Azərbaycanda dini tolerantlıq: sosial-fəlsəfi təhlil

 

(əvvəli ötən sayımızda, II yazı)

 

Müxtəlif sosial, mədəni, iqtisadi, demoqrafik s. göstəricilərin, xüsusilə təhsil tərbiyə sahəsində tolerantlığın formalaşması, şəxsiyyətin sosiallaşması prosesində tolerantlığın formalaşmasına təsir edən amillər sosioloq psixoloqlar tərəfindən geniş tədqiq olunur. Tolerantlığın elmi-nəzəri konsepsiya kimi formalaşdırılması praktiki reallaşdırılması istiqamətində dünyanın, demək olar ki, bütün inkişaf etmiş ölkələrində mərkəzlər, institutlar təsis edilmişdir.

Tolerantlıq multikulturalizm” - mədəni müxtəliflik anlayışları çox yaxın mənalı, sıx bağlı təsir bağışlasa da, eyniyyət təşkil etmir. Əlbəttə, etnik-milli birgəyaşam ünsiyyət ənənələri qısa müddətdə, birdən-birə formalaşmır. Tolerantlığın formalaşması mürəkkəb fenomen kimi hər yeni gələn nəsillə sıfırdan başlayır. Əsrlər boyu davam edən, ənənəviləşən, qərarlaşan ünsiyyət formaları tədricən cəmiyyətdə stabil sosial normalar, əxlaqi estetik meyarlar sistemi yaradır düşüncə tərzinin özünə təsir edir.

Tolerantlıq anlayışının ictimai-fəlsəfi fikir tarixində təhlilinin ən ümumi istiqamətlərini qısa xatırlamaq yerinə düşərdi. Fəlsəfi baxımdan tolerantlıq dedikdə, müxtəliflik fərqlərin qəbul edilməsi, onlara hörmət rəğbət nəzərdə tutulur. Tolerantlıq həm başqalarının hüquqlarını tanımaq, fərqli düşüncə tərzinə malik olduğunu anlamaq əsasında münaqişə ziddiyyətlərin həlli imkanlarının axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır. Çox hallarda tolerantlıq deyəndə, özgəsinin qüsurlarını güzəştə getmək, nəyə isə dözümlü olaraq barış yolunu tutmaq, başqa fikrin mövcudluğunu obyektiv fakt kimi qəbul etmək s. başa düşülür.

Tolerantlıq həm psixoloji, həm sosioloji, həm kulturoloji məna məzmun kəsb edir, mütləq qarşılıqlı ünsiyyət əlaqələrdə özünü büruzə verir. Digər tərəfdən, hələlik bitkin tolerantlıq nəzəriyyəsinin formalaşmasından söhbət gedə bilməz. Qərb elmində, qeyri-Qərb məkanında hələlik tolerantlığın mənəvi-əxlaqi dəyər kimi statusu rolu aydın müəyyənləşdirilməmişdir.

Tolerantlıq cəmiyyətdə mədəniyyətlər arasında dialoq sülhün yaranması mexanizmidir. Tolerantlıq mexanizmlərinin formalaşması reallaşması mürəkkəb bir proses olub, nəinki bütün XXI əsr boyu, hətta əsrlərlə davam edəcəkdir. Bu sahədə müxtəlif ölkələrin təcrübəsi, tolerantlıq ənənələri əvəzi olmayan dəyər kimi öyrənilməlidir. Bu baxımdan ölkəmizdə mövcud olan azərbaycançılığın birləşdirdiyi tolerantlıq ənənəsi mükəmməl model axtarışları aspektində böyük əhəmiyyətə malikdir.

Bu gün Avropa ölkələrinin üzləşdiyi problemlər ölkəmiz üçün səciyyəvi deyil. Azərbaycan bir çox ölkələr kimiimmiqrant dövlətdeyil. Azərbaycanda etnoslar konfessiyalararası tolerantlıq ənənəsimiqrantlara olan ehtiyacüzərində deyil, tarixən formalaşdığı üçün dərin köklərə malikdir bütün xalqların tarixi yaddaşı kimi təmələ əsaslanır.

Bir neçə əsrlik yaşı olanimmiqrantdövlətlərin böhran yaşayan tolerantlıq modellərinə Azərbaycanın çoxəsrlik təcrübəsinin öyrənilməsi yeni nəfəs verə bilər.

