Azərbaycanda dini və mədəni müxtəliflik

 

Hazırda Azərbaycanda ölkənin əsas çoxluq təşkil edən əhalisiazərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər millət, xalq etnik azlıqlar da yaşayırlar. 1999-cu il əhalinin siyahıyaalınması göstərdi ki, Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni isə milli azlıqlar etnik qruplar, o cümlədən ləzgilər – 2,2%, ruslar – 1,8%, talışlar – 1,0%, avarlar – 0,6%, türklər – 0,5%, tatarlar – 0,4%, ermənilər – 1,5%, gürcülər – 0,2%, kürdlər – 0,2%, ukraynalılar- 0,4%, yəhudilər – 0,2% başqa xalqlar təşkil edir.

Ölkəmizdə milli azlıqlarn ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradılıb. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları da göstərilir. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olunublar. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda qəzetlərdə doğma dillərində veriliş materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. Azərbaycan Prezidenti bildirib ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən, milliyətindən aslı olmayaraq eyni hüquqlara malikdir bu siyasət gələcəkdə davam edəcəkdir.

Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq etnik azlıqlarla yanaşı, sayının azlığından çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin daşıyıcısıdırlar.

Hazırda dövlətin özünü bu digər milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür:

dövlətin ərazi bütövlüyü onun suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi;

milli azlıqların hüquq azadlıqlarının qorunması;

milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı;

ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları prezdentin fərmanları əsasında milli azlıqların hüqüqlarının qorunması;

 

Azərbaycan qanunvericiliyində milli dini azlıqlar

 

Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir. Azərbaycanın qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı mühüm konkret maddələr var.

AR Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı milli münasibətlər sahəsində dövlət siyasətini müəyyən edir. Fərman Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq etnik qrupların nümayəndələrinin Konstitusiyada müəyyən edilmiş siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədilə Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər rayon İcra Hakimiyyətləri qarşısında konkret vəzifələr qoyur. AR KonstitusiyasınınBərabərlik hüququadlanan 25-ci, 44-cü 45-ci maddələri bu ya digər mənada milli azlıqların hüquqlarının qorunmasını təmin edir.

AR Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildəbilavasitə dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir. AR Cinayət Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir.

MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə Avropa Şurasının 1995-ci il fevralın 1-də “Milli azlıqların hüquqlarının qorunması haqqındaqəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq edib. Azərbaycan AŞ-ın Konvensiyasına 13 iyun 2000-ci ildə qoşulub.

 

Milli azlıqların dili təhsili

 

Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini onların təqribən beşdən dördü rus dilini bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarına öz milli adət ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların etnik qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Azsaylı xalqların dillərində təlim aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.

Avropa Şurası Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında BakıdaTəhsil siyasəti milli azlıqlarmövzusunda seminar keçirib, elə həmin noybarın son günlərində isə bu məsələ ətrafında Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilib.

 

Mədəni müxtəliflik

 

Azərbaycanda milli dini azlıqlara münasibətdə ölkənin yazılı elektron kütləvi informasiya vasitələri kifayət qədər dözümlülük nümayiş etdirir. Milli Televiziya Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir. Hazırda bir ay ərzində Azərbaycan radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər yayımlanır.

Azərbaycan dövlət televiziyası azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı təqdim edir. Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb.

Özəl kanallardan “ANS”, “Lider”, “Azad AzərbaycanSpase”də rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir.

Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərinin həcmi 25-40% təşkil edir. Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlardaXaçmazdaXaçmaz TV”, QubadaXəyal TV” Qütb TV”, LənkərandaLənkəran TV”, ZaqataladaAygün TV” adlı yerli telekanallar fəaliyyət göstərir.

Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi tat dillərində verilişlər yayımlanır.

Bu günlərdə Azərbaycanda keçirilən MDB və dünya dini liderlərinin tədbirləri ölkəmizin digər dinlərə və millətlərə qarşı nə qədər tolerant olduğunun göstəricisi idi. Hazırda Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır.

Azərbaycan prezdentinin ayırdığı vəsait hesabına “İohan” kilsəsi bərpa olunub. Hazırda Azərbaycanda 400 dini icma fəaliyyət göstərir ki, onların da 350-si İslam təmayüllüdür. Bura Qafqazİran xalqlarının icması da daxildir. Təxminən 60 xristian və yəhudi icması var. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravaslav kilsəsi fəaliyyət göstərir. Bununla yanaşı 5 sinaqoq, 5 erməni qriqoriyan icması, malakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin 4 icması, almanların “Lüteran” kilsəsi və Roma Katolik Məbədinin fəaliyyəti bərpa olunub.

90-cı illərdə milli azlıqlar özlərinin milli-mədəni birlikləri, assosiasiyaları və ittifaqlarını yaratmağa başladılar. Bakıda və rayonlarda azsaylı xalqların milli-mədəni mərkəzləri açıldı. Milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqaləndirən Respubilka Şurası fəaliyyət göstərirdi. Onların arasında Talış, Kürd (Ronahi), Ləzgi (Samur), “Saxur”, Udinlərin “Orayin”, Tatların “Azəri”, Buduq, Xınalıq, Azərbaycan Slavyanlarının, Ləzgilərin Mifologiyasını Öyrənən Mədəni Mərkəzlər, Şeyx Şamil adına Avar, Rus, Azərbaycan Tatları, Məhsəti Türklərinin Vətən, Azərbaycan Yəhudiləri, Azərbaycan Gürcüləri, Beynəlxalq “İudaika”, Azərbaycan Ukraynalıları, Almanların Milli-Mədəni Cəmiyyətləri, Azərbaycan Avropa Yəhudilərinin İcması və s. var.

Bütün bunlarla yanaşı, azsaylı xalqların folkulorunun, mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kolektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən olan bir çox musiqi kollektivləri nəinki respubilkamızda, eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 29 mart.- S.13