Qaraqalpaqlar: tarixi və gerçək durumu

 

I yazı

 

Etnik kökləri etibarilə sak-sarmat-massget və türk mədəni ənənələrindən qaynaq alan qaraqalpaqlar özünəməxsus mədəniyyətə malik olmaqla, təbəddülatlarla dolu dramatik tarixə malikdirlər. Qaraqalpaqlar əsrlər boyu milli və dövlət müstəqillikləri uğrunda mübarizə aparıblar. Müxtəlif tarixi mərhələlərdə onlar Xarəzm, Buxara, Fərqanə, Orta və Böyük Cuzun tərkibinə daxil olmaqla uzun müddət ərzində cunqarlar (kalmıklar), Nadir şahın ordusuyla qanlı döyüşlər aparıblar. Qaraqlapaqların uzun zaman kəsiyində öz aralarında tayfalararası, qəbilələrarası qanlı davaları səngiməyib, nəticədə xalqın sayı xeyli dərəcədə azalıb və o zəifləyib, qüvvədən düşüb. Yalnız XX əsrin əvvəllərində qaraqalpaqlar əvvəl Muxtar vilayət, sonra Qaraqalpaq Sovet Sosialist Muxtar Respublikası kimi quruma malik ola bilibər. XX əsrin 90-cı illərindən Özbəkistan Respublikasının tərkibində Qaraqalpaqstan Respublikası yaradılıb. Qaraqalpaqlar nəinki Qaraqalpaqstanda, həmçinin onun hüdudlarından kənarlarda, məsələn, Özbəkistan, Qazaxstan, Türkmənistan, Əfqanıstan, İran, İraq, Türkiyə, Rusiya və digər ölkələrin ərazilərində bu gün də yaşamaqdadırlar. Qaraqalpaqlar uzun əsrlər boyu özünəməxsus şifahi xalq ədəbiyyatı nümunələri yaradıb və inkişaf etdiriblər.

Qaraqalpaqlar bənzərsiz «Qırx qız», «Alpamıs», «Yer Ziuar», «Qurban bəy» və s. kimi qəhrəmanlıq dastanlarının, «Şəhriyar»,”Qərib-aşıq”, “Yusif- Əhməd”, “Maspatşa” kimi məhəbbət poemalarının, xalq (“həyya”, “bə dik”. “güləpsan”, “sınsu”, “betaşar”) və tarixi nəğmələrin, nağılların, əfsanələrin, lətifələrin, atalar sözü və zərbi məsəllərin və s. yaradıcısı kimi tanınırlar. Bu nümunələrin əksəriyyəti jırauların, baksıların, akınların virtuoz ifası, əvəzsiz yaddaşının dərinliyi nəticəsində dövrümüzə gəlib çatıb və bugünün özündə yazılı şəkildə saxlanılmaqdadır. Bu xalqın müəllifli bədii ədəbiyyatının yaranması XVIII ikinci yarısı – XIX əsrin əvvəllərinə təsadüf edir. Məhz bu dövrdə qara qalpaq ədəbiyyatının aparıcı nümayəndələri Jien Jırau, Günxoca, Hacı Niyaz, Berdağ və başqalarının yaradıcılığı xalq həyatının müxtəlif tərəflərini əks etdirməklə ortaya çıxıb.

Qaraqalpaq poeziyasının zirvəsini Berdağ yaradıcılığı təşkil edir. O, bütün yaradıcılığı boyu öz xalqının azadlığı uğrunda mübarizə aparan böyük şəxsiyyət kimi tanınıb. Qaraqalpaq yazılı ədəbiyyatı XX əsrin 20-ci illərindən inkişaf etməyə başlayıb. Qaraqalpaq poeziyası uzun müddət ərzində iki mədəni-ədəbi ənənə daxilində inkişaf edib və formalaşıb. Bu, bir tərəfdən türk, digər tərəfdən Şərq mədəni kontekstində baş verib. XX əsrdə qaraqalpaq poeziyasına folklor və klassik ədəbiyyatın təsiri ilə yanaşı, həm də rus poeziyasının, rus poetik sisteminin təsiri az olmayıb.

Qaraqalpaqların XX əsrdə yaranmış poeziyası yeni növ, janr və formalarla zənginləşdirilib. Sovet dövründə 30-cu illərdən qaraqalpaq ədəbiyyatında poema janrı inkişaf edib, həyat gerçəklikləri yeni yozumda, yeni bədii duyumda kükrəyib və formalaşıb. Qaraqalpaq nəsri poeziyaya nisbətən daha ləng inkişaf edib. Əlbəttə, ilk dövrdə qaraqalpaq nəsrinin inkişafını şərtləndirən başlıca amillər oçerklər, korrespondensiyalar, qəzet məqalələri, publisistik əsərlər olub.

