111 il əvvəl soydaşlarımıza
qarşı törədilən soyqırımı
yaddaşlarda necə yaşayır?
Novruz bayramında ermənilər
kəndə girib adamları qırırlar, camaat bayram
aşını da yeyə bilmir
II
yazı
Azərbaycan
Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq
Komissiyasınn məlumatına görə, qanlı hadisələr
– soyqırım zamanı keçmiş Şamaxı qəzasının
(indiki Ağsu rayonunun) Kalva kəndindən 250 kişi, 150
qadın, 100 uşaq vəhşicəsinə
öldürülüb, 2 nəfər yaralanıb. Qonşu Dilman kəndində bu göstərici daha
çox olub. Beləliklə, Dilmanda 585,
Xatmanda 120, Hacmanda130 nəfəri, Kalvada isə 400 nəfəri
qətl ediblər. Bölgənin ən iri kəndi olan
Kalvada əhalisinin sayına görə
qırğınların nisbətən az
olmasının səbəbi camaatın vaxtında duyuq
düşüb dağlara qaçması olmuşdu. Ermənilər isə kənddən aralanan
camaatı yollarda qırmış, Sulut kəndinin meşələrinədək
gedib çıxmışdı. Nuru
paşanın Şamaxını xılas etməsindən sonra
kəndlərdə əhalinin tamamilə
qırılmasının qarşısı
alınmışdı.
Yuxarıda
Qırxatlı Sərəki Baba piri ilə bağlı
danışılan rəvayətdə mifoloji inam önə
geçib, təxminən 100 il əvvəl
olmuş hadisəyə müəyyən izah verilmsəinə
cəhd olunub. Yəni ermənilər Sərəki
piri tərəfdən Kalvaya girə bilməyiblər, inanca
görə, pir imkan verməyib. Mifoloji yaddaşda
indi də həmin ərazidə olan iri, hündür pir
ağacları (palıd, vələs) canlı (insan kimi) təsəvvür
olunur.
AMEA
Folklor İnstitutunun nəşr etdiyi “Qarabağ: folklor da bir
tarixdir” çoxcildliyində ermənilərin əzəli
türk torpaqlarını – Qarabağı ələ
keçirmək üçün hər cür fitnə-fəsada,
qətl-qarətə, azğınlığa əl atması,
misli görünməmiş soyqırım törətməsi
ilə bağlı rəvayətləşmiş mətnlər,
acı xatirələr təqdim olunub. Mətnlərdə
söyləyicilərin danışıq üslubu olduğu
kimi saxlanılıb. Həmin mətnlərdən
birinə nəzər yetirək.
“Abdal
Qasım əmisi oğlunun qisasını alır” rəvayətində
deyilir: “Rəvayətə görə, Avdal Qasım çox
qoçax adam oluf. Erməni-müsülman
davasında ermənilər onun əmisi oğlunu
öldürüllər. Sora gətirif bir
axarrı-baxarrı yerdə yekə bir ağaca
sarıyıllar. Meyidi ağaca
bağlıyıllar ki, Avdal camahatına görk olsun, adamlar
qorxsunnar. Sora da Avdal Qasıma sifariş
göndərillər ki, əyər kişisənsə, iyidsənsə,
gəlif meyidi apar. Avdal Qasım deyir ki,
eybi yox, baxıf görəllər aparıram, ya yox. Avdal Qasım gedif yekə bir iti öldürüf, dərisini
çıxardıf özünə yekə bir kürk eliyir.
Gejə onu əyninə geyif yavaşcadan
sürünə-sürünə ermənilərə
yaxınlaşır. Baxıf görür
ku, ermənilər kefdədi, yeyif içillər. Bir az gözdüyür, erməniləri yuxu
aparır. Qarolçuya yaxınnaşıf
çomağını onun çənəsinin altına
qoyuf tüfəngi götürür. Gəlif
meyidi açıf, ermənilərdən uzax bir yerə qoyuf təzdən
bir də gəlir ermənilərin yanına. Avdal Qasım gəlif ermənilərin
hamısını öldürüf, silahlarını da
özüylə götürüf aparır. Deyilənlərə görə, bunnan sora ermənilər
Avdal Qasımın qorxusunnan Avdala yaxınlaşa bilməyif”.
Mətnin
məzmunundan aydın olur ki, hadisələr
çağımızdan təxminən 110 il
əvvəl baş verib.
Xalq arasında hazırcavablıq obrazı olan Abdal
Qasımın itin dərisini əyninə geyinməsi məzhəkə
yaratsa da, bu hadisənin alt qatındakı məna onu qurdla
bağlı əski görüş və inamlarla
bağlayır. Qurda tapınma ilə bağlı təsəvvürlərdə
onun totemləşdirilməsi öndə dayanır və indi
də xalqın mifoloji yaddaşında qurda ikili münasibətə
baxmayaraq inancda türkü hər cür bəlalardan qoruyuculuq
keyfiyyəti diqqəti çəkir. Avdal Qasımın
“qarolçunun çomağını çənəsinin
altına qoyuf tüfəngi götürməsi, meyidi ermənilərdən
uzaq bir yerə qoyub təzdən ermənilərin yanına gəlməsi”,
erməniləri öldürməsi, üstəlik
silahlarını da özüylə aparması inandırıcı
boyalarla təsvir olunur. Əslində mətn
ötən yüzilin əvvəllərində baş
vermiş hadisənin doğruluğunu, söyləyici təhkiyəsinin
ustalığını sübut edir. “Erməni-müsəlman
müharibəsində Abdal Qasımın fəaliyyəti” mətnində
isə onun nəinki 1905, eləcə də 1918-ci ildə ermənilərlə
döyüşü ilə bağlı epizodların
davamlı şəkildə rəvayətləşməsi ilə
rastlaşırıq.
