Beynəlxalq “Turizm və
səyahətlər” (“AITF” 2016) sərgisi
Bu il regionda
turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri
- Azərbaycan Beynəlxalq
“Turizm və səyahətlər” (“AITF” 2016) sərgisi öz 15 illik yubileyini qeyd edir. Keçirildiyi
illər ərzində
“AITF” sərgisi bütövlükdə
Xəzəryanı regionda
mühüm tədbirlərin
təşkil olunduğu,
tərəfdaşlıq müqavilələrinin
imzalandığı, habelə
yeni proqram və istiqamətlərin elan edildiyi əsas
turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin “habı” statusunu qazanıb.
Turizm sahəsi
ölkənin qeyri-neft
sektorunun perspektivli sahələrindən biridir. Respublika rəhbərliyi
tərəfindən AITF sərgisinə
hər zaman hərtərəfli dəstək
verilir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları
ilə tanış
olur. Respublika rəhbərliyi tərəfindən
həm turizmə həm də AITF sərgisinə göstərilən
xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin
inkişafına əlavə
təkan verir.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi
həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən
dəstəklənir. Ümumdünya Turizm Təşkilatı
(“UNWTO”) və Asiya-Sakit
Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə
dəstək göstərən
beynəlxalq təşkilatlar
arasında yer alırlar. Sərginin təşkilatçıları
qismində “Iteca
Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış
edirlər.
Sərginin müsbət dinamik inkişafı, eləcə
də onun ölkənin turizm sektorunda oynadığı
xüsusi rol son illər ərzində sərginin həm iştırakçılarının həm də ekspozisiyaların sayının
artmasını bir daha təsdiq edir. “AITF-2016” sərgisində
fərqli turizm istiqamətlərini təqdim
edən dünyanın
40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır.
Belarus, Bolqarıstan, Gürcüstan,
Dominikan Respublikası,
Hindistan, İndoneziya,
İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin
turizm potensialını
və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə
milli pavilyonlar ilə çıxış
edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti
və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş
olunacaqlar. Bundan başqa,
sərgidə ABŞ, İordaniya,
İsveçrə, Latviya,
Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin
turizm şirkətləri
və otellərinin iştirakı gözlənilir.
Builki sərgi iştirakçıları
arasında Azərbaycanda
akkreditasiyadan keçmiş
bir sıra xarici səfirliklər, o cümlədən ticarət
palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində
Azərbaycanın turizm
şirkətləri, otel
və sanatoriyaların
təklifləri ilə
tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi
ekspozisiyaları çərçivəsində
isə Azərbaycanın
daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.
Yaz sərgi
mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə
də fikir mübadilələri və
təkliflər üçün
mərkəzi platformaya
çevriləcək. Burada sərgi
iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri
üzrə eksklüziv
təkliflərlə çıxış
edəcəklər. Tədbirin iştirakçıları
arasında turizm şirkətləri, aviaşirkətlər,
milli və regional turizm təşkilatları,
otel şəbəkələri,
xaricdə daşınmaz
əmlak agentlikləri,
pansionatlar, müalicə-sağlamlıq
və spa mərkəzləri,
o cümlədən idman
və ekoloji turizm obyektləri yer alacaq. Bu il yerli
və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları
və sanatoriyalar tərəfindən təqdim
olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır. Həmçinin, son illər
ərzində “AITF” sərgisi
Azərbaycan vətəndaşları
arasında populyar kurort zonalarında daşınmaz əmlaka artan tələbatı əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal şəkildə inkişaf etdirir.
İlk dəfə olaraq Baki Ekspo Mərkəzində
AITF 2016 sərgisi çərçivəsində
eksponentlərə sərginin
işgüzar və yaradıcı ab-havasından
maksimum faydalanmağa imkan yaradan “workshop” təşkil olunacaq. Eksponentlər “workshop” çərçivəsində
vasitəçilər olmadan,
birbaşa danışıqlar
aparmaq, əvvəlcədən
planlaşdırılan görüşlər
zamanı aparıcı
yerli turizm şirkətlərinin nümayəndələri
ilə işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.
Beləliklə, sözügedən sərgilər
danışıqlar üçün
etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin
öyrənilməsinə və
səmərəli əlaqələrin
qurulmasına da kömək edəcək. “AITF” sərgisinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar
tərəfindən eksponent
və ziyarətçilərin
də iştirak edəcəkləri əlavə
tədbirlərdən ibarət
maraqlı yubiley proqramı planlaşdırılıb.
Bu yubiley proqramı
iştirakçı və
ziyarətçilərin yaddaşlarında
Bakıda keçirilən
sərgilər xüsusunda
xoş və parlaq iz buraxacaq.
“AITF” sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprelin
9-da isə bütün
ziyarətçilər üçün
açıq olacaq.
Xalq Cəbhəsi.- 2016.- 31 mart.-
S.12