Jurnalistlər Heydər Əliyevi yad etdi
Dünən Excelsior Baku otelində mərhum Prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü
münasibətilə Heydər
Əliyev xatirələrdə
adlı anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli
film nümayiş olunub.
Daha sonra çıxış
edən Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, digər
tədbirlərdən fərqli
olaraq Heydər Əliyev xatirələrdə
adlı tədbirdə
jurnalistlər iştirak
edir: Bu gün böyük siyasətçi,
dövlət xadimi, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
93-cü ildönümünü qeyd edirik. Hər bir
azərbaycanlı jurnalistin
Heydər Əliyevlə
bağlı xatirəsi
var. Elə bu səbəbdən tədbirimizi
Heydər Əliyev xatirələrdə adlandırırıq.
Əflatun Amaşov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
də danışıb:
Mənə də onunla görüşmək
qismət olub, o, jurnalistikaya çox yaxın idi. Biz jurnalistlər arasında
2001-ci il sorğu keçirmişdik
və Heydər Əliyev jurnalistlərin dostu mükafatının qalibi olmuşdu. Ulu öndər 1980-ci illərdə
Azərtacın kompüterləşmə
sisteminə keçidi
üçün çox
çalışdı. Həmin illərdə Azərbaycan
mətbuatı kompüterləşməyə
qədəm qoymuşdu.
Heydər Əliyev jurnalistikanın
inkişafında mühüm
rol oynayıb. Mütəmadi olaraq hər
gün görüşlər
keçirirdi. Ölkə rəhbərliyinin
ictimaiyyətlə görüşünü
jurnalistlər işıqlandırırdı.
Ulu öndər Azərbaycanı
zəif aqrar ölkədən sənaye
dövlətinə çevirdi.
Onun iqtisadiyyatımızın dirçəlməsi
üçün gördüyü
işlər müstəqilliyimiz
üçün bir hazırlıq idi. 1 milyon qaçqın
və məcburi köçkünü olan
ölkəyə rəhbərlik
etmək çətin
idi. Heydər Əliyev güclü
milli ordu yaratdı, onun yaratdığı bu gün daha da
modernləşən şücaətli
ordumuz aprel ayının əvvəllərində
rəşadət göstərdi.
Bu isə bütün
Azərbaycan xalqının
ürəyindən oldu.
Ahıl Jurnalistlər Məclisinin
sədri Yusif Kərimov deyib ki, jurnalistlər Heydər Əliyevlə tez-tez görüşürdü.
O, Azərbaycan televiziyasında
proqram redaktoru olduğu dövrdə Heydər Əliyevlə bağlı başına gələn hadisəni danışıb: Azərbaycandan
5 tələbə ABŞ-da
yarışa gedib qayıtmışdı, şöbə
müdiri dedi ki, həmin tələbələrdən birini
efirə çağırmaq
lazımdır. Həmin 5 tələbədən
dördü oğlan,
biri isə qız idi, mən
də fikirləşdim
ki, qız iştirakçı bir nəfərdir onu çağırmaq lazımdır,
heç ad və soyadına diqqət eləmədim. Komitə sədri
məni yanına çağırıb soruşdu
ki, bilirsənmi çağırmaq istədiyin
qız kimdir? Dedim ki, yox,
Azərbaycanı ABŞ-da
tanıdan yeganə istedadlı qız olduğu üçün
çağırmaq istəyirəm.
Dedi ki, o qız Heydər Əliyevin qızı Sevil Əliyevadır, dedim Heydər Əliyevin qızını
verilişə çağırmaq
olmaz? Komitə sədri müdrik və insaflı idi, dedi olar,
amma Heydər Əliyev dedi ki, qoyun o biri
uşaqlar efirdə görünsün. Azərbaycan gəncləri
qəzetinə baş
redaktor təyin olunanda Heydər Əliyevlə görüşdüm
və xeyli söhbət etdik.
Yusif Kərimov
ulu öndər Heydər Əliyev haqqında yazdığı
Əbədiyyət yolu
adlı kitabda onun bədii obrazını yaratdığını
söyləyib.
Qocaman jurnalist Məzahir Süleymanlı 15 jurnalistlə
Naxçıvana Heydər
Əliyevin görüşə
getməsindən də
söz açıb:
Qulu Məhərrəmli,
Əhməd İsayev
və digər həmkarlarımızla birlikdə
Naxçıvana getdik,
o, sıx qrafikinə rəğmən bizimlə
görüşdü, hətta
aşağı düşüb
Naxçıvan Milli Məclisinin pilləkənlərində
bizi qarşıladı.
Bu, Azərbaycan jurnalistikasına olan ehtiram və hörmət idi. İşinin
çox vaxtında bizi özü qarşıladı. Lampa
işığında 4 saat
bizə jurnalistika dərsi keçdi, nədən və necə yazmaq, jurnalistik vətəndaşlıq
mövqeyi necə olmalıdır, xalqımız
mətbuatdan nə gözləyir kimi suallara özü cavab verdi.
O dövrlərdə jurnalist
sözünə ehtiyac
vardı. Jurnalistika
dərsi kitabım həmin görüşə
həsr olunub. Heydər Əliyev o kitabı üçün mənə
minnətdarlığını bildirdi. Bir jurnalist üçün bundan böyük sevinc olardımı?.
Əməkdar telejurnalist, şairə
Telli Pənahqızı
qeyd edib ki, Heydər Əliyev azərbaycanlı
qadınların jurnalistikaya
gəlməsini çox
arzulayırdı: Onun
vəfatı ilə xəbəri eşidəndə
özümüzə gələ
bilmirdik. Hər bir azərbaycanlının
ürəyində Heydər
Əliyevin yeri var. Mənim üçün çətin məqam idi, o acı xəbəri eşidəndə
piyada Neftçilər
Prospekti ilə gedirdim, yol kənarında
gül satırdılar,
1 qızılgül aldım,
Musiqili teatrın yanında qızılgülü
onun keçəcəyi
yerə qoydum, çox qəribədir ki, heç bir maşın o gülü ayaqlamadı.
İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 23 yaşında olan zaman Heydər Əliyevdən müsahibə aldığını və bunun onun üçün qürurverici olduğunu söyləyib: 1992-ci ildə Heydər Əliyevlə onun bacısıgildə görüşmüşdüm. Bəlkə də o zaman verdiyim sualları indi başqa cür təqdim edərdim, sualların qoyuluşunu başqa cür tərtib edərdim. Heydər Əliyevi televiziyalarda qəzetlərdə şəkillərini görmüşdüm, amma canlı görməyə can atırdım, görüşəndə insan elə bilirdi ki, ən əziz insanını görür. Elə müsahibəmin başlığını da bu cür qoymuşdum: Ən ümdə məsələ Dağlıq Qarabağ məsələsidir. Çünki çox yanğı və narahatlıqla Qarabağ məsələsindən danışırdı.
Daha sonra
tədbirdə iştirak edən bir sıra qocaman jurnalistlər
ulu öndər Heydər Əliyevlə
bağlı xatirələrini bölüşüblər.
Xalq Cəbhəsi.- 2016.- 4 may.- S.3.