Gələn dərdin Məmməd İlqara gəlsin …
Uşaq
yaşlarından şeirə
böyük marağı
olan və artıq gənc yaşlarından rayon qəzetlərində
şeirləri çap
olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin
bir çox tanınmış imzalarıyla
tanış olur və ara sıra
şeirləri o dövrün
məhşur qəzet
və jurnallarında
(“Azərbaycan”, “Gənclik”,
“Ulduz”, “Ədəbiyyat”)
çap olunmaga başlayır. 1991-ci ildə "Məni baxtıma tapşırma"
adli ilk şeirlər kitabı işıq üzü görür.
2000- ci ildə
"Biz ölməyə doguluruq",
2002-ci ildə "Quzey
qönçəsi" şeirlər
kitabı oxucuların
ixtiyarına verilir.
2010-cu ildə isə Birinci Qarabağ Savaşı dövründə
Qazağın Aşağı
Əskipara kəndində
erməni quldurlarına
əsir düşməmək
üçün özünü
əl mərmisiylə
məhv etmiş döyüşkən əsgər,
Azərbaycan Bayrağı
Ordenli şəhid Qaratel Hacımahmudovaya həsr olunmuş "Qaratel" poeması işıq üzü görüb.
Yaradıcılığa gənc yaşlarından başlayan
Məmməd İlqar
deyəndə öncə
nədənsə aşıq
şeiri yada düşür, sonra təcnis yada düşür nəhayət
yaddaşlara həkk olunan:
"İlahi! Belə
də gözəl olarmı?-
Kimdi qələm
çəkən nə
gözəl çəkir.
Üz-üzə, göz gözə
sehirlənmişik,
Nə mən göz çəkirəm, nə
gözəl çəkir-
-misraları yada
düşür. L.N.Tolstoy nahaq yerə
deməyib ki, şeir Allahların dilidir. O, adi dil deyil, poetik
rəng almış sözlərin yüksək
ifadə formasıdır.
Rus alimi Vereşşagin isə belə hesab edir ki, "Şeir qənaət olunmuş və ifrat dərəcədə
sıxılmış nitqdir...
Şairlik işini ancaq
mahir zərgər əməyi ilə müqaisə etmək olar. Axı söz də qızıl kimidir"... Bu deyilənlər eynilə Məmməd İlqar yaradıcılığına
şamil edilə bilər. Məmməd İlqara şairlik
haqdan verilmiş Tanrı mükafatıdır,
ilahi vergidir.
Dəyərli şair Məmməd Aslan yazır ki, təcnis hər söz sənətkarının girişə
bilmədiyi, daha doğrusu, girişməyə
cürət etmədiyi
çətin şeir
növüdür. Doğrudur, hər
şairin, yazarın, aşıq şeir şəkillərindən istifadə
edənlərin yaradıcılığında
barmaqla sayılacaq qədər təcnis görürük. Ancaq
bu çətin şeir şəkilindən
Məmməd İlqar
çox məharətlə
istifadə edərək
öz möhürünü
vurub:
Tapşır gözlərinə ilqara
gəlsin,
Qıyma
ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd
İlqara gəlsin-
Neynər dərdli kəsə dərd innən belə?!
Böyük Şəhriyar nahaq
deməyib: "Şair
ola bilməzsən,
anan doğmasa şair." Məmməd İlqar da şair doğulub, onu anası şair doğub, Tanrı onu şair olmaq üçün yaradıb,
dilinə söz, əlinə qələm, beyninə hikmət verib. Bundan böyük Tanrı
mükafatı varmı?
Bundan böyük tanrı sevgisi varmı? Ən böyük sərvət,
ən böyük dövlətdi bu nemət. A.V.Lunaçarski
şairin kimliyini, onun sənət və məharətini dəyərləndirərək yazırdı ki: "Şair hər şeydən əvvəl,
müstəsna dərəcədə
həssas, böyük
daxili məzmuna, geniş dünya görüşə malik insandır, öz mədəni səviyyəsi
və təbiətinin
istedadlılığı etibarilə
yüksələn, buna
görə də dilin bütün məharət və şairanəlik qüdrətindən
istifadə edərək
öz hissləri ilə ətrafındakılara
təsir etməyə
çalışan insandır".
Bu fikirləri bilavasitə təcnis ustadı Məmməd İlqara aid etmək olar.
Məmməd İlqar yaradıcılığının
məhsulları içərisində
qoşma, gəraylı,
divani, müxəmməs
şeir şəkilləri,
hətta qəzəl şeir növü də yer alıb. Ustad aşıq Avdı Qaymaxlı, nakam ömrün yol yoldaşı aşıq Cəlal Qəhrəmanov, dostlara vaxtsız əlvida söyləyən
Ağamalı Sadiq Əfəndi də Məmməd İlqar qələminin boyalarına
süzülüb ağ
kağıza misralarla
həkk olunub.
