Qaraqalpaqlar: tarixi və
gerçək durumu
II yazı
Qaraqalpaqstan Respublikasının iqlimi sərt
kontinentaldır. Yayı son dərəcə quru və
isti, qışı isə qarsız, lakin son dərəcə
soyuq olur. Yağış əsasən
qış və yaz dövründə daha çox
yağır. Qaraqalpaqstanın yeganə
başlıca çayı Amudəryadır. Onun geniş deltasında zəngin tuğay bitkiləri
var. Sultan-Üveys dağ massivinin hissələrində
Baday-Tuğay qoruğu yerləşir. Qaraqalpaqlar
Orta Asiya irqi qrupuna daxil olmaqla, monqoloid
qarışığına malikdirlər. Qaraqalpaqlar
türk dilinin Altay ailəsindən - qıpçaq
yarımqrupundan olan qaraqalpaq dilində danışırlar,
müsəlmandırlar. Qaraqalpaqların
etnogenezi Sırdərya və Aral ətrafı düzənlik
və deltalara yayılmış qəbilələrin bu ərazilər
ə məskunlaşması ilə bağlıdır. XVI əsr və XVII əsrin ortalarında qara
qalpaqların böyük bir hissəsi Sırdəryanın
orta və aşağı axarında yer ləş mişdir.
Onlar əsas ən bu dövrd ə
yarımköçəri həyat tərzi keçirir, əkinçiliklə,
heyvandarlıqla, balıqçılıqla məşğul
olurdular. XVIII əsrin ortalarında
qaraqalpaqların əsas hissəsi Sırdəryadan Janıdərya
deltasının qərb qolu hissəsində yerləşməyə
başlayıb, IX əsrin əvvəllərində
qaraqalpaqların Amudərya deltasında yerləşməsi
sona yetib. XIX əsrin II yarısında isə Amudəryanın
sağ sahilində olan ərazilər Rusiya tərəfindən
işğal olunub. Burada Türküstan general
qubernatorluğunun Sırdərya vilayətinin tərkibinə
daxil olan Amudərya şöbəsi
yaradılmışdı. Amudərya
şöbəsi 1920-ci ildə Türküstan Muxtar Sovet
Sosialist Respublikasının Amudərya vilayətinə
çevrilmişdi. 1924-cü ildə burada
Qazaxstan Sovet Sosialist Respublikasının tərkibinə daxil
olan Qaraqalpaq Muxtar vilayəti yaradılmışdı. Sonra Muxtar Vilayət 1930-cu ildə RSFSR-in tərkibinə
daxil edilib. 1932-ci ildə bu Muxtar vilayət
Qaraqalpaqstan Muxtar Respublikasına çevilib. Qaraqalpaqstan 1936-cı ildə Özbəkistanın tərkibinə
verilib, 1993-cü ildə isə Qaraqalpaqstan Respublikasına
çevrilib. Qaraqalpaqların ənənəvi
məşğuliyyəti yarımköçəri
heyvandarlıq, əkinçilik və
balıqçılıqla birgə aparılıb. Qaraqlapqalar əvvəllər aullarda yaşamaqla hər
bir aul ayrı-ayrı tayfalara məxsus olub.
Bu aullar əsas ən suvarılan kanallar ətrafında
yerləşdirilirdi. Qaraqalpaqların ənənəvi
yaşayış yeri – yurtadır. Lakin
bununla belə Qaraqalpaqstanda qamış konstruksiyadan ibarət
evlərdə var. Qamışdan tikilmiş bu evlərin
divarını və damını əsas əngil ilə suvayırdılar.
Uzun illər ərzində qaraqalpaq aulunun
siması dəyişmişdi. Müasir
qaraqalpaq aulu iri işıqlı pəncərəli evlər,
taxta döşəmələr, elektrik, təbii və yanar
qaz, su sistemləri ilə təchiz olunub. Yurtalar
əsas ən yay dövrü üçün əlverişli
yaşayış yeri kimi qiymətləndirilməkdədir.