Multikulturalizmin təməl prinsiplərindən biri kimi məhz tolerantlıq çıxış edir bu zaman başqa mədəniyyətlərə biganəlik deyil, onlara həssaslıq, onları olduğu kimi anlamaq formasında təzahür edir. Adətən, multikulturalizm tolerantlıq səviyyəsinin yüksəlməsinə olan töhfəsi ilə gərəkli hesab edilir.

Proseslərin təhlili nə göstərir? Multikulturalizm siyasətinin böhran yaşadığı ölkələr Şərqi Avropakeçmiş SSRİ məkanı da daxil olmaqla, başlıca olaraq Avratlantik sivilizasiya dövlətləridir. Miqrasiya faktoru əsas amillərdən hesab edildiyi üçün prosesin yalnız siyasi deyil, həm də iqtisadi müqəddəm şərtlər yaratdığını qeyd etmək lazımdır. Bu gün çoxsaylı ölkələrdə demokratiya müxtəliflik və vəhdət formuluna əsaslanır. Lakin günlərin bir günü buna qarşı bir ideya ortaya çıxır və bu formul şübhə altına alınır və deyilir ki, hamı eyni olmalıdır.

Avropanı ümumiyyətlə Avropa edən xalqların müxtəlifliyi olmuşdur. Bu olmadan təsəvvür belə etmək olmaz ki, Avropa əvvəllər necə olubindi necədir. Multikulturalizm müəyyən mənada bütün müasir cəmiyyətlərin çoxçalarlığını ifadə etmək üçün tətbiq edilən anlayışdır. Bu, geriyə dönüşü olmayan labüd prosesdir. Qloballaşmamultikulturalizmin ən çox üz-üzə gəldiyi məqam milli-mədəni identikliyin qorunub saxlanması məsələsidir. Tarixi-siyasi irs, etnik köklər, ənənə, yaddaş, dil, dins. kollektiv yaddaşda milli-mədəni birliyin təcəssümü olan bu amillərdən insanın mədəni identikliyi formalaşır. Çoxşaxəli mənbələrdən olan təsirlər müasir insanın “multiidentiklik” şəraitində yaşayaraqkimliyiniseçim etməsini çətinləşdirir və “identiklik vakuumunu” formalaşdırır. Multi - “çoxçalarlı, çeşidli” deməkdir. Lakin bəzən onun “müxtəlifliklərin mexaniki cəmi” kimi anlamı üstünlük təşkil edirbu, yolverilməzdir. Belə halda mövcud ənənələrin yalnız muzey eksponatı kimi qorunması olsa da, onların ümumi yeni mədəniyyət kosmosunun formalaşmasında canlı iştirakı, dialoqu və inkişafı mövcud olmur.

Yaşanılan dövr müxtəlif mədəniyyətlərə mənsub olan insanları ünsiyyət və identiklik seçimi qarşısında qoyur. Bu seçimə alternativ yoxdur. Babil qülləsi haqda rəvayəti xatırlayaq. Multikulturalizm unikal, çeşidli fərqliliklərə rəğbət və hörməti nəzərdə tutmaqla yanaşı, universallıq axtarışlarından da imtina etmir. Belə də demək olar ki, multikulturalizm nöqteyi-nəzərindən mədəniyyətlərin qarşılıqlı əlaqəsi subordinasiya vasitəsilə deyil, koordinasiya vasitəsilə baş tutur. Ən ümumi şəkildə multikulturalizm mədəni plüralizmin dəyər kimi qəbul edilməsini və buna görə də etnik, dini və mədəni azlıqlara dövlətin bərabər sosial status təmin etməsini nəzərdə tutan nöqteyi-nəzərdir.

Multikulturalizm ilkin mənada hər kəsin öz identikliyinə malik olmaq haqqıdır. Bəziləri deyir ki, multikulturalizm fərqlilikləri mütləqləşdirir, digərlərinə görə, əksinə, multikulturalizm şoxşaxəli identikliyi nəzərdə tutur. Avropalıların “özgələrə” qarşı olan komplekslərinin aradan qaldırılmasına yönəlmiş multikulturalizm İkinci Dünya müharibəsindən sonrakı onilliklərdə gündəmə gəlmişdir. Avropada bu siyasətin yarım əsrdən bir qədər çox yaşı olmasına baxmayaraq, onun nəticələri göz önündədir. Multikulturalizm ideyalarının və siyasətinin təbliğində tolerantlığın aqressiv təbliği mütləq atribut kimi seçilir.

