Qloballaşma şəraitində mədəniyyətlərarası dialoq
II yazı
Mövcud
təcrübə prosses boyu
altı mühüm şərtlərə
nail olunmasını tələb edir:
1. Bütün iştirakçıların ləyaqətinin
bərabər şəkildə qorunması;
2. Dialoqda könüllü
öhdəçilik;
3. Hər bir iştirakçının açıq zehin ilə iştirakı və dialoqda “qalib olmaq” kimi arzusunun
olmaması;
4. Mədəni
oxşarlıq və müxtəlifliyə baxmağa
hazır olmaq;
5. Mədəniyyətlərarası
fərqləri görmək və anlamaq üçün minimum
biliklərə sahib olmaq;
6. Mədəni
müxtəlifliyi anlamaq və ona hörmət etmək üçün
ümumi dil tapmaq.
Mədəni və etnik müxtəlifliyin
təhsil, linqvistik, iqtisadi
və sosial komponentlər və sosial mexanizmlər vasitəsilə sistemli və kompromis həllini
nəzərdə tutan multikulturalizm
dünyada çox az dövlət tərəfindən qəbul edilmişdir ki, bunlardan ən əsasları Avstraliya,
Kanada və İsveçrədir. Multikulturalizm
bir araşdırma kimi,
etnik və mədəni müxtəlifliyi
demokratik ictimai-siyasi üsullarla həll etmək istəyən
müəyyən dövlətlərin UNESCO-ya
marağının əsas səbəbidir. Mədəniyyətlərarası
dialoqun inkişaf
etdirilməsi, Avropa Şurasının insan hüquqları, demokratiya
və hüquq normasının
qorunması və inkişaf etdirilməsi kimi əsas məqsədlərinə xidmət
edir. Mədəni müxtəliflik yeni bir fenomen
deyil. Avropa şəbəkəsi
qitədaxili miqrasiyaların nəticələri, sərhədlərin
yenidən bölüşdürülməsi, müstəmləkəçilik
və çoxmillətli imperiyaların tarixdə
buraxdığı izlərlə əlamətdardır.
Yaxın əsrlər boyunca siyasi pluralizm və dözümlülük prinsiplərinə əsaslanan
cəmiyyətlər müxtəliflik içində sosial həmrəyliyə qəbul edilməz
risklər törətmədən mövcudluğumuzu
təmin ediblər. Son onilliklərdə mədəni
müxtəliflikdə müəyyən irəliləyişlər
nəzərə çarpır. Avropa,
dünyanın hər yerindən olan
miqrantları yaxşı həyat şəraiti və
sığınacaq axtarışı kimi
məqamlarla cəlb etmişdir. Qloballaşma – zaman və
məkanı görünməmiş ölçüdə
sıxışdırıb. Telekommunikasiya
və mətbuatda inqilablar – xüsusən,
internet kimi yeni kommunikasiya xidmətlərinin
meydana gəlməsi – milli
mədəni sistemləri get-gedə alt-üst
edib. Nəqliyyat və turizmin
inkişafı mədəniyyətlərarası dialoq üçün
get-gedə daha çox
şərait yaradaraq həmişəkindən
çox sayda
insanın qarşılıqlı əlaqəsini təmin edir. Ağ Kitabın məqsədlərinə
uyğun olaraq, mədəniyyətlərarası
dialoq qarşılıqlı anlaşma və ehtiram əsasında
müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə
və irsə malik fərdlər və qruplar arasında mövcud
olan açıq və səmimi fikir mübadiləsini əhatə edən proses kimi başa
düşülür. O, başqalarının
fikirlərini dinləmək istəyi və
bacarığını tələb etdiyi
kimi, özünüifadəetmə sərbəstliyi
və qabiliyyətini də tələb edir.
