Məşhur diktor: “Qayınatam bunu mənə
qadağan etmişdi”
Səsin də rəngi, çaları, istiliyi olur. Eşitdikcə,
insanın ruhuna bir sərinlik, qəlbinə istilik gətirir.
Səs var ki, ondan nə doymaq olur, nə usanmaq.
O səsi eşitdikcə eşitmək istəyirsən. Xalq artisti, tanınmış diktor Ofeliya Sənani də
milyonların ürəyini məhz səsi ilə
ovsunlayanlardandır. Uzun illər Azərbaycan Dövlət
Televiziyasında fəaliyyət göstərən Ofeliya
xanım işindən bezməyib, peşə seçiminə
görə bir an da olsun peşiman
olmayıb. Milyonları öz ovsunlu səsininin sehrinə
salmaqla həm özü xoşbəxt olub, həm də
başqalarının zövqünü oxşayıb…
“Xatırla məni” layihəsində Publika.az-ın
qonağı məşhur diktorumuz Ofeliya Sənanidir.
Mənimlə
şərt kəsdi ki…
- Ofeliya
xanım, diktorluq peşəsini seçməyiniz bir təsadüf
idi, yoxsa zərurət?
- Yox, təsadüf
olmayıb. Hələ orta məktəbin
dördüncü sinfində oxuyarkən diktor olmaq həvəsi
ilə alışıb-yanırdım. O zaman evimizdə
köhnə bir radioqəbuledici vardı, orda verilişlərə
qulaq asıb, özümü onlara bənzətmək istəyirdim.
Eyni zamanda da, ingilis dili müəllimi olmaq
arzusundaydım. Çünki ingilis dilini
mükəmməl bilirdim. Hətta
dördüncü sinifdə oxuyanda ingilis dilində
kitabları mütaliə edirdim. 10-cu sinifdə
oxuyanda eşitdim ki, radio üçün diktorluq müsabiqəsi
elan olunub. Həmin vaxt məşhur diktor
Fatma Cabbarova, Gültəkin Cabbarlı və Züleyxa
Hacıyeva analıq məzuniyyətinə
çıxdıqları üçün onların yerinə
diktor axtarırdılar. Özümü
sınamaq istədim. Amma televiziyada məni
görən kimi dedilər ki, sən hələ məktəblisən,
pioner şeypuru çalan vaxtındır. Onları
məcbur etdim ki, səsimi dinləsinlər. Şeir söylədim, xəbər oxudum, bir dəfə
də olsun çaşmadım. Televiziyanın o
vaxtkı sədri Teymur Elçin mənə dedi ki,
qızım, gözəl diksiyan var, amma diplomsuz səni işə
götürə bilmərik. Onlara söz verdim ki, mütləq
ali məktəbə qəbul olunacam. Təbii ki, planımı, niyyətimi də öyrənmək
istədilər. Ancaq eşidəndə ki,
Xarici Dillər İnstitutuna qəbul olunmaq istəyirəm, etiraz
etdilər. Dedilər ki, ingilis dili müəlliməsi
olsam, tələffüzümdə bu, hiss olunacaq. Şərt kəsdilər ki, ya Teatr İnstitutuna, ya
da Universitetin Filologiya fakültəsinə qəbul
olunmalıyam. Yoxsa diktor kimi işə
götürməyəcəklər. Atam mühafizəkar
adam idi, Teatr İnstitutuna qəbul
olunmağıma razılıq verməzdim. Məcbur
olub Filologiya fakültəsini seçdim. Sonradan
radioda işə düzəldim. Düz 16 il
radionun diktoru oldum.
Rəhbərlik
buna görə məni kabinetə çağırdı
- Bəs
televiziyaya nə vaxt keçdiniz?
- Əslində, televiziyaya keçmək istəmirdim. Amma
televiziyanın rəhbərliyi mənə deyrdi ki, nə vaxta
qədər qaranlıqda oturacaqsan, gəl çıx efirə.
Televiziyaya yenicə təyin olunan Qurban Yusifzadənin
dəvəti ilə Rafiq Hüseynovla bir vaxtda radiodan
televiziyaya keçdik.
- İlk verilişiniz hansı oldu?
-
Uşaqlara aid veriliş idi. Efirə
çıxan günün səhəri insanlar məni sevinclə,
məftunluqla qarşıladı. Sonradan
“Günün ekranı” xəbərlər proqramına dəvət
aldım. Uzun illər xəbər oxudum.
Bu işdən xüsusi zövq alırdım.