Multikulturalizmin iflası ideyası nədən qaynaqlanır?” sualına iki cavab var: 1. Miqrant probleminin həlli islam aləmi ilə münasibətlərin tənzimlənməsi problemi; 2. Qərbdə Avropada baş qaldıran bir tərəfdən qiyamçı ekstremist meyillərin, digər tərəfdən isə, radikal millətçiliyin ksenofobiyanın baş qaldırması; mədəni kimliklərin metamorfoza uğramasını başlıca olaraq üçüncü ölkələrdən emiqrasiya faktoru şərtləndirir.

Azərbaycanda mədəniyyətlərarası münasibət modelinin özəlliyindən örnək xüsusiyyətlərindən danışarkən üç arqument əsas kimi diqqəti cəlb edir: 1. Azərbaycanda polietnik polikonfessional cəmiyyətin tarixən formalaşmış əsrlərin sınağından çıxmış obyektiv təcrübəsi mövcuddur. Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma olmamışdır. 2. Müstəqillik dövründə ölkəmizdə tolerantlıq dialoq ənənələrinin keyfiyyət mərhələsinə yüksəlməsi, gerçək uğurlar göz önündədir. 3. Azərbaycanda mədəniyyətlərarası münasibətlərdə hər bir mədəni birliyin obyektiv təbii haqqı özünüreallaşdırma ehtiyaclarına dövlət qayğısı siyasəti mövcuddur. Azərbaycançılıq bu mövqeyin cilalanmış çıxış nöqtəsini təşkil edir.

Müxtəliflik vəhdətin həqiqi fəlsəfəsi dialoq tolerantlıq, azərbaycançılıq fəlsəfəsidir. Belə dinamik modeldə mədəniyyətlərin mozaikasında hər bir element “donmuş eksponatvəziyyətində deyil, canlıçələngkimi dialoqdadır, inkişaf sintezdədir. Multikulturalizm yalnız ideologiya siyasət müstəvisində qəbul edilərsə, mükəmməl ola bilməz. Onun təkmil model olması üçün tarixən formalaşan, neçə-neçə xalqların yaddaşında həkk olunan mədəni birgəyaşayış modelinin artıqgenetiksəviyyədə oturması, ünsiyyət tolerantlıq mədəniyyətinin ənənəyə çevrilməsi lazımdır. Azərbaycan modelində bu var.

Məhz bu anlamda Azərbaycanın tolerantlıq modeli, azərbaycançılıq multikulturalizmdən, şübhəsiz ki, daha üstündür. Multikulturalizm Azərbaycan kimi Şərqin Qərbin qovşağında yerləşən ölkələrin çoxəsrlik təcrübəsindən bəhrələnə bilər.

Avropa liderləri multikulturalizmin hazırkı formada böhran yaşadığını, şəxsiyyət azadlığına zərərli olduğunu, onun: “dözümsüzlüyə dözümlülükkimi ağır nəticələrə gətirib çıxardığını hesab edirlər. Konkret ölkənin siyasi liderindən sitat: “Buraya gələnlər xalqın bir hissəsi olmalıdır, əgər bunu istəmirsə, o zaman burada ona yer yoxdur”, - deyə bəyanatlar vermişdir.

Xatırlatmaq istərdik ki, ölkəmizin işğala məruz qalmasına 1 milyon insanın didərgin həyatı yaşamasına rəğmən Azərbaycan dövlətinin rəsmi mövqeyi heç bir zaman belə kəskin səslənməmiş, “Azərbaycan xalqının bir hissəsi olmaq istəməyənlərə Azərbaycanda yer yoxdurdeməmişik. Biz bu gün onlara ən yüksək muxtariyyət verilməsinin tərəfdarıyıq. Budur millətlərarası inteqrasiyanın, tolerantlığın dialoqun Azərbaycan modeli. Azərbaycançılığın mahiyyəti bundan ibarətdir inteqrasiya modellərinin böhran yaşadığı dünyada bu modelin alternativi yoxdur.

Çoxçalarlı cəmiyyətlərdə etnik-milli münasibətlərin yollarını arayan Avropada bu gün intensiv müzakirə edilən tolerantlıq məsələləri Azərbaycanda dövlətçilik tarixi ənənələrimiz tərəfindən həll edilib desək, yanılmarıq. Əgər dünya yeni modellər axtarırsa, Azərbaycanda onlar artıq çoxdan mövcuddur.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 7 may.- S.13