Mətnə
diqqət edək: “1905, 1918-ci ildəki erməni-müsəlman
müharibəsi vaxdı Qasımın həddinnən
artıx böyüh faaliyətdəri oluf. Erməni
dilini çox mükəmməl bilirmiş. Bizim döyüşcülərə deyirmiş ki,
gedin, filan yerdə dərədə pusquda dayanın, erməniləri
mən ordan gətirəjəm. Duruf gedif
erməniləri gejəykən ermənicə
çağırırmış ki, müsəlmannar filan yerdən
üsdüvüzə hüjum eləməh isdiyillər, gəlin,
arxalarına keçəh, oları qırax. Guya ermənidi. Dururmuşdar, deməli,
döyüşçülər hərrənirmişdər,
həmən onun əks tərəfində də bizimkilər
pusquda dayanıbmışdar. Gəlif orda,
deyir, pusquya düşürmüşdər ermənilər.
Çox böyüh faaliyyətdəri oluf”.
Bu motivlə biz müxtəlif məzmunlu bədii əsərlərdə
və kinofilmlərdə, cizgi filmlərində də
rastlaşırıq. Ancaq bu tipli yaradıcılıq nümunələri
özlərinin ilkin qaynağını əslində rəvayətlərdən,
nağıllardan və s. alırlar. Düşməni
aldatmaq, pusquya salıb məhv etmək təbii və
düzgün addım sayılır. Burada
bütün parametrləriylə erməni mifoloji
yaddaşdakı şəri təmsil eləyir və onun məhvi
tamamilə təbii sayılır. Zaman-zaman
ermənilərin təpədən-dırnağa, dişinə
kimi silahlanmış, nizamlı qoşunlar şəklində
xalqımıza qarşı soyqırımlar törətməsi,
bu hadisələrin yaddaşlarda daşlaşması mətndən
də aydın görünür.
Söyləyicinin bu həqiqətə inanması yersiz
görünmür. 100 il əvvəlki dəhşətli
soyqırımlar zamanı xalqımızın
döyüşkən oğularının düşmənə
qarşı dirənişinin tarixləşməsi, rəvayətləşməsi
“Soltan bəy Andranikin dəstəsini necə mühasirəyə
salır?” mətnindən aydın görünür:
I mətn
Andranik savatdı afiserrəri yığır. Laçını
Allah-tala təbii qala yaradıf. Həkəri
çayında körpü var, Nikolay vaxdında tikilif. Qoşun gəlif orda saxlıyır. Söz gəlif çatır Sultan bəyə.
Deyir ki, məni üç gün gözdə.
Üş gün gözudüyür orda. Onnar da hazır gedir də, hamısı təlim
keşmiş afisserrərdi. Sultan bəy
gedir atasına deyir. Deyir: – Ay bala, onnar gedəjəh
Qarabağdan, ayannan bəri qıra-qıra gələjəh.
… Qardaşı Xosrov bəy Şuşanın
quburnatı imiş. Buna məlumat verir.
Əlli-atmış nəfər
döyüşçü ordan gəlir. Orda
Andranikin qoşununun arxasını kəsir, iki çayın
arasında onnarı qırıllar. Orda yol
versəymiş gedif nə bilim Gəncədən, Yevlaxdan bəri
qıra-qıra gələjəymiş. Andranik
özü qaçır, amma onun iki afisserini – biri Nejdek olur,
biri Mirzəyan onnarı vurullar. Oranın
adı Qannı dərə qalır.
(Qarabağ:
folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıl,
Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər,
Laçın və Şuşa rayonlarından
toplanmış folklor örnəkləri). Bakı,
“Elm və təhsil”, 2012. 468 səh.)
Kiçik həcmli mətndə tarixi hadisələr
qismən “yerli-yataqlı” təsvir olunur. Çünki
tarixi rəvayətin məqsədi “iki çayın
arasındakı” dərənin niyə “Qanlı dərə”
adlanmasını izah etməkdir. Eləcə
də mətndə Sultan bəyin atasının, Xosrov bəyin
tədbirliliyi, xalqın soyqırımının
qarşısını almaq üçün əllərindən
gələni etmələri və məqsədlərinə
çatmaları, sonda Andronikin qaçması rəvayətin
mifoloji yaddaşı bütün çalarlarıyla
yaşatdığını sübut edir.
