“Azərbaycan etnik, mədəni baõımdan zəngin ölkədir”
Antropoloqlar Azərbaycan
xalqının tolerantlığının tarixi köklərini
araşdırıb dünyaya bir nümunəvi təcrübə
kimi təqdim edə bilərlər
Antropologiya üzrə elmlər doktoru, AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa
Məmmədli yazır ki, elmdə etnoqrafiya kimi adı bu qədər
mübahisə doğuran bəlkə də ikinci fənn
yoxdur. Bu elm haqqında müəyyən məlumatı
olanlar bilirlər ki, ən bəsit tərifə əsasən
bu elm xalqları, onların xüsusiyyətlərini, o cümlədən
adət və ənənələrini, mədəniyyətlərini
öyrənir. Lakin, XIX əsrin əvvəllərindən
formalaşmağa başlayan bu elmin nəinki obyekti və
predmeti, hətta adı haqqında indi də müxtəlif
yanaşmalar mövcuddur. Bu isə öz
növbəsində geniş elmi diskussiyaların meydana gəlməsini
şərtləndirir.
Bu gün Azərbaycan elm nomenklaturasında qəbul
olunmuş qayda müəyyən dərəcədə bu
problemlərin təzahürüdür. Azərbaycan
elm ənənəsində antropologiya dedikdə əsasən
fiziki antropologiya, yəni insan qruplarının fiziki
quruluşunu tədqiq edən elm başa
düşülür. Etnologiya və
etnoqrafiya arasında da müəyyən fərqlər
mövcuddur. Son illərdə hökm
sürən yanaşmaya əsasən etnologiya nəzəri bir
elm kimi təqdim olunur. Bu yanaşmaya əsasən
etnoqrafiya əsasən xalqların maddi, mənəvi mədəniyyətinin,
davranış qaydalarının, adət və ənənələrinin
təsviri ilə məşğul olur.
Aydın məsələdir ki, elmin adının dəyişməsi
və ya dəqiqləşməsi ilə bu elmin
qarşısında duran bütün məsələlər həll
olunmur. Şübhəsiz hər bir elmdə olduğu kimi,
Azərbaycanda antropologiyanın inkişafı
üçün, onun müasir dünya antropologiyası ilə
ayaqlaşması üçün müntəzəm olaraq
prioritet mövzuları, müasir nəzəriyyələri,
yeni yaranan istiqamətləri nəzərdən keçirərək
tətbiq etmək zərurəti yaranır. Bu baxımdan antropologiya elminin inkişaf
konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət
kəsb edir. Bu konsepsiyada əks oluna biləcək
bəzi müddəaları qeyd etməyi lazım bilirik.
Şübhəsiz Azərbaycan etnoqrafiyası,
antropologiyanın sələfi olaraq, zəngin və şərəfli
tarixə malikdir. Bu tarixə ötəri
bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif
sahələrində mühüm nailiyyətlər əldə
olunduğu göz qabağındadır.
Bu çoxsahəli zəngin irsi hərtərəfli
araşdırmadan, onun tarixini və perspektivlərini yüksək
elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək
qeyri-mümkündür. Etnoqrafiya elmi hazırda da qurub-yaradan Azərbaycan
xalqının qədiminin və bu gününün öyrənilməsinə
təsirli kömək göstərir, onu yeni dəlil-sübutlarla
zənginləşdirir. Azərbaycanda
etnoqrafiya elminin nailiyyətləri sırasında mühüm
yeri şübhəsiz Azərbaycan xalqının ənənəvi
təsərrüfat mədəniyyətinin tədqiq edilməsi
və bu mədəniyyətin regional və ümumdünya əhəmiyyətinin
müəyyənləşdirilməsi tutur. Azərbaycan xalqının ənənəvi təsərrüfat
mədəniyyətinin tədqiq edilməsində maldarlıq
təsərrüfatının öyrənilməsinin də
xüsusi yeri var.
Azərbaycan alimlərinin etnoqrafik tədqiqatları bir
daha sübüt edir ki, Azərbaycan xalqının zəngin və
özünəməxsus mədəniyyəti sistemində
yüksək inkişaf səviyyəsinə
çatmış sahələrindən biri də sənətkarlıqdır. Azərbaycanın
zəngin təbii xammal ehtiyatı, əkinçilik və
maldarlıq məhsulları qədim zamanlardan başlayaraq,
müxtəlif sənət sahələrinin meydana gəlməsi
üçün əlverişli şərait
yaratmışdır.
