Qənirə Paşayeva
31 Mart soyqırımı ilə
bağlı mühazirə oxuyub
Milli Məclisin deputatı
Qənirə Paşayeva Nigde
Universitetində 31 Mart soyqırımı
və Azərbaycan-Türkiyə münasibətləri ilə
bağlı çıxış edib. Türkiyənin Nigde Universitetinin dəvəti ilə 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə
münasibətləri ilə bağlı universitetin
beynəlxalq münasibətlər və siyasi
elmlər fakultələrinin tələbələri üçün mühazirə oxuyan Q.Paşayeva qondarma “erməni soyqırımı” iddialarının
yalan
olması, tarixdə ermənilərə qarşı heç bir
soyqırımın olmaması, erməni terror
və silahlı dəstələrinin türk
insanına qarşı həyata keçirdiyi
soyqırımlar, 31 Mart
soyqırımı barədə geniş
məruzə ilə çıxış edərək gənclərin
tarixi dərindən bilməsinin vacibliyini vurğulayıb. Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların,
türklərin vətənidir deyən Q. Paşayeva
qeyd edib ki, Qarabağın qədim tarixi
var: “Qarabağ
əsrlər boyu Azərbaycan və Türk tarix və mədəniyyətinin
beşiklərindən biri olub,
amma bu gün
işğalçılar tariximizi silmək
üçün orada
yerləşən mədəniyyət və tarixi
abidələrimizi məhv edirlər və təəssüf ki dünya bu
vandalizmə seyriçi qalır”. Dağlıq Qarabağ və ətraf
bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı
altında olmasının sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq
acısı olduğunu vurğulayan
millət vəkili Qənirə Paşayeva
bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm
aktlarına, soyqırımlara bütün
dünyanın gözü
bağlıdır. Amma bu
belə davam etməyəcək. Beynəlxalq
təşkilatlardan işğal altında
olan torpaqlarımızı bizə vermələrini
gözləməməliyik. AŞ, BMT kimi
beynəlxalq təşkilatları Dağlıq
Qarabağın Ermənistan tərəfindən
işğalı ilə əlaqədar qəbul etdikləri qərarları
vardır. Lakin bu qərarların
heç biri tətbiq
edilmir. Heç kim Ermənistana qarşı siyasi
təzyiq göstərmir. O səbəbdən bunu
özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva
çıxışında 31 Mart
soyqırımı, 1992-ci il Xocalı və
Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm
aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının
öz yurd-yuvasına dönməsinə
imkan verməməsi barədə ətraflı
məlumat da verib. O bildirib ki, harada
doğulmasından və harada
yaşamasından asılı olmayaraq hər
bir Türk insanı bu soyqırımların, Qarabağ
həqiqətlərinin dünyaya
çatdırılması üçün
çalışmalıdır. Q.Paşayeva
Türk gəncliyini Qarabağ
həqiqətləri və qondarma erməni
soyqırımı yalanlarının qarşısının
alınması istiqamətində daha fəal
mübarizəyə çağırıb. Azərbaycan-Türkiyə
münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri
barədə də geniş
çıxış edən millət vəkili Q.Paşayeva tələbələrin
suallarını da geniş
cavablandırıb və onlara
araşdırmalarında Azərbaycana xüsusi
diqqət ayırmağa çağıraraq onları
ölkəmizə dəvət edib.
Xalq Cəbhəsi.- 2016.- 29 mart.-
S.7