“Vətən sevgisinin
müddəti isə ömürdən o tərəfə
keçir”
II yazı
Bəxtiyar Vahabzadənin yaradıcılığının
formalaşması keçmiş
sovet dövrünə
təsadüf edir. Bu dövrdə xalq həyatına, milli duyğulara, dövlətçilik
ideologiyasına münasibət
birmənalı olmamışdı.
Velikorus şovinizminə aludəçiliyin
baş aldığı
bir dövrdə ana dili ilə
bağlı yazılan
mövzular hər bir sənətkar üçün millətçilik
kimi yozulurdu. Bu dövrdə B.Vahabzadənin
“Latın dili” şeiri ilə bağlı qaldırılan
hay-küy bunun əyani nümunəsidir.
B.Vahabzadənin ana dilinə olan xüsusi vurğunluğu türk dünyası aydınlarının
diqqətini cəlb etmişdi. Onun ana dilinin saflığına, xalqın
milli-mənəvi dəyərəlrinə,
ədəbiyyatının xəlqiliyinə,
türk xalqları ədəbiyytanın ortaq
dəyərlərinə verdiyi
qiymətlər və
əsərlərinin bu
mövzulara həsr edilməsi mütərəqqi
türk aydınlarını
B.Vahabzadə yaradıcılığına
yaxınlaşdırırdı.
Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir”
adlandırmış, prof.
Dursun Yıldırım
onu “Azərbaycan türklərinin olduğu
qədər müasir
dünya türklərinin
də böyük şeir ustası” hesab etmiş, prof. Ahmed Bican Ercilasunun “Vahabzadə bizə öyrətdi ki, hər millətin
ana dili o dilin namusu və
vicdanıdır” konsepsiyası,
onun şeirini “insanın içində yanan bir atəş”ə
bənzədən Ali Yavuz
Akpınarın poetik düşüncələri, Yavuz
Bülend Bakilərin
“Türk ədəbiyyatı
üçün Mehmet
Akif, Yahya Kamal, Nəcib Fazıl kim isə Azərbaycan ədəbiyyatı üçün
də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan yeni
Azərbaycan Cümhuriyyətinin
yaradılmasında onun
haykıran yaradıcılığının
mühüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının
Türkiyədəki ictimai
və siyasi məziyyətlərini göz
qabağını gətirməkdədir.
1995-ci ildə o zaman
Türkiyənin IX Prezidenti
olan Süleyman Dəmirəl Bakıya gələndə B.Vahabzadəni
qəbul etmişdi, onunla söhbətində
“Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi
birliyi və yüksəlişi ilə
də yaxından əlaqədardır. Odur ki, sizi sadəcə azərbaycanlı
qardaşlarımızın deyil, çağdaş türk dünyasının
böyük bir qələm ustadı olaraq salamlayıram” demişdi. Türkiyənin
IX Prezidentinin B.Vahabzadənin
1967-ci ildə yazdığı
“Kök” şeirini əzbər deməsi də təsadüfi deyildi:
Ağaclar
Kök üstə
boy atır.
Ucalır.
Ağaclar
Kökündən güc alır.
Dünyada
Hər şeyin
kökü var.
Kökü var
Torpağın, daşın da…
Adamsa kökünü
Gəzdirir başında.
Süleyman Dəmirəl kökümüzün
bir olduğu və “Bir millət,
iki dövlət” kimi aksiomlanmış Azəbaycan və Türkiyə münasibətlərində
ortaq dəyərlərimizin
müstəsna rolunu qeyd edərək, bu ortaq dəyərləri
yaşadan şəxsiyyətlər
içərisində B.Vahabzadənin
də adını çəkərək böyüyən
bu ortaq dəyərlərin hamımızın
olduğunu, bütün
türk xalqlarının
eyni kökdən olduğu üçün
eyni kökdən də boy atıb ucalmalarını, eyni ideala xidmət etmələrini deyirdi. Türk dünyasının
böyük qələm
ustası Ç.Aytmatov
B.Vahabzadə yaradıcılığından
qürur, iftixar və məhəbbətlə
söz açaraq yazırdı: “Bizi əhatə edən aləmdə nə varsa, Vahabzadəni düşündürür: xeyir
və şəri, gözəlliklə eybəcərliyi,
böyüklərlə kiçikliyi,
bir sözlə, insan ruhunun ali və xırda duyğularını
poeziya səviyyəsinə
qaldırmaq ehtirası
Bəxtiyarın fitrətindədir”.