II mətn
Xosrov bəy Şüşənin bəyi idi, Soltan bəyin
qardaşı idi. Erməni Soltan bəyə deyif ki, icazə
ver, keçif Şüşeyi qırım. Deyif ki, keç, amba belə keç. Həkəri çayının üsdündə dərə
vardı. Ermənilər deyirdi ki, üş yüz il keçə, o çayın üsdünnən
keçəndə erməninin iyi bizə gəlir. Ora elə yerdi bircə dənə yolu var, ikinci yolu
yoxdu. Soltan bəy deyir: – Sizi silahnan boşdasam, camaat
hamı şübhələnər. Gəlin belə
bir şey eliyəh. Silahları qavaxdan
keçirim getsin, qoşunuzu daldan keçirim, gedin. Orda Ağalarnan Ağammədi
çağırır. Deyir: – Gəlin bura. Deyir ki, belə-belə. Deyir: – Gözəl kələk
qurmusan, qoy gəlsin. Deməli, gətirif
camaatı yerrəşdirir Zabuğun qəyəsinə.
Silah keçif Şüşəyə sarı.
Ermənini Xınzirəhdən bəri
boşduyur. Gəlir Laçının çayına
yerrəşəndə dalı daldan,
qabağı qabaxdan kəsir, elə qoşunun topasını
qırıllar. Erməni deyir: – Gör bizi nə kələknən
qırdı. Oların silahı da bizə
qalır.
(Qarabağ:
folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıl,
Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər,
Laçın və Şuşa
rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012; 105-106).
Bu mətndə də ermənini aldatma motivi diqqəti
çəkir.
Erməninin Şuşanı qırmaq istəyinə
Soltan bəyin tədbirli davranması, düşmənin
bütün hiylələrini əvvəlcədən
duyması, onu yenmək üçün bütün
mümkün vasitələrdən istifadə etməsi, sonda
düşməni qıraraq arzusunu gözündə
qoyması rəvayətin məzmununun tarixiliklə
üst-üstə düşdüyünü sübut edir.
“Paqarat ermənisi” mətnində Gorusda Paqarat adlı erməninin
müsurmanın (türkün- U.) qanını “çörək
kimi yeməsindən”, Soltan bəyin isə bu türk cəlladını
ölümlə cəzalandırması haqqında
danışılır.Ötən yüzilin əvvəllərində
Qarabağdakı qırğınlarla bağlı daha bir
tarixi rəvayətin məzmununa diqqət yetirək.
Danışılır
ki, Novruz bayramında ermənilər kəndə girib
adamları qırırlar, camaat bayram aşını da yeyə
bilmir: “Həylə boz atlılardı, Qılınc təpənin
başındadırlar. Ədil adında bir
oğlan var idi. Hansısa kəntdəniymiş.
Deyirlər, onun belinə qaynar samavarı şəlliyiflər.
O da qışqıra-qışqıra
qaçırmış. Xalam deyir ki, biz də
axşama qədər Qara qayada gizdəndih ki, qarannıx
düşəndə Yazı düzüynən gedif, ordan
aşıf Qarabağa gedəh. Deyir ki,
uşaxların ağzını möhkəm tutmuşdux ki,
birdən ağlı- yallar, ermənilər eşidər.
Xalam deyir ki, Yazıdan keçəndə bir hamilə qadını
ermənilər nətəər günə
salmışdılarsa, adam o vəziyyəti
danışa bilmir. Hamilə qadının
qarnını yarıf körpəsini qırağa
atmışdılar, hamısını öz gözdəriynən
görüf. Xalamgil gediflər Qarabağda bir az qalıflar, iki-üç il. Qubatdıda
İldırım bəy vardı. O, bizə dedi ki,
qorxmuyun, daha hər şey həll olunuf, çıxın
gedin yerıza, yurduza. Onnan sora, deyir, neçə
gün yol gedif gəldih Hacılıya. Gəldih
gördüh ki, evləri yandırıflar, uçuruflar,
dağıdıflar. Xalamgilin də evləri
uçuf-dağılıf. Xalamın
anası varmış Xatun arvad. O, evdən
çıxanda onun iki qardaşı, bir oğlu
ölmüşümüş. Onun
qardaşının birini erməni
öldürmüşmüş.
...Meşənin
içinnən durbinnən baxıf ki, ermənilər
sımavar qaynadıf qız-gəlinlərin belinə şəlliyiflər.
Qız-gəlinnərin, kişilərin at kimi
ayaxlarını nallıyıflar. Bunun
hamısın görür. Qayıdıf gələndə
Xozanavar, Bayandurda qabağına kim
keçirmiş əvəzin çıxırmış. O
vaxdı biz deyirdik baba, bəs yazığ deyil. Deyirdi, vaxt gələjəh
mənə rəhmət oxuyajaxsız ki, Muradəli kişi, Allah sənə qəni-qəni rəhmət
eləsin. O gedif görmüşdü, buların xilslətin
bilirdi” (Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın,
Qubadlı və Zəngilan rayonlarından toplanmış
folklor örnəkləri). Bakı, “Elm və təhsil”,
2013).
Mətndə sadalanan erməni vəhşilikləri
tarixilik baxımından faktdır.
Uğur
Xalq
Cəbhəsi.- 2016.- 30 mart.- S.14.