“Ermənilər xalçaçılığı azərbaycanlılardan öyrəniblər”

 

“Azər-İlmə”nin rəhbəri: “Xalçaçılıq vergidən azad olunmalıdır”

 

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin rəhbəri, professor Vidadi Muradovun APA-ya müsahibəsi

 

- Vidadi müəllim, “Azər-İlmə”də işləriniz necədir, nə yenilik var?

- Yeni kitablar üzərində işlərimiz davam edir. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə “Azərbaycan xalçaları. Qarabağ bölgəsinin tarixi və xalçaçıları” nəşri Azərbaycan, rusingilis dillərində çap olundu. Hazırda “Dərbənd tarixi və xalçaçıları” kitabı üzərində aparırıq. İki-üç aydan sonra bu işimizi başa çatdıracağıq. Bundan başqa istəyirik Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq sexləri təşkil edək, bu sənəti inkişaf etdirək və gələcək nəsillərə olduğu kimi təqdim edək.

- Bölgələrdə xalçaçılıq sexləri indiyə qədər olmayıb?

- Sovet dövründə texniki-peşə məktəblərinin nəzdində fəaliyyət göstərib. İndi həmin yerlər bağlanıb. Xalçaçılığı öyrənən gənc tələbəyə dəzgahı, ipi, materialı canlı göstərmək lazımdır.

- İlkin olaraq sexlər hansı bölgədə fəaliyyətə başlayacaq? Bu işlərin həyata keçirilməsi üçün hansı qurumların dəstəyinə ehtiyacınız var?

- Ağstafa-Qazax bölgəsindən başlamağı düşünürük. Bu bölgədə xalçaçılığı tam bərpa etmək istəyirik ki, heç bir kəsir qalmasın. Bunun üçünİqtisadiyyat Nazirliyinin xətti ilə işlərimizi aparmaq istəyirik. Sadəcə, bu gün Azərbaycanda xalçaçılığın inkişafı üçün ən əsas məsələ əyirici-boyaq kombinatının yaranmasıdır. Vaxtilə bunlar olub. Əsası odur, təbii bitkilərlə yerli xammaldan əyrilmiş iplər hazırlamalıyıq ki, Azərbaycan xalçasının ömrü uzansın. Azərbaycanın böyük yun potensialı var, keyfiyyətlidir və xalçaçılığa tam yararlıdır. Dövlət bizə dəstək verir. Dəstək olmasa, bu işləri görə bilmərik. Kombinat yaransa, yunu, boyanı toplayan, qazanda qaynadan, ipi əyirən, yunu didən insanlar lazım olacaq ki, bu həm yeni yerlərinin yaranması, həm də sənətin yaşaması deməkdir. Bunlar olarsa, düşünürəm ki, Azərbaycanın bütün bölgələrində xalçaçılıq çox geniş inkişaf edəcək.

- Kombinatın yaranması məsələsi xeyli vaxtdır müzakirə olunur. Bu, çətin başa gələn işdir?

- Biz nəyə görə Azərbaycan xalçasını İrandan aldığımız yunla toxumalıyıq? Yerli ip olsa, həm xalçaçılıq inkişaf edəcək, həm də onu xaricə satanda ölkəyə valyuta gələcək. Bu sahibkarlar üçünrahat olar. İranda dollarla xammal alanda xalçanın maya dəyəri qalxır. Belə olanda, alıcı yerli xalçaları ala bilmir. İnanıram ki, dövlət tezliklə kombinat məsələsini həll edəcək.

- Dünyada xalçaçılıq böyük gəlir gətirən sahə hesab olunur?

- Əlbəttə. Məsələn, İranda, Pakistanda xalçaçılıq böyük gəlir gətirir. Sadəcə, bu işləri möhkəm təməl üzərində qurmaq lazımdır. Məsələn, İranda, Hindistanda, Pakistanda, Türkiyədə bu təməl, ənənə var. Nə qədər baha başa gəlsə də, Azərbaycanda da bu təməli yaratmaq lazımdır. Söhbət satıb pul qazanmaqdan getmir. Əsas odur, sənət itməsin, yaşlılardan gənclərə keçsin.

- Qədim xalçaçılıq sənəti ilə müasir dövrün xalçaçılıq işi arasında qırılma, uzaqlaşma hiss edirsiniz?

- Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra qırılma, uzaqlaşma olub. Düz o hökumətin süqutuna qədər. O zaman xalçanın alış-satışı dövlətin əlində idi. Müstəqillikdən sonra bu qırılma bərpa olundu. Sadəcə olaraq, bizim bölgələrdə xalçaçılıq güclü inkişaf etmədi. Sovet hökumətinin verdiyi sifarişlər bu gün həyata keçmir. Məsələn, xarici bir şirkət min kvadratmetr Şirvan xalçası sifariş verirdi, onu başqa texnologiya ilə, kimyəvi tərkibli xammalla toxuyub verirdilər. Bu da bazarda rəqabətə davam gətirmirdi. Bəzən də həmin xalçalar rus məhsulları kimi təqdim olunurdu. Azərbaycandan alınan xalçaları Avropada 7-8 qat bahasına satırdılar. Sovet sisteminin xalça sənətinə vurduğu ziyan bu günöz təsirini göstərir.

