Xocalı Faciəsi - erməninin şəxsində
insan
yırtıcılığıdır
Xocalı - tarixi taleyimizdə baş vermiş çoxsaylı faciələrdən
biridir. Xocalı Faciəsi - erməninin şəxsində insan yırtıcılığı, türkün örnəyində
insan faciəsidir. Xocalı faciəsində erməninin
yırtıcılığı, qaniçənliyi, amansızlığı,
türkə qarşı
sonsuz nifrəti üzə çıxdı,
erməniliyin nədən
ibarət olduğunu bütünlüklə göstərdi.
Xocalı da 20 Yanvar kimi
xalqımızın dərs
götürülməsi gərək
olan faciəsidir. Azərbaycanın
faciələrdən qurtulmasının
bir yolu var: Azərbaycanın özünəməxsus yolu
olmalıdır. Var olmaq
üçün həyatın,
yaşamın hər sahəsində özümüzünkünü
yaratmalı, gerçəklikdən
üstün olmalıyıq.
Əgər bəşəriyyət insanlaşsa, Xocalı faciəsi erməninin başına qaxınc olacaq. İnsanlaşmasa, yeni bəşəri
faciələr üçün
örnək olacaq.
Erməninin qatiliyini, yırtıcılığını
qınamaq üçün
var gücümüzlə
çalışmalıyıq. Erməni indi
də Xocalıda törətdiyi yırtıcılığa
qəhrəmanlıq kimi
baxır. Ancaq bu,
onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri
cinayətdir.
Son dövrlər Xocalı
fəlakətinin dünya
ictimaiyyətinə çatdırılması
yönündə ardıcıl
olaraq göstərilən
cəhdlərin sayı
artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü
zamanı danışıldığını
bildirsələr də,
hər halda təqvimdə demək olar, ayın neçə günü tarixi fəlakətlə bol olan Azərbaycanın
başına gətirilən
haqqında daim dünyaya səs salmaq gərəkdir.
Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini
Müdafiə Təşkilatı
ictimai birliyinin sədri Faiq İsmayılov bildirir ki, Xocalı Faciəsinin ciddi araşdırmaya ehtiyacı
var. Məsələ araşdırıldıqca
yeni faktlar meydana çıxır.
Bu qanlı hadisənin
araşdırılmasında, Qarabağın işğalında
iştirak etmiş erməni yazıçısı
Zori Balayanın Qarabağ haqqında xatirələri, general Arkadi
İvanoviç Ter-Tadovesyanın
Qarabağdakı cinayətkar
fəaliyyəti, Qarabağ
hadisələrində iştirak
etmiş digər ölkələrin vətəndaşlarının
xatirələri və
eləcə də Rusiyanın Müdafiə Nazirliyinin arxivi tədqiqat obyekti ola bilər. Erməni silahlıları Valeri Balayanın rəhbərliyi
ilə hələ
1991-ci ildən Qarabağın
silahsız azərbaycanlı
əhalisi yaşayan Tuğ, Sarışen, Salakətin, Meşəli,
Malıbəyli kəndlərini
daim atəş altında saxlayırdılar.
Qarabağda üstünlüyü
ələ alan
Ermənistan hökuməti
orada pərakəndə
fəaliyyət göstərən
erməni silahlı dəstələrini birləşdirib
vahid komandanlıq yaratdı. Hökumət bu vəzifəyə
Gürcüstan vətəndaşı
- əslən erməni
olan "Dağ tülküsü" ləqəbli
general Arkadi İvanoviç
Ter-Tadovesyanı komandan
təyin etdi. Bununla da ermənilər Qarabağda vahid mərkəzdən idarə
olunan nizami bir ordunun yaradılmasını
gerçəkləşdirdilər. Təyinatının ilk günü Arkadi
Ter-Tadevosyan Kərkicahan
və Qaradağlı
kəndlərinə sarsıdıcı
zərbələr endirdi.
Ermənistan hökuməti silahlı
münaqişəni genişləndirmək
üçün Qarabağ
cəbhəsini silah-sursatla
müntəzəm olaraq
təmin etməli idi. Bu məqsədlə
hökumət təcili
tədbirlər həyata
keçirməyi planlaşdırırdı.
Ermənistandan silah-sursat daşınmasını
həyata keçirmək
üçün Qarabağla
Ermənistan arasında
yeganə quru yol olan Xankəndi-Şuşa-Laçın-Gorus
yolu təhlükəli
olduğundan Ermənistan
Xankəndi-İrəvan hava
yolundan istifadə etmək məcburiyyətində
idi. Bu məcburiyyət
Ermənistanı xüsusi
strateji əhəmiyyət
daşıyan Xocalı
şəhərini işğal
etməyə vadar edirdi.