Mədəniyyətlərarası dialoq
müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, mədəni
və iqtisadi inteqrasiyasına və birləşməsinə
imkan yaradır. O, bərabərlik, insan ləyaqəti və ümumi
məqsəd düşüncəsinin yaranmasına kömək
edir. O, müxtəlif dünyagörüşü və təcrübələrin
dərin anlaşılması prosesini təbliğ
etdirmək, əməkdaşlığı və iş birliyini (və ya seçim
azadlığını) genişləndirmək, şəxsi inkişafa və transformasiyaya
şərait yaratmaq və başqasına
qarşı dözümlülük və
ehtiramı inkişaf etdirmək məqsədi
daşıyır. İnsanlıq tarixi ərzində
yerli, regional və universal miqyasda etnik, mədəni, ideoloji
və s. fərqlər müxtəlif zamanlarda anlaşılmazlıq, qarşıdurma
ya da döyüşlərə
səbəb olmuşdur.
Mədəniyyətlər İttifaqı, mədəniyyət
və mədəniyyətlərarası fərqlərin təkcə
qarşıdurmalara səbəb olmayacağı, eyni zamanda və daha çox, bu fərqləri zənginlik kimi
qəbul edərək xoş münasibət,
əməkdaşlıq və ortaq işlə
sülh, azadlıq və demokratiyanın üstünlük qazanacağı daha işıqlı bir
dünyanın yaradılmasına olan inanc və prossesin məhsuludur.
Problem dinlər deyil,
insanların bir-birlərinə qarşı münasibətləridir,
problemin əsasını siyasətin təşkil
etməsidir. Dinlər və mədəniyyətlər
arasında bərabər şərtlərdə və ortaq dəyərlərə söykənən
dialoq qurmaq üçün ilk
öncə hər kəsin öz “evini təmizləməsi” lazımdır.
Hamımızın ortaq düşmənləri
təzyiqlər, şiddət, pis əməllər
və aclıqdır. Bütün dinlərin
ortaq dəyərlərini ortaya
çıxarmalıyıq. Şəfqət, həmrəylik,
insana hörmət ön
plana çəkilməli, ümumiləşdirmə
və ilkin mühakimələrdən uzaq durulmalıdır. Müsəlman
ölkələri ilə qərb ölkələri
arasındakı qarşılıqlı şübhə, qorxu və qütbləşmə bəzi
ünsürlərin istismarına imkan
yaradır. İttifaq beynəlxalq sabitliyi təhdid edən bu
vəziyyətin daha da
pisləşməsinin, böyük bir koalisiyanın daha hərəkətli,
mədəniyyətlər arasında hörmət yolu ilə qarşısını
almağı məqsəd qoymalıdır. Mədəniyyətlər
İttifaqının əsas maraq sahələrini
əhatə edən təhsil, gənclik, miqrasiya
və media başda olmaq üzrə, ətraf mühit,
mədəniyyət, turizm, insan hüquqları, cinsi
ayrı-seçkilik və inteqrasiya
mövzularında layihələr hazırlanmalı və həyata
keçirilən işlərə akademik
dəstək verilməlidir.
Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra ölkəmizin mədəni dəyərlərinin
qorunması və mədəni həyatın inkişafı üçün ölkə daxilində mühüm tədbirlər görmüş
və bu sahədə bir
çox beynəlxalq qurumlarla əməkdaşlıq etməyə
başlamışdır. Azərbaycan Respublikasında mədəniyyət
məsələlərinin, xüsusilə də, tarixi və mədəni abidələrin
qorunmasının hüquqi bazasını
təkcə yerli qanunvericilik
aktları deyil, həm də beynəlxalq
sənədlər təşkil edir. Bu sənədlərdən
“Hərbi münaqişələr zamanı mədəni abidələrin
qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya
mədəni irsinin qorunması
haqqında” 1970-ci il Paris
Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin,
aparılmasının və mülkiyyət hüququnun
verilməsinin qadağan edilməsi və qarşısının
alınmasına yönəlmiş tədbirlər haqqında”
1970-ci il Paris
Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni
yolla ölkədən
çıxarılmış mədəni dəyərlər
haqqında” 1995-ci il Konvensiyası və
digərlərini göstərmək olar.