Evlərin daxili görüntüsü
üçün şəhər şəraitinə uyğun
milli məişət əşyalarının qoyulması,
yerləşdirilməsi və qaydaya salınması
mövcuddur. Döşəmə
xalçalar, palazlar, evin quruluşuna, onun təchizatına
xüsusi görüntü gətirir. Üstü
zövqlə işlənmiş piyalələr, qab-qacaqlar,
keramika və fosfordan olmaqla bu əşyalara xüsusi gözəllik
verir.
Qaraqalpaqların ənənəvi qidası əkinçilik,
heyvan darlıq, balıqçılıq məhsulları olub. Əlbəttə,
sadaladığımız bu məhsullar həm də digər
xalqlardan əxz edilmiş yeməklərlə, mətbəxlə
zənginləşdirilib ki, bu yeni yemək növləri də
zövqə uyğun olaraq d əyişdirilir v ə milli mətbəxin
ruhuna uyğun hazırlanır. Qaraqalpaqların
ənənəvi kostyumları yalnız əhalinin ahıl
hissəsində, qoca nəslin nümayəndələrində
saxlanılmaqdadır. Qaraqalpaqların milli
geyimində qadınlar başa bağladığı
yaylıqlar kifayət qədər koloritlidir. Müasir geyim üslubu əsas ən Avropa
üslubudur. Milli geyim forması sabit şəkildə
əsas ən və yalnız qadın geyimində
özünü büruzə verir. Qədim
zamanlarda qaraqalpaqlarda ağac üzərində oyma
(yurtanın qapıları, şkaflar, qab-qacaq
üçün şkaflar və s.), dəri üzərində
tikmələr, müxtəlif ilmələr özünə məxsusluqla
işlənib. Yurtanın qaydaya
salınmasında əlbəttə, xalça, palazlardan,
keçələrdən, ornamentli toxunmalardan istifadə
olunub. Onlar ya qızılı rəngdə,
ya sarı, ya yaşıl, ya da başqa rənglərdə
olur. Qaraqalpaqların tətbiqi sənətinin
ənənələri, demək olar ki, bizim dövrdə də
saxlanmaqdadır. Qaraqalpaq xalqı olduqca qədim
və zəngin tarixə malikdir. Onun milli mədəniyyəti,
folkloru, özünə məxsus incəsənəti, klassik ədəbiyyatı,
adət-ənənələri respublikanın
hüdudlarından çox-çox uzaqlarda
tanınmaqdadır.
Qaraqalpaqların
çoxsaylı məşhur batırlıq poemaları –
«Alpamıs», «Qırx qız», «Koblan», “Yer-Ziuar”, “Qurbanbəy”,
“Yer Şora” v ə s., məhəbbət dastanları “Qərib-aşıq”,
“Yusif- Əhməd” və «Şəhriyar» xalq həyatının
bu və ya digər cəhətlərini və tarixi hadisələri
bədii şəkildə özündə əks etdiməklə
zəngin və populyardır. Qaraqalpaqstanda
müxtəlif dövrlərdə Jien Jırau, Günxoca, Hacı
niyaz, Berdağ, Atəş şair kimi klassiklər, A.Musayev,
A.Dabılov, K.Auezov, J.Aymirzəyev və başqa bu kimi XX əsr
sənətkarları yazıb-yaradıblar. N.Davkarayevin, İ.Yusupovun, T.Kaipbergenovun, T.Jumamuradovun
və b. əsərləri ölkənin hüdudlarından
çox-çox uzaqlarda məşhurdur. Qaraqalpaqstan
elminin inkişafına S.Kamalov, C.Abdirov, T.Jdanko, M.Nurmühəmmədov,
K.Maksetov, K.Ayimbetov, S.Bahadırova, A.Alniyazov, K.Jərimbətov
və başqa bu kimi böyük alimlər öz töhvələrini
veriblər. Müasir Qaraqalpaqstan - inkişaf etmiş təsərrüfat
həyatına malik bir respublikadır. Onun sənayesinin
başlıca sahələrini kənd təsərrüfatı
məhsulları təşkil edir. Respublikanın əsas
təsərrüfat sahəsi pambıqtəmizləmə ilə
birbaşa bağlı olan yağ
hasilatı, pambıq toxumunun yenidən hazırlanması və
s. bağlıdır.