Xocalı
şəhərinin işğalında
iştirak etmiş rus zabiti Vladimir Vardanov İrəvan şəhərində çap
olunan "Şuşi"
jurnalına 08.02.2006-cı ildə
verdiyi müsahibədə
bidirir ki, "Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti
ələ keçirmək
üçün Xocalı
üzərinə hücumu
hələ 1989-cu ildən
planlaşdırıb".
Xocalı üzərinə hücum
xüsusi hazırlıq
və böyük qüvvə ilə həyata keçirilmişdi. Xocalı
üzərinə hücum
əməliyyatı general Arkadi
Ter-Tadevosyan, yazıçı
Zori Balayan, Daşnakstyun terror təşkilatının
Qarabağ nümayəndiliyinin
rəhbəri Robert Koçaryan
(keçmiş prezident),
Ermənistan Hərbi Nazirliyinin əməkdaşı
Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı.
Ancaq hücumu uğurla başa çatdırmaq üçün əməliyyatçılar
nə hücum planına, nə də Xocalının xəritəsinə malik deyildilər. Xəritənin olmaması əməliyyatı
ləngidirdi. Odur ki,
Robert Koçaryan uzun
axtarışdan sonra Xankəndi şəhərinin
baş memarı Valodya Stepanyanı tapıb hərbi qərargaha gətirdi.
Qərargah rəisi ona
tez bir zamanda
Xocalı şəhərinin
baş planını hazırlamağı tapşırdı
və alayın proporşiki Samvel adlı şəxsi V.Stepanyana köməkçi
təyin etdilər.
Beləliklə, Xocalı şəhəri
üzərinə hücum
planının xəritəsi
praporşik Samvel və Xankəndi şəhərinin baş
memarı Volodya Stepanyan tərəfindən
hazırlandı".
Xocalı faciəsi bizim üçün sözün
həqiqi mənasında
dərsdir. 20 Yanvar
faciəsi ilə bağlı incəsənətin
demək olar, bütün sahələrində
soraqlar olduğu halda Xocalı mövzusunda hələ ki, daha çox
publisistika sözünü
deyib. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər
yaradıblar. Xocalı mövzusunda
ən diqqətçəkən
plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız
Vaqif Ucatayın əsəridir. Əsərdə
türk uşağının
qarnına qılınc
saplanıb, qan hər yana
tökülüb...Bir
neçə il qabaq isə Vaqif Ucatay bu
mövzuda ayrıca fərdi sərgisini nümayiş etdirdi, son illərdə də ardıcıl olaraq sözügedən mövzuda
əsərlər yaratdı.
Tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov bu mövzuda "Qırmızı
qar" adlı film çəkib. Filmin ssenari müəllifi
Ağarəhim Rəhimov,
bəstəkarı Cavanşir
Quliyevdir. Hər
il müxtəlif
telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə Əsədova,
İftixar Piriyev, Ələsgər Məmmədoğlu,
Səmayə Sadıqova
və başqaları
çəkiliblər. Bu mövzuda "Azərbaycanfilm"
tərəfindən Oruc
Qurbanovun rejissorluğu
ilə "Ağrı"
filmi də çəkilib. Ümumən
Qarabağ, Xocalı mövzusunda soydaşlarımızın
yadında ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə Xocalı
ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır.
"Qırmızı qar"
filminin rejissoru M.Fərzəlibəyov Xocalı
mövzusunda rejissorların
daim düşünməsinin
vacibliyini deyir: "Ermənilər qaniçən
olduqları dərəcədə
özlərinin yazıq
obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə
belə bir faciə ilə üz-üzə qaldığımız
dərəcədə hələ
də bu barədə kifayət qədər dünyanı
xəbərdar etməmişik".
Tanınmış rəssam Rza Avşarın fikrincə, Xocalı mövzusu rəssamlıqda ifadəsini
tapsa da, ortada olan nümunələr
onu tam qane etmir. Hesab edir ki, rəssamlarımız bundan
sonra bu mövzuda daha ciddi düşünməlidirlər.
Hər halda rəssamın gördüyünü çəkməsi
daha təsirli alınır. Ancaq rəssam
bütün faciələrin,
hadisələrin birbaşa
şahidi olmur. Əsas məsələ rəssamın
bu və ya digər mövzunu
nə dərəcədə
özünəməxsus ümumiləşdirməsidir.
Xocalı dəhşətini
heç zaman unutmaq olmaz: "Ümumiyyətlə, belə
bir faciə barədə adi danışmaq olmur. Gərək daim bu faciə
barədə uşaqlara,
gənclərə söhbət
edək, faciəyə
tuş gəldiyimizi beyinlərə və ürəklərə yeridək".
Rəssam Xocalı faciəsi
mövzusunda iki əsər çəkib.
"Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib.
Əsərdə qara,
bozumtul fon
aparıcıdır. Xocalı şəhərinin
üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam
ağrını duya,
göstərə bilib.
Həmin gecənin dəhşəti ayın surətini qırmızı
qana boyayıb...
Uğur
Xalq Cəbhəsi.- 2016.- 26 fevral.-
S.12.