Qafqaz Albaniyasının qədim dini məbədləri

 

(əvvəli ötən sayımızda)

 

Eramızın V əsrindən etibarən xristianlığın diofizit təriqətinə mənsub Alban pravoslav kilsəsi ilə monofizit təriqətinə aid erməni qriqoryan kilsəsi arasında başlamış mübahisələr çəkişmələr əsrlər boyu davam etmişdir. 701-ci ildə Xilafətin cəza dəstələri tərəfindən mühasirəyə alınmış Bərdə şəhərində Nerses Bakur alban çarı Varaz Tiridatın arvadı çariça Sparama mühakimə edilib, işgəncə ilə öldürüldü. Təcili çağırılmış Kilsə qurultayında bütün alban yepiskoplarına erməni kilsəsi ilə ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki olaraq Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən erməni kilsəsinə tabe etdirildi. Yeni seçilmiş alban katalikosu Simoen Bərdə monastrından köçüb Ağdərə rayonunun Maqavuz kəndində yerləşən müqəddəs Yelisey monastrında məskunlaşdı. Qədim erməni dili rəsmi kilsə dili olduğundan alban tayfalarının dillərində olan, alban əlifbası ilə yazılmış dini kitablar, salnamələr, epiqrafik yazılar məhv edildi.

Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng ya Xudavəng, yənitanrı məbədiadlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir.

Şəki rayonunun Kiş kəndindəki müqəddəs Yelisey məbədinin, Orta Zəyzid kəndindəki bir nefli alban məbədinin Oğuz rayonundakı müqəddəs Yelisey məbədinin plan quruluşları demək olar ki, eynidir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Dağlıq Qarabağın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir.

Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti abadlıq işləri böyük vüsət almışdır. Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidəyüksək böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Bir sıra müəlliflər Arsax sözünü qədim dövrlərdən bu yerlərdə yaşamış türkdilli sak tayfaları ilə əlaqələndirirlər. Albaniyada Balasakan, Sisakan, Sakasen, Arsak bu kimi digər yer adları bu fikrə zəmin yaradır. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Calal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncesər monastrında dəfn etmişdir. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik elementlərinə, xüsusiyyətlərinə memarlıq-planlaşdırılma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. İşğalçılıq müharibəsi yolu ilə xalqımızın torpaqlarını ələ keçirən erməni şovinistləri təcavüzkarlıq əməllərinə haqq qazandırmaq məqsədilə beynəlxalq konvensiyaları pozaraq tarix mədəniyyət abidələrimizin xeyli

Tarix elmləri doktoru Qasım Hacıyev isə Qarabağ bölgəsində dini maddi-mədəniyyət nişanələrindən yazıb. O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri - 2 mln il yaşı olan Azığ düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olanbir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir.

Bütöv Azərbaycan ərazisində Manna, Midiya, Skit, Atropatena dövlətləri sırasında, e.ə IV-III əsrlərin qovşağında Azərbaycan Respublikasının ərazisində Qafqaz Albaniyası dövləti meydana çıxmışdır. B.e. I əsrində Albaniyanı Alban Arşakiləri soyu idarə etmişdir. Albaniyanın cənub sərhəddi bu dövrdə Araz çayı boyunca keçmişdir. Girdman, Sakasena, Uti, Arsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi (Moisey Kalankatuklu. Albaniya tarixi(tərcümə Z.M.Bünyadovundur). Bakı. Elm 1993. 235 s, k.4. f. 50; Azərbaycan tarixi, II c. Bakı. Elm, 1998, s. 15-21).

B.e.ə. VI-III əsrlərə aid Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın Dağlıq ərazisində türk xalqlarına məxsus olan çoxlu sayda skif kurqanları aşkar edilmişdir. Antik mənbələrin Qarabağın qədim ərazisində - Uti, ArsakPaytakaranda qədim şəhərlərin mövcudluğu barədə maraqlı məlumatlar verir. Bərdədə, Govurqalada (Ağdam), Qaraköpək təpədə (Füzuli), Ergi yaşayış yerində (Ağcabədi) və s. arxeoloji tədqiqatlar deyilənləri təsdiq edir.

Qarabağ bölgəsində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Çəncəsər (Qanzasar), Amaras, Yelisey, və Xotavəng məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı) mövcuddur.

Yeri gəlmişkən XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmamışdır. Qarabağın avtoxton albanlarının olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür. Bunu Dağlıq Qarabağda Ağdərənin (Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200 ailənin (erməni ailəsinin) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildə sübut edir.

Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərmişdir. Qarabağ ərazisində (Dağlıq Qarabağda Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotəvəng, Laçında Ağoğlan) və Albaniyanın digər yerlərində (Qax rayonu Qum kəndi, Qəbələ rayonu böyük Əmili kəndi, Mingəçevir) xeyli alban xristian avidəsi inşa edilmişdir.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri, bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlarkainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünə məxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılmışdır. Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanmışdır. “Qarabaği”, “Bərdəi” təxəllüsü ilə tanınmış onlarla mütəfəkkir yetişmiş, onların adı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilmişdir.

XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirmişdir. Memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır.

Qarabağ ərazisində artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyəti epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınmış və tədqiq edilmişdir. Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad (Şuşa) tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır. Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlim deyil.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İslam abidələri dağıdılıb yer üzərindən silindi. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı təmamilə məhv edildi.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 11 iyun.- S.13.