Ahıska türkləri
1989-cu il
Fərqanə hadisələri ilə əlaqədar təkcə
Saatlı rayonunda 1286 ailə, 10000 nəfərdən çox
Ahıska türkü yerləşdirilmişdi
VI
yazı
Araşdırmaçı
Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri
və Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının
ikinci mərhələsi ilə bağlı gedişatı belə
təhlil edir: “Türkçülük zəminində etnik
şüurun formalaşma amili olan özünü təsdiq
formasının olmaması Fərqanə hadisələrində
tam aydınlığı ilə təzahür etmişdi. XX yüzilliyin 80-cı illərinin ortalarından
başlayaraq Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun
dəstəyindən istifadə edən ermənilər xeyli fəallaşmışdılar.
Onların təklifi ilə M.Qorbaçov
SSRİ Baş Prokurorluğunun müstəntiqləri Telman
Qdlyan və Nikolay İvanovun rəhbərliyi altında yoxlama
qrupu təşkil edilməsi barəsində göstəriş
verir. Bunların rəhbərlik etdiyi istintaq
qrupu ilk dəfə olaraq Özbəkistan Respublikasına
göndərildilər. Sonradan onların
apardığı istintaq işlərinin saxtakarlıqla
aparıldığı sübut olunmuşdu. Bəlli olmuşdu ki, bu qrup «pambıq pripiskası»
adı altında Orta Asiya respublikalarına pul toplamaq
üçün göndərilmişdi. Türk
dünyasının qəddar düşməni olan qdlyanlar
öz mənfur niyyətlərini həyata keçirmək
üçün açıq-aşkar, heç kimdən
çəkinmədən rüşvət toplayırdılar.
Sonradan bəlli olmuşdu ki, həmin pullar
onların öz mənfur niyyətlərini həyata
keçirmək üçün - Ermənistandan,
Qarabağdan Azərbaycan vətəndaşlarını didərgin
salmaq üçün lazım imiş. Elə həmin
günlərdə Özbəkistan KP Mərkəzi Komitəsinin
katibi Osman Xocayevin heç bir inandırıcı səbəb
göstərilmədən vəzifədən azad olunması və
yerinə anası erməni olan Rafik Nişanovun Özbəkistan
KP MK-nın birinci katibi təyin edilməsi məlum Fərqanə
faciəsinin özülünün qoyulmasına səbəb
olmuşdu. 1988-ci ildə məkrli deportasiya siyasətinə təkan
vermək üçün Özbəkistanda qəsdən
ortaya atılan «Ruslara ölüm!»
şüarı riyakarcasına təxribatçılar tərəfindən
Ahıska türklərinin adına çıxarılır. Məkrli təbliğatla inandırmağa
çalışırdılar ki, guya bu fikirlər Ahıska
türklərinə məxsusdur. Süni
milli münaqişələr yaratmaq məqsədilə
aparılan təbliğat Özbəkistanda yaşayan
Ahıska türklərinin mənfi imicinin yaradılmasına,
daha doğrusu, iki türk xalqı arasında düşmən
münasibətlərinin formalaşmasına yönəldilmişdi.
R.Nişanovun ermənipərəst mövqeyinin
nəticəsi idi ki, etnokonfliktə xidmət edən təbliğatın
qarşısı nəinki alınmadı, əksinə, sovet
məkanında digər yerli milli münaqişələrin
törədilməsi üçün münbit şərait
yarandı”.
Bu dəhşətli hadisənin bilərəkdən
qarşısının alınmaması Özbəkistandan
Ahıska türklərinin didərgin düşməsinə səbəb
olmuşdu. Fərqanə
hadisələri 1989-cu ilin may ayının 23-dən iyunun 8-dək
davam etdi. Pulla tutulmuş və silahla təmin
olunmuş dəstələr bu vandalizmi başqa yerlərdə
də həyata keçirmək üçün Özbəkistanın
Ahıska türkləri məskunlaşdığı digər
vilayətlərinə üz tuturdular. Sır-Dərya
vilayətində Fərqanədən gələn yük
maşınları, avtobuslar saxlanılmış,
yoxlanışdan sonra içində müxtəlif
partlayıcı maddələrin olması
aşkarlanmışdı. Fərqanədən
gələn cinayətkar qrupdan çoxlu narkotik maddələr
müsadirə olunmuşdu. 1989-cu ildə Fərqanədə
Ahıska türklərinə qarşı törədilən
bu cinayət əsl genosid, soyqırım idi. Evlərə
od vurulur, uşaqlar, qocalar alov içinə
atılır, hamilə qadınlar doğranılır… Bu və ya digər hadisələr
ahıskalıların soykökünə, mənəviyyatına
vurulan dəhşətli zərbədir. Bu
hadisələr yerli insanlar tərəfindən deyil, regiona gətirilmiş,
pulla ələ alınmış silahlı quldur dəstələri
tərəfindən törədilirdi. Fərqanə
hədisələrinin Saatlı rayonunun Varxan kəndində,
Xaçmaz rayonunun Müşkür kəndində,
Xızı rayonunda və başqa yerlərdə məskunlaşmış
canlı şahidləri həmin hadisələri tükürpədici
faktlarla təsdiqləyirlər. Saatlı rayonunun Varxan kəndində
yaşayan Əhməd Mərdan oğlu Fərqanə hadisələri
barədə dediklərindən: “Mən Fərqanədə
taksi sürücüsü idim. Axşam olan kimi çoxlu
avtobuslarla, yük maşınları ilə 10 minlərlə adam gətirib şəhərə
boşaltdılar. Hamısı silahlı idi.
