Şəki-Zaqatala bölgəsindən toplanmış örnəklər

 

Ötən sayımızda Şəki-Zaqatala bölgəsində yaşayan xalqların nümayəndələri ilə bağlı yazı təqdim etmişdik. Mövzunu davam etdiririk. Filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı bildirir ki, istər bölgə daxilində, istərsə də bölgədən kənarda milli azlıqların kitablarının nəşr olunmasına başlanılıb. Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların fîlklîr nümunələri hələ XIX əsrin sonlarından başlayaraq toplanılıb, QƏXTM (CMOMÏÊ) məcmuələrində nəşr olunub. 1990-1991-ci illərdə geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadənin rəhbərliyi altında Şəki Zona Elmi Mərkəzi nəzdində “Folklor labarotoriyası”nın əməkdaşları tərəfindən bu iş geniş şəkildə davam etdirildi. Bu zəhmətin nəticəsidir ki, laboratoriyanın baş elmi işçisi, fəlsəfə doktoru Əli Süleymanov tərəfindən iki kitab – “Babaların hikmət xəzinəsi: Milli azlıqların folkloru (Şəki-Balakən bölgəsi üzrə)”, Bakı-“Apostroff” MMC-2011; Zaqatala çələngi. Bakı-“Elm və təhsil”-2014 ortaya qoyuldu. Bölgənin tarixi-etnoqrafik baxımdan öyrənilməsi tarix elmləri doktorları Qəmərşah Cavadov və Rauf Hüseynova aiddir. (Qəmərşah Cavadov, Rauf Hüsåynov. «Udilər» (tarixi-åtnoqrafik tədqiqat). Bakı-“Elm”-1999); Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı- “Elm”- 2000; Akif Məmmədli. «Balakən-Zaqatala bölgəsi: Tarixi åtnoqrafiyası», Bakı-«Adiloğlu»-2001; Şirinbəy Hacıəli oğlu Əliyåv. «İngiloylar» (tarixi- åtnoqrafik tədqiqat), Bakı-2001 namizədlik dissårtasiyası; «Şimal-Qərbi Azərbaycan: İngiloylar» (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək), Bakı-“Təhsil”-2007 monoqrafiyası, Ålxan Nuriyåv, «Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası», Bakı-«Ålm»- 1989, Məhəmməd Şabanoğlu, «Talanın yastı yolu», (Birinci kitab), Bakı, Azərbaycan Milli Ånsiklopådiyası Nəşriyyatı, 2001; «Talanın yastı yolu», (İkinci kitab), Bakı, Azərbaycan Milli Ånsiklopådiyası Nəşriyyatı, 2001 və s. nəşr etdirilib. Yerlərdə də bölgənin bu və ya digər cəhətdən öyrənilməsinə yüksək dəyər vermək lazımdır”.

İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsindən toplanmış örnəklər (“Azsaylı xalqların folkloru”, AMEA Folklor İnstitutunun nəşri, Bakı, 2014) azsaylı xalqların öz dillərində və Azərbaycan dilində tərcüməsi ilə birlikdə tam və sistemli şəkildə janrlar üzrə toplu halında nəşr olunub: “Məlumdur ki, hər bir bölgədə söylənən fