Qorqudşünaslıqda “kafirlərə”
müxtəlif yanaşmalar
I yazı
Qorqudşünaslıqda “kafirlərə” müxtəlif
prizmalardan yanaşılıb. Təəccüb doğuran budur ki, kafirlərlə bağlı daha çox ziddiyyətli, qeyri-elmi nəticələr
söylənilib. Burada
diqqətçəkən bir
neçə fikrə
münasibət bildirmək
zərurəti yaranır:
E.Əlibəyzadəyə görə, “Kitab”dakı kafirləri ermənilər
və gürcülər
kimi başa düşmək lazımdır:
“Kitab”da bu qonşular ümumi bir adla “kafir”
deyə təqdim edilir. Ermənilər və gürcülər nəzərdə tutulur...
Belə anlaşılır
ki, hələ o vaxtlar – 1400-1500 il bundan öncə qonşularımız şər-şamata
olublar, xəyanət,
dava-dalaş həmişə
onlar tərəfindən
başlanıb...son 5-6 ilin
hadisələri, təcavüz,
qanlı müharibə
də təsdiq edir ki, iddialı
olmaq, şər, hiylə, qərəz, ədalətsizlik bu xalqın xilqətində,
canında varmış...
Bu həqiqət Qorqud
Atanın şahidliyi ilə dastanlarda öz əksini və bədii həllini çox gözəl tapıb...” (E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud.
Bakı,
1999, səh.111-112).
Müəllif “Oğuzlar və
bədxah qonşuları”
ilə bağlı fikirlərini “Bəkil oğlı Əmrah boyu” kontekstində bir az da “dəqiqləşdirir”.
Belə ki, gürcülər sözünü
ermənilərin xeyrinə
ixtisar edərək yazır: “...Budur, min dörd, min beş
yüz il bundan əvvəlki erməni sifəti. Bu gün də o, bu sifətini göstərir: bu sözün əyər-əskiyi
yoxdur. Bu münasibət
tarixən eynilə davam edib gəlir...”
(səh.114). Hörmətli professorumuzun bu fikirləri Azərbaycan tarixinə ziddir. Əsl tarix hiss-həyəcanla, emosiyaya qapılmaqla yox, tutarlı fakt və arqumentlərlə danışmağı sevir...
Məgər ermənilərin Cənibi
Qafqazda məskunlaşma
tarixini V əsrə aparmaq olarmı? Heç
şübhəsiz ki,
yox!!! Burada emosiyalarını cilovlaya
bilmədiyi, həm də ermənilərə
kəskin nifrət bəslədiyi üçün
qeyri-dəqiqliyə yol
vermiş E.Əlibəyzadəyə
yazıçı Anarın
bir fikrini xatırlatmaqla kifayətlənirik:
“Kitabi-Dədə Qorqud”da
“erməni” və “hay”
sözlərinə rast
gəlmirik. “Təkür”
sözünü erməni
kəlməsi “taqavor”
kimi oxuduqda belə, bu, farsca “tacidar”dan törənmiş qeyri-müəyyən
hökmdar titulundan başqa bir şey deyil” (Anar. Dədə Qorqud dünyası.
Sizsiz.
Bakı,
1992, səh.33).
Ş.Cəmşidov kafirləri birbaşa erməni kimi təqdim etməsə də, şərhlərinin ümumi
semantik yükündə
“kafir=erməni” modeli açıq-aydın
görünür; “...Yaxın
qonşularla Oğuz qəhrəmanları arasında
düşmənçilik, demək olar ki, mövcud deyil. Heç yerdə Oğuzlarla onların yaxın qonşuları olan erməni və gürcülərlə toqquşmaya
təsadüf etmirik”(Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.109).
Sovet ideologiyasının təsiri
qabarıq şəkildə
görünən bu cümlələrdən belə
anlaşılır ki,
“Kitabi-Dədə Qorqud”
dövründə guya
ermənilər Oğuzlarla
mehriban qonşuluq şəraitində yaşayıb.
Qeyd etdiyimiz
kimi, bu cür izahlar tarixi həqiqətləri
əks etdirmir. Bu məqamda
Ş.Cəmşidov və
E.Əlibəyzadədən gətirdiyimiz sitatları semantika baxımından qarşılaşdırmaq lazım
gəlir: sitatlarda “Kitab”ın poetik strukturu, semantikası nəzərə alınmayıb;
hər iki müəllif erməniləri
Oğuzların qonşusu
hesab edir; biri erməniləri dost kimi (Ş.Cəmşidov),
digəri düşmən
kimi (E.Əlibəyzadə)
təqdim edir; erməniləri dost hesab edən (Ş.Cəmşidov)
sovet dövlətinin,
düşmən hesab
edən isə (E.Əlibəyzadə) müstəqil
Azərbaycan dövlətinin
ziyalısı kimi çıxış edir...
“Kitab” isə
hər iki fikri təkzib edir. Burada M.C.Bağırovun 1951-ci il
mayın 24-də Azərbaycan
K(b)P-nin XVIII qurultayındakı çıxışından
bəzi parçaları
təqdim etmək lazım gəlir. Ulu kitabımıza qarşı əsassız,
həm də qərəzli hücumları
müdafiə edən
M.C.Bağırov deyir:
“...Bu yaxınlarda Azərbaycan
Sovet Yazıçıları
İttifaqı öz növbəti məsələlərini
müzakirə etdiyi zaman “Dədə Qorqud” kitabının qiymətləndirilməsinə tamamilə doğru yanaşıb. Bəzi ədəbiyyatşünaslar və yazıçılar
siyasi sayıqlığını
itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı
Azərbaycan eposu adı ilə təbliğ ediblər.
