““Formula-1” Azərbaycanın idman sahəsində yeni bir mərhələ sayıla bilər”
Rövşən Rzaye: “Bu yarışların
Bakıda keçirilməsi
ölkəmizdə ilk növbədə
idmanın inkişafına
daha da təkan
verəcək”
Azər
Verdiyev: ““Formula-1” ölkəmizin
turizm potensialının
təbliğ edilməsi
baxımından əhəmiyyətlidir”
Azərbaycan daha bir beynəlxalq
əhəmiyyətli idman
yarışını uğurla
başa vurdu. Söhbət
"Formula-1" üzrə Avropa Qran-prisi yarışlarından gedir.
Belə ki, iyunun 17-19-u tarixlərində
Bakıda baş tutan "Formula-1" üzrə
dünya çempionatının
səkkizinci - Avropa Qran-pri yarışları
keçirilib. Məlumat üçün
bildirək ki, hər biri iki
pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə apardığı
yarış trekinin uzunluğu 6 kilometr təşkil edib. Bakı şəhər halqasında dünyanın
ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri mübarizə
aparıblar. Nadir xüsusiyyətlərə
sahib Bakı şəhər
halqası elə qurulub ki, yarış
zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları
UNESCO-nun ümumdünya mədəni
irs siyahısına daxil olan İçərişəhəri,
paytaxtın müasir memarlıq abidələrini
və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
ecazkar mənzərəni
görə biliblər.
Məlumat üçün qeyd edək ki, layihənin
müəllifi bütün
müasir "Formula-1" treklərinin
memarı olan Herman Tilkedir. Bakı şəhər halqası
şəhərin tam mərkəzindən
və ən gözəl məkanlarından
keçib. Təşkilatçılar
trekin marşrutunu seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoyublar. Bundan başqa,
trekdə yarış
avtomobillərinin hərəkəti
saat əqrəbinin əks istiqamətində olub. Ümumilikdə 30 minə yaxın
tamaşaçı yarışı
tribunalardan canlı izləyə bilib. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər
ətrafında, o cümlədən
7-ci və 8-ci döngələrdə
7,6 metr təşkil
edib. İyunun 19-da 11 komandadan 22 pilotun qatıldığı
8-ci mərhələ əsas
yarışla yekunlaşıb.
Onu da qeyd etmək
yerinə düşər
ki, yarışları
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da canlı izləyib. Gərgin keçən mübarizə
şəraitində Avropa
Qran-prisinin qalibi
"Mercedes" komandasından Niko Rosberq olub.
O, 51 dövrədən ən
tezini 1:47,023 dəqiqəyə
daha sürətli keçib. İkinci yeri isə "Ferrari"
komandasından Sebastian Fettel
( 1:48, 921) tutub. İlk üçlüyü isə
"Force İndia"dan Serxio
Peres bölüşdürüb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. Mükafatçılara kuboku prezident
İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının
prezidenti İlqar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
Azərbaycan Slavyan Gəncləri
Assosiasiyasının Analitik
Mərkəzinin rəhbəri,
siyasi təhlilçi
Azər Verdiyev bildirib ki,
"Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda
keçirilməsi ölkəmizin
turizm potensialının
təbliğ edilməsi,
tanıdılması baxımından
da əhəmiyyətlidir:
“Etiraf etmək lazımdır ki, son 5 ildə Azərbaycan bir çox beynəlxalq tədbirlərə
ev sahibliyi edib. Bu qısa
zaman kəsiyində həyata keçirilən
tədbirlər ölkəmizin
beynəlxalq aləmdəki
imicinə olduqca müsbət təsir edir. Bu kimi
yarışlar ölkəmizə
kifayət qədər
iqtisadi dividentlər vəd edir. Bilirsiniz ki, beynəlxalq tədbirlərə
ev sahibliyi
etmək üçün
əsas şərt iqtisadi və siyasi sabitlik mühitinin olmasıdır.
Bu gün hər
iki sahə üzrə Azərbaycanda mövud olan vəziyyət qaneedicidir.
Əgər belə olmasaydı
"Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda
keçirilməsi müvafiq
beynəlxalq idman federasiyaları tərəfindən
məqsədəuyğun sayılmazdı.
Məlumat üçün qeyd edim ki, Birinci
Avropa Oyunları öncəsi və yarışın gedişatı
zamanı da ölkəmizə kifayət
qədər turist axını oldu. Demək olar
ki, bütün mehmanxanalar bron olunmuşdu. Eyni hal ilə indi də
qarşılaşdıq. Məndə olan məlumata görə turislərin böyük əksəriyyəti
5 ulfuzlu otellər sifariş ediblər.
Bu olduqca mühüm
haldır. Onu da qeyd edək ki, dünya şöhrətli pilotların
Bakı haqqında paylaşımları olduqca
böyük rezonansa səbəb olub”.
O, əlavə edib ki, -"Formula-1" üzrə
Avropa Qran-pri yarışları eyni zamanda Azərbaycanın regiondakı siyasi gücü, çəkisini
sübuta yetirir: “Bu birmənalı şəkildə
belədir. Azərbaycan siyasi və
iqtisadi baxımdan regionun lider ölkəsidir. Ölkəmizin icazəsi olmadan regionda heç bir layihə reallaşmır. Artıq idman
sahəsində də
ölkəmiz liderdir.
Dünya
Azərbaycanı sabit,
dinamik inkişaf edən ölkə kimi tanıyır. Heç şübhəsiz ki, bu Azərbaycan Respublikasının Prezident
Cənab İlham Əliyevin apardığı
uğurlu siyasətin məntiqi nəticəsidir.
Bəzən bir ölkə özünü dünyada
təqdim etmək üçün milyardlar xərcləyir, bundan başqa yüz illər sərf edir. Biz isə son 5 ildə
"Avroviziya", Birinci
Avropa Oyunlarına və "Formula- 1" üzrə
Avropa Qran-pri yarışına ev sahibliyi etməklə yüz illik yolu 5 ilə qət etmiş olduq. Ölkəmizi artıq bütün
dünya tanıyır.
Hesab edirəm bu strateji hədəfə çatmaq deməkdir”.
Deputat Rövşən
Rzayev isə deyib kİ, Bakıda keçirilən
“Formula 1” yarışı ölkəmizdə
turizm sahəsinin inkişafına daha da təkan verəcək.
Onun sözlərinə
görə, bu yarış Azərbaycana turizm ölkəsi kimi
marağı daha da
artıracaq: “Formula 1-in Bakıda
keçirilməsini çox mühüm, əhəmiyyətli hadisə sayan deputat hesab
edir ki, bu yarış Azərbaycanın idman sahəsində yeni bir mərhələ sayıla bilər”. R.Rzayevin sözlərinə görə, bu yarışların Bakıda keçirilməsi
ölkəmizdə ilk növbədə
idmanın inkişafına daha da təkan verəcək: “Bu
gün Azərbaycanın ərazilərinin
20 faizinin işğal
edilməsinə baxmayaraq, onun
dünyəvi inkişafını nəzərə almamaq mümkün deyil. “Formula 1” kimi beynəlxalq tədbirlərin Bakıda
keçirilməsi ilə beynəlxalq aləmin Azərbaycana olan diqqəti daha da artır”.
Xalq Cəbhəsi.- 2016.- 21 iyun.-
S.8.