Azərbaycan xalqı daim ən yüksək dini və mənəvi dəyərlərin daşıyıcısı olub

 

III yazı

 

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsizspontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri vardı. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bubu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

Əsrlərin, minilliklərin dərinliklərindən gələn ənənəyə mənsubluq bizim mədəniyyətimiz kimi qədim mədəniyyət üçün dövlətçiliyin əsasını, bütün vətəndaşların rifahı naminə dövlətin mövcudluğunun və inkişafının əsasını təşkil edir. Məhz buna görə zəngin keçmişi olan dövlət fərdi və ya qrup mənafelərinin mexaniki məcmusunun ifadəsi deyildir, əksinə, bütün cəmiyyətin ali mənafelərinin təcəssümüdür. O mənafelərin ki, vətəndaş onların naminə təkcə öz mülkiyyətini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır. Tarixi inkişafın mənasını, intellektual fenomeni və mədəni irsi özündə birləşdirən azərbaycançılığı bu gün belə təsəvvür edirik. Belə ideologiya millətin birliyinə, onun ruhunun əzəmətinə və sosiumun fəaliyyətinin məqsədyönlülüyünə çalışaraq gələcəyə körpümüz olmağa qadirdir. Azərbaycançılıq anlayışı ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasına əsaslanmalıdır. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. İndi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər.

Bir çoxları ingilis və fransızlar, fransız və almanlar, fransız və bretonlular, normanlar, lotaringiyalılar arasında, prussiyalı və bavariyalılar arasında “yaddaş müharibələri”ndən halidir. Amma indi onlar vahid sosial orqanizm, millət olublar. Fəqət, təhlükə hələ sovuşmayıb, yalnız indi, onların fikrincə, fransalı, isveçrəli və s. müsəlmanlardan gözlənilir. İlk baxışdan, burada yeganə vasitə keçmişin (onun bütün komponentlərini nəzərə almaqyoxlamaqla) obyektiv tarixi tədqiqindən, keçmişin hər hansı bir tarixi dərkinin şərti və məhdud olduğunun başa düşülməsindən, başqalarına hörmətlə yanaşmaqdan ibarətdir. Lakin, misal üçün, daha gec müstəqil dövlət olmuş, indi isə öz qonşularını hədələyən ölkələrin proses kimi götürülən tarixi ilə bağlı vəziyyət heç də birmənalı deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında düşünərkən bəzi Qərb alimləri bu aspekti düzgün, lazımi qədər qiymətləndirmir. Belə ki, IV Forumda italiyalı alimlərdən biri onun həlli üçün İtaliyaAvstriya sərhədində yerləşən və İtaliyaya məxsus, amma əhalisi avstriyalılardan ibarət olan Boltsano şəhərinin təcrübəsindən istifadə etməyin mümkün olduğunu deməyi caiz saydı. İtalyan sosioloqu onu nəzərə almadı ki, Ermənistandan fərqli olaraq, Avstriya heç bir zaman Boltsano sakinlərini müharibəyə sövq etməyib.

Akademik Ramiz Mehdiyev “Azərbaycan” qəzetində dərc olunmuş “Modernləşmə xətti yenə də gündəlikdədir” adlı məqaləsində yazır ki, hər bir cəmiyyətin daxilində qarşılıqlı münasibətlər, ilk növbədə, nəsillərin dialoqudur. Yəni bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır, digərləri isə bütün bunlara çox cüzi həvəslə və müəyyən qədər şübhə ilə yanaşırlar. Bu həyati aksiom həmişə bəşəriyyətin daha rasional gələcəyə doğru tarixi hərəkat prosesi ilə eyniləşdirilib və belə də olacaqdır. Bu aksiom əsrlər boyu xalqları və dövlətləri müşayiət edən, öz mahiyyətini dəyişməyən sosiumun daxilindəki əlaqələr kompleksinin rəmzidir. Yəni əgər keçmişin tarixi kontekstində fərd yeni sosiomədəni nümunələrin və bəzən də dinin təsirinə müqavimət göstərir, Avropada ReformasiyaMaarifçilik dövründə olduğu kimi, hər şeyi elmi cəhətdən izah etməyə çalışırdısa, yeni qlobal proseslər şəraitində o, sürətli dəyişikliklərin, yeniliklərin və innovasiyaların birləşdiricisinə çevrilir, arxaizmi şərtləndirən hər şeyin üstündən qələm çəkir. İndi insan sabahkı günün formalaşmaqda olan mütərəqqi, səmərəli və çox vaxt ötəri gündəliyinin əsas elementi kimi çıxış edir, çünki tarixi prosesin sürəti əhəmiyyətli dərəcədə artmışdır.