- Diktorluq
fəaliyyəti dövründə tamaşaçınıza
verdiyiniz ən acı və ən xoş xəbər hansı
olub?
- Məhsul
bayramlarında hansı rayon planı artıqlamasıyla
doldururdusa, o xəbəri sevinclə söyləyirdim. Bir də fəxri adların elan olunması şad xəbər
sayılırdı. O vaxt fəxri adlar Moskva rəhbərliyi
tərəfindən verilirdi axı. Acı xəbərlər,
əsasən, ölümlə əlaqədar olub. Hansısa tanınmış şəxsiyyətin
ölüm xəbərindən sarsıldığım
vaxtlar olub. 1990-cı illərdə
xalqımızın başına gətirilən oyun məni
sarsıtmışdı və həmin vaxt xəbərləri
hıçqıra-hıçqıra oxuyurdum. Buna görə rəhbərlik məni kabinetə
çağırıb danlamışdı da.
- Nə
demişdi?
- Dedi ki,
belə vəziyyətdə xəbər oxumaq olmaz, efirə xəstə
insanlar da baxır, onların ürəyi partlaya bilər.
Həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə
çıxacaqsan?
-
Heç xəstə vəziyyətdə efirə
çıxdığınız vaxtlar olub?
- O qədər…
200 təzyiqlə xəbərlər oxumuşam. Bir dəfə
vəziyyətim çox pis idi, efirdən qabaq həmkarım
Sabir Ələsgərliyə dedim ki, halım pisdir,
gözün mətnimdə olsun, çaşsam, sətirlər
nəzərimdən qaçsa, tez sən oxu, vəziyyətdən
çıxım. Həmin gün Sabirin boynu əyri
qalmışdı, qorxurdu ki, başıma bir iş gələr,
efirdə biabır olarıq.
- Amma
olmadı?
- Yox,
çünki məndə peşəyə o qədər
böyük sevgi vardı ki, efirə çıxan kimi xəstəliyimi
unudurdum, yaxşılaşırdım.
- Deyilənə
görə, o vaxtlar qadağalar çox olub?
-
Düzdür. Əynimizə nə gəldi,
geyinib efirə çıxa bilməzdik. Mütləq
uzunqol pencəkdə, sadə saç düzümündə
olmalıydıq. Xəbər
aparıcısının üzük, sırğa taxmağa
ixtiyarı yox idi. Nekroloq oxuyanda səs
intonasiyamız mütləq dəyişməliydi.
-
Heç olubmu ki, xoşladığnız bir paltarı geyinib
efirə çıxmaq istəyəsiniz, amma buna
- Adətən,
xəbərləri oxuyurdum. Bir dəfə rəhbərlik
təcili xəbər göndərdi ki, Filarmoniyada konsertin
aparıcılığını etməlisən. Həmin axşam həm də “Günün
ekranı” poqramına çıxmalıydım. Dedim ki,
Filarmoniyaya getmək istəmirəm, icazə verin xəbərlərimi
oxuyum. Qəti şəkildə etiraz etdilər
və evə qayıdıb əynimi dəyişərək
Filarmoniyaya getdim. Ansamblın rəhbəri
Gülarə Əliyeva məni qısaqol geyimdə görəndə
həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə
çıxacaqsan? Həyəcanla əlavə
etdi ki, geyimimi mütləq dəyişməliyəm. O
vaxta qədər elə bilirdim ki, efirdən kənarda necə
istəsəm, geyinmək olar. Konsertdə ulu
öndər Heydər Əliyev də iştirak edəcəkmiş.
Tez həyat yoldaşım Valid evə gedib
mənə başqa paltar gətirdi və geyinib səhnəyə
çıxdım. Sonradan öyrəndim ki, tədbirə
məni ulu öndərin tapşırığı ilə
aparıcı göndəriblər.
Atam qəti
şəkildə buna etiraz etdi
- Həyat
yoldaşınız Valid müəllimdən
danışdınız, bəlkə onunla
tanışlığınızı xatırlayasınız…
- Validlə
radioda tanış olmuşduq. Çox mədəni və diqqətli oğlan idi,
sevdiyini deməsə də, məndən
xoşlandığını bilirdim. İş
yoldaşlarımızdan biri mənə dedi ki, Valid
səni sevir. Sonra özü ürəyini
açdı və elçi göndərmək istəyini
söylədi. Etiraz etmədim.
- Bəs
evdəkilər, asanlıqla razılıq verdilər?
- Yox, atam
qəti şəkildə buna etiraz etdi.