B.Vahabzadənin böyük sənətkar,
böyük vətəndaş,
böyük insan deyə qiymətləndirdiyi
Ç.Aytmatovu Vahabzadəyə
bağlayan tellərdən
biri də Ç.Aytmatovun da ana dilinə olan milli münasibətdir. Qırğızıstanda keçirilən elmi-praktik
konfransda rus jurnalisti Romanyukun qırğız dilində
məktəblərin lüzumsuzluğunu
ifadə edən fikrini Ç.Aytmatovun acı istehza ilə “Əgər qırğızlar öz dillərini bilməsələr,
görəsən qırğız
dilini öyrənən
ruslar bu dildə kimlə danışacaqlar?” - eyhamına B.Vahabzadənin
münasibəti kəsərli
idi. O “İftiraya cavab” məqaləsində
yazırdı: “…Heç
bir xalq, o cümlədən qırğızlar
öz ana dilinən əl çəkməzlər. Söhbət “Manas” kimi epos yaradan bir xalqın
dilindən gedir.
Bu xalq öz
uşaqlarını ana
dilində oxumaq istəmir? Xalq da ana dilindən imtina edərmi? Bax, məsələnin dəhşətli tərəfi
budur. Boynuna ədaləti müdafiə
missiyası götürən
müxbir bəs buna niyə narahat olmur? Yoxsa, bu, ona sərf
eləmir?”
Ç.Aytmatov başqa bir yazısında “B.Vahabzadənin
poetik təfəkkür
mədəniyyəti təbiətcə
millidir. Bu, müstəsna
dərəcədə zəruri
haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan. Xalqının canlı dil
memarlığına öz
töhfəni verəsən”
- deyirdi.
B.Vahabzadənin milli və bəşəri amallara xidmət edən bədii və publisist yaradıcılığına
diqqət edən Qazax türklərinin milli düşüncəli
ədibi Oljas Süleymenov yazırdı:
“Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini
tapıb. O, xalq şairidir, laureatdır, ən böyük mükafatlara layiq görülüb. Lakin ən
böyük mükafatı
xalqın sevgisidir.
Bəxtiyarın həm bədii
yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir”.
O zamanlar Sovetlər Birliyində yaşayan mütərəqqi fikirli
elm adamları, qələm
ustaları da İranda yaşayan Azərbaycan şairləri
də B.Vahabzadə yaradıcılığının önəmini qeyd edirdilər.
Görkəmli tarixçi alim Lev Qumilyovun B.Vahabzadənin “Fəryad” əsəri haqqındakı aşağıdakı
fikri də öz səmimiyyəti ilə önəmlidir. O yazırdı:
“Bəxtiyar Vahabzadə
azad fikirli qəhrəmanlarını mütəfəkkir
şair və şəhidlər, onların
düşmənlərini isə
doğma övladlarının
belə üz döndərməyə hazır
olduğu amansız, kütbeyin ehkamçılar
kimi təsvir etməkdə haqlıdır.
Onların davranışında xeyirxahlıq və mənəviyyat, qeyd-şərtsiz,
qorxaqlıqdan və şəxsi mənafe güdmək cəhdindən
daha güclüdür.
Müəllif tarixi həqiqəti
təhrif etməyib.
Çünki qədim türklərə
təmənnasızlıq, rəşadət və öz ideallarına sədaqət xas idi. Məhz bu keyfiyyətlər
türklərə bəşəriyyət
tarixində şərəfli
yer tutmaqda kömək edib”.