Mədəniyyət və insan haqları ayrı-ayrılıqda geniş şəkildə öyrənilən sahələrdir. Bu həqiqət həm dünya, həm də Azərbaycan elminə aiddir. İstər mədəniyyət fenomeni, istər mədəniyyətlərarası ünsiyyət, istərsə də bütün bu faktor və proseslərin fövqündə duran insan haqları problemi aktualdır. Bütün Yer kürəsini əhatə etmiş və hər yerə sirayət edən, hər şeyi canına çəkən inteqrasiya prosesləri sosial gerçəkliyi dəyişən və cəmiyyəti başqa şəklə salan, kütləvi istehlak mədəniyyətini transformasiya edən yeni ünsiyyət və davranış formalarını, stereotipləri insanların şüuruna gizli şəkildə yeridir.

Multikulturalizm dövlət səviyyəsində aparılan bir siyasətdir. Cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Formunda çıxış edərkən belə bir fikir səsləndirmişdir:” Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə , müxtəlif millətlərin dinlərin nümayəndələrinə istənilən şərait şərtlərdə yüksək səviyyəli diqqət qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət meyillərin inkişafına yüksək stimul verib”.

Azərbaycan coğrafiyasında min illlər boyu fərqli dinlərə, dillərə, irqlərə mədəniyyətlərə mənsub fərdlər cəmiyyətlər sülh tolerantlıq mühitində bir arada yaşamışlar. Müsəlman qərb ölkələri arasında meydana çıxan gərginliyi yaradan bir çox məsələnin əsasında siyasi dini kəsişmə nöqtələri dayanır. Xüsusilə böhranlı vəziyyətlərdə mədəniyyətlərarası gərginliyin aradan qaldırılmasına kömək etmək, qarşılıqlı anlayışın inkişaf etdirilməsini təmin etmək razılığın əldə edilməsinə çalışmaq lazımdır. Müsəlman cəmiyyətlərin qlobal məsələlərdə iştirakını təmin etməyə bu çərçivədə dialoq yaratmağa istiqamətli hədəflər seçilməlidir. Mədəniyyətlər İttifaqı, mədəniyyətlərarası dialoq, qarşıdurmaların qarşısının alınması həlli kimi məsələlərdə önəmli rol oynaya biləcək tələbələrə alimlərə müxtəlif təqaüdlər təsis edilməlidir. Mədəniyyətlərarası dialoq anlayışın inkişaf etdirilməsinə dair proqramlar hazırlanmalıdır.

Nəticə olaraq mədəni əməkdaşlıq sülh sabitliyi, eyni zamanda iqtisadi siyasi əlaqələrin daha yaxşı olmasını təşviq edir. Mədəniyyətlərarası əlaqələr bu gün üçün bir ehtiyacdır. Gedərək müxtəlifləşən daha az etibarlı hala gələn bir dünyada, ictimai uyğunlaşmanı təmin etmək qarşıdurmaların qarşısını almaqla, etnik, dini, dil milli sərhədləri keçərək ünsiyyət yaratmağımız lazımdır. Mədəniyyətlərarası dialoq demokratiya, insan hüquqları hüququn aliliyi kimi universal dəyərlərə açıq olmalıdır. Mədəniyyətlərarası dialoq, yalnız müəyyən ilkin şərtlər qarşılandığında inkişaf etdirilə bilər. Mədəniyyətlərarası dialoqun, mədəni müxtəlifliyin demokratik bir şəkildə idarəetmənin bir çox istiqamətlərində uyğunlaşdırılması, demokratik vətəndaşlıq iştirakın gücləndirilməsi, mədəniyyətlərarası məlumat mübadiləsi təcrübəsinin öyrədilməsi öyrənilməsi, mədəniyyətlərarası dialoq üçün sahələrin yaradılması bu sahələrin genişlənməsi ilə beynəlxalq səviyyəyə çıxarılması tələb olunur:

- Mədəniyyət yolu ilə terrorizmlə mübarizə; İnsan qaçaqçılığına qurbanlarının cinsi istismarlarına qarşı mübarizə: Şəhərlərin, bölgələrin dövlətlərin əməkdaşlığı; Mədəniyyətlər dinlərarası dialoq; İrqçilik, ksenofobiyaya qarşı mübarizə; Mədəni müxtəlifliyin demokratik idarəçiliyi; Demokratik vətəndaşlıq iştirak; Mədəniyyətlərarası məlumat mübadiləsi təcrübəsinin öyrənilməsi öyrədilməsi; Mədəniyyətlərarası dialoq üçün sahələr; Beynəlxalq əlaqələrdə mədəniyyətlərarası dialoq; Plüralizm, tolerantlıq mədəniyyətlərarası dialoq; İnsan ləyaqətinin bərabərliyi; Mədəniyyət sektorunda çalışan insanların beynəlxalq dövranının təşviq edilməsi; Mədəniyyət incəsənət əsərlərinin məhsullarının beynəlxalq dövranı üçün dəstək; Mədəniyyətlərarası dialoqun təşviq edilməsi; Yenilikçi cəhdlərin, fikirlərin istehsalın dəstəklənməsi; Ortaq fəaliyyət, layihə işlər vasitəsi ilə mədəniyyət sənət sahəsində məlumatı artırmaq.

 

Cavid

 

Xalq cəbhəsi qəzeti.- 2016.- 30 iyul.- S. 13.