Azərbaycan həqiqətləri erməni ədəbi mənbələrində

 

Xalq Cəbhəsiqəzeti filologiya üzrə elmlər doktoru, mərhum professor İsrafil Abbaslının tərtib, tərcümə və toplayıcı olduğuAzərbaycan həqiqətləri erməni ədəbi mənbələrində” kitabından hissələri təqdim edir.

 

II yazı

 

Qazaros Ağayan – (1840-1911) yazıçı, pedaqoq.

“Erməni dili özünün qrammatikası ilə türkcəyə (azərbaycancaya – İ.A.) çox bənzəyir…. Erməni xalqı və aşıqları türkcəni (azərbaycancanı – İ.A.) öyrənməkdə və bu dildə danışmaqda heç bir çətinlik çəkməyiblər. Hətta indi də türklərdən (azərbaycanlılardan – İ.A.) çox uzaqda olmalarına baxmayaraq, türkcə (azərbaycanca – İ.A.) yaxşı danışan bir çox yazıçılar vardır. Bu dil sanki erməni üçün doğma dildir. Onu demək istəyirəm ki, türkcə (azərbaycanca – İ.A.) nəğmə deməyin bir səbəbi də bu dilin erməni üçün asan olmasıdır, ona görə ki, hər iki dildə düşünmək qaydası və forması eynidir”.

Q.Ağayan. Əsərləri, III cild, İrəvan, 1940, s.331.

***

Erməni aşıqları “…mahnıları (şeirləri) ermənicə yox, türkcə (azərbaycanca – İ.A.) yaradırlar. Erməni dilində oxumaq vərdişi hələ bizim aşıqların arasında yayılmayıb”.

Yenə orada, s.25-26.

 

***

O zamankı nəğmələrdən “… ən başlıcası və yayılmış olanı bayatılardır. Elə nəğmələr var ki, onu ancaq aşıqlar bilir, elələri də var ki, onları aşıq olmayanlar da bilir və oxuyurlar, lakin bayatını hamı bilir, böyüklər də, kiçiklər də, qadınlar da, kişilər də bilirlər. Öz kədərlərini, çətin vəziyyətlərini, qüssələrini, qayğılarını bayatılarla ifadə edirlər, öz sevgilərini, arzularını, həsrətlərini bayatılarla bildirirlər, öz şikayətlərini, mü¬raciətlərini, etirazlarını bayatılarla ifadə edirlər, öz ölülərinin matəmini bayatılarla saxlayırlar, ən nəhayət, hər növ fikir və duyğularını bayatılarla ifadə edirlər”.

Yenə orada, s.325.

 

***

Bayatının “…birinci, ikinci və dördüncü misraları eyni sözlərlə qurtarır, bu söz birinci misrada müəyyən olmur, ikinci və üçüncü misralarda isə ayrı-ayrı mənalar verir. Bayatının türkcə (azərbaycanca – İ.A.) söylənilməsinin səbəbi də budur, çünki türk (Azərbaycan – İ.A.) dilində iki və daha artıq mənası olan belə ifadələr çoxdur, lakin onlar erməni dilində kifayət qədər yoxdur”.

Yenə orada, s.325.

 

***

“Bir zamanlar Ağvan ölkəsi padşahının oturduğu şəhər Tərtər idi. İndi ora xarabalıqdır və Bərdə adlanır. O şəhər indiki Gəncə ilə Şuşa arasında Tərtər çayı üzərində yerləşirdi. Şahın bütün Tərtər boyu uzanan geniş yaşıllıqlara bürünmüş gözəl sarayı burada idi. Bu qədim süni meşə öz nəhəng çinarları, qovaq ağacları ilə təbii meşələri ötüb keçirdi. Şəhərin hətta ən uca qalaları belə bu ağacların kölgələri altında itirdi. Onun dörd ətrafına çəkilmiş əzəmətli hasar, burada dəstə ilə gəzmək və oynamaq üçün azad imkanı olan çevik və sürətlə qaçan keçilər və marallar üçün heç də qəfəs rolunu oynamırdı”.

Q.Ağayan. Seçilmiş əsərləri,

İrəvan, 1939, s.117.

 

***

“İstedadlı, fitri istedadlı aşıq, həm də dədə aşıq olmaq, hədsiz dərəcədə zəngin hafizəyə malik olmaq deməkdir. Elə hafizə deyirəm ki, beyninə topladığını aylarla, illərlə danışa və qurtara bilməyə. Yaxşı aşıq öz dövrünün bütün aşıq dastanlarını, keçmişin bütün ünlü aşıqlarının məşhur mahnılarını əzbər bilməlidir. Doğrudan da hərgah bir kor aşıq “Əsli və Kərəm”i, “Abbas və Gülgəz”i, “Xurşid və Mehri”ni, “Şahmar Əli”ni, “Şah İsmayıl”ı və “Ərəb qızı”nı, “Koroğlu”nu, “Tutuquşu” lətifələrini və indi adlarını xatırlamadığım, lakin öz qulaqlarımla eşitdiyim, həm də bir aşıqdan eşitdiyim özgə çoxsaylı dastanları başdan-başa bilərsə, bundan yəqin etmək olar ki, həmin aşığın hafizəsi nə qədər inkişaf edib”.

