“Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi
qəbul edir və onun
inkişafına şərait yaradır”
Etibar Nəcəfov: “ Bu, ölkə əhalisinin etnik irqi və
dini müxtəlifliyindən
asılı olmayaraq, onların hamısının
hüquq və azadlıqlarına hörmətlə
əlaqədardır”
“Multikulturalizm elə
bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun
inkişafına şərait
yaradır. Bu, ölkə
əhalisinin etnik irqi və dini
müxtəlifliyindən asılı
olmayaraq, onların hamısının hüquq
və azadlıqlarına
hörmətlə əlaqədardır.
Multikultural cəmiyyətdə hər bir vətəndaş
öz mədəniyyətini,
dilini, ənənəsini,
etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində
bərabər hüquqlara
malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı
inkar edən inteqrasiyaya aparır.
Məhz buna görə də bu siyasəti
təkcə siyasi elita deyil, eyni
zamanda millətin yüksək vəzifə
tutmayan digər nümayəndələri ilə
yanaşı həm də milli və
dini azlıqlar da dəstəkləyirlər”.
Bunu
professor Etibar Nəcəfov
deyib. O, bildirib ki, Multikulturalizmin nəzəri əsasını
liberalizm, xüsusən
də liberalizmin azadlıq, bərabərlik
və qarqaşlıq
kimi dəyərləri
təşkil edir: “Bu səbəbdən də multikultural cəmiyyətdə
nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm
də burda irqçiliklə bağlı
ədalətsizliyə qətiyyən
yol verilmir. Lakin multikulturalizmlə liberalizm
arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq
multikulturalizm fərdlərin
deyil, qrupların hüquqlarını ön
plana çəkir.
Multikulturalizm bir siyasət
kimi öz mahiyyəti baxımından
tolerantlıqla da sıx bağlıdır.
O, müxtəlif mədəniyyətlərin
paralel şəkildə
yaşamasını qəbul
edən tolerant cəmiyyətin
başlıca xüsusiyyətlərindən
biridir. Tolerant cəmiyyətdə multikulturalizm
mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına
səbəb olur ki, bu da
insanların gələcək
mədəni birliyi məqsədilə bir mədəniyyətin digər
mədəniyyətə inteqrasiya
prosesi ilə əlaqədardır”.
Onun fikrincə, multikulturalizm cəmiyyətdə təzahür
edən çoxnövlü
mədəni müxtəlifliyin
növlərindən biridir:
“Bundan başqa, biz multikulturalizmlə əlaqədar
olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteidi kimi digər təzahürləri
də qeyd edə bilərik.
İzolyasionizm elə bir siyasətdir
ki, o, milli azlıqların ölkəyə
daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin
formalaşmasının qarşısını
alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar;
Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət
hakim mədəniyyət tərəfindən
öz içərisində
milli azlıqların və ölkəyə yeni daxil olanların
mədəniyyətlərinin əridilməsini nəzərdə
tutur;
Aparteid – müəyyən
qrup adamların assimilyasına mane olmaq məqsədilə onların
izolyasionizmə (təcridinə)
yönəlmiş siyasətdir.
Göstərilən təzahürlərdən fərqli
olaraq, multikuliuralizm – təkcə adamların
hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar
tərəfindən dəstəklənən
mədəni müxtəlifliyə
münasibətdə fərqli
reaksiyaların rəngarəngliyidir. Multikulturalizmin yuxarıda sadalanan spesifik cəhətləri
onu son nəticədə
cəmiyyətin inkişafına
səbəb olan pozitiv təzahür, müsbət hadisə kimi xarakterəzə edir”.
O, hesab edir ki,
multikultural cəmiyyətin
formalaşması və
inkişafı – tarixi
təkamülün xüsusiyyətləri
ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşib:
“Onu da qeyd
edək ki, multikultural cəmiyyətin
formalaşmasında və
inkişafındademokratiya mühüm
rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin
təkamülü üçün
əlverişli şərait
yaradır. Multikultural cəmiyyət ilk növbədə Qərbi
Avropanın və Şimali Amerikanın demokratik ölkələrində
mövcud olmuşdur.
Həmin
ölkələrdəki tolerantlığın,
əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək
inkişaf səviyyəsi
orada multikulturalizmin ideyalarının yayılması
üçün münbit
şərait yaradıb.
Yuxarıda deyilənləri nəzərə
almaqla, qeyd edək ki, bölgələrin
tarixi inkişafındakı
müxtəlifliyə uyğun
olaraq, həmçinin
multikultkralizmin də müxtəlif modelləri
mövcuddur. Bu spesifik
modellərin arasında
mən Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd etmək istərdim.
a. Multikulturalizmin Amerikan modeli.
1960-cı illərin ortalarınadan
etibarən ABŞ anqlo-saksonları
immiqrantlarla bir yerə qatan bir növ “əridici
qazan” (“melting pot”) rolunu
oynayırdı. Bu «qazanda»
anqlo-saksonlar üstün
mövqeyə malik idilər. Lakin bir müddət
keçdikdən sonra
vəziyyət tamamilə
dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi iki mühüm qanunun – “Vətəndaş
Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun” (1965) – qəbul edilməsi olmuşdu.
Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini
bir qədər zəiflətməklə yanaşı,
bütün millətlərin
bərabərliyini təmin
etdi. İkinci qanun isə
ölkəyə immiqrasiyanı
sürətləndirdi”.
Onun fikrincə, bu gün biz ABŞ-ın multikultural siyasətində
bir tərəfdən
– mühacirlərin Amerika
cəmiyyətinin dəyərlərini
qəbul etməsini; digər tərəfdən
isə – etnik və irqçi ekstremizmin qarşısını
alan əlavə
mexanizmlərin formalaşması
kimi bu cəmiyyətdə
etno-mədəni oxşarlğın
çatışmazlığını qörürük: “
b. Multikulturalizmin İsveç
modeli.
Multikulturalizmin İsveç modelinin xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni
müxtəlifliyin saxlanılmasında
dövlət fəal rol oynayır. Dövlətin bu cür fəallığı
ilk növbədə ölkədəki
konkret siyasi durumla əlaqədardır.
Belə ki, İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə
olmuşdur. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə
səs vermək hüququ verdi.
1997-ci ildə qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” isə İsveçi multikulral cəmiyyət kimi qələmə verir.
İsveçin multikultural siyasətinin əsas istiqamətləri
– dil və təhsil strategiyalarıdır. Bu strategiyalar immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq
edir. İsveç hökuməti ölkədəki
mədəni müxtəlifliyə
vacib və zəruri olan bir reallıq kimi yanaşır.
c. Multikulturalizmin Avstraliya modeli.
Avstraliyada multikultural cəmiyyətin
formalaşması uzun
müddət dövlət
tərəfindən təqib
edilən izolyasionizm siyasəti ilə müşaiyət olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynamışdır. Situasiya
yalnız aşağıda
adı çəkilən
qanunların qəbul edilməsi ilə dəyişməyə başlamışdır:
“Vətəndaşlıq haqqında
Qanun” (düzəlişlərlə)
(1948); “Miqrasiya haqqında
Qanun” (düzəlişlərlə)
(1958), “Əcnəbilər haqqında
Qanun” (düzəlişlərlə)
(1984) və “Viza rejimi haqqında Qanun” (düzəlişlərlə)
(1997).
Qeyd etmək
lazımdır ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə
1970-ci ildə – Avstraliyada
İmmiqrasiya naziri vəzifəsində çalışmış
Al Kresbi tərəfindən
daxil edilmişdir. O, anglo-saksonlarla
yeni avstraliyalılar arasındakı nifaqın
aradan götürülməsində
çox səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin
Problemləri üzrə
Avstraliya İnstitutunu,
1987-ci ildə isə Multikulturalizm Problemləri
Komitəsini yaratdı.
Bu, Avstraliya dövlətinin
immqrasiya siyasətində
necə mühüm rol oynadığının
və onun irqçilikdən multikulturallığa
qədər inkişafında
əldə etdiyi parlaq uğurların göstəricisidir.
d. Multikulturalizmin Kanada modeli.
Kanadada multikultural
cəmiyyətin formalaşması
1960-cı illərə təsadüf
edir. Kanada hökuməti əhalinin
irqi, etnik və konfessional müxtəlifliyini qəbul
edirdi ki, bu da Kanada
cəmiyyətinin əsas
milli xüsusiyyətinə
çevrilmişdi. Bu
o deməkdir ki, multikulturalizm kanadalıların
ən mühüm milli xüsusiyyətlərindən
biridir. Bu ölkədə multikulturalizm
Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi
ilə qorunur.
ABŞ və Avstraliyadan
fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə
hakim etnik qrup tərəfindən assimilyasiya
siyasəti yeridilmir. Kanadada hər
bir etnik qrupun üzvləri öz ana dilini
azad şəkildə
istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər.
Bu vacib situasiya
Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya
bilməsinə şərait
yaradır.
Beləliklə, multikulturalizmin müxtəlif
modellərinin müqayisəli
təhlili nəticəsində
bir neçə ümumiləşdirmə aparmaq
istərdim:
1) Multikulturalizm – pozitiv sosial təzahürdür.
O, cəmiyyətin inkişafı
üçün münbit
şərait yaradır;
etnik münaqişələrin
qarşısını alır
və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;
2) Multikulturalizm – cəmiyyətin
mədəni müxtəliflik
əleyhinə etirazını
səngitmək üçün
alternativ siyasət kimi meydana gəlib;
3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında
ən mühüm amillərdən biridir;
4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri
multikulturalizmin fərqli
modelininin yaranmasını
müəyyən edib;
5) Multikulturalizmin müxtəlif
modelləri arasında
bəzi fərqlərin
olmasına baxmayaraq, heç şübhəsiz
ki, multikultural cəmiyyətinin formalaşmasında
və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 18 mart.-
S.9.