Saxurların folklor nümunələri
Bu yazıda saxurların folklor nümunələri haqqında danışılır. Əsasən folklor mətnləri insanların əvvəlki hallarının ifadəsi, haradasa artıq yaşanmış, hazırda daha çox yaddaşlarda yaşayan soraqlar kimi diqqəti çəkir: “Bayrambı Gev qavki Çobanaşıni əre “gev qavki” bayramni vodun. Yuxxanni vaxtal geybı katılni okalka sikal. Yedaşıka sa cıqe uxixan, sürü xəd kexe. Xabınbışe eyhen, dehe gev qavkuna nuqbarbı ixesınbı. Tezen nisse, maqaş, süzma manıd exen nuqbar. Mançıkle “gev qavki” bayramvani eyhe. Mani payıke qonşubuşusub hivi xarnani. Qırqunqe eyhenni Məhəmməd dayi nuqbarbışka kales. Məhəmməd dayi karı ilakkana qırqına akkaykavur ilakka, mısayi nuqbarbı hixaras. Man ham suvab, hamıd insanaşıni əre mehribanivalanu haa. Man davaraşın, qeybışın sağda axi sa bayramni vod. Gehelesdi vaxtal gev hicıb dokanani”.
Tərcüməsi: “Bayramlar. Quzu buraxma bayramı. Çobanların arasında Quzu buraxma bayramı olurdu. Quzu müəyyən yaşa dolur yaz vaxtında. Quzu ilkin göy ota çıxanda həm otdan yeyir, həm də onların anaları da göy otda otlayırlar. Sürü çoxalır. Evdəkilər də deyirlər ki, çobandır da, gələndə nübarla gələcək. Onun pendiridi, süzməsidi, biz buna nübar deyirik. Bu da Quzu buraxma bayramında olurdu. Hamı bilirdi ki, Məhəmməd dayı gələcək, nübar gətirəcək. Evinə də, qonşulara da pay gətirəcək. Məhəmməd dayı da evə gələndə gəlib görürdü, hamı gözünü qapıya dikib durub ki, onlara məqəş, pendir, süzmə nübar gətirəcək. Kim ki, evə gedirdi, onlara əvvəlcədən nübar süd məhsullarının payı hazırlanıb qoyulurdu. Bu həm savab kimi idi, həm də məhsulun yetişməyi ilı bağlı idi. Quzu özü də məhsuldar idi. Sağ-salamat araya-ərsəyə gəldi, ölüm-itim olmadı, bu özü də bir şadlıqdı. Quzunun özünü də bəzən kəsirdilər”.
Saxurların adət-ənənələrinin formalaşmasında Azərbaycan-Türk ruhunun, adət-ənənəsinin doğma, yaradıcı-yaşadıcı təsiri aydınca duyulur.
“Ədatbı. Cavanar xınabişekanı sabayle. Əmiseşıni, kaneni qoharbışdi xaybışekani sabayle. Ma-ad tanpırıka mahnıbıni eyhe. Hambaşe “Ceyranım”, “Ay lilay, lilay”, “Salamalikbıni” ha-a.” Mənası: Adət-ənənələr. Xına gecəsinə oxşar bir mərasim keçirilirdi ki, cavanlar yığışardı əmisinin evinə. Orada tənburla mahnı oxuyardılar. Saxurların mahnıları oxunardı. Burada “Ceyranım”, “Ay lilay, lilay”, “Salamaliklər” və s. mahnılar oxunardı”.
Tənburla bağlı aşağıdakı mətn maraq doğurur: “Tanbırın mənibı. Ceyranım Daman dakki ıkkekka, İsdağ dəfuka kikka. Ceyranım, ceyranım. Zasvani hı-ı tursbu Na-a merunğus kikka. Ceyranım, ceyranım. Dubeyl qizlen ducva, Qumqum dıvxuna oka. Ceyranım, ceyranım. Himeqa micaqdayi, Mənibu yişti mizeyl. Ceyranım, ceyranım”. Tərcüməsi: Tənbur nəğmələri. Ceyranım
Çay çiçəyi (Şuşada bitən xarı bülbülə oxşayır) aparır, Gəlini dəflə aparardılar.