 

Q.Ağayan. Müasir erməni şifahi mahnıları, “Daraz” jurnalı,

1893, ¹9, s.140.

 

***

“Koroğlunun igidliyi məmləkətimizin hər yerində, bütün xalqlar arasında yayılıb. Türklər (azərbaycanlılar – İ.A.) onu türk (azərbaycanlı – İ.A.), kürdlər kürd, ermənilər isə azərbaycanlaşmış erməni hesab edirlər. Onun nəğmələrini türk (Azərbaycan – İ.A.) və kürdcə oxuyan ermənilərdən başqa qalan xalqlar öz dillərində oxuyur”.

“Daraz” jurnalı, 1893, ¹5.

 

***

Hovanes Tumanyan – (1869-1923) şair və yazıçı.

“Tatar (Azərbaycan – İ.A.) mahnılarında nağıl etmək son yeri tutmur. Bu mahnılardan çoxu əfsanə xarakterindədir, çoxları da sanki naməlum zamanlardan gəlib bizə çatmış və naməlum xanəndələrin oxuduğu uzun poemaların parçalarıdır, məsələn, Koroğlu və onun atı haqqında mahnı”. Hov.Tumanyan. Sayat-Nova, İrəvan, 1945, s.13.

 

***

 

Atrbet – (Mubayiyan Sarkis Mkrtiçi) – 1860-1937, yazıçı və tarixçi, islam dini və təriqətlərinə aid bir sıra əsərlərin müəllifi.

“Məhsəti (yəni «aya bənzər» deməkdir) Gəncədəndir. O, öz rübailərinin dolğun mənalı olması ilə şöhrət qazanmışdı”.

“Məhsəti ...qadını özlərinin vəhşi arzularına xidmət etdirmək üçün hərəmxananın qara pərdəsi dalında dustaq edən mövhumat xadimlərinə qarşı həmişə mübarizə aparıb”.

“Məhsəti ədəbi səhnəyə atılıncayadək… şairlər özlərinin qara bəxtlərinə ağlayırdılar, lakin Məhsəti özünün şeirləri ilə onların simasını tamamilə dəyişdi. Məhsətinin sələfləri şəriəti müdafiə edən ruhanilərə qarşı açıqdan-açığa mübarizə aparmırdılar, ancaq Məhsəti hicri V əsdə (miladi XII) onun haqsız qanunlarına qorxmadan istehza edirdi. Bu qanun bəşəriyyətin yarısını təşkil edən qadınları hüquqdan məhrum etmiş, onları çıxılmaz vəziyyətdə qoymuşdu”.

“Şairə bilirdi ki, qadınlar onlar üçün müəyyən edilmiş vəziyyətə dözə bilmirlər… Məhsəti rəhmsizliklə qadınların çiyinlərinə qoyulmuş yükü axıra qədər aparmalarına tərəfdar deyildi. O, qorxmaz bir aslan kimi …şəriət həbsxanalarının qapılarına, həbsxana müdirinin zəncirlərinə, cəlladların qılınclarına və aşağı işçilərin qamçılarına qarşı hücum edirdi. Yeni, dinc və xoşbəxt həyat carçısı olan bu həqiqi şairə baharın gəlməsini arzu edirdi”.

“Məhsəti öz ideyası uğrunda cəsarətlə mübarizə apardı, həyatının sonunadək o qadının qəlbində azadlığa məhəbbət arzusu coşurdu”.

Q.Antonyan. Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi,

Bakı, 1955, s.121.

 

***

G.Axverdyan – XIX əsr ədəbiyyatşünası.

“Aşıqlardan daha dindar olanları zəngin erməni dilinin elə o başdan yalnız özlərini yaradanı və müqəddəsləri şeirlərində tərifləmək üçün müəyyən edildiyini güman edib, erməni sözləri ilə ancaq öz dini və nəsihətamiz mahnılarını söyləyib, özlərinin ilahi dininin müqəddəsliyini saymamağı cinayət bilərək, öz gözəl poetik duyğularını farsların, türklərin (azərbaycanlıların – İ.A.) və osmanlıların şivəsində tərənnüm ediblər”.

G.Axverdyan. Sayat-Nova,

Moskva, 1852, s.3-4.

 

***

Abr. Zaminyan – XIX əsrin sonu və XX yüzilliyin əvvəllərində yaşamış ədəbiyyatşünas.