“Dədə Qorqud”
xalq eposu deyil. Bu kitab
başdan-başa soyğunçuluq
və qırğın
məqsədilə Azərbaycana
gələn köçəri
oğuzların hakim, yuxarı
təbəqələrini tərifləməyə
həsr edilib. Bu
kitab tamamilə millətçilik zəhəri
ilə doludur, müsəlman olmayan başqa xalqlara, əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı yazılıb”
(“Ədəbiyyat” qəzeti,
26 may 1951-ci il). Bu parçanın semantik yükü barədə qısaca olaraq aşağıdakıları söyləmək
olar: Azərbaycan türklərinin etnogenezində
xüsusi yer tutan Oğuzlar köçəri, soyğunçu
adlandırılaraq təhqir
edilir; “Kitab”ın guya, gürcü və erməni xalqlarına qarşı yazıldığı xüsusi
olaraq qabardılır;
“Kitab”ın Azərbaycan
eposu olması qəti şəkildə rədd edilir.
Cənubi
Qafqazdakı türk etnosunun tarixinə islam və
xristian dinləri kontekstində yanaşaraq düzgün nəticələr
çıxarmış K.Bəşirovun
fikirləri də yuxarıda dediklərimizi arqumentləşdirir: “Türklərin,
o cümlədən azərbaycanlıların
ilk rəsmi dinlərindən
olan xristianlığın
islam dini xatirinə inkarı bir çox tarixi həqiqətlərin
düzgün qavranılması
yolunda bizə əngəllər yaradıb.
Din naminə qarşılıqlı
milli imtina alban – türklərin erməniləşməsinə və ya dünya
ictimaiyyətinə ermənilər
kimi tanıtdırılmasına
səbəb olub. Dağlıq
Qarabağ və Ermənistan toponimlərinin
böyük əksəriyyətinin
türk mənşəli
olması, Qarabağda
özlərini erməni
adlandıranların dil,
adət və ənənələrinin gəlmələrdən
əsaslı fərqi
bunların türk mənşəyindən xəbər
verir” (K.Bəşirov.
Mürəkkəb quruluşlu Azərbaycan
toponimləri. Bakı, 2008, səh.7).
O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyasından
bəhs edərkən
yazır: “Ermenistan – Arap coğrafiyaçılarına
göre, Kür ile Hazer arasındaki bütün memlekete, yani Gürcüstan`a, Arran (Albaniya) ve Derbend boyuna...
kadar Kafkasya`nın dağlık bölgesine verilen ad. Buraların tarihinin
çoklukla ve özellikle müslümanlar
ilə olan dögüşlerde, Ermenistan`ın
tarihine sıkıca bağlı olduğu görülmektedir. Arap tarihçi
ve coğrafiyaçılarının
verdikleri başka bir bilgiye göre,
Berda, Arran, Nahçevan bölgeleri de
Ermenistan`dan sayılıyordu.
Bugün
Sovyetler Birligi içerisinde ve Aras`ın kuzeyi ile onun bir
kolu olan Arpaçayı arasında
bir cumhuriyet olan bölgenin adı olup başkenti
Erivan`dır” (O.Ş.Gökyay.
Dedem Korkudun kitabı. İstanbul,
2000, səh. 87).
Bəri başdan qeyd edək ki, O.Ş.Gökyayın
fikirləri tarixi həqiqətləri düzgün
əks etdirmir. Müəllif unudur ki, “Ərməniyyə”
Ermənistan deyil, türklərin yaşadığı
ərazinin adıdır,
“ərmən” də erməni mənşəli
yox, türk mənşəli sözdür
(ər – igid, mən-adam). Təəccüb,
həm də təəssüf doğuran
budur ki, “Kitab”da “hay” və “Hayıstan” kəlmələri
işlənməsə də,
haylarla bağlı heç bir hadisəyə işarə
olunmasa da, O.Ş.Gökyay “Dədə
Qorqud”un coğrafiyası
kontekstində “qədim”
və müasir Ermənistandan bəhs edir, tarixi faktları
saf-çürük etmək
əvəzinə, təhrif
edilmiş şəkildə
təqdim edir.
Burada bir neçə faktı xatırlatmaq lazım gəlir: birincisi, N.Gəncəvinin
“Xosrov və Şirin” poemasının
“Şapurun Şirini axtarmaq üçün Ərmənə getməsi”
hissəsində “Ərmən”
Şirinin Vətəni
kimi təqdim olunur: “Şirinin yanına bir aya gəldi... Ərmən dağlarına
gəlib yetişdi”; ikincisi, bir sıra
tarixi mənbələrdə
“Bərdə” Ərməniyyənin
mərkəzi şəhəri
kimi göstərilir:
“...8 (VIII-Ə.T.) əsrdə Əməvilər xilafətinin
tərkibində yaradılmış
canişinlik. Canişinliyin inzibati mərkəzi Dvin (Dəbil) şəhəri idi, 789-cu
ildə mərkəz Bərdəyə köçürüldü
(Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh. 228); üçüncüsü, etimoloji
araşdırmalarda “Bərdə”
daha çox türk mənşəli söz kimi izah
olunur.
ƏZİZXAN
TANRIVERDİ
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 6 iyul.-
S.14.