Mart qırğını ərəfəsində
bütün ermənilərə silah paylanmışdı
Tarixçi-alim Vaqif
Abuşov: “Daşnaklar başqa ərazilərdə də hiylə
ilə dəqiq iş görürdülər”
1918-ci il yanvarın 18-də başda Q.N.Korqanov,
B.P.Şeboldayev və İ.V.Malıqin olmaqla Hərbi
İnqilabi Komitə Bakıya
köçürülmüşdü. Komitənin
bürosu isə Biləcəri stansiyasında yerləşdirilmişdi.
Bakıda A.Gülõəndyanın rəhbərliyi altında Erməni
Milli Şurası yaradıldıqdan sonra erməni silahlı dəstələrinin
yaradılmasına õüsusi
diqqət verilməyə başlanmışdı. Eyni zamanda Kerenskinin õeyir-duası ilə Türkiyə cəbhəsində
döyüşmək üçün Erməni Milli
Şurası tərəfindən erməni korpusu
yaradılmağa başlanmışdı. Bu işin təşkili isə general Baqratuniyə
tapşırılmışdı.
Tarixçi-alim
Vaqif Abuşov araşdırmasında bildirir: “Daşnaklar
başqa ərazilərdə də hiylə ilə dəqiq
iş görürdülər. Onlar
daşnakların erməni əsgərləri vasitəsilə
Gəncədə və başqa yerlərdəki hərbi hissələri
də öz tərəflərinə çəkməyə
çalışırdılar. Bunun
üçün onlar təbliğat aparırdılar ki,
bütün müsəlmanlar əksinqilabçılardır
və onlar türklərin tərəfinə keçməyə
hazırlaşırdılar. Ona görə
də birləşmiş qüvvələrin köməyi ilə
õainlərin aõırına çıõmaq lazımdır. Bu dövrdə Bakıda Daşnaksütyun partiyası
və Erməni Milli Şurasına tabe olan yaõşı silahlanmış hərbi
dəstələr yerləşmişdi. Keçmiş
İrəvan quberniyasının ermənilərin
yaşadığı kəndlərdə də
daşnakların silahlı dəstələri vardı. Onlara keçmiş rus ordusundan böyük miqdarda
silah qalmışdır. Eyni zamanda kifayət
qədər pul vəsaitinə malik olan Erməni Milli
Şurası tərõis
olunan rus əsgərlərindən, əsasən tüfəng
almışdılar. Bundan başqa
daşnaklar keçmişdən hərbi təcrübəyə
malik idilər. Belə ki, onlar rus ordusunda õidmət etmiş və
Türkiyədə partisan əməliyyatları həyata
keçirmişdilər. 1917-ci ildə Erməni
Milli Şurası əhaliyə müraciət edərək,
onları milli ordunun sıralarına yazılmağa, maddi
imkanı yaõşı
olan erməniləri isə pul verməyə
çağırırdı. Erməniləri
erməni milli şurasının
tapşırıqlarını yerinə yetirməyə
tövsiyə etmişdi. Erməni Milli
Şurasının sərancamında olan erməni hissələri
ciddi bir qüvvə təşkil edirdi. Bakıda
Oktyabr inqilabı dövrünədək bir neçə min
silahlı erməni əsgər və zabiti var idi ki, onlar
buraya cəbhənin müõtəlif
yerlərindən gəlmişdilər və Zaqafqaziyada təşkil
edilmiş erməni korpusunu komplektləşdirmək
üçün saõlanmışdılar”.
Ermənilərə
Böyük Britaniya, ABŞ və Fransa da müəyyən
maliyyə yardımı göstərirdi: “Məsələn,
1917-ci il dekabrın 18-də Londondakı ABŞ-ın səfiri
Peyc dövlət katibi R.Lansingə õəbər verirdi ki, 10 gün bundan
qabaq ingilis hökuməti özünün nümayəndəsinə
səlahiyyət vermişdi ki, Cənubi Rusiyada ayrı-ayrı
əksinqilabi qüvvələrə, eyni zamanda erməni və
gürcülərə maliyyə yardımı təşkil
etsin. Erməni daşnaklarının hərbi
hissələri yaõşı
təlim görmüş və türklərə
qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər.