Yalnız XX əsrin 30-cu illərindən başlayaraq qaraqalpaq ədəbiyyatında hekayə, bundan sonra povest janrı yaranmağa başlayır. Roman qaraqalpaq ədəbiyyatında daha gənc janr hesab edilir. Onun yaranması XX əsrin 50-ci illərinə təsadüf edir.

Qaraqalpaq dramaturgiyası və teatrına gəldikdə isə onların yaranması XX əsrin 20-ci illərinin sonlarından ortaya çıxır. Çünki məhz bu dövrdə Qaraqalpaqstanda dram dərnəkləri yaradılıb və bu dərnəklər həm Turtkulda (Dördgöldə,) həm də Qaraqalpaqstanın digər regionlarında inkişaf edib. 30-cu illərdə qaraqalpaq teatrının səhnəsində qaraqalpaq, özbək və digər ədəbiyyatlardan olan müəlliflərin pyesləri tamaşaya qoyulub. Dramaturgiya janrının və səhnə sənətinin inkişafına Azərbaycan müəlliflərindən Ü.Hacıbəylinin «Arşın mal alan» və M.S.Ordubadinin «Beş manat lıq gəlin» əsərləri də özünə məxsus şəkildə təsir edib. XX əsr qaraqalpaq ədəbiyyatı sonrakı dövrlərdə xeyli irəliləyişlər əldə edib. Onun formalaşmasında və inkişafında A.Musayevin, A.Dabılovun, S.Məcidovun, N.Davkarayevin, A. Begimovun, J.Aymirzəyevin, K.Sultanovun, İ.Yusupovun, M.Nurməhəmmə dovun, S.Salıyevin, T.Kabulovun və digərlərinin rolu olduqca böyükdür. Müasir dövrdə qaraqalpaqlar T.Kaipğergenovun və İ.Yusupovun sima sında zəngin və rəngarəng bədii-poetik nümunələr yaradıblar. Onların çoxsaylıəsərləri, xüsusilə T.Kaipbergenovun «Qara qalpaqlar haqqında dastan» roman-epopeyası bir sıra respublika və beynəlxalq mükafatlara layiq görülməklə, dünyanın xeyli dillərinə tərcümə olunub. Qaraqalpaq yazıçılarının əsərlərinin digər xalqların dilləri nə intensiv tərcümə olunmasına baxmayaraq, Azərbaycanda qara qalpaq ədəbiyyatının tərcüməsinə, populyarlaşmasına və yayılmasına indiyə kimi o qədər də böyük diqqət yetirilməyib.

 

***

 

Qaraqalpaqstan – Özbəkistan Respublikası tərkibində olub, ərazisi 164 min kv.km, əhalisi – 1.420 min n əfərdir (1999). Res publikanın tərkibində 18 rayon – Amudərya, Biruni, Bozatau, Qanlıqul, Qarauzyak, Keqeyli, Kunq rad, Muynak, Nökis, Taxtakupır, Turtkul (Dördgöl), Xoceyli, Cimbay, Şumanay, Ellikkala və s., 12 şəhər – Biruni, Bustan, Kunqrad, Manqıt, Muynak, Nökis, Taxiataş, Turtkul, Xalqa bad, Xoceyli, Cimbay, Şumanay; 16 səhər tipli qəsə bə, 112 aul var. Paytaxtı Nökis şəhəridir (Daşkənddən 1255 km. uzaqdadır).