Etnoqrafiyanın mühüm sahələrindən olan ailə-məişət
məsələrinin etnik xüsusiyyətlərinin tədqiqi
də Azərbaycan etnoqraflarının nailiyyətlərindən
sayıla bilər. Ailə mənəvi dəyərlərin,
o cümlədən adətlərin və mərasimlərin
icra olunduğu özəkdir. Şübhəsiz,
Azərbaycan ailəsi də qədim zamanlardan bəri bəşəriyyət
üçün səciyyəvi olan bu əsaslar üzərində
qurulmuşdur. Tarixən mövcud olmuş
ailə formaları, onların təkamülü, Azərbaycan
ailələrinin quruluşu, onlarda mülkiyyət
bölgüsü, ailədaxili qarşılıqlı
münasibətlərin xüsusiyyətləri kimi problemlərin
öyrənilməsində etnoqrafların əldə etdiyi
mühüm nəticələri qeyd etmək lazımdır.
Etnoqrafik tədqiqatlar sahəsində müasir Azərbaycan
cəmiyyətinin inkişafında etnososial və etnomədəni
xüsusiyyətlərin öyrənilməsi istiqamətində
də mühüm nailliyyətlər əldə olunmuşdur. Bu araşdırmalar
dünyada və ölkədə cərəyan edən siyasi,
mədəni tendensiyaların öyrənilməsi ətrafında
cəmləşərək, müasir sosiomədəni proseslərin
etnik aspektlərinə, Azərbaycançılığın
etnosiyasi aspektlərinə, Azərbaycanda gedən etnodil proseslərinə,
Azərbaycanda müasir miqrasiya proseslərinin etnomədəni
xüsusiyyətlərinə aydınlıq gətirmişlər.
Lakin bu nailiyyətləri qeyd edərək, eyni zamanda
etiraf etməliyik ki, müasir sosial-mədəni
antropologiyanın diqqət mərkəzində
saxladığı bir çox elmi problemlər Azərbaycan
etnoqrafiyasının maraq dairəsindən xeyli kanarda durur. Bu problemlərin
bəzilərinin xatırlanmasını zəruri hesab edirik.
Bizcə, Azərbaycanda müasir sosial antropoloji
tədqiqatlar ölkə əhalisi arasında ictimai-siyasi, mədəni
transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin
xüsusiyyətlərində cəmləşməlidir.
Belə ki, antropoloqların diqqətində etnik
mədəniyyətin vəziyyətinə əmək və məcburi
miqrasiyaların, iqtisadiy-yatda bazar mexanizmlərinin təşəkkülü
kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi
dayanmalıdır. Belə ki, bəzi tədqiqatların
nəticələri insanların kütləvi
yaşayış yerlərinin dəyişməsinin etnik mədəniyyətin
dayanaqlıq dərəcəsinə təsirini təsdiq edir.
Müəyyən dərəcədə ənənəvi
sosial-mədəni identikliklə yeni yaşayış şəraitinin
sintezi nəticəsində yeni submədəniyyətlərin
formalaşması baş verir.
Dünyada baş verən qlobal dəyişikliklər Azərbaycan
xalqının həyat fəaliyyətinin bütün sahələrini
əhatə etmişdir. Məkan və inter-yerin ənənəvi
təşkili, ailədə münasibətlər və nəsillər
arası münasibətlərin xarakteri, etnomədəni meyllər
və etnosun mədəniyyətinin başqa aspektləri
innovasiyaların basqınına məruz qalır. Bu proseslərin həyat fəaliyyətinin konkret sahələrindəki
istiqamətləri, təsir gücü, antropoloji tədqiqatların
mövzusu olmalıdır.
Müasir mövzular arasında ənənəvi mədəniyyətin
müasir şəraitə uyğunlaşma prosesini qeyd etmək
olar. Bu mövzu həyat təminatı sistemində (məskunluq
mühiti, təsərrüfat yönümləri, əməyə
münasibət, qida mədəniyyəti) dəyişmə
proseslərini və dünya qavranmasını (inanclar, etnotarixi
yaddaş, mərasimlər və ənənələr) əhatə
edir. Qeyd etmək lazımdır ki, bu
mövzu kontekstində müasir ailənin və ailə
münasibətlərinin etnik xüsusiyyətlərini tədqiq,
ailədə şəxslərarası münasibətlərin
strukturunu, demoqrafik səciyyələrini müqayisəli-tipoloji
planda təhlil etmək olar. Bu sahədə
müəyyən işlər artıq
görülmüşdür, lakin hələ çox tədqiqatların
aparılmasına ehtiyac var.
Müstəqillik dövründə azərbaycanlıların
etnik şüurunun formalaşmasına və inkişafına
maraq xeyli artmışdır. Antropoloji tədqiqatlar
zamanı bu mövzu çərçivəsində azərbaycanlıların
etnik identiklik məsələləri öyrənilməlidir.