Respublikanın cənubu pambıqçılıq və
ipəkçiliklə məşğuldur. Burada su son dərəcə
azdır, yayda çox isti, qışda isə güclü
soyuqlar olur. Torpaq isə duzludur. Buna görə də əkinçilər bu və
ya digər əkin və bitkilərlə məşğul
olduqda son dərəcə böyük zəhmət sərf
edirlər. Qaraqalpaqstan torpağı əsas
ən düyü əkib-becərmək və inkişaf etdirmək
üçün daha münasibdir. Bu region
bütün Özbəkistanın düyü ilə təmin
olunmasında böyük əhəmiyyətə malikdir.
Qızılqum otlaqlarının geniş səhra hissəsində
qaragül qoyunçulu ğu və dəvəçilik
inkişaf edib. Şimal hissədə yaşayan əhali
isə əsasən düyü, çəltik və
heyvandarlıqla məşğuldur. Dənizkənarı
hissə də isə vaxtı ilə
balıqçılıq, heyvandarlıq,
ilxıçılıq, atçılıq və s. kimi sahələr
inkişaf etdirilirdi. Müasir Amudərya deltasının
cənub hissəsində qumluqlar da Nökis şəhəri
yerləşib. O Qaraqalpaqstanın
paytaxtıdır. Qaraqalpaqstanın iqtisadi,
siyasi, elm, təhsil, administrativ və mədəni mərkəzidir.
Şəhər elə bir coğrafi və mərkəzdə
yerləşir ki, burada komfortlun nəqliyyat arteriyası
Qızgetqen magistral kanalından keçməklə, buradan
Respublikanın bütün rayonlarına avtomobil yolları ilə
getmək mümkündür. Nökis
gözəl binalarla əhatələnib, mərmərlə
örtülmüş, yerli mərmər zavodunun məhsullarından
istifadə edilməklə inşa olunmuş müasir bir şəhərdir.
Burada iri sənaye müəssis ələri,
elm, mədəniyyət, təhsil mərkəzləri, səhiyyə
idarələri yerləşir. Nökisdə
Özbəkistan Respublikası Elmlər Akademiyasının
filialı, universitet, pedaqoji institut, orta ixtisas təhsili müəssisələri,
teatr, kino-teatrlar və s. mövcuddur. Eyni
zamanda Nökisdə Telemərkəzdə var ki, buradan
Qaraqalpaqstan Televiziyası və Radiosu öz verilişlərini
yayımlayır. Nökisdə Rəssamlıq
Akademiyasının şöbəsi, Bəstəkarlar
İttifaqı, Yazıçılar İttifaqı şöbəsi,
Memarlar İttifaqı şöbəsi, Kinostudiya şöbəsi
və s. fəaliyyət göstərməkdədir. Qaraqalpaqstanın ən inkişaf etmiş şəhərlərindən
biri də Xoceylidir. Bu səh ər Amudəryanın
sol sahilində yerləşib. Şəhər
iri nəqliyyat şəbəkəsi olmaqla yanaşı, eyni
zamanda yüngül və yeyinti sənayesi mərkəzidir.
Qaraqalpaqstanın ən cənub şəhəri 1932-ci
ilə qədər respublikanın paytaxtı olmuş Turtkul
(Dördgöl) şəhəridir. Dördgölün
coğrafi vəziyyəti, daim onun güclü
yağışlara məruz qalması, dağıdıcı ərazidə
yerləşməsi respublikanın mərkəzinin daha rahat
bir əraziyə köçürülməsini gündəmə
gətirdi. Şəhərdə müxtəlif rayon əhəmiyyətli
təşkilatlar, klublar, kitabxanalar, kino-teatrlar və s. digər
mədəni mərkəzlər mövcuddur.
Qaraqalpaqlar Qaraqalpaqstanın əsas əhalisini təşkil
edir. Qaraqalpaqların ölkədə ümumi sayı
430000 min nəfərdir. Onların əsas hissəsi
Qaraqalpaqstan Respublikasında yaşamaqla, onun şimal-sağ
sahillərində Nökis, Kegeyli, Çimbay, Taxtakupır və
eləcə də Amudərya deltasında Xoceyli, Şumanay,
Kunqrad və Muynak rayonlarında yerləşib. Qaraqalpaqlar
kiçik qruplarla Fərqanə vadisində, Özbəkistanın
Buxara və Xarəzm vilayətlərində də yerləşiblər.