Qarqalpaqstanın Nökis şəhəri eramızdan əvvəl IV-III əsrlərə aid olan və qədim Şərq sivilizasiyasının mühüm əhali mərkəzlərindən olan Şurca şəhərinin yerində tikilib. Özbəkistan Respublikasının Konstitusiyasına uyğun olaraq Qaraqalpaqstan Respublikasının suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur. Qaraqalpaqstan Respublikası öz konstitusiyasına malikdir. Bu konstitusiya Özbəkistan Respublikası Konstitusiyasına uyğundur. Özbəkistan Respublikasının qanunları Qaraqalpaqstan Respublikası ərazisində qeyd-şərtsiz yerinə yetirilir. Qaraqalpaqstan Respublikasının ərazisi və sərhədləri Özbəkistan Respublikasının razılığı olmadan dəyişdirilə bilməz. Qaraqalpaqstan Respublikasında administrativ ərazi bölgüsü ilə bağlı bütün məsələləri respublika özü müstəqil həll edir. Qaraqalpaqstan Respublikası Respublika referendumuna əsaslanaraq Özbəkistan Respublikasının tərkibindən çıxmaq hüququna malikdir. Özbəkistan Respublikası ilə Qaraqalpaqstan Respublikası arasındakı qarşılıqlı münasibətlər Özbəkistan Respublikası Konstitusiyası çərçivəsində müvafiq müqavilələr və razılaşmalar yolu ilə həll edilir və imzalanır. Qaraqalpaqstan Respublikasının Konstitusiyası 1993-cü il 9 apreldə qəbul edilib. Respublika dövlət gerbinə, dövlət bayrağına, dövlət himninə malikdir. Qaraqalpaqstan Respublikasında qanunvericilik hakimiyyətini Yuxarı Palata (Jukarqu-Kenges) həyata keçirir. O yüksək nümayəndəli dövlət orqanı olmaqla yanaşı, ərazi dairələrinə görə çoxpartiyalı əsasda beş illiyə seçilmiş deputatlardan ibarətdir.

Qaraqalpaqstan Respublikasının Yuxarı Palatısının (Jukarqu Kengesinin) sədri Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin deputatı və sədr müavini seçilir. Qaraqalpaqstan Respublikasının Yuxarı Palatasından (Jukarqu Kengesə) bir namizəd Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinə deputat təklif etmək hüququna malikdir ki, o da Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin sessiyalarındakı iclaslarda qanunverici təşəbbüsə malikdir. Qaraqalpaqstan Respublikasının Ali İcra Hakimiyəti orqanı Qaraqalpaqstan Respublikasının Yuxarı Palatası (Jukarqu Kengesi) tərəfindən təsdiq olunmuş Nazirlər Sovetidir. Qaraqalpaqstanın Nazirl ər Sovetinin tərkibinə sədr, sədrin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, iri konsern və birliklərin rəhbərləri daxildir. Qaraqalpaqstan Respublikasının Nazirlər Sovetinin sədri vəzifə səlahiyyətlərinə görə Özbəkistan Respublikasının Nazirlər Kabinetinin tərkibinə daxildir. Qaraqalpaqstan Respublikasının məhkəmə hakimiyyəti beşillik müddətə seçilmiş qanunverici və icra hakimiyyətindən, siyasi partiyalar və digər ictimai birliklərdən asılı olmadan Qaraqalpaqstan Respublikasının Ali Məhkəməsindən və Qaraqalpaqstan Respublikasının Təsərrüfat Məhkəməsindən ibarətdir.

Bundan başqa o, həm də beş il müddətinə seçilmiş şəhər, rayon, şəhər hərbi və təsərrüfat məhkəməsindən ibarətdir. Qaraqalpaqstan Respublikası Məhkəməsinin sədri Özbəkistan Respublikası Məhkəməsinin tərkibinə daxildir. Qaraqalpaqstan ərazisində insanların məskunlaşması e. ə. IV-II minilliyin əvvəll ərinə təsadüf edir. Ayin tikililərinin Qoyqrılqanqala ərazilərində qazıntıları aparılan zaman qədim yazılı abidələr tapılıb (e. ə.IV əsr). Onların sırasında Topraqqala sarayı (bizim eranın III-IV əsrl əri), Govur və başqa abidələri göstərm ək mümkündür. Qaraqalpaqların Janıdərya hövzəsində yayılması ilə bağlı məlumatlar da məhz qaraqalpaqlarda həm də irriqasiya obeyktlərinin, evlərin xarabalıqlarının və malikanələrinin qalıqlarının saxlanmasını göstərir.

“Qaraqalpaq” adı ilk dəfə XVI əsrin sonlarında Orta Asiya mənbələrində çəkilir. Coğrafi nöqteyi-nəzərdən Qaraqalpaqstan ərazisi Qızılqumun şimal-qərb hissəsini Üstyurt yaylasının cənub-şərq hissəsini və bir də Amudərya çayının deltasını əhatə edir. Respublikanın cənub hissəsini Aral dənizi tuturdu (Hazırda bu dəniz quruyub) Burada bəzi yerlərdə dağ massivlərinə rast gəlinir ki, onlardan ən böyüyü Sultan-Üveys massividir. Amudəryanın deltasında çoxlu xırda qollar, kiçik göllər, tuğay bitkiləri, qamışlıqlar və nohurlar var. Deltanın sağ sahilində əsasən qaraqalpaqların suvarılan torpaqları və su kanalları sistemləri mövcuddur.

 

Nizami Tağısoy,

Professor

Xalq Cəbhəsi.- 2016.- 11 iyun.- S.14.