“Kanzaklı (Gəncəli – İ.A.) Nizami füsunkar “İsgəndərnamə” yazıb. Şübhəsiz, bu ümumi sitayişin nəticəsidir. Bu səbəbdən də XIII əsrin axırlarında Xaçatur Qaçaretsi Aleksandrın köhnə və cırılmış ermənicə tərcüməsini taparaq, üzünü köçürdü və bu xoşa gəlməyən bütpərəst əsəri xoşa gələn etmək üçün müqəddimə və xatimə yazdı”.

Abr.Zaminyan. Erməni ədəbiyyatı tarixi, I hissə, Yeni-Naxçıvan,

1915, s.212.

 

***

“Ali təhsil almış Həsən bəy Məlikov adlı gənc bir türk bütün maneə və qadağalara üstün gələrək birinci dəfə olaraq Bakıda türkcə qəzet nəşr etdirəcək. Biz xüsusi olaraq oxucularımızın diqqətini həmin fərəhli hadisəyə cəlb etmək istəyirik”.

“Mşaq” qəzeti, 1875, ¹8.

 

***

Leo (Arakel Babaxanyan, 1860-1932) – tarixçi, yazıçı və tənqidçi, professor.

“Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili – İ.A.) erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir”.

Leo. Erməni tarixi, III cild, İrəvan, 1946, s.1072.

 

***

 

“..Erməni aşıq yaradıcılığının az bir hissəsi, hətta demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların böyük əsərlərinin əksəriyyəti (dastanlar, qəhrəmanlıq nağılları) isə türkcədir (azərbaycancadır – İ.A.)”.

Yenə orada.

 

***

“Türk (Azərbaycan – İ.A.) xalqı böyük mədəni yüksəlişlər göstərib. Habelə o, hərtərəfli yaradıcılıq qabiliyyətinə də malikdir. Bu qabiliyyət özünü daha çox şifahi ədəbiyyatda biruzə verib. Burada atalar sözü və məsəllər xüsusilə zəngindir. Həmin nümunələr vasitəsilə türk (Azərbaycan – İ.A.) xalqı özünü bütün mədəni millətlərin birgə yaratmış olduqları dünyagörüşlərinin iştirakçılarından biri kimi nümayiº etdirib. Türk atalar sözləri həm rus, həm də digər xalqların atalar sözlərinə bənzəyir. Bunlarda ifadə olunan fikir və hökmlərin türklər (azərbaycanlılar – İ.A.) üçün müqəddəs əfsanələr qədər qiyməti var. Atalar sözü və məsəllərdə əsrlərin təcrübəsi danışır. Məhz elə buna görə də bunlar son dərəcə müəllifli ifadələr kimi nəzərə çarpır. Doğrudan da – atalar sözü”.

Yenə orada, s.100.

 

***

“Osmanlılar hədər yerə Xocanı osmanlı türkü hesab edir. Halbuki digər türk xalqları arasında da eyni tarixi şəxsiyyət Molla Nəsrəddin adı ilə tanınmaqdadır. Təxminən Şərqin bütün xalqları həmin lətifə və məsəllərin yaradılmasında iştirak ediblər. Ola bilsin ki, belə lətifələrin bir qisminin Nəsrəddinlə, yaxud sadəcə Xoca, yaxud Molla ilə heç bir əlaqəsi olmasın”.

Yenə orada, s.100.

 

***

Aleksandr Şirvanzadə – (1858-1935) yazıçı, dramaturq.

“Sizə bəllidir ki, mən Azərbaycan vətəndaşı olduğuma görə ilk vətənimin mədəniyyət məsələləri ilə və birinci növbədə türk (Azərbaycan – İ.A.) teatrı və ədəbiyyatının vəziyyəti ilə həmişə maraqlanmışam. Ona görə də türk (Azərbaycan – İ.A.) xalqının mədəniyyət sahəsində əldə etdiyi böyük müvəffəqiyyətləri görmək mənim üçün çox fərəhlidir. Doğrudan da türk (Azərbaycan – İ.A.) fəhlə sinfinin yaradıcılıq ruhu çarizmin onun ayaqlarına bağladığı zəncirlərdən Böyük Oktyabr inqilabı sayəsində azad olaraq misli görünməmiş sürətlə yüksəlir. Türk (Azərbaycan – İ.A.) teatrının fövqəladə irəliləyişi məni xüsusilə fərəhləndirir.

…Sizi əmin edirəm ki, bunların hamısı məni hədsiz dərəcədə sevindirir”.

Erm. EA-nın Ədəbiyyat və İncəsənət Muzeyinin elmi arxivi, “Şirvanzadə fondu”, ¹143/77.

 

***

Tridat Yepis Balean – XIX əsrin sonu XX əsrin əvvəli, din xadimi, folklor toplayıcısı, naşir.

“Aşıqların istifadə etdikləri alətlərin adı türkcədir: saz, santur, kaman, yaxud kamança, bağlama”.

Erməni aşıqları, toplayanı Tridat Balean, I cild, İzmir, Mamuryan nəşriyyatı, 1911, s.9.

 

Xalq Cəbhəsi.- 2016.- 24 iyun.- S.14.