Azərbaycanda multikulturalizm:
görülən işlər və gözləntilər
Azərbaycan Prezidentnin Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) yaradılması
haqqında imzaladığı
Fərmandan (15 may 2014-cü il) iki il ötür. Fərmanda qeyd olunduğu kimi, sivilizasiyaların qovuşuğunda yerləşən
Azərbaycanın zəngin
mədəni-mənəvi irsə
və tolerantlıq ənənələrinə malik
olması beynəlxalq
aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mayın 15-də yaradılmasının
iki illiyi tamam olan BBMM-nin fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışan
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri
Kamal Abdullayev bəyan edib ki, Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri
“Azərbaycan multikulturalizmi”
anlayışını dünya
ictimaiyyətinə çatdırmaqdır:
“Bunun bir çox yolları var. Seçdiyimiz yol “Azərbaycan multikulturalizmi”ni
xarici ölkələrdə,
xüsusilə gənclər
arasında yaymaqdır.
Bunun üçün
həmin ölkələrin
ali məktəblərində
“Azərbaycan multikulturalizmi”
fənninin tədrisinə
başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın
8 universitetində “Azərbaycan
multikulturalizmi” fənni
tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir.
Tələbələr fənnə böyük
diqqət göstərdiklərini
bildirirlər. Hətta bu
fənni öyrənmək
istəyənlərin sayı
artmaqdadır”.
“Azərbaycanda birgəyaşayış
və multikulturalizm” kitabının müəllifi,
ekspert Niyaz Niftiyev bildirib ki, mövcud milli-mədəni müxtəliflik
və etnik-dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli,
çoxkonfessiyalı diyar,
dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin
mədəni, linqvistik,
etnik rəngarəngliyin
qorunmasına yönəldilən
və uğurla həyata keçirilən
dövlət siyasəti
multikulturalizm sahəsində
əsrlərdən bəri
toplanmış böyük
tarixi təcrübənin
xüsusi qayğı
ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu
istiqamətdə qazanılmış
unikal nailiyyətlərin
beynəlxalq aləmdə
təbliğinin gücləndirilməsini
zəruri edir.
Multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın
dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi,
eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural
modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında
təhlili və təşviqinin əhəmiyyətini
nəzərə alaraq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradıldı. Əlbəttə, belə bir Mərkəzin
yaradılması multikulturalizmin
Azərbaycanda əsrlərdən
bəri formalaşan, eyni zamanda, bədii,
psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər toplusu
kimi mövcud olduğunu göstərirdi.
Heydər Əliyevin siyasi iradəsi nəticəsində
Azərbaycan tarixən
sahib olduğu tolerantlıq
və multikulturalizm ənənələrini hüquqi
və siyasi müstəvidə yenidən
bərpa etdi. Ulu öndər
Azərbaycanın gələcək
uğurlu inkişafı
üçün dəqiq
ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Azərbaycanı dünyada multikultur ölkə kimi tanıtmaq məqsədilə
Prezident tərəfindən
yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi
və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə
dövlət müşaviri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri Kamal Abdullayevin ideya və təşəbbüsü
ilə “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
fənləri yaradıldı
və hər iki fənn üzrə
tədris proqramları
hazırlanaraq Təhsil
Nazirliyində təsdiq
olundu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları
hesabına xarici ölkə universitetləri
ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə
10-a yaxın universitet
təklifi müsbət
qarşıladı. Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq
müəllimlərin hazırlığını
da öz üzərinə götürən
Mərkəz ölkəmizin
tanınmış alimləri
və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm
treninqlərə başladı.
Treninqlər zamanı
mütəxəssislər dinləyicilərə
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənlərinin
tədris proqramlarının
əsasında mühazirələr
oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda
onların biliklərini
yoxlayırlar. İmtahandan uğurla
keçənlərə Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi tərəfindən
sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”
fənlərini tədris
edəcək müəllimlərin
hazırlanması bu sahədəki hazırkı
tələbatı müəyyən
dərəcədə qarşılaya
bilib.
Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan
multikulturalizmi” fənni
tədris olunur. Bu ali məktəblər arasında
Müqəddəs Kliment
Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət
Universiteti, Ural Federal Universitetinin
Yekaterinburq filialı
(Yekaterinburq, Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti
(Çex Respublikası),
Roma Sapienza Universiteti
(İtaliya) və
Belarus Dövlət Universiteti
var.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinə “Azərbaycan
multikulturalizmi” fənninin
tədris olunması ilə bağlı rəsmi müraciətlərə
əsasən növbəti
tədris ilinin I semestrində dərslərə
başlamaq üçün
Vürsburq Universiteti
(Almaniya), Frayburq Universiteti (İsveçrə),
Sakarya Universiteti (Türkiyə), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası),
Lutsk Milli Texniki Universiteti (Ukrayna) rəsmi müraciətlərini
göndərib. Hazırda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə
danışıqlar aparır.
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənləri
paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də
tədris edilməyə
başlanılıb.
Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına
xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının
genişlənməsi akademik
səpkidə daha bir addımın atılmasını zəruri
edib. Belə ki, Bakı Slavyan Universitetinin Elmi Şurasının üzvü
Kamal Abdullayevin təşəbbüsü ilə
universitetin Elmi Şurasında “Azərbaycan
multikulturalizmi” kafedrasının
yaradılması haqqında
qərar qəbul edilib.
Dövlət müşaviri Kamal
Abdullayev “Azərbaycan
multikulturalizmi” fənninin
tədrisi bizə nə verir?” sualı ətrafında fikirlərini belə açıqlayıb: “Onun
siyasi əhəmiyyəti
barədə geniş
danışmağa ehtiyac
yoxdur. Bu, böyük
ideoloji, elmi, mədəni, maarifçilik
sıçrayışıdır. Azərbaycan tarixini, ədəbiyyatını,
mədəniyyətini, azərbaycançılıq
məfkurəsini, tolerantlığı
bir yerə toplayıb sistemləşdirmək
və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir. Bununla dünyada
başqa obrazımızı
yaratmaq istəyənlərə
göstərmək istərdik
ki, görün bizim dostlarımız bizim haqqımızda hansı fikirdədir.
Biz bu addımımızla
ətrafımızı genişləndiririk.
Faktlar onu göstərir ki, ilk təşəbbüslər
özünü doğrultdu.
Universitetlərlə əlaqə yaratdıq,
onlara təkliflərimizi
bildirdik və bu təşəbbüsümüz
yüksək dəyərləndirildi.
Bəzi universitetlərdən gələn
təkliflərə əsasən,
bu fənnin tədrisinin gələn semestr davam etdirilməsi
arzulanır. Bütün bunlar
Azərbaycana maraqdan irəli gəlir. Son illər ölkəmizdə
görülən işlər,
cənab Prezidentin rəhbərliyi altında
Azərbaycanın beynəlxalq
miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı
daha çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə
stimul verir”.
Multikulturalizm Mərkəzinin yaranma səbəbləri və fəaliyyəti barədə mətbuata açıqlama verən Mərkəzin icraçı direktoru Azad Məmmədov demişdir ki, məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir: “Multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin yaranması ilə bağlı Fərman may ayında verilsə də, faktiki olaraq strukturun formalaşması oktyabr ayından başlayıb. Amma bu qısa müddətdə Mərkəz xeyli tədbirlər keçirməyə müvəffəq olub. Belə ki, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər, Bakıda isə yekun konfrans keçirilib. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusuna həsr edilən və müvafiq icra hakimiyyətləri ilə birlikdə keçirilən region toplantılarında milli azlıqların nümayəndələri, dini icma rəhbərləri, ziyalılar iştirak edərək müzakirələr aparıb, maraqlı təkliflər irəli sürüblər. Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin, eləcə də dünyanın bu sahə üzrə aparıcı mütəxəssislərinin qatıldığı “Virtual Dəyirmi Masa” təşkil edib. Bakıda keçirilən yekun “Dəyirmi Masa”da Azərbaycandakı multikultural cəmiyyətin üstün məziyyətləri müzakirə olunub”.
Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək.
Mövzu ilə bağlı bütün deyilən fikirləri, aparılan müzakirələr zamanı səslənən rəy və təklifləri ümumiləşdirib bir cümlə ilə ifadə etsək, qəti əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraflarıdır. Dünyada sivilizasiyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 12 may.- S.13.