Yerli polis onlara heç nə demirdi. «Türklərin evlərinə od vurun»- deyərək,
bağıra-bağıra əllərindəki məşəllərlə
evləri yandırırdılar. Səhəri
gün ordu hissələri gəldilər. Sağ
qalanları, şikəst olanları təyyarə limanına
daşıdılar».
1989-cu il Fərqanə hadisələri ilə əlaqədar
təkcə Saatlı rayonunda 1286 ailə, 10 000 nəfərdən
çox Ahıska türkü yerləşdirilmişdi. Onlar inzibati binalarda, məktəblərdə, yerli
adamlarla bir yerdə və çadırlarda yaşamağa
başladılar. Köçkünləri
işlə təmin etmək üçün Azərbaycan
Respublikası Dövlət Plan Komitəsinin təlimatına əsasən,
orada toxuculuq fabrikinin, çini qablar və elektrik
avadanlıqları zavodlarının filialları fəaliyyətə
başladı.
Azərbaycanda ayrı-ayrı zavod, fabrik və digər
müəssisələrin yardımından əlavə, Fərqanə
qaçqınlarına rəsmi dövlət yardımı da
nəzərdə tutulmuşdur. Dövlət fondundan 700 ton taxıl,
600 kq yağ, 900 kq çay, 2 ton gənd, müxtəlif
ehtiyacların ödənilməsi üçün 100 min
manatdan çox pul vəsaiti ayrılmışdır. Yeri gəlmişkən, bütün məktəbyaşlı
uşaqlar təhsilə cəlb edilmiş, 2000-dən çox
ahıskalının işlə təmin olunması nəzərdə
tutulmuşdu. Fərqanədən didərgin
düşmüş ahıskalıların məskunlaşması
problemlərinə Saatlı rayon əhalisi tərəfindən
ciddi yanaşılmış, onlar mehribanlıqla
qarşılanmışdırlar. Yeri gəlmişkən
qeyd edək ki, respublika mətbuatı ahıskalılarla
bağlı bu və ya digər məsələlərin
işıqlandırılmasına ciddi və sistemli şəkildə
yanaşırdı.
Məsələn, Ə.Fərzəli «Elim sənə həyandır»
adlı yazısında Saatlı rayonunda məskunlaşmış
ahıskalıların çoxsaylı problemlərini qələmə
almışdı (10 iyul 1990). Beləliklə, yenidənqurma
adlandırılmış illərdə də Ahıska
türkləri Krım tatarları kimi uğrunda mübarizə
apardıqları öz haqlı tələblərini dünya
ictimayyətinin diqqətinə çatdırmaq istiqamətində
uğur qazana bilmədilər. Onlar özlərinin
milli hüquqlarının bərpa edilməsi uğrunda
mübarizəni genişləndirmək üçün yenidənqurma
mərhələsindən istifadəyə cəhd göstərdilər.
Onların qabaqcıl ziyalıları çox
böyük çətinliklərlə maneələri dəf
edərək, 1988-ci ilin avqust ayında Bakı şəhərində
ahıskalıların I qurultayını keçirmişdi.
Qurultayda SSRİ-nin müxtəlif yerlərindən
gəlmiş 250 nümayəndə iştirak edirdi. Orada vətənə qayıtmaq naminə özlərini
gürcü mənşəli hesab etmək istəyənlərin
fikirləri dəf edilmişdi. Qurultayın
təzyiqi altında gürcü mənşəyini,
soykökünü qəbul etmiş Ahıska türkləri
öz mövqelərinin səhv olduğunu
iştirakçılar qarşısında etiraf etmişdilər.
Bundan sonra qurultay Ahıska türklərini türk milləti
kimi tanımaqla vətənə qayıtmağa nail olmaq
uğrunda mübarizə aparmaq barədə qərar qəbul
etmişdi. İştirakçılar və
ümumiyyətlə, bütün ahıskalılar bu
qurultayı «birlik qurultayı» adlandırmışdılar.
