Azərbaycanda yaşayan azsaylı xalqlar

  

Coğrafi baxımdan AvropaAsiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuşdur. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Azərbaycan müxtəlif etnikdini qrupların ənənəvi dözümlülükharmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülhharmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlar da bu çətinlikləri birgə yaşayırlar.

Yəhudilər

 

Azərbaycanda yaşayan ən qədim xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, OğuzGöyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar AssuriyaBabil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünür:

• qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbə

• şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı

oğuzlularOğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı.

 

Talışlar

 

Azərbaycanın cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin nəsli hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

 

Kürdlər

 

Kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur ayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar.

 

Tatlar

 

Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.

 

Avarlar

 

Avarlar Azərbaycan Respublikasının əsasən Zaqatala və Balakən rayonlarında yaşayan etnik azlıqlardan biridir. Şimali Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar. Azərbaycanlılarla sıx qaynayıb-qarışmışlar. Hazırda kompakt şəkildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Car, Zilban, Mazıx, Beretbinə, Cincartala, Katex, Meşəşambul, Mahamalar, Göyəmtala kəndlərində azərbaycanlılarla birlikdə, sıx qohumluq münasibətləri şəraitində yaşayırlar. İslam dininə etiqad edirlər.

 

Şahdağ xalqları

 

Azərbaycanlıların tərkib hissəsidir. Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Xınalıq , Qrız, BuduqRutul kəndlərinin adlarına müvafiq olaraq buduqlular, xınalıqlılar, qrızlılar, rutullars. adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur.

Xınalıqlılar Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.

Qrızlılar Azərbaycanın Şimal zonasında QubaXaçmaz rayonlarının bəzi kəndlərində yaşayan kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar.

Rutullar Azərbaycanda Rusiyada etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan rus dillərini).

Buduqlular "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələridir. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduqlular tarixən nəsillərə, böyük ya kiçik ailə birliklərinə bölünüblər indi həmin nəsillərin adı ilə tanınırlar. Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər.

 

Ləzgilər Qafqaz xalqlarından biridir, Dağıstan Azərbaycanda yaşayırlar. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə Bakı, Gəncə, Sumqayıt Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edir.

Hazırda Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy Qubada yaşayırlar. İlk molokan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər. Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş molokanların nəslinin davamçıları yaşayır.

İngiloylar əsasən Azərbaycanın Qax Zaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyət sferası tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik heyvandarlıqdır.

Qaraçılar köçəri xalqlardan biri. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında Borçalıda yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq atçılıqla maldarlıqla yanaşı, həm öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olmuşlar .

Assiriyalılar Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşmışlar.

Udilər Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində qismən Oğuz rayon mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qavqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş bu günə kimi dinini saxlamışlar.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 30 mart.- S.13.