- Müstəqillikdən sonra Azərbaycan xalçasının beynəlxalq nüfuzunun bərpa olunmağı üçün hansı işlər görülüb?

- Müstəqillik qazanandan bu günə qədər Azərbaycan xalçasının şan-şöhrəti 70 illik sovet hakimiyyəti dövründə olmayıb. Son 20 ildə çoxlu araşdırmalar aparılıb, Heydər Əliyev Fondunun xətti ilə, hörmətli Mehriban Əliyevanın qayğısı nəticəsində İtaliyada, Rusiyada, Böyük Britaniyada, Fransada keçirilən Azərbaycan günlərində xalçalarımızın da nümayiş etdirilməsi bizim xalçalara marağı artırdı. Eyni zamanda cənab prezidentin xalçaçılıq sənətini dəstəkləməsi bu sahədə irəliləyişə gətirib çıxardı. Sadəcə, yerlərdə bu işlər təşkil olunmalıdır. Sovet zamanı “Azərxalça” var idi. Bütün xalçaçılıq işini bu qurum idarə edirdi. İndi “Azər-İlmə” və başqa xırda sahibkarlar var. Bütün bunlar bir yerdə, bir əldə olsa, bölgələrdə onun təşkili də rahat olar. Zabratdakı əyirici-boyaq kombinatları indi fəaliyyətini dayandırıb. Şəkidə İpək kombinatı var idi, bu yaxınlarda o da fəaliyyətini dayandırıb. Vaxtilə xalça dəzgahları Rostovda düzəlib gəlirdi. Bu gün o dəzgahları Azərbaycan özü istehsal etməlidir. Xalçanı toxumaq üçün həvə, bıçaq, qayçı İrandan alınmamalıdır, Azərbaycanda istehsal olunmalıdır. Bütün bunlara valyuta xərclənir.

- Yerli istehsal inkişaf edərsə, qiymətlərdə 20-30 faiz fərq edə bilərmi?

- Daha çox. Dünyanın xalça tacirlərini Azərbaycana yönəltmək lazımdır. İndi o tacirlər bizdən 5 min kvadratmetr xalça istəyəndə biz onu verə bilmirik. Ona görə də onlar bura gəlmirlər. İldə bir dəfə Almaniyada, DubaydaAmerikada keçirilən satış sərgilərinin biri Azərbaycanda keçirilsə, regionlarımızda toxunan xalçalar Bakıya gətirilsə, əlbəttə, tacirlər dünyanın hər yerindən Azərbaycana gələrlər.

- Orta hesabla illik tələbat qədərdir?

- Təxminən 10-20 min kvadratmetr arasında xalça toxunsa, hamısı satılar.

- Bəs qədər toxunur?

- İldə beş-altı min kvadratmetr. O da Azərbaycana gələn turistlərə satılır. Yaxud ixracat kimi 10-15 xalça xaricə satılır. Bu rəqəm çox olmalıdır.

- Xalçanın kvadratmetri orta hesabla 200 manata götürülür?

- 200-250 manat. İpək xalçalara 500-600 manat, bəzən 800 manat veririk. Bu ölçüdən, toxumaqdan asılıdır. İllik 20 min kvadratmetr xalça toxumaq üçün 3 il vaxt lazımdır ki, dəzgahlar, alətlər, ip-sap özümüzdə istehsal olunsun, heç nəyə ehtiyacımız olmasın. Sadəcə, bir-iki rəng var ki, o Hindistandan gətirilir. O problem deyil. Bir dəfə beş ton alanda, bir il bəs edir. 20 min kvadratmetri 200 dollardan xaricə satsaq, böyük məbləğ edər.

- 20 min kvadratmetr xalçanı toxumağa xalçaçılarımız var?

- Bu gün dörd-beş min toxucu tapmaq olar. Üç ilə bu rəqəmi 15 min nəfər etmək mümkündür. İstehsal olunan xalçanı satmaq problem deyil, əsas odur ki, toxunsun.

- Qarabağ xalçaları müxtəlif sərgilərdə nümayiş olunur. Məsələn, bu yaxınlarda Şuşanın Malıbəyli kəndində toxunan xalça Gürcüstanda sərgilənib. İşğaldan sonra Qarabağ xalçalarının aqibəti ilə bağlı araşdırma aparılıb?

- Qarabağ o qədər geniş xalçaçılıq mərkəzidir ki, orda toxunan xovlu xovsuz xalçalar dünyanın az qala bütün muzeylərində var. Ermənilər o xalçaları saxtalaşdırmağa cəhd ediblər, hətta bir neçə xalçanın adını erməniləşdiriblər. Bəzi muzeylərlə danışıqlar əsasında həmin xalçaların adlarını özünə qaytarmaq istəyirik. Qarabağda azərbaycanlılarla bərabər ermənilər yaşayıb. Malıbəylinin yuxarısında erməni kəndləri vardı. Malıbəyliyə qonşu kənddən gələn erməni istəyirdi ki, o da xalça toxusun. Amma o, Malıbəylidə yaşayan türk qadını kimi xalça toxuya bilməzdi. Onun rəngi , ilməsi ermənisayaq idi. Üstünə bir erməni hərfi yazırdı ki, bu da erməni yaşayan kənddə toxunub. Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilər xalça sənətini azərbaycanlılardan öyrəniblər. Biz erməni ilə dost olsaq da, düşmən olsaq da, bilirik ki, onların xalçası yoxdur. Biz bu sənətlə bağlı davamlı mübarizə aparırıq.

Bütün Ermənistan əhalisi xalçaçı olsa, 40 ilin mütəxəssisi olaraq tək mənə cavab verə bilməzlər. Ona görə ki, mənim arxamda Azərbaycan xalçaçılıq sənəti durub.

- “Şeyx Səfi xalçası” "Viktoriya Albert" muzeyində fars xalçası kimi təqdim olunur. Xalçanın Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə toxunması Azərbaycan xalçası olması haqqında muzeyə məlumat göndərilib?

- Həmin xalça nəbati xalça hesab olunur. Kaşani Maqsudun emalatxanasında toxunub. Bu xalça İran ərazisində toxunub. Bu da rusun bizə zərbəsidir. O vaxt bu xalçanı aparıb satıblar. Biz Azərbaycan Sovet Sosialist Respublikası olduq, İran İslam Respublikası da orda qaldı. Ona görə deyirlər ki, İran xalçasıdır. Amma həqiqət budur ki, onu toxuyan Azərbaycan türküdür. Nəinki Şeyx Səfi xalçası, ondan qabaq Şahsevən tikmələri var, onlar da mövcud olub. Azərbaycan ərazisində aparılan qazıntılar göstərir ki, bizim ərazimizdə bu mədəniyyətin kökü olub.

- Azərbaycandan xaricə xalça çıxarılması ilə bağlı məhdudiyyət mövcuddur. İstəyirəm, bu haqda danışaq...

- Sovet dövründən belə bir qayda var ki, Mədəniyyət Turizm Nazirliyinin ekspert komissiyası xalçalara baxır, onun qədimi yeni olmasını sənədləşdirir, ora rüsum ödəyib sənəd alırsan gömrükdə onu təqdim edib, aparırsan. Əslində, bu yanlışdır olmamalıdır. Azərbaycanda toxunan yeni xalçalar Azərbaycan sərhədlərindən heç bir problem olmadan buraxılmalıdır. Azərbaycana xaricdən gətirilən xalçalara həmin rüsum ikiqat əlavə olunmalıdır. Bu daxili bazarı qorumaq üçündür.

- Təkliflərinizi vermisiniz?

- Demişik, yəqin ki, bu işlərə baxarlar. Azərbaycanda istehsal genişlənsə, xalçaçılığın on illik vergidən azad olunmağını istəyirik. Nəinki xalçaçılıq, Azərbaycan əl işi tətbiq olunan hər bir sahə vergidən azad olunmalıdır. Məsələn, xalçaçılıq, xalça məmulatları istehsalı, heykəltəraşlıq, rəssamlıq s. Bu sahələrdən qədər vergi gəlir? Əksinə, ləğv olunsa, təkan olar. On ildən sonra yaxşı gəlir olarsa, yavaş-yavaş vergi tətbiq etmək olar. Vergisiz işləmək olmaz. Hər bir Azərbaycan vətəndaşı vergi verməlidir. Amma sənətin saxlanması xətrinə Mədəniyyət Turizm Nazirliyi ekspertiza komissiyasından azad olunmalıdır. Bizdə alış-satış sərbəstdir. Xırda çətinliklər xalçaçılığın inkişafına əngəl yaradır.

- Tarixi Muzeyi təmir olunanda doğrudanmı ordan 50-60 xalçalar oğurlanıb? Bu iddialar haqqında deyə bilərsiniz?

- Mən sizin kimi eşitmişəm. Dəqiq məlumatım yoxdur. Muzey elə bir yerdir ki, onun özünün konsepsiyası var muzeyə saxlanılar hər bir xalçanın inventar nömrəsi olur. Hansısa xalça çürüyübsə, dağılıbsa, yaxud itibsə, onun yanına 50-60 rəqəmini qoymaq olmaz. Lap deyək, onu gömrükdən buraxdılar, bəs muzeyin işçisi, direktoru, fondun müdiri cavab verər?

- Xalça Muzeyi ilə əlaqələriniz necədir?

- Əlaqələrimiz mövcuddur. Xalça Muzeyi ilə əməkdaşlıq etməyə hər zaman hazırıq. Onlar bir addım gəlsə, biz yüz addım gedirik ki, əməkdaşlıq edək. Ora Azərbaycan xalqının xalça sərvəti saxlanan məkandır. Onlar da bu işlə məşğuldur, biz . Muzeyin yeni rəhbəri peşəkardır, düşünürəm ki, bizimlə əməkdaşlıq edəcək.

 

Xalq Cəbhəsi.- 2016.- 15 mart.- S.15.