Novruzda milli mətbəximiz...

 

Novruz bayramı Azərbaycan türkünün qədimliyinin, yaşam tərzinin, mədəniyyətinin, habelə özünəməxsus mətbəx mədəniyyətinin ifadəsi kimi anlaşılır. Novruzda milli mətbəximizin əlvan, özündə xəlqi mənanı daşıyan yeməkləri təqdim olunur. Milli mətbəx mədəniyyətimiz olduqca zəngin ənənələrə malikdir. Zəngin mətbəx mədəniyyətimiz olsa da, bu sahədəki adətlərimizi unuda-unuda gedirik. Azərbaycanın kulinariya tarixinin tanınmış araşdırıcısı, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun fikrincə, babalarımızın, əcdadlarımızın tarixinə işıq sala biləcək tutarlı sübutlarımız həmişə az olub: “Ancaq məsəl var ki, həqiqət nazilir, üzülmür. Bu həqiqətlərin açılması tarixi-etnoqrafik araşdırmaların mövzusu olsa da, bizdən yan keçmir. Mədəniyyətdə bir-birini qoruyub yaşadan bayram mətbəx amillərinin sıx bağlılığı şübhə doğurmur. Novruz bayramını Novruz mətbəxindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Novruz bayramında mətbəx elementləri (paxlava, şəkərbura bişirmək, yumurta döyüşdürmək, qonağa pay qoymaq, səməni bişirmək s.) götürülsə, şübhəsiz, bayramın bu sarıdan mahiyyəti itər bu mətbəxin elementləri tənəzzüllə uğrayar".

Sovet dönəmində Novruz bayramına xeyli qadağalar qoyulub. Xalq buna baxmayaraq həmin bayramı ürəyincə qeyd etməyə çalışıb: "Novruz bayramına qadağa qoymaqla xalqın müqavimətini qırmaq üçün bu bayram ətrafında səs-küy yaradıldı. Ancaq əslində bilmədən istəmədən əhalinin diqqəti Novruza yönəldildi Novruz yaddaşımızda, ürəyimizdə daha möhkəm həkk olundu. Novruz haqqında yazılı araşdırmalar ortaya çıxdı". T.Əmiraslanov bildirir ki, Azərbaycan kulinariya elminin gərəkli məsələlərindən biri itirilmiş milli mətbəximizi bərpa etməkdir: "Biz kulinarlarımızı, tarixçilərimizi, etnoqraflarımızı bu məsələlərin açılmasına, araşdırılmasına dəvət edirik".

Tanınmış yazıçı-araşdırmaçı Yusif Vəzir Çəmənzəminli yazır ki, Hovruz qədər əhəmiyyətli bayramlardan biri "Azər" (noyabr ayında) imiş. "Hovruz" yazı təsdiq edən kimi "Azər" bayramı da qışı zəmm edərmiş hər kəs quzu yağlı ət kimi istilik gətirən yeməklər yeyərmiş. T.Əmiraslanov deyir ki, Azər bayramı da Novruz kimi astronomik, təqvim bayramı idi atəşpərəstlikdən öncə Asların, Azların, Az adamlarının, Az ərlərinin təqvim bayramı idi. Onu da deyək ki, çinlilərdə, yaponlarda, monqollarda, tibetlərdə qırovdüşmə ilə bağlı ayin mərasimlər var. Bu da Azər bayramının dinlərlə deyil, təbiətlə, təbii hadisələrlə bağlı bayram olduğunu göstərir. Azər bayramı Azər ayında (indiki təqvimlə 21 noyabr - 21 dekabr) girərdi Azər ayının 9-cu günü bayram edilərdi. İndiki təqvimlə bu, 30 noyabr - 1 dekabra düşür. Zərdüştilər təzə ilin ilk ayının (21 mart-21 aprel) ilk gününə isə "Novruz" deyərdilər. Bu təqvimlə Azər ayı 9-cu ay olurdu, qışın ilkin çağına düşərdi. Azər bayramından sonra daha çox istilik gətirən qış yeməkləri bişirilməliydi. Bu zaman buxarlı, yəni duru yeməklərə üstünlük verilməliydi. Çəmənzəminlinin - "Novruz yazı təqdis etdiyi kimi Azər bayramı da qışı zəmm edərmiş"- ifadəsini artıq qışa hazırlığın bayram edilməsi, qışa acıq verilməsi, hədə-qorxu gəlinməsi bayramı kimi başa düşülə bilər. Yəni bu, qışa hazırlığın son bayramı idi. İndi dilimizdə "düşmən qabağında özünü sındırma", "kədərini düşmənə bildirmə", "düşmənə gül, özünü şən göstər" ifadələri şüuraltı təfəkkürümüzdən gəlir. Ola bilsin, Azər bayramı qışı düşmən bilənlərin, ona sinə gərənlərin, onun önündə gülənlərin, qışı qorxudanların bayramı idi".