Ceyranım, ceyranım. Corabları mənimçün toxumuşdun, Bəs indi niyə başqasına aparırsan? Ceyranım, ceyranım. Barmağında qızıl üzük, Qazanı qoydum masaya.
Ceyranım, ceyranım”.
Maraqlıdır ki, “Ceyranım” mətninin həcmi kifayət qədər çoxdur: “Dərdini mənə söylə, Ceyranım, ceyranım. Başqasına gileylə, Ceyranım, ceyranım. Ötəndə hamı ağlar, Ceyranım, ceyranım. Sağlıqda hörmət eylə, Ceyranım, ceyranım. Kəndimin enli yolu, Ceyranım, ceyranım. Qəşəngdi sağı-solu, Ceyranım, ceyranım. Dəmir təki möhkəmdi, Ceyranım, ceyranım. Hər bir igidin qolu. Buxarının qarası, Ceyranım, ceyranım. Bu dağların arası Ceyranım, ceyranım. İstərdim mən görəm Ceyranım, ceyranım…”
Bu, başqa mahnıdır: “Ay içi ğu nençena, Hima-a medınçına. Sa-qobli məni ehes, Vixecın yigençena. Ay lilay, lilay, lilay, aman, Lilahay, lilay, lilay.
Ğu şavnana vor içi, Ay ğu micaqna
içi. Zı vaka aşixana, Duyud micaqna içi. Ay lilay, lilay, lilay, aman,
Lilahay, lilay, lilay. Ay lilay…
Mənası:
Ay qız, sən haralısan? Başqasının
dərdini çəkmə. Bir-iki
bayatı deyim, Gör nə gözəl olar. Ay lilay,
lilay, lilay, aman, Lilahay, lilay, lilay. Sən kimin
qızısan? Nə qədər gözəl
qızsan. Mən sənə aşiq oldum.
Adın da gözəldir, qız.
Bu
mahnıda isə sevən ürəyin dərdi-ələmi,
hicran odunda yanması ifadə olunur: “Vaxkabu yuxqan kıxa, Sa
qonce aşmışşuka. Vak akaraba qavcu,
Yizdab miz aşmışşuka. Na-a ğu
can ileşe, Yığnı derden zı deşşe. Ğu qaycesdime, Leyla, Axu zı ayazbişe. Zı dünyeynı xaznençe, Saccu ğiryat
alatu. Sa micaqnı teteke. Zı hamanıd vas adı. Na-a ğu
can ileşe, Yığnı derden zı deşşe. Ğu qaycumeqa, Leyla, Axu zı ayazbişe…
Öz vaxtında yaz gəldi, Bir qönçə
açılıbdı. Onu sənə oxşatdım. Mənim də dilim açılıbdı. Niyə sən canımı alırsan, Sənin dərdindən
mən ağlayıram. Səni görməkdən
ötəri, Leyla, gecə ayazında qalmışam. Mən dünyanın xəzinəsindən, bircə
qeyrət götürdüm. Gözəl
bir gül dəstəsiylə onu da sənə gətirmişəm.
Niyə canımı alırsan, dərdindən
mən ağlayıram. Səni görməkdən
ötrü, Leyla, gecə ayazında qalmışam. Ay
aman, aman, aman…”
Saxur
toyları haqqında söyləyici sözü: “Mahnı
oxumaq olmazdı bizim toylarda (qız toylarında). Ancaq havalar olardı. Məsələn,
«Sarıbaş», “Uzun dərə”, “Ləzginka”, “Məhərrəm
kəndi” havası olardı. Qızı
köçürəndə halva, bal olardı”.