Anam Qazax, adın düşsə dilimdən,
Məmməd İlqar qurtulmasın
zülümdən!!
Zülüm dərdlər, zülüm
çəkir əlimdən-
Canımda var, sən verdiyin dözüm ki!
- deyən şairin
Ana Vətən-Vətən ana, doğulduğu torpaq şeirlərinin əsas qayəsi olub.
İncənimi soruşursan əfəndim,
Dünyanın bir bucağında bir eldi.
Halal yığar, haramılar daşıyar,
Haram bişməz ocağında
bir eldi...
Ana obrazı Azərbaycan
yazarının hər
birinin şah obrazı olduğu kimi Məmməd İlqar yaradıcılığının
da əvvəli və sonudur.
Adına
urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram
indi...
“Ölürəm” deyəndə
qulaq asmadım, –
Yerinə
ölməyə hazıram
indi...
Özünəməxsus üslubu ilə seçilən şairin dili laylalı, bayatılı, xeyir dualıdır. Dağlara vəsf etdiyi
şeirlərin öz
gözəlliyi, öz
dəyəri var.
Yönü Vətən sarı,
qərib bir qoca,
Bayatı
çagırır:-Eləmi
daglar...
Necə göynəməsin, gizildəməsin?
Çəkilib köksünə eləmi
daglar...
Bu şeirdə Məmməd
İlqar Vətən həsrətlilərin dilindən
haray qoparır. Yurdu yuvası
darma dağın olanların, ev-eşikləri
topun tüfəngin altında qalanların dilindən söylənilmiş
ağıdır sanki.
Diğər bir şeirində
isə dağlara olan etimad, inam
hissi özünü göstərir.
Köhnə dostdu!-
Təzə kədər.
Ömür nədi?-
Qəza-qədər,
Bir də gələn yaza qədər
Dağlar,
Məmməd amanatı!
Buludlar boşalar gedər,
Həvəsi baş alar gedər,
Dumana qoşular gedər,
Dağlar,
Məmməd amanatı!
Məmməd İlqar yaradıcılığı
axımlı, yadda qalan, folklor örnəklərini qoruyub
saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün
istifadə edən, zəngin yaradıcılıqdır. Sazın pərdələrində
dillənən nəğmədir
onun şeirləri.
O üzdəndir ki, aşıqlar Məmməd
İlqar yaradıcılığına
tez-tez üz tuturlar.Şeirlərində gözlərinin
nəmini, qəlbinin kövrəkliyini, ürək
döyüntülərini, sazlı-sözlü diyardan
olduğunu aydın görmək olur. Öz-özünü tənbeh
edən, etibardan söz açan, vəfadan danışan dönük olmağı dostluğa yaraşdırmayan
şair belə deyir:
...Keçdim günahından
dönük dostların,
Keçin günahımdan vəfalı
dostlar...
Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) Qazax mahalının Aslanbəyli
kəndində ziyalı
ailəsində doğulub. (Atası Mədət müəllim uzun illər Aslanbəyli kənd orta məktəbdə dil-ədəbiyyat
müəllimi, bir dönəm məktəbin
direktoru vəzifəsində
çalışıb). 1967-ci ildə orta
məktəbi bitirib Politexnik (indiki Texniki Universtitet) İnstitutuna daxil olub və 1972-ci ildə bir sira
səbəblərdən təhsilini
yarimçıq qoyub hərbi xidmətə gedib. 1974-cü ildə
hərbi xidmətdən
qayıdaraq elə həmin il
Xalq Təsərrüfati
(indiki İqtisad Universtiteti) İnstitutuna daxil olub. 1979-cu
ildə institutu bitirərək ixtisasi üzrə bir çox sahələrdə
çalişıb. 2003-2014-cü
illərdə Azərbaycan
Respublikasi Dövlət
Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsində
baş məsləhətçi
vəzifəsində çalışıb.
Ömrünün qızıl payızını
yaşayan, özü
demişkən, urvatdı
kişilərin, kepqası
əyri kişilərin
sırasından gələn,
elinin fəxrli övladı, şair balası, anasının laylasını yenidən duymaq istəyib, nəfəsini qoxlamaq istəyən Məmməd
İlqarın yaradıcılığı
tədqiqatçıların diqqətini çəkəcək
dərəcədə diqqətə
layiq bir yaradıcılıqdır.
İlhamə Cəlal
(Qəsəbova)
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 4 mart.-
S.14.