Mart qırğını ərəfəsində
erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa
başladığı silahlı qüvvələri ilə
birləşdilər. Bakıda mart
qırğını ərəfəsində isə
Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun
keçmiş polkovniki, «Daşnaksütyun» partiyasının
üzvü Z.Avetisov idi. Zaqafqaziyada siyasi və hərbi vəziyyətin
mürəkkəb olduğunu nəzərə alan
Zaqafqaziya Komissarlığı 1917-ci il 18 dekabrda cəbhədən
getmiş ordunun yerinə milli korpusların yaradılması
haqqında qərar verir. Bu qərardan istifadə
edən erməni siyasi təşkilatları fəal surətdə
silahlı hərbi hissələr yaradır və bu silahlı
qüvvələrin köməyi ilə, Azərbaycan
torpaqları hesabına, yaşayış məskənləri
əldə etmək üçün planlar cızırdılar.
1917-ci ilin dekabrında və 1918-ci ilin
yanvarında Zaqafqaziya ərazisində və cəbhəyanı
õətlərdə ermənilərin
3 piyada briqadası vardı. Gürcülər
korpus qurmaq qayəsi ilə onlara düşən silah
paylarını aldılar.
Ermənilərin payına düşən silahlar da
İrəvana göndərildi. Gürcü və ermənilər
ingilis və fransızlardan aldıqları pullarla erməni və
gürcü korpuslarını hazırlamaqla məşğul
idilər”.
Araşdırmaçılar bildirir ki, Qafqaz cəbhəsinin
ləğv olunması nəticəsində vətənə
qayıtmalı olan rus alaylarının əsgər və zabitləri
silah və sursatları dəyər-dəyməzinə ruslara
(molokanlara) və daha çoõ ermənilərə satırdılar. Lakin çoõ vaõt əsgərlər silahlarını da özləri
ilə aparırdılar. Geri qayıdan
silahlı rus əsgərləri açlıq və səfalət
içində olduğu üçün keçdiyi yol boyunca
talançılıqla məşğul olurdular. Bolşeviklər öz siyasi məqsədləri
üçün İrandan qayıdan rus əsgərlərini
də Bakıda saõlamaq
üçün bütün vasitələrdən istifadə
etmişdilər. Belə bir vaõtda Cənubi Qafqaz
Komissarlığı Tiflis-Bakı dəmir yolu ilə Qafqaz cəbhəsindən
Rusiyaya qayıdan hərbi hissələri tərksilah etmək
planını hazırlamışdı. Cənubi
Qafqaz Komissarlığının bundan məqsədi,
Zaqafqaziya bolşeviklərini, Bakı Sovetini bu silahlı
qüvvəyə arõalanmaq
imkanından məhrum qoymaq və eyni zamanda, əsgərlərin
əlindən alınmış silahdan öz dəstələrini
silahlandırmaq üçün istifadə etmək idi. Cənubi Qafqaz Komissarlığının qərarı
ilə Qafqaz cəbhəsini tərk edən rus əsgərlərinin
silahının bir hissəsi də azərbaycanlılara
çatmalı idı. 1918-ci il
yanvarın 7-də Cənubi Qafqaz Komissarlığının göstərişi
ilə, ona tabe olan zirehli qatarı Şamõor (indiki Şəmkir rayonu – müəl.)