Dünyanın ən qədim, ləziz zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə ifadə etməsi sevindirici haldır: "Aərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə qaydaları deyil, həm tarix, fəlsəfə, süfrə psixologiyası, adət-ənənələr, xalqın etika estetikası s. bu kimi amilləri ahəngdar surətdə birləşdirən mətbəx mədəniyyəti başa düşülür. Azərbaycan mətbəxi Azərbaycan Respublikası, Güney Azərbaycan, keçmiş İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı, Borçalı başda olmaqla Gürcüstanın bir sıra bölgələrində, Dərbənd başda olmaqla Dağıstanda soydaşlarımızın yaşadıqları ərazilərdə yaranıb. Şübhəsiz, mətbəxi yaradan formalaşdıran ən başlıca amil iqlimdir. Azərbaycanın ərazisindən 9 iqlim qurşağı keçir ki, bu da flora faunanın zənginliyini təmin edərək zəngin mətbəxin yaranması üçün şərait yaradır".

Ancaq görəsən, soydaşlarımızın zəngin əkinçilik maldarlıq mədəniyyətinə malik olmaları özünəməxsus mətbəx mədəniyyətimizin formalaşmasına təkan verən əsas amil kimi nəzərdən keçirilə bilərmi? T.Əmiraslanovun fikrincə, zəngin mətbəx yaratmaq üçün ovçuluq məhsullarından qidaya yabanı bitkilər əlavə etməkdən başqa həm çoxlu mədəni bitkilər tələb olunur: "Bunun üçün əhalinin əkinçilik maldarlıq sarıdan yüksək mədəniyyətə malik olması gərəkli idi. Məsələn, dənli bitkilərdən xəmirdən mürəkkəb xörəklər yalnız o zaman meydana gələ bilərdi ki, məhsul istehsalı adi çörək çörəkəvəzi yeməklərin hazırlanması üçün tələb olunan miqdardan çox olsun. Təkcə çətənin (aşsüzənin ibtidai növü) mövcudluğu dənli bitkilərdən xəmirdən bişirilən xörəklərin tarixini bizim eradan 5-6 min il əvvələ aparmaqla yanaşı, artıq bu dövrdə taxılın tələbatdan çox istehsal edilməsini göstərir. Gürcü alimi M.İ.Txeşelov 1888-ci ildə İrəvan xanlığında yaşayan azərbaycanlı (türk-red.) əhali haqqında yazırdı: "Kəndlərdə taxılçılıqla, əkinçiliklə, balıqçılıqla məşğul olurlar. Əlbəttə ki, aran yerlərdə. Yaylaqlarda isə yalnız heyvandarlıqla məşğuldurlar. Azərbaycanlılar əsasən çaysahili torpaqlarda yaşadıqları üçün onları əkinçi xalq adlandırmaq olar". İ.L.Seqal 1902-ci ildə yazırdı: "Müsəlman (Azərbaycan-türk - red.) əhalisi əsasən Bazarçay, Ayrıçay, Bərgüşad, Oxçuçay, Ağyara, onların qolları, həmçinin Araz çayı sahillərində yaşayırlar. Erməni əhalisi isə sərt dağ qayaların başında dağınıq haldadırlar. Erməni kişilərinin çox böyük hissəsi (15 yaşından 40 yaşınadək) ehtiyac üzündən hər il qışda Tiflisə, Bakıya, Xəzərsahili vilayətlərə gedib özlərinə qazanc tapırlar. Buralarda onları nökərçilik (lakey, qulluqçu) ya küçə həyatı cəlb edir. Azərbaycanlılara gəlincə, onlar düzən yerlərdə daha yaxşı əkinçilik şəraitində yaşayırlar".

Yüzillər boyu Qafqaz bazarlarının əsasən soydaşlarımızın istehsal etdiyi əkinçilik maldarlıq məhsulları ilə təmin edildiyi danılmazdır. Qafqazın ərazisində zəngin mətbəx yarada bilən bu mətbəxi yaşada bilən əsaslı xammal bazasına malik yeganə xalq azərbaycanlılar (Azərbaycan türkləri-red.) idi. Erməni gürcü mətbəxlərinin Azərbaycan mətbəxindən gen-bol faydalanması da bu amillə bağlıdır. Azərbaycan mətbəxi üçün səciyyəvi hal ondan ibarətdir ki, başqa xalqlardan demək olar, çox az şeylər götürdüyü cüzi nümunələri xeyli dəyişdirib özünə uyğunlaşdırıb. Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus s. xalqların mətbəxlərinə təsirindən çox yazılıb. Maraqlıdır ki, ərəb farslarla təmasda olmuş azərbaycanlılar bu xalqların da mətbəxinə güclü təsir göstərib. Həmin dillərdə işlənən xörək adları mətbəx terminləri bunu aydın sübut edir". Bu gün türkün yaratdığı varsa, həyasızcasına ona iddia edən erməniləri başa salmaq üçün mətbəx mədəniyyətimimizə bu sıradan davamlı yiyə durmağımız son dərəcə gərəklidir.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 17 mart.- S.14