Yurdsuz deyiləm,
çünki gözəl bir vətənim var!
II
yazı
Bu poemada daha önəmli rol oynayan “gürzə
ilan”dır. İlan klassik ədəbiyyatda Həvvanı
tovlayıb Adəmi yoldan çıxardan iblisdir. İlanın tovlaması üzündən Adəmlə
Həvva cənnətdən qovulur. Şairin
cənnətinin poemada hara olduğu oxucuya
açıq-aydındır - şairin Ana Vətəni. İlan isə onu bu cənnətdən
uzaqlaşdırmaq istəyir. O, bütün
dünyanı şairə vətən kimi göstərməsilə
marksistlərlə kommunistlərin internasional vətən fəlsəfəsini
önə sürüb belə deyir:
“Millətçi bir Abdal!!
Həqqindi,
bu zəncirdə sən qal!
Millət nədir? Aləm vətənindir,
Azər də sənin, Kürd də sənin, Rus da sənindir.
Millət nə deməkdir? Bunu bir qan!
Hamı bəşər övladı deyilmi?
Qanuni-təbiət onun ustadı deyilmi?
Fikr eylə,
yadına sal:
Söylənməmiş əfradına hər millətin
insan?
İnsandı bəli, dünyada hər yan.
Hər
yerdə olursan, bəşərin qayəsi birdir:
Doğma bu təbiətdəki qanunları açsın
və ucalsın.
Biz də bu yolun yolçusuyuq, bil.
Beynindən
o millətçiliyin zir-zibilin sil;
Baş əy
və əyil öp budağından,
Ta zənciri
düşsün ayağından,
Ssonra
tutaraq bir ağacın bir budağından
Kef
çək, yeyib-iç, gəz, dolan azad;
İncə
pəri qoynunda dad al, dad!!
Dünya
vətənindir;
Sev dünyanı, dünya sevənindir.
Şair onun cavabını çox məntiqlə verir və
bu dartışma poemanın təməl anlamıdır. “Al pərdə”
deyiminin leksik anlamı qırmızı pərdədir. Qırmızı pərdə özü
keçmiş SSRİ-nin bayrağı olmaqla kommunist
dünyasının göstərgəsi idi, Qızıl Ordu
isə bu dünyanın qəddar gücü. “Al”
sözü bizim dilimizdə başqa bir anlama da işarə
edir: aldatmaq. Şair bu poemada kommunist fəlsəfəsi ilə
kommunist dünyasının nə qədər aldadıcı
olduğunu ustalıqla açıqlayır:
“Qəlbimdə
ümid, arzu təmənna və diləklər,
Açdıqca
çiçəklər,
Etdikdə
təbəssüm mənə istək,
Olduqda
bütün varlığım azadlığa vurğun,
Etdikdə
həqiqət pərisi qəlbimi məcnun,
Bir nəğmə
bu dağlardan eşitdim;
Bir parça məlahət.
Hökm etmədədir, zənn elədim, burda ədalət.
Atdım
dəli tək sevgini, yarı...
Səslər və işıqlar hamısı rəng
imiş amma.
Al Pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi
olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
Hakim kəsilibmiş
buraya sanki əzəldən
Zülmətlə sükunət.
“Qürbət” sözünün isə bu
danışıqlardan sonra şairin fəlsəfəsində
nə anlam daşıması oxucuya açıqlanır. Professor Zehtabi SSRİ, Sibir,
Düşənbə şəhəri, və başqa yerləri
qürbət saysa da, onu daha çox sıxıb
darıxdıran düşüncə və mənəviyyat
qürbətidir. SSRİ-də hakim olan bolşevizmin
varlığı bir vətənsevər Azərbaycan
ziyalısına cəhənnəmdən də pis ola bilərdi. Bu durum onun öz vətənində
də yarana bilərdi. Vətən övladı vətəni
sevmək yerinə manqurtlaşır, yadelliyə qulluq edib
qardaşını əzirsə, artıq vətən də
bir vətənsevərə cəhənnəmdən daha pis ola bilər. Amma o, heç vaxt, hətta
belə durumlarda belə vətəni atmır, vətən
sevgisi ona hər nədən üstündür. Və bu durumda şair uzun ömür boyu istədiyi
ideal bir vətənin həsrəti ilə yaşayıb
yaradır. Bu ədəbiyyat özünə
xas olan janr yaradıb “Həsrət ədəbiyyatı”
adlanır. Bu janrın gözəl örnəklərindən
Almas İldırımın
yaradıcılığına işarə etmək yerinə
düşərdi.
“Od”
sözü isə bizim folklor, inam, tarix, incəsənət, və
ədəbiyyatımızda özəl yeri, özəl
anlamları var. Bu özəlliklərdən danışmaq ən
azı başqa bir yazının sözü ola
bilər, yalnız burda biz mifik
çağlarımızdakı inamlarda odun qutsal yerinə,
ocaqlardakı roluna və Azərbaycanın odlar yurdu
olduğuna işarə edərsək yetər. Şair
“od” sözünü poemasında öz kökü kimi istifadə
edir, odun axtarışına çıxmış bir arif kimi
mistik ədəbiyyatımızın yeni variantını
ustalıqla yaradır.