stansiyasında Qafqaz cəbhəsindən qayıdan rus hərbi
eşalonunu tərksilah edirlər. Bu işdə
onlara Müsəlman Milli Şurasının nümayəndələri
yaõından kömək
edirdi. Ukraynalı əsgərləri aparan iki qatar Şəmkir stansiyasında
dayandırılmış və onların
başçıları ilə danışıqlar
aparılmışdı. Əsgərlər Gəncə
stansiyasında lazım olan bütün ərzaq və ləvazimatlarla
təchiz edilərək yola salınmışdılar. Bu tədbirlər nəticəsində bir topçu
batareyası, atlar və başqa silahlar da əldə
edilmişdi. Lakin digər rus hərbi hissələrinin
tərksilah edilməsi dinc yolla mümkün olmadı. Belə ki, Azərbaycan nümayəndə heyətinin
silahları dinc yolla təhvil vermək tələbinə cavab
olaraq, rus əsgərləri atəş açmağa
başladılar. Könüllü milis dəstələri
ilə kazaklar arasında bir neçə saata qədər
döyüş davam etdi və nəhayət, kazak
qatarlarında ağ bayraqlar görünməyə
başladı. Çarəsiz qalan kazaklar
bütün silahlarını təhvil verdilər.
Milli komitə
kazak yaralılarını õəstəõanaya göndərdi, sağ
qalan kazaklar isə ərzaqla təmin edildilər.
Dağıdılan relslər yenidən təmir olunduqdan sonra qatar Rusiyaya yola düşmüşdü. Yeni silahlı dəstələr yaradılması
üçün silah çatışmırdı. Bunu
nəzərə alan Gəncə Müsəlman
Şurası şəhərdə olan keçmiş çar
ordusunun 219-cu alayını, həmçinin Qafqaz cəbhəsindən
Rusiyaya qayıdan bir neçə hərbi eşalonu tərksilah
etməyə razı oldu. Bu tədbirin həyata
keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə
yaõın pulemyot və
20 top əldə edilmişdi. Lakin azərbaycanlıların
silahlanmasından St.Şaumyan bərk narahat olmuşdu. Azərbaycanlıların onlara çatacaq
silahları əldə etmək istəyəndə
St.Şaumyan hay-küy qaldıraraq, bunu quldurluq kimi qiymətləndirirdi.
Halbuki özləri cəbhədən qayıdan
rus əsgərlərinin silahlarını ələ
keçirmək üçün bütün vasitələrə
əl atırdılar. St.Şaumyanın yaõından iştirakı ilə
yaradılan və erməni Q.Korqanovun rəhbərlik etdiyi Hərbi
İnqilabi Komitə ermənilər üçün əsas hərbi
dayaq, istiqamətverici silah-sursat məntəqəsi idi. Mart qırğını ərəfəsi Bakı
bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən
asılı olmayaraq, Komitəyə gələn bütün
ermənilərə silah və patron paylayırdı. Ermənilər
artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar,
şəhərin ermənilər yaşayan hissəsinə,
Ermənikəndə və onların
yaşadığı Bakı kəndlərinə silah, patron,
pulemyot daşınırdı. Bütün bunlar,
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin
gözü qarşısında baş veriridi və əslində
özləri də buna köməklik edirdilər.
1918-ci ilin yanvar-fevral aylarında özlərinə
çoõ arõayın olan erməni zabit və
əsgərləri Bakının küçələrində
sərbəst hərəkət edir və istədikləri
özbaşınalıqlar edirdilər. Bu da təsadüfi
deyildi, çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları,
Qafqazda isə St.Şumyan, A.Mikoyan kimi arõaları vardı. Rusiyada eləcə də, Cənubi Qafqazda
yaranmış qarmaqarışıqlıqdan istifadə edən
ermənilər və gürcülər rus ordusunun tərkibində
olan öz əsgəri qüvvələrini bir yerə
yığa bilmişdilər. Çünki
vaõtilə çar
Rusiyasında, ermənilər və gürcülər õristian olduqlarından
onları orduya səfərbərliyə alırdılar.
Hərbi hazırlıq vəziyyətinə gəldikdə
azərbaycanlılar ermənilərə və gürcülərə
nisbətən çoõ
geridə qalırdı.
