Qloballaşma şəraitində mədəniyyətlərarası
dialoq
Bu
məhfum dünya birliyinin və sülhün
saxlanılması üçün mühüm anlayışa
çevrilmişdir
I yazı
Dünyada gedən proseslər birmənalı
şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin
inkişaf strategiyasını böyük dərəcədə
qloballaşma müəyyənləşdirəcəkdir. Qloballaşma
yeni dövrdə bütün
dünya dövlətlərini mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur.
Bunlar qloballaşmanın nə qədər
vacib, diqqət mərkəzində dayanan bir sahə olduğunu göstərir.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti Murtəza Həsənov yazır ki, qloballaşma termini etimoloji cəhətdən
latın termini olan “qlobus”, yəni Yer kürəsi
sözü ilə əlaqədardır.
Bu və ya digər
proseslərin ümumi-planetar xarakter daşıdığını ifadə
etdiyini göstərir. Elmi
ədəbiyyatlarda XX əsrin ikinci
yarısından sonra dünya
miqyasında baş verən fundamental prosesləri izah
etmək üçün "qloballaşma" terminindən ilk
dəfə 1967-ci ildə istifadə edildiyi
bildirilir. Müasir anlamda termin kimi isə “qloballaşma”
1980-ci illərin ortalarında dövriyyəyə
buraxılmış və intellektual elita tərəfindən qəbul olunmuşdur. Qloballaşma termininin meydana gəlməsini professor Teodor
Levitin adı ilə bağlayırlar. O, 1983-cü ildə
"Harvard biznes revyu"
jurnalında çap etdirdiyi "Bazarların qloballaşması" məqaləsində
bu terminlə transmilli korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların
bir-birinə qovuşması
fenomenini ifadə etmişdir.
Müxtəlif tədqiqatçılar tərəfindən
multikulturalizm tipləri,
növləri, formaları
və səviyyələri
haqqında fikirlər
yürüdüblər. M.Tolostanov multikulturalizmin tiplrini belə analiz etmişdir:
1. Liberal – bu tipin əsas məsələsi mədəni
qrupların müxtəlifliklərinin
qorunması eləcədə
bərabər hüquq
və azadlıqların
əsasında birgə
yaşayış imkanı
yaratmaqdır. 2. Radikal
– bu tipdə əsas məqsəd millətlərarası fərqliliyə
fikir vermirlər, lakin onlar arasındakı
münaqişəni radikal
yolla həll edirlər. Həmçinin həmin millətlərin
dini inanclarını sıxışdırırlar.
3. Konaervativ (bəzən liberalda adlanır).
Başqa bir tədqiqatçı
E.Litvinenko multikulturalizmi
iki növə bölür: üzvü və simulyasiya. Üzvü multikulturalizm ideoloji tutum və onlara
etirazsız riayət ilə xarakterizə olunur. Simulyasiyanın özünə xas
xüsusiyyətləri vardır.
Burada digər azsaylı xalqların adət və ənənələri
qorunub saxlanılır,
yalnız bu, həmin millətin adət və ənənələrinə zidd
olmamalıdır.
Multikulturalizmin formaları haqqında anlayışı
N.Qleyzer irəli sürmüşdür:
1. Əlavə- Köçəri multikulturalizmin
bir növüdür.
2. Transmissiya - Qleyzerə əsasən
ABŞ tarixi yenidən
yazılır. Burada əsas
rolu diskiriminasiya olunmuş irqlər və etikalar rol oynayır.
3. Afroçentizim- əsas məqsədi ondan ibarətdir ki, Amerikada yaşayan
afrikan amerikalıların
təhsillərinin yüksəldilməsi,
onların hüquqlarının
bərpa edilməsi və öz millətləri ilə eyni hüquqlara malik olmalarına çalışmasıdır. İndi Amerikanın ağ gəncləri
afrikan amerikalının
pop mədəniyyətinə baş əyirlər. 1970-ci ildən bəri
güclü sürətdə
afrikan amerikalı pop mədəniyyəti inkişaf
etdi. Bu əsasən
Reggi stilindən sonra inkişaf etdi.