Saxur
toylarında oxunan bayatı-mahnılarda insanın
başqasının xoşbəxtliyini ürəkdən istəməsi,
eləcə də muradına yetə bilməyənin kədəri
doğmacasına ifadə olunur: Abay yixeyir xərna, İş
haana sos vorna. Yed yiş xine
vuxi şu, Qor moxecın qeeb muğba. Divarısne
ulmoyzar, Ger çiyeka gümoyzar. Dekkike
izin dexxa, Darvazayle humoyzar. Mənası, qaynana
böyük olsa da, iş görən gəlindir.
Ana və qız kimi olun siz, gorda yeriniz dar olmasın.
Divar
yanında durma,
Başını yerə çox dikmə.
Atam izn
verməmiş
Darvazadan boylanma.
Məhəllədə
qoydum taxt,
Olubdur günorta vaxt.
Məni
yaradan Allah
Qara yaradıb mənim baxtımı.
Qırmızı
alma olsun,
Qabığını soymaq mümkün olmasın.
O gözəl
qız
Mənim qardaşımın olsun.
Cütçü
əkirdi yeri,
Sıyrılıb ökuzun çiyni.
Əgər
məni sevirsən,
Başım üstündə yerin var.
Quş
deyiləm uçam,
Gedib ağaca qonam.
Yalqız
maral deyiləm,
Ovçunun əlinə keçəm.
Mən
getmişdim Eraya,
Suvagil dərəsinə.
Maralı
çox gözlədim,
Gəlmədi bərəsinə.
Bağçadan
gülü dərmə,
Yırtılmış köynəyi yamama.
Oğlanın
pisi yoxdur
Qız gəl naz eləmə.
Taxıl
yığıla qalıb,
Xırman təmirə qalıb.
Hamı
taxılı döyür,
Sən niyə dala qalmısan.
Göz
üstə qara qaşlar,
Qaradı qara qaşlar.
Bütün
dünyaya dəyər,
Gözəl qızın qaşları.
Bənövşəyə
müraciətdə əslində insan təbiətə yox,
özünə sual verir, çıxış yolu aramağa
çalışır: Naa qivxı mıqal qardan, Kolek avudun
banavuş? Deşxey darey vobvu Vatan,
Duşmanıxa qaa karqış?
Mənası:
Bənövşə (mahnı) . Kol dibində bitən bənövşə, niyə
boynunu bükmüsən? Olmaya Vətən
darda qalıb, yoxsa düşmənmi qarğıyıb Vətənə?
Laylabı
- Laylalar
Laylaların
insanın həsrətini, istəyini ifadə etməsi onu
oxuyana, ruhunda yaşadana daha da doğmalaşdırır:
“Heştile kalesta Vas çərəna qaççi ables,
Kişmiş alles, Qurt alles. Gimeşşe, dixav,
gimeşşe Qalixe, dixav, qalixe.
Ağlama oğlum, ağlama, Atan gedib bazara. Bir azdan gələcək.
Sənə qırmızı papaq gətirəcək.
Kişmiş gətirəcək, Köynək gətirəcək.
Ağlama, oğlum, ağlama, Yat, oğlum, yat.
Ağlama qızım, ağlama, Sənin qardaşın
fermaya gedib. Sənə pendir gətirəcək.
Quzu gətirəcək. Çəpiş gətirəcək.
Ağlama, qızım, ağlama, Yat, qızım, yat...”
Uvhibi -
Nazlama
Nazlama - Azərbaycan şifahi xalq ədəbiyyatında
ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək,
nazlamaq məqsədilə oxuduğu nəğməyə
deyilir. Bu xüsusiyyətinə görə oxşamaya
"nazlama" da deyilir. Oxşamalar
çox zaman "Bu balama qurban" misrası ilə bitir.
Məsələn:
Dağdakı
atlar,
Atlar göy otlar.
Göyçək
arvadlar,
Bu balama qurban.
Tüstüsüz
damlar,
Sarı
badamlar,
Tənbəl
adamlar,
Bu balama qurban.
Bu oxşamaların ilk üç misra beşhecalı,
son misrası isə altıhecalıdır.