Mədəniyyət sahəsində Azərbaycan
Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil,
Elm və Mədəniyyət Təşkilatı),
İSESCO (İslam ölkələrinin Təhsil,
Elm və Mədəniyyət Təşkilatı),
Avropa Şurası kimi
beynəlxalq və regional qurumlarla
əməkdaşlıq edir. 2003-cü ilin 26-28 sentyabr tarixində
Azərbaycan Respublikasında Avropa
Şurasının Avropa Mədəni İrs Günləri – 2003 Kompaniyası keçirilmişdir. Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası
zamanı beynəlxalq layihələr üzrə bərpası
sona çatmış abidələrin
açılışında iştirak,
eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə
baxış, keçən illərdə olduğu
kimi, növbəti (8-ci) “Photoexperiense
-2003” Beynəlxalq Foto
Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə
və universitetlərdə “Avropa ümumi irs” Proqramı və
Avropa Mədəni İrs
günləri Kampaniyası, “Mədəni irsin
qorunması-mənim vətəndaşlıq borcumdur”
fakültativ dərslərinin
aparılması nəzərdə tutulmuşdu.
2005-ci ildə Azərbaycanda keçirilən “Avropa İrs Günləri”nin
mövzusu isə “Mədəniyyətlər
və sülhməramlı proseslər” olmuşdur.
Ölkəmiz
əsrlər boyu mənafelərin toqquşduğu meydan olmuşdur. Mədəniyyətlərin və
sivilizasiyaların tolerant dialoq
və birləşmə məkanı olan
Azərbaycan həmişə onu dinlərarası
qarşıdurma və mübarizə zonasına çevirmək
cəhdlərinə məruz qalmışdır. Müsəlmanlar,
yəhudilər və xristianlar əsrlər
boyu bizim ərazidə
yaşamışlar və yaşayırlar,
çiyin-çiyinə çalışmışlar və
çalışırlar. Məhz vahid bir torpağa, eyni Vətənə mənsub olmaq
əlaməti onları birləşdirir, dövlət quruculuğunda birgə iştirak
etmək üçün imkan
yaradır. Bu, bizim böyük sərvətimizdir, gələcək
nəsillər bu sərvəti qoruyub saxlamağa və
artırmağa borcludurlar. Bu
gün Azərbaycan Respublikasında həyata
keçirilən mühüm dövlət
proqramları, məqsədyönlü islahatlar
ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır.
Azərbaycanın davamlı inkişafına
hesablanmış siyasətin hazırda uğurla
həyata keçirilməsi nəticəsində ölkə öz milli inkişafı modelini formalaşdırmaqla onun
davamlılığı da təmin olunmaqla, milli
inkişafı yeni keyfiyyət mərhələsinə
yüksəltmişdir. Bu gün qloballaşan dünya artıq reallıqdır. Kimsə bunu alqışlayır, kimsə böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri
öz həyatımızda hiss edirik. Xüsusilə də,
məkan və zaman anlayışında, gec-tez, yaxın-uzaq
anlayışlarımızda biz bunu hiss edirik.
Fikrimcə, bu gün
hər birimiz çox
yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı
olmaqla yanaşı, bəşəriyyət
adlı bir ailənin üzvüyük.
Qloballaşma prosesi hər
birimizi böyük və
ümumi bir məkanın
sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası,
xalqlararası dialoq məhz etik normal, haqq-ədalət
prinsipləri əsasında qurulmalıdır. BMT-nin asambleyası tərəfindən
qəbul edilmiş, Ümumdünya
Dialoq və İnkişaf
üçün Mədəni Müxtəliflik
haqda layihə və proqramlar,
eləcə də mədəniyyətlər və sivilizasiyalar arasında etimadın və əməkdaşlığın
əldə olunmasında dinin,
miqrasiyanın, idmanın, təhsilin, incəsənətin, biznesin mühüm rolu olacaq.
Cavid
Xalq cəbhəsi.- 2016.- 29 iyul.-
S.13.