Tədqiqatçı A.Kropyatnik multikulturalizmin üç
səviyyəsini müəyyən
edir: Diskriptik (demoqrafik) – miqrasiya prosesində milli cəmiyyətlərin demoqrafik
və etnomədəni
parametrlərinin dəyişikliklərini
təsvir etmək üçün cəhd edir. Nəticədə multikulturalizm çox
mədəniyyətli cəmiyyətdə
etnik və mədəni qrupları inteqrasiya mədəniyyəti
kimi başa düşülür. İdeoloji - bu
səviyyədə milli
ideologiyaya fərqli tərəflərdən baxılır.
Eləcə də mədəniyyətlərarası
komunikasiya etnik və mədəni dəyərlərin paylanmasıdır.
Politik – multikultural sosial və siyasi səviyyədə pluralizm
məsələsini həll
etmək üçün
bir siyasət kimi baxılır. Azlıq qrupların sosial
vəziyyətlərini iyerarxiyasında
kompromisi tapmaq üçün bir yol təklif edir. Eləcə də, dövlət
ərazisində immiqrant
və mədəni qruplara dəstək üçün müxtəlif
proqramların həyata
keçirilməsi daxildir.
Mədəniyyət, fərdi inkişaf,
sosial inteqrasiya, iqtisadi böyümə, məşğulluğun artırılması,
yenilik və rəqabət gücü baxımından önəmli
bir faktordur. Dövlətlər arasında mədəni
əməkdaşlığın, qarşılıqlı anlayışın
inkişaf etdirilməsi;
xalqların iqtisadiyyatdan
faydalanmasını və
bölgədəki cəmiyyətlərin
inkişaf xüsusiyyətlərinə
sahib olmasını təmin
etməklə, daha geniş əməkdaşlıqlar
qurulur və bölgədəki xalqlara
müsbət təsir
edilə bilir.
Son illərdə beynəlxalq
ictimaiyyətdə özünü
göstərən qütbləşmələr,
lazımı anlayışın
göstərilməməsi və ayrı-seçkiliyin
yaratdığı təhlükəli
nəticələr, belə
bir işi daha da vacib
etmişdir. Bu təhlükələrin
dialoq və əməkdaşlıq yolu
ilə qarşısının
alınması üçün
beynəlxalq cəmiyyətin
birlikdə hərəkət
etməsi lazımdır.
Yalnız nəzəri məlumatlarla
deyil, insani təmaslar vasitəsilə
də cəmiyyətlərin
bir-birlərini daha yaxşı tanımalarını
təmin etməliyik.
Mədəni əməkdaşlıq və ticarət, dialoqa və inama söykənən konstruktiv, davamlı əlaqələrin təşviq
edilməsində böyük
rol oynayır. Bu, qarşılıqlı mədəniyyətlər arasında
ünsiyyəti və
hörməti özü
ilə gətirməklə
öz dəyərlərinin
daha yaxşı başa düşülməsinə
və şablon düşüncələrə olan meyilliliyin azaldılmasına kömək
etməkdədir. Avropa İttifaqı
altında birləşən
28 ölkə və bundan daha çox
sayda olan mədəni qruplar arasındakı mədəniyyətlərarası
dialoq konfliktlərin və vətəndaşların
öz mədəniyyətlərindən
təcrid olunmasının
qarşısının alınmasında
əsasdır. Avropa Komissiyası
xüsusilə, Avropa Mədəniyyətlərarası Platformu və Mədəni Proqram vasitəsilə mədəniyyətlərarası
dialoq barədə müxtəlif təşəbbüsləri
dəstəkləyir və
öz boynuna götürür. Ötən
bir neçə il ərzində
mədəniyyətlərarası dialoqun özək hissəsini Avropanın ən böyük milli azlıqlarından olan qaraçılar ilə münasibətlər
təşkil etmişdir.
Bu əsasda Avropa
Komissiyası qaraçılara
qarşı diskriminasiyaya
son qoymaq üçün
müxtəlif layihə
və təşəbbüslər
həyata keçirmişdir.
Dünyanın mədəni zənginliyi
onun dialoqdakı müxtəlifliyidir. Hər bir
mədəniyyət öz
köklərinə bağlıdır,
ancaq digər mədəniyyətlə qovuşarkən
onun çiçəklənməsinə
mane yaratmamalıdır. UNESCO-nun əsas missiyalarından
biri də dünyadakı bütün
mədəniyyətlər üçün
azad mühit şəraiti yaratmaqdır.