Hazırda Qaraqalpaqlar Əfqanıstanda,
İranda, Qazaxstanda, Qırğızıstanda, Rusiyada və
digər ölkələrdə və ərazilərdə
yaşamaqdadırlar.
Mənbələrdə qaraqalpaqların dünyada
ümumi sayı müxtəlif rəqəmlərlə 500 mindən
650 min nəfərədək göstərilir. Ancaq bu rəqəmin
özü də dəqiqləşdirmələr tələb
edir. Qaraqalpaqstanın ərazisi Azərbaycanın
ərazisindən iki dəfə böyükdür. Qaraqalpaqstan Özbəkistanın şimal-q ərbində
yerləşir. Respublikanın şimalında vaxtı ilə
Aral dənizinin mavi ənginlikləri uzanırdı, qərbdə
isə o Amud əryanın düzənlik deltasından
ayrılaraq Üstyurt yaylasının şərq hissəsini
tutur, Şərqdən Respublikanı Qızılqum s əraları
əhatə edir. Qaraqalpaqların dəqiq
sayı, onların daimi yaşadığı yerlər
arxeoloqlar, etnoqraflar və tarixçilər t ərəfindən
hələ də indiyə qədər düzgün müəyyənləşdirilm
əyib. Qaraqalpaqların həyatı daim faciələr
və dramatizmlərlə dolu olub, ancaq xalqın uzun əsrlər
boyu mübarizələrlə müşayiət olunan həyatı
müvafiq materiallarda, kitablarda heç də oldu ğu kimi öz əksini tapmamışdır.
Qaraqalpaqların həyatında baş verən
tarixi hadis ələr əsas ən xalq yaddaşında
saxlanılıb və epik-folklor əsərlərinə daxil
edilib.
Xivə xanlarının arxivində saxlanılan sənədlərdə
və Rusiya İmperiyasının çar məmurlarının
qeydlərində, məruzələrində qaraqalpaqların
tarixi təhrif olunmuş şəkildə verilib. Demək olar
ki, XX əsrin 30-40-cı ill ərinə qədərki
bütün mənbələrdə qaraqalpaqlar haqqında olan
məlumatlar mübahisəli olmaqla, q ənaətbəxş
deyil. XX əsrin 20 illərindən bu
xalqın ümumi tarixi və keçdiyi yolla bağlı bir
neçə əsərlər işıq üzü
görüb. Məhz qeyd edil ən dövrd ən
başlayaraq K.A.Voznesenskaya və A.O.Piotrov ski «Qazax stan v ə Orta Asiya Respublikalarının Antro
pologiyası və Etnoqrafiyası, Biblioqrafiyası
üçün materiallar» kitabını nəşr etdirdilər.
Bu materiallarda qaraqalpaqlara həsr olunmuş
ayrıca bir bölmə var. 1932-ci ildə Dördgöldə
«Qaraqalpaq Muxtar SSR-nın biblioqrafik göstəricisi» nəşr
olunub. Burada qaraqalpaqların tarixi və
etnoqrafiyası öz əksini tapıb. 1935-ci
ild ə Moskvada «Qaraqalpaqların əd əbiyyatı üzrə
biblioqrafiya» nəşr olunub. 1935-ci ildə
əvvəllər SSRİ EA-nın Şərqşünaslıq
İnstitutu «Qara qalpaqların tarixi üzrə materiallar»
kitabını nəşr etdirdi ki, orada bu xalqın XVIII-XIX əsrlərlə
bağlı etnoqrafiyası üzrə maraqlı və qiymətli
məlumatlar vardır. Sonralar bu dövrdə
qaraqalpaqların tarixi üzr ə tanınmış tədqiqatçı
P.P.İvanov bir-birinin ardınca bir neçə əsər nəşr
etdir. 30-cu illərdə isə A.Bizzenin
«XVIII əsr qaraqalpaqların tarixinə dair» adlı m əzmunlu
məqaləsi nəşr olunub.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 14 iyun.-
S.14.