Saxur mətnlərinə
baxaq: Qareşe – adeşe kulfatbi yıkəl avtul ha-an
uvhibı: Həmpələn, bəmpələn, Pəbəlbişə
avaykına bozalay. Yed xava deş, Dek xava deş.
Xudva-xıle mıkey deş. Miz hole hirxima koxe Bıt hele rihen kexe. Day-day bala, day-day.
Qoca
qarılar uşaqları bellərinə bağlayıb
oxşayardılar:
Həmpələn,
bəmpələn,
Qar-qabığın
içindən tapılan ləpə,
Anası
evdə yoxdur,
Atası da evdə yoxdur.
Evin açarı da əlimdə yox.
Dil verirəm,
sürüşkən olur,
Quyruğunu verirəm, tüpürcək olur.
Lay-lay bala, lay-lay.
Tapmacalara
diqqət edək:
Tsaey
qideyxanan, xiney kidyaykanan (Mık)
Odda
yanmır, suda da batmır (Buz)
Xaybişey
ilexa, şakarık akar, çiel qexa (Yiz)
Göydən uçur, qəndə, şəkərə
oxşayır, yerə tökülür. (Qar)
Kelbı
deş kadaaxvanas, xılibı deş alivxas, çile ekna
deş ğar suralxa ğivxaras (Fıkır)
Ayaqları yoxdur qaçsın, qanadları yoxdur
uçsun. Özündən də iti gedən yoxdur, hər tərəfə
çatsın. (Fikir)
Koble xiv,
çini arayl suva (Ulebbı, xov)
İki kənd, arasında da dağ. (Gözlər və burun)
Kılna
çorba, kıdimna djavqvaraba (Kıe)
Yayda bozdur, qışda isə ağdır. (Dovşan)
Yokuyre
çodj sa daxak avub (Stol)
Dörd
qardaş bir damın altında (Stol)
Xurdjunbı aka, mihman qaka (Kuk)
Xurcunları içəri, gətirən qonağı çölə (Qaşıq)
Sa korana, vudje aazırbına vakabı uxuyxan ğaa (Vaz, xanebı).
Bir çoban var, minlərlə qoyun otarır. (Ay və ulduzlar)
Ğammaşe qale, amma kyoğals vooxe deş (Miz)
Zı alhəna vucub alhəna, zı ulyoyzarna vucub
ulyozarna.
Mən gedirəm, o da gedir, mən dururam, o da durur. (kölgə)
Sa kar
vodun mık haaangə kok eyxen (tıbıç)
Bir
şey var ki, oynayanda kökəlir (cəhrə ipi)
Zaka sa yats vobna: kalibxuyni djiqe ok alele deş. (Tsa,
udjağ)
Bizim bir
cöngəmiz var, yatan yerdə ot bitməz.
(Od, ocaq)
Şaxab sa yats vobna: aluğyka ooçena, aluğ dena
xiğooçena. (Kuk)
Bizim bir cöngəmiz var, yəhərlə içəri
daxil olur, yəhərsiz çölə çıxır. (Qaşıq)
Dyunyeyl sa kar vodon, man qırqınçis ıkkan
vodon. (Do)
Dünyada elə bir şey var ki, o hamıya gərəkdir. (At)
Kumkum ooxan, qırsıbı ğooxar. (Xurma)
Qazanı yeyirlər, xəngəli tullayırlar. (Xurma)
Dekke
çaruxbı alyaasse, dix bazareyxa
ğiyxarna (Kuma)
Atası çarıq geyincə oğlu bazara gedib
çatar.
(Tüstü)
Karni
yitsaey djaqvarana yats (Tsabıl)
Qaranlıq
damda ağ cöngə (Şabalıd)
Veybar
ıxaeyd, çisse iyxvas axa deşod. (Kirpi)
İynəsi olsa da, özü tikə bilmir. (Kirpi)
Uğur
Xalq Cəbhəsi.- 2016.- 7 iyun.-
S.13.