvafiq sənəd imzalanıb. Zənnimcə, Azərbaycan bu istiqamətdə çox ciddi aparmalıdır. Çox istərdim ki, həm Azərbaycan, həm Türkiyə diasporu daha fəal olsun yaxşı təşkilatlansın. Çünki diasporun gücü olmasa, sadəcə olaraq diplomatik parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur. Xocalıya ədalətşüarı azərbaycanlılar türklərlə yanaşı sülhü, əmin-amanlığı istəyən bütün qüvvələri birləşdirməlidir. Beynəlxalq yəhudi təşkilatları ilə əməkdaşlığımız məhz ortaq dəyərlərdən irəli gəlir. Holokost”la, Xocalı ilə bağlı eyni mövqeyimiz, həmin təşkilatlarla əməkdaşlıqda yeni nəticələr verə bilər.

- Yeri gəlmişkən, Türkiyə ilə İsrail münasibətlərində yumşalma hiss edilir. Bu istiqamətdə İsrail görüşlərində müzakirələriniz oldumu?

- Bu məsələ, demək olar ki, bütün görüşlərimizdə vurğulandı. Türkiyə Azərbaycana qardaş ölkədir, münasibətlərimizbir millət, iki dövlətdüsturu ilə inkişaf edir. Türkiyə-İsrail münasibətlərində problemlərin aradan qaldırılmasında maraqlıyıq. Çox istərdik ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sistemində İsrail-Türkiyə əməkdaşlığı da öz bəhrəsini versin. Son vaxtlar Türkiyə ilə İsrail arasında müvafiq danışıqlar nəticəsində çox ciddi irəliləyiş var. Ümidvarıq ki, xoşagəlməz hadisələrə son qoyularaq yeni mərhələ başlayacaq. Görüşlərimizdə həm Azərbaycan, həm İsrail üçün narahatlıq doğuran bir məsələ xüsusi vurğulandı, dünyanın bir sıra ölkələrində yenidən ksenefobiya, antisemitizm, islamafobiyanın yayılması, onların orta əsr təfəkkürünə, səlib yürüşü düşüncəsinə qayıtmasının bizləri narahat etdiyi bildirildi. Bunun qarşısının alınmasında həm tolerantlıq, həm Azərbaycanın yüksək dəyəri olan multikulturalizmin böyük önəm daşıdığını qeyd etdik. Ölkəmiz öz imkanlarından istifadə edərək dünyanı bu istiqamətdə müzakirələrə, dialoqa dəvət edir, bir sıra forumlar, konfranslar təşkil edir. Qeyd şərtsiz bir məsələyə inanıram ki, Azərbaycanın hətta enerji imkanlarından strateji coğrafi məkanda yerləşməsindən daha önəmli olan onun yüksək dəyərləridir. Türk islam dünyasının birinci dünyəvi ölkəsi olan Azərbaycan multikulturalizm, fərqli mədəniyyətlərin əməkdaşlığı, qarşılıqlı hörmət ənənələrinə malikdir, ölkəmiz bu proseslərə təkan verərsə, dünyada çox təhlükəli proseslərin qarşısını almaq olar.

- Azərbaycan Türkiyə ilə Rusiya arasında yaşanan gərginliyə görə öz narahatlığını ifadə edib. Sizcə, iki qonşu ölkə arasında qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinə hansı təsirləri ola bilər?

- Təbii olaraq Azərbaycan bu hadisələrdən çox narahat olur. Rusiya Azərbaycanın tərəfdaşı qonşusudur. Biz Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa olunmasında çox maraqlıyıq. Türkiyə Azərbaycana qardaş olan ölkədir, orada olan bütün təhlükələr bilavasitə Azərbaycana da mənfi təsirini göstərir. Düşünürəm ki, bu prosesə sadəcə Rusiya-Türkiyə qarşıdurması kimi baxmamalıyıq. Fikrimcə, bu qarşıdurma Rusiya-NATO qarşıdurmasının tərkib hissəsidir.

- Yəni?

- Türkiyə NATO-nun ən önəmli ölkələrindən biridir. İstənilən üzvə qarşı hansısa bir təcavüz bilavasitə NATO-nun bütün ölkələrinə qarşı olan hücum kimi qiymətləndirilir. Rusiya hər zaman diqqət mərkəzindədir. Bu gün Türkiyə NATO təmsilçisi kimi terrorla mübarizədə öz müttəfiqləri ilə birgə hərəkət edir. Rusiya ilə yaranan qarşıdurma bütün NATO ölkələri, təbii olaraq ABŞ-ın müdaxiləsi üçün təhlükəli şərait yaradır. Bu da əslində dünya üçün böyük təhlükə kəsb edir. Burada müəyyən çıxış yolunun axtarılması üçün nüfuzlu ölkələrinin ciddi diplomatik siyasi işləri olmalıdır. İstəməzdik ki, terrorla mübarizə ciddi qarşıdurmalara səbəb olsun. Rusiya dünya liderlərindən məsuliyyətli davranış gözləyirik.

- Devalvasiya sonrası Azərbaycanda yaranmış situasiya ilə bağlı müxtəlif partiyalar öz təkliflərini irəli sürür. Azərbaycan Demokratik İslahatlar Partiyasının təklifləri nədən ibarətdir?

- Neftenerjinin qiymətlərinin kəskin surətdə dəyişməsi bizim partiyanın müəyyən etdiyi proqramın tələblərinə yaxınlaşıb. Biz hər zaman demişik ki, hər bir ölkənin iqtisadiyyatının inkişafı azad orta və xırda sahibkarlıq mühitinin inkişafı, liberal iqtisadiyyatın formalaşması və şaxələnməsi ilə bağlıdır. Bu gün Azərbaycanda bu istiqamətdə sürətli islahatlar keçirilməlidir. Ümidvarıq ki, ölkə iqtisadiyyatına təkan verə bilən adamlarına dövlət tərəfindən dəstək verilməsi gələcəkdə Azərbaycanın çoxşaxəli iqtisadiyyatının və stabil iqtisadi inkişafının əsasını qoya bilər. Vaxtilə ölkənin əsas investisiya sahələri infrastruktur investisiyaları idi. Bu gün bir neçə iqtisadiyyat sahələrinin inkişafı üçün təməl baza formalaşıb. Xidmət sahəsində olan turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, innovasiyalı kommunikasiya texnologiyaları sahələrində ciddi irəliləyiş gözləyirik. Bu sahələrin inkişafı üçün müvafiq zəmin yaradılıb. Biz artıq Sovet ittifaqından miras qalmış sosialist inzibati idarəetmə sistemi ilə tam vidalaşmalıyıq. Ölkə iqtisadiyyatının sürətli inkişafı üçün liberal iqtisadiyyat çıxış yoludur.

 

Xalq Cəbhəsi.- 2016.- 19 fevral.- S.9.