Buna görə də, bu, hər
bir mədəniyyəti
müəyyən təcrid
daxilində eyniləşdirmək
və qorumaq məsələsi deyil, onları canlandırmaq üçün ayrı-seçkiliyin
qarşısının alınması
və münaqişələrin
həll edilməsidir.
Mədəniyyətlərarası dialoq məhfumu
qloballaşma və hazırki siyasi mühit daxilində yeni məna kəsb etməyə başlamışdır. Belə ki,
bu məhfum dünya birliyinin və sülhün saxlanılması üçün
əsasa çevrilmişdir.
Bütün mədəniyyətlərin qarşılıqlı anlayışına,
hörmətinə və
bərabər layaqətə
əsaslanan, sivilizasiyalar,
insanlar və mədəniyyətlərarası ədalətli mübadilə
və dialoq sosial birliyin yaradılması, insanlar və xalqlar arasında barış və sülhün əldə edilməsində
əsas rol oynayır. Bu fəaliyyət BMT-nin Sivilizasiyalar Alyansı proqramının tərkib
hissəsini təşkil
edir. Beynəlxalq dinlərarası münasibətlərin də
yer aldığı beynəlxalq mədəniyyətlərarası
dialoqun yaradılması
müddətində əsas
diqqət mədəni
plüralizmin yerli,
regional və beynəlxalq
səviyyədə təcrübələrlə
inkişaf etdirilməsi,
ekstremizm və fanatizmin qarşısının
alınaraq, insanları
bir araya gətirən dəyərlərin
və prinsiplərin inkişaf etdirilməsidir.
Mədəniyyətlərin müxtəlifliyi, miqrasiyanı özü ilə gətirmək, müxtəlif milli və digər azlıqların mədəni
kimlik iddiasının,
müxtəlif regionlar
arasında böyüyən
asılılığın və informasiya və kommunikasiya mediasının inkişafının
əsas şərtidir.
Mədəni müxtəliflik həmçinin,
inkişaf etdirilməsi
və adekvat idarə edilməsi tələb olunan, sosial, iqtisadi və siyasi problemlər də yaradır. Mədəni müxtəliflik özü ilə qorxu və imtinaları
da gətirir. Stereotiplər, irqçilik, ksenofobiya,
dözümsüzlük, ayrı-seçkilik
və zorakılıq
müxtəlif milli və yerli icmaların
sülh içində
yaşamasını təhdid
edə bilir. Mədəniyyətlərarası dialoq zorakılıq
və imtinaların qarşısının alınmasının
ən qədim və fundamental həll yoludur. Bunun məqsədi hər
birimizin multikultural dünya içində sülh və konstruktiv yaşamağımızı
təmin etməkdir.
Mədəniyyətlərarası dialoq həmçinin,
problem və konfliktlərin,
insan haqqlarına, demokratiya və qanunun aliliyinə hörmətin artırılması
yolu ilə qarşısını alan alət rolunu oynayır. Əsas etibarı ilə, aşağıdakı
məqsədlər qeyd
edilə bilər:
- Dünya görüşlərini bölüşmək,
bütün dünyanın
bizimlə eyni prespektivdə olmadığını
bilmək və öyrənmək;
- Müxtəlif mədəni adətlər
və anlayışlar
arasındakı oxşar
və fərqli cəhətləri ortaya çıxarmaq;
- Konsesusa nail olmaq, hansı
ki, mübahisələr
zorakılıq yolu ilə həll edilməməlidir.
- Sosial və
siyasi baxışlarda
vacib düzəlişlər
edilərək, mədəni
müxtəlifliyi demokratik
şəkildə idarə
etmək;
- Müxtəlifliyi təhdid və zənginlik kimi qavrayan iki hissə
arasında körpü
yaratmaq;
- Mədəniyyətlərarası
dialoq, sosial müxtəlifliyin idarə
edilməsi və inkişaf etdirilməsi sahəsindəki təcrübələri
bölüşmək;
- Bu sahədəki layihələri inkişaf
etdirmək.
Cavid
Xalq cəbhəsi . -2016.- 26 iyul.- S.14.