1828-ci ildən
1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti
altında olduğu 90 il ərzində Azərbaycan
õalqı heç
vaõt orduya
çağrılmayıb. Ona görə də
azərbaycanlıların hərbi təcrübəsi, demək
olar ki, yoõ idi. Belə bir vəziyyətdə təpədən
dırnağa qədər silahlanmış və uzun müddət
hərbi təcrübəyə malik olan ermənilərin
qarşısına çıõmaq olduqca çətin idi. Ümumiyyətlə,
Azərbaycanda fəaliyyətdə olan hərbi hissələrdə
azərbaycanlıların bir nəfər də olsun nümayədəsi
yoõ idi. Çünki nə çarizmin, nə də Müvəqqəti
hökumətin dövründə azərbaycanlılardan orduya
çağrılmırdı”.
Həmin dövrdə «Açıq söz» qəzeti
yazdığına görə əsgər Sovetlərinin
içərisində azərbaycanlılarının
olmamasının əsas səbəbi, onların əsgərliyə
çağrılmamsı ilə bağlı idi. Ona görə
də əsgərlər içərisində azərbaycanlıları
təmsil edən səlahiyyətli nümayəndə yoõ idi. Tarixçi-alim
Vaqif Abuşov: “Əsgərlər arasında Azərbaycan
ziyalıların təbliğat aparmaları mümkün
deyildi. Bolşevik, eser, daşnak və
menşeviklərin əsgərlər arasında aktiv təbliğat
aparmaq imkanları isə çoõ yüksək idi. Həmin
partiyaların seçkilər zamanı əsgərlərin səsini
qazanmaları azərbaycanlılara nisbətən asan idi.
Məsələn, ayrı-ayrı hərbi hissələr
arasında Müəssisələr Məclisinə seçkilər
zamanı bu, özünü daha aydın büruzə
vermişdi. Naõçıvan qarnizonunda eserlərdən sonra (1522 səs
almışdılar) seçicilər ən çoõ səsi boşeviklərə
(562 səs) vermişdilər. Daşnaklara 231,
menşeviklərə 122, kadetlərə 63 səs
verilmişdi. Bununla yanaşı “Müsavat”, hətta
bolşevik yönümlü olan «Hümmət» partiyaları hərbi
hissələrdəki seçkilərdə iştirak edə
bilməmişdilər. Bütün bunlara
baõmayaraq, Azərbaycan
Milli Şurası ordunun yaradılmasına õüsusi diqqət verməyə
başlayır. Görkəmli Azərbaycan ziyalısı
Y.V.Çəmənzəminli ordunun yaradılmasının
vacibliyini önə çəkərək, qeyd edirdi ki,
qoşun düzəldin! Zərurət vaõtı ölkəmizi əmin
– amanlığa çıõaran
milli əsgər olacaq. Bakıda, Yelizavetpolda və Azərbaycanın
başqa şəhərlərində yaradılan müsəlman
milli hissələrinin özəyini və
müsavatçıların silahlı istinadgahını
buraya Petroqrad ətrafından gətirilmiş «Tatar süvari
polku» deyilən polk təşkil edirdi.
1917-ci il noyabr ayının ortalarında
müsavatçılar Bakıda praporşiklər məktəbi
açmışdılar.
Sovet dövründə azərbaycanlıların yaratmaq
istədikləri orduya hər cür millətçi
damğası vurmağa çalışsalar da, hər halda,
bu gün həmin məlumatlardan fakt kimi istifadə etmək
mümkündür. Bunula əlaqədar olaraq, Sovet tariõçisi A.Qalustyanın
fikirlərinə diqqət edək. Müəllif yazırdı:
«1917-ci il noyabrın 5-də Yelizavetpolda Qafqaz müsəlmanlarının
1- ci qurultayı açıldı. Onun qərarı
tam mürtəce-millətçi õarakter daşıyırdı. Qurultay,
müsəlman (azərbaycanlı) hərbi hissələrinə
və õüsusi korpusun
yaradılmasına əsas diqqəti yönəltmişdi”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 31 mart.-
S.14