- Niyə?
- Çünki Validin atası Möhsün Sənani məşhur
aktyor idi, atam isə hesab edirdi ki, sənət
adamlarının ailəsinə qız vermək olmaz. Atamın fikrinə
qarşı çıxdım, dedim ki, ata, sən nə
danışırsan, o çox mədəni oğlandır. Validi sevdiyimi söylədim. Elçi
gəldilər, razılığımı aldılar. O
vaxt Möhsün Sənani ilə birgə elçiliyə
çox məşhur aktyor və aktrisalar da gəlmişdilər
- Məhluqə Sadıqova, Mustafa Mərdanov, o birilərin
adını unutmuşam.
-
Eşitdiyimizə görə, elə Möhsün Sənani də
mühafizəkar kişi olub?
-
Düzdür. Bilirsiniz ki, filmlərə çəkilmişəm,
amma qayınatam bunun əleyhinə idi.
Qayınatama
demişdi ki, niyə bu gəlinə imkan vermirsən…
- Bəs
həmin filmlərə necə çəkildiniz?
-
Çünki qayınatam özü də çəkilirdi. Amma mənə heç imkan vermirdi. “Dağlarda döyüş” filmi çəkiləndə
Şahmar Ələkbərova qəti şəkildə
tapşırdı ki, nəbadə qızın əlindən
tutasan. Şahmar da ondan inciyirdi ki, ay
Möhsun müəllim, böyük aktyorsunuz, amma məni
başa düşmürsünüz. Qız
dağlardan qaça-qaça gələndə mən onu
tutmalıyam axı, ən azı yıxıla bilər. Həm də sevgimi hansısa formada bildirməliyəm
axı.
- Siz filmə
çəkiləndə ondan icazə alırdınız?
- Mütləq.
Birbaşa özünə demirdim. Həyat yoldaşım Validə deyirdim, o da qayınatamla
məsləhətləşirdi. Bir dəfə
Ədil İsgəndərov qayınatama demişdi ki, niyə
bu gəlinə imkan vermirsən kinoya çəkilsin. Qayınatam da ona cavab verib ki, nə vaxt özüm
çəkilsəm, ona da icazə verəcəm. Ədil müəllim demişdi ki, Möhsün
qocaldığı üçün onu filmə çəkməyəcəklərini
bilir. Buna görə arxayındır ki,
Ofeliya da filmə çəkilməyəcək.
- Bəs
özünüz necə, istəyirdiniz filmə çəkiləsiniz?
- İstəsəm də, onun sözündən çıxa bilməzdim. Qayınatam bunu mənə qadağan etmişdi.
- Məşhur kişinin gəlini olubsuz. Yəqin dolanışığınız da yaxşı olub?
- Yox e, nə imkan. Qayınatam varlı deyildi, biz də balaca daxmada 12 kvadratmetr otaqda qalırdıq. Çətinliklərimiz çox olub. Amma bezməmişəm, çünkü Validi sevirdim.
- Ən çox hansı kişi həmkarınızla veriliş aparmaq istəmisiniz?
- Əslində, bunu rəhbərlik müəyyən edirdi. Amma bütün həmkarlarımla işləməkdən zövq almışam. “Günün ekranı”nı daha çox Rafiq Hüseynov və Sabir Ələsgərli ilə aparmışam.
Buna görə verilişə çıxmaqdan imtina edirdim
- Heç o vaxtlar xanım diktorlar arasında qalmaqal, inciklik yaşanırdı?
- Yox, biz
çox mehriban idik. Bu gün də münasibətimiz
yaxşıdır.
- O vaxt
verilişlərdə mətni əzbərləyirdiniz?
- Bəli,
bu, mütləq idi. Amma diktorluq fəaliyyətimin
son illərində zehnim korşalmışdı, həvəssiz
idim. Buna görə bəzən hətta
verilişə çıxmaqdan imtina edirdim.
-
Televiziya üçün qəribsəmisiniz?
-
Çox darıxmışam. Hətta dəvət
də edirlər, amma imtina edirəm.
- Niyə?
-
Çünki artıq yaş o yaş deyil. Əvvəlki
şux yeriş, qamət, o gözəllik qalmayıb. İstəyirəm yaddaşlarda əvvəlki gənc,
gözəl Ofeliya kimi qalım.
- Siz elə
indi də gözəlsiniz. Səsiniz də
sehrini itirməyib.
- Sağ
olun ki, məni belə görürsünüz.
Xalq Cəbhəsi.- 2016.- 26 fevral.-
S.15.