Bu tədqiqatlar zamanı identiklik proseslərini
gücləndirən və ya zəiflədən amillərə
xüsusi diqqət yetirilməlidir. Müstəqil
dövlət şəraitində milli şüurunun təşəkkülü,
burada etnik simvolların rolu tədqiqat mövzusu
olmalıdır.
Azərbaycanda sosial antropoloji tədqiqatların
maraqlı istiqamətlərindən biri kimi ayrı-ayrı
sosial qrupların məişətinin və mədəniyyətinin
etnik xüsusiyyətlərinin öyrənilməsini qeyd etmək
olar. Məsələn, bu tədqiqat istiqamətində
maraqlı obyektlərdən biri kimi ziyalılar
çıxış edə bilər. Bu
sosial qrup əsasında müstəqillik dövründə Azərbaycanda
baş verən etnomədəni və sosial-siyasi dəyişikliklərin
xüsusiyyətlərini tədqiq etmək olar. Bu sosial qrupun seçilməsi ziyalıların
müəyyən qabaqcıllığı ilə şərtlənir.
Belə ki, ziyalıların müxtəlif
qrupları timsalında (yaş qrupları, fəaliyyət
növləri, fəaliyyətin əsas dili, mədəni meyllər
və s.) cəmiyyətdə baş verən dəyişikliklərin
xarakterini göstərmək olar. Bu
kontekstdə Azərbaycan ziyalılarının “qərb” və
“şərq” mədəniyyətləri anlayışına
münasibətini və bu anlayışların Azərbaycan mədəniyyətində
yeri məsələlərini müəyyənləşdirmək
olar.
Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri
ölkənin sosial-iqtisadi və mədəni inkişafı
ilə və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin
etnik və mədəni xüsusiyyətlərinin rolu ilə
şərtlənir. Bu istiqamətdəki tədqiqatlar belə
bir nəticəyə gəlməyə əsas verir ki, son illərdə
Azərbaycanda baş verən sosial-siyasi dəyişikliklərin
xarakteri müəyyən dərəcədə cəmiyyətin
həyat fəaliyyətinin müxtəlif sahələrindəki
etnik xüsusiyyətlərlə şərtlənir. Bu
xüsusiyyətlər siyasi və dövlət
institutlarının, çoxpartiyalı sistemin, seçki
prosesinin və s. təşəkkülündə öz əksini
tapır. Bununla yanaşı ölkənin sosial
və iqtisadi inkişafının əmək fəaliyyətində
və ailə məişətindəki etnik xüsusiyyətlərində
müəyyən asılılığı qeyd olunur. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi
və tədqiqi Azərbaycanın inkişafının strateji
istiqamətlərinin işlənib hazırlanması
üçün tutarlı elmi baza kimi çıxış
edə bilər.
Xalqın, ölkənin dünyada tanıtmasında
antropologiyanın rolu böyükdür. Azərbaycan
etnik, mədəni baõımdan
zəngin ölkədir. Zənginlik isə
sayla ölçülmür. Bu, mədəniyyətin
özünəməõsusluğu,
zənginliyi ilə ölçülür. Belə ki, yalnız Azərbaycanda, ölkəmizin təkcə
bir kəndində yaşayan õalqlar var. Məsələn, Xınalıqda
yaşayan õınalıqlılar
kimi. Bu xalqın dili və etnik mədəniyyəti
çoõ unikaldır.
Dünyada bunun təkrarı yoõdur. Yaxud Nicdə
yaşayan udinlər. Antropoloqların tədqiqatlarının
bir istiqaməti də fərqliliklərlə yanaşı, azərbaycanlıların
sosial mədəni birlik kimi formalaşmasını, oõşarlıqları üzə
çıõarmaqdan ibarət
olmalıdır. Antropoloqlar Azərbaycan
xalqının tolerantlığının tarixi köklərini
araşdırıb dünyaya bir nümunəvi təcrübə
kimi təqdim edə bilərlər. Sözsüz,
etnik baõımdan zəngin
olan ölkələrdə müəyyən problemlər -
iqtisadyyatın inkişafında, mədəniyyət sahəsində,
sosial problemlərlə bağlı problemlər ortaya
çıõır ki,
onları daim izləmək və vaõtında həll etmək lazımdır. Beləliklə, nəticədə qeyd etməliyik
ki, etnoqrafiyanın adını dəyişib antropologiya qoymaq
işin yalnız texniki səciyyə daşıyan bir tərəfidir.
Mahiyyətcə az əhəmiyyət
daşımayan ikinci tərəf isə elmi
yanaşmaların, mövzular seçiminin, tədqiqat
üsullarının, kadr hazırlığının
müasir antropologiya elmi ilə ayaqlaşmasıdır.
Cavid
Xalq
Cəbhəsi.- 2016.- 17 iyun.- S.13.