Məhz 1988-ci ilin avqust ayında ümumittifaq televiziyasında
ilk
dəfə olaraq Ahıska türklərinin liderləri ilə
müsahibə efirə verilmişdi. Beləliklə,
nəinki on milliyonlarla Sovet tamaşaçısı, eyni
zamanda çoxmilliyonlu xarici seyrcilər də başı bəlalar,
müsibətlər çəkmiş bu xalqın
böyük faciəsindən xəbər tutmuşdular. SSRİ rəhbərliyi Ahıska türklərinin vətənə
dönmək uğrunda apardıqları ardıcıl və fəal
mübarizənin qarşısını almaq üçün
qeyri-bəşəri vasitəyə əl atdı”.
Ən dəhşətli
faciə bundan ibarət idi ki, ahıskalılar bu dəfə də
Özbəkistandan deportasiya olunaraq müxtəlif bölgələrə
səpələndilər: “Özbəkistanı tərk etməyə
məcbur olunmuş 74 min nəfər ahıskalıdan 17,5 mini
Qazaxıstanda, 16 mini Rusiyada, 40 min nəfərdən çoxu
Azərbaycanda özünə sığınacaq tapa bildi”. 17
gün ərzində Özbəkistan ərazisindən didərgin
salınmış Ahıska türkləri haqda təkcə təsdiq
olunmuş rəsmi sənədlərdə
köçürülənlərin sayısı aşağıdakı
kimi göstərilmişdi: Səmərqənd vilayətindən
1310 ailə; Sır-Dərya vilayətindən 960 ailə;
Daşkənd vilayətindən 556 ailə; Fəpqanə vilayətindən
2705 ailə; Əndican vilayətindən 200 ailə; Namanqan
vilayətindən 50 ailə, cəmi 5781 ailə.
Özbəkistandan didərgin düşmüş 5781
ahıskalı ailəsindən bəziləri bu gün də
öz yaxınlarını, qohumlarını axtarmaqda davam
edirlər.
Onlar Rusiyanın 25, Ukraynanın isə 5 vilayətinə səpələniblər.
Tarixi ərazilərindən uzun müddət
ayrı düşmüş, vətən həsrətinə
dözə bilməyən ahıskalıların bir qismi - 1211
nəfər (186 ailə) deyilən şərtləri qəbul
edib Gürcüstanda məskunlaşdılar. XX yüzilliyin 1990-cı illərinin əvvəllərində
Gürcüstanda belə ailənin yalnız 35-i
qalmışdı. Gürcüstanı tərk
etməyə məcbur edilmiş insanların bir qismi - 323 nəfəri
Azərbaycanın Ermənistanla həmsərhəd
rayonlarında məskunlaşdırılmışdı.
Lakin 1989-cu il Fərqanə hadisələrindən
sonra Azərbaycana köçürülən
ahıskalılar üçün ilk günlər vəziyyət
məlum səbəblərdən heç də yaxşı
olmadı. Onların bir hissəsi
erməni
təcavüzünün qurbanı olaraq, yenidən məcburi
köçkün, qaçqın taleyi yaşamaq məcburiyyətində
qaldılar. Belə ki, 1989-cu ildə Fərqanədən
didərgin düşmüş ahıskalıların bir qismi
Azərbaycanın Xocalı bölgəsində məskunlaşdırıldı.
Azərbaycanın Dağlıq Qarabağ və
ona bitişik olan digər əraziləri 90-cı illərdə
erməni təcavüzkarlarının hücumuna məruz
qalarkən onlar da təcavüzə məruz qaldılar.
Öz müstəqilliyini yenicə
qazanmış Azərbaycan dövləti erməni qoşun
birləşmələrinin hücumuna məruz qalaraq,
torpaqlarının 20%-dən çoxunu itirmiş oldu. Təkcə Xocalı şəhərində 300-ə
qədər ahıskalı yerləşdirilmişdi. 26 fevral 1992-ci ildə Xocalı faciəsi zamanı Azərbaycana
pənah gətirmiş ahıskalılar erməni-rus hərbi
birləşmələri tərəfindən qətlə
yetirildilər. Azərbaycanda məskunlaşan
Ahıska türklərinin vəziyyəti başqa
respublikalardakı soydaşlarımızın vəziyyətindən
kəskin fərqlənirdi. Bu, ilk növbədə
yerli xalqın ahıskalıları öz soydaşları kimi
mehribanlıqla qarşılaması və qayğısı ilə
izah olunmalıdır”.
Uğur
Xalq
Cəbhəsi.- 2016.- 27 fevral.- S.13.