Rus şairi
Yevgeni Yevtuşenko yazırdı ki, “Bəxtiyarı dinləyəndə,
dili bilməsən də, onun şeirləri
adama şirinsoy gəlir. Hətta sətri
tərcüməni oxuyanda
dilin gözəlliyi arxasında gizlənmiş
dərin qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan
narıdır: şirəsini
içirsən, şirindir,
qabıqlı yesən
acıdır”.
Başqa bir rus yazıçısı
İqor İsayevin B.Vahabzadənin rus dilində nəşr olunan “Ìû íà îäíîì êîðîáëå» (“Bir gəminin yolçusuyuq”) kitabına yazdığı
ön sözdən bir neçə cümlə: “Bəxtiyar dərin axtarışda olan və narahat
düşüncələr şairidir. Sözü ilə əməli
bir olan adamdır. Bir insan və şair kimi xarakterinin bu keyfiyyəti təkcə onun kiçik şeirlərində deyil,
epik əsərlərində,
adamları vicdana, igidlik və gözəlliyə çağıran
poemalarında da meydana çıxır”.
B.Vahabzadə şeirlərini rus dilinə tərcümə
edən rus şairi Rimma Kazakovanın “Mən Bəxtiyar Vahabzadəyə
müəllim deyirəm,
çünki onun şeirlərini oxuyanda, yaxud tərcümə edəndə öyrəndim
və öyrənirəm. Onun kimi əsl müəllimdən
yalnız öz sənətini cilalamağı
yox, ürəyin etiqad etdiyi ciddi,
vicdan qanunlarını
mənimsəyirsən” (bax:
«Ëèòåðàòóðíàÿ ãàçåòà», 1985, 21 avqust)
ədəbi düşüncəsi,
Ukrayna şairi Pavlo Movçanın “Bəxtiyar Vahabzadə insan varlığını,
insan taleyini ənənəvi motivlərlə,
ən yeni poeziyanın nailiyyətləri
ilə birləşdirərək,
geniş imkanlar yaradır… Şair hər şeirində
təbiidir, çünki
o səmimidir, ürəyiaçıqdır,
ədəbaz deyil, sünilikdən uzaqdır”
deməsi («Ëèòåðàòóðíàÿ ãàçåòà», 1984, 12 sentyabr) Vahabzadənin real sənətinə
verilən əsil qiymətdir.
B.Vahabzadə haqqında yazılanlardan da göründüyü kimi, vətən, dil, milli-mənəvi dəyər onun əsərlərinin baş
mövzusudur. B.Vahabzadə bir publisist məqaləsində
Vətən haqqında
yazırdı: “Sevgilini
sevməyin müddəti
ömür qədərdir.
Yəni burada sevginin müddəti ömrə bərabərdir…
Vətən sevgisinin müddəti
isə ömürdən
o tərəfə keçir.
Sevgilini özümüz üçün
seviriksə, Vətəni
xalqımız üçün,
bu xalqın gələcəyi üçün,
üzünü belə
görə bilməyəcəyimiz
nəvələrimiz, nəticələrimiz
və kötücələrimiz
üçün sevirik”.
Altmış illik yaradıcılığını
Azərbaycançılıq, türkçülük, dövlətçilik
məfkurəsinə və
milli-mənəvi dəyərlərin
qorunmasına həsr edən vətənpərvər
şair sözün əsl mənasında xalq üçün yaşayıb. Deyə bildiklərinə cəsarəti çatıb,
deyə bilmədikləri
həqiqətlər isə
“dilinin ucunda” qalıb. Böyük
mütəfəkkir Əlibəy
Hüseynzdənin dediyi
kimi:
Dilimin ucundadır həqiqətin
böyüyü,
Nə qoydular deməyə, nə kəsdilər dilimi…
B.Vahabzadə isə bədxahlardan
ehtiyat edib deyə bilmədik¬lərini:
Çəkilmişəm qınıma
qorxuram mən,
Yalan desəm Tanrıdan,
Doğru
desəm bəndədən
– şəklində etiraf
edirdi…
Maarifə
Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 30 iyun.-
S.14.