“Coşqun
ləpələr, canlı həyat aşiqi tək mən,
Göydən
görərək bunca büsatı,
Atdım
o həyatı,
Yurdu, eli, yarı,
Ta od aparım xəlqimə dərman.
“Şahin Zəncirdə” poemasının təməl
anlamı - dünyagörmüş bir filosofun
baxışından vətənsevərlik prinsipləridir. Şair bu
prinsipləri açıqlamaq üçün
özünü şahin, qarşı xarakter ya antaqonisti ilan,
ağsaqqal ustadı ata və Nizami, alçaq insanları
qarğa görüntüsündə, ayrı-ayrı
bölümlərdə rol verərək çox
bacarıqlı bir rejissor kimi səhnələri pərdə-pərdə
ayırıb oxucuya bir tamaşa kimi göz önündə sərgiləyir.
Şairin dramaturgiya sənəti ilə çox yaxın tanış olduğu elə qoşqunun
adından və ilk sözü, ilk bəndindən
aydındır.
“Şimşək
kimi illər boyu sonsuzluğu yarmış,
Sübh
çağları xəncər qanadın şehlə
suvarmış,
Bir
şahini Qaf dağlarının zirvələrində
Vurmuş qoca dünya yeni bəndə.
Burada şair lap ilk səhnəni zülmət
dünyasının dəhşətli üzünü
açıqlamaq üçün şimşək
işiğı ilə işıqlandırmalı idi. Tamaşaçı
bu səhnədə diksinib yuxusundan ayılmalıdır.
İlk bənddə işlənən “Ş” səsi
isə alliterasiya yaradaraq bu işığı tez sönməyə
qoymur. Siqnal işığı vurduqca səhnə
işıqlanıb o qaranlıqlar içində
boğulmuş dəhşətli səmada və Qaf
dağının zirvələrindəki zənciri ilə
savaşmaqda olan şahini tamaşaçıya ardıcıl
göstərir. O, bu səhnənin içində
şahinin durumu ilə bu acınacaqlı duruma niyə
düşdüyünü göstərir. Yalnız aydın
düşüncəli bir eli belə
praqmatik bir dərs verə bilər: “Bu fəlakətdə fəqət
məndədir təqsir!”
“Şərqin əbədi məşəli, dahi ulu
İlyas”, Gəncəli Nizami özü dünya
çapında tanınmış bir filosofdur. O deyəni əfsanə
sanan hər kimsə çəkici boyalara aldanıb
işıq ilə ulusallıq tapmaq yerinə İskəndər
kimi gedib Qaf dağlarında qaranlığın toruna
düşür. O dastanda qoca ariflər İskəndərə
yol göstərib onu qurtarırlar, deməli, qaranlığa
düşmüşlərin hamısı arif qocaların
öyüdünə baxsalar, qurtula bilərlər. O, bu səhnədə
kommunist dünyasının ideallarının nə qədər
boş və yararsız olduğunu açıqlayıb:
“Çoxdan
bəri göylərdə sönüb məhv olan ulduz,
Nurun
qalır ancaq;
Cansız bir işıq, sanki sönüb mənbəyi
çoxdan.
Şahiddi
zaman, göy, qara torpaq;
Çoxdandı ki qəlbində sənin laxtalanıb
qan.
Göydən
görünürsən ulu bir dalğalı ümman,
Əslində
və lakin
Qəlbində həyat nəbzi dayanmış ulu bir buz.
Artıq
mənə hər bir şey olub gün kimi aydın:
Vicdanı sönük keçmişivə
sırdaşımışsan.
Bu bölümdə “qəlbində həyat nəbzi
dayanmış ulu bir buz” istiarəsi ardıca gələn
“aydınlıq günəşi” ilə çox maraqlı bir
cinas yaradır. Şair SSRİ ilə çar
vaxtındakı Rusiya arasında olan bənzərliyi aydın
bir həqiqət olaraq gün işığına
çıxardır. O, demək istəyir
ayrı-ayrı fəlsəfi düşüncələr ya
siyasi məktəblər rusların ya hər hansı başqa
yadellinin baxışını bir Azərbaycanlıya dəyişdirə
bilməz. Dədə Qorqud buyurmuş: “Yad oğlunu saxlamaqla
oğul olmaz, qarı düşməndən dost olmaz!”
Başqa
bölümdə şair ilanı səhnəyə gətirib
arxaik bir təsvir yaradaraq mifik adam aldadan
İblislə Şahinin dartışmasını çox
üstün bacarıqla canlandırır. Onun
birinci görəvi prof. Zehtabi kimi birisini öz
düşüncələrinə doğru yönəldib
kommunist ideallarını ona qəbul etdirməkdir. Amma
şair ona SSRİ ilə Pəhləvi rejimində olan durumu
açıqlayaraq ədalətsizliyi və ədalətsiz
hökümətlərin özəlliklərini belə
açıqlayır:
“Bir yerdə
əgər əsl ədalət ola sultan,
Qoymaz
yarana orda Neronlar kimi məğrur,
Təqsirsizə
zindan,
Haqsız
əgər öldürsə birin, versə bəraət,
Kim söyləyəcəkdir belə qanuna ədalət?!
Acizlərə
gər versə ölüm camı cinayət,
Qüvvətlilərə
ad və şərafət,
Vardırmı o torpaqda ədalətdən əlamət?!
İnsanları
məhrum eləsə kim yaşamaqdan,
Cani
sayılır; doğru bu. Lakin
Vicdan pərisin
məhv edən insan
Cani sayılırmı?
Aya belələr örtülü bir cani deyilmi?
Qanun belə heyvanlara sizlərdə də varmı?
Tarixi-əzəldən,
Həq pərdəsi
altında gedən
Faciə divanı deyilmi?
Kommunist fəlsəfəli
müfəttiş şairi “gəzmək, yeyib içmək,
bu həyatın dadın anmaq, şöhrət qanadı ilə
havalanmaq ...” dəyərləri ilə almaq istəyirsə də
belə cavab alır:
“Nuh
tufanı gər qopsa da, həqqin şamı
sönməz!
Gər
halə çəkə lalə tək ətrafına qan da,
Həqq
aşiqi baş əyməyəcək zülmə bir an da!!!
Get yerdə
sürün, get yaşa zülmətdə,
dumanda,
Olmaz yarasa nur ilə həmdəm.
Matəmdir işıqlıq sənə, matəm!”
Müfəttiş
ona çoxlu öyüd verərək deyir:
“Aqil
kişi tapmış palaz hər yerdə
bürünmüş,
Xəlq ilə sürünmüş.
Bir yaxşı düşün gör nədir aləm?
Ləzzətdir onun mənası, ya qəm?
Sən ləzzətin al, özgələrə olsa da matəm!!”
Şair
gülərək ona cavab verir:
“Aqil?!
Aqil nədir? İnsanlığa biganə bir
ünsür?
Ta inki hədəfsiz
sürünə bir qədər artıq?!
Hər rəngi qəbul etmyə hazır?!
Aqil deyil, insan deyil, o, bir canavardır.
İnsanlığın öz qaydası, öz
ölçüsü vardır.
Əsl
insan olan misli çinardır;
Hər
bir qocaman köklü çinar baş əyə bilməz,
Şiddətli küləklərdə sınar, lakin əyilməz.”
Sonra
müfəttiş öz sərvətindən, evlərindən,
evlərindəki gözəllərdən, badədən,
qüdrətindən və başqa maddi dəyərlərdən
danışıb onu bu ötəri ləzzətlərlə
aldatmağa çalışır, ancaq şair ona əsil
insanın nə olduğunu belə açıqlayır:
“İnsanları insan eləməz gövdə, sümük, qan;
İnsan eləməz insanı nə təntənə, sərvət,
Nə cah, nə zinət,
Nə badə, nə şəhvət
Və nə qüdrət,
Nə də fərman.
İnsanlıq edər insanı insan,
Və günəşdən arı vicdan.”
O, əsil sevgi dünyasında elə cumur hətta ayağındakı qandalı belə “vəfalı oğul” kimi sanır. Nədəni aydındır:
“Cismim də əsir olsa əgər, qəlbim azaddır;
Fəryad edirəmsə, ürəyim həmişə şaddır,
Çün çəkməyirəm vicdan əzabı.
Yurdsuz deyiləm, çünki gözəl bir vətənim var.
Çün mən sevirəm insanı, şəksiz sevənim var.
Daim məni sərməst eyləyir həqq şərabı,
Şəxsiyyətim alçalmağa mən vermirəm imkan.
Bəli! Bədənim bənddə isə, qəlbim azaddır
Mənim azad!!
Vicdan əzabım yoxdusa, hər zaddı bu, hər zad!
Şair bu dərin anlamlı dialoqu həqiqət aşiqi olan insanları “müqəddəs günəşə” bənzədib qutsallıqlarını gizli olduğu və “aya işıq bağışladığını” görə bilir. Bu ilişki ən təmənnasız ilişki olduğuna görə qutsallaşır. Şair bu bölümdə zəngin folklorumuza söykənib çox yayılmış qarğa ilə qartalın dialoqunu anladır. Qartal qarğadan niyə uzun yaşadığını soruşub belə cavab alır:
Gər mən kimi ömrün uzun olmaq diləyirsən,
Mən tək əlivi birkərəlik üz uca göydən...
Yüksəkliyə meyl etməyib alçaqlığa meyl et.
Torpaqda sürün, uçma uca sadə ağacdan;
Hər bir yana seyr etsə sürü, sən də sürün get.
Araz Əhmədoğlu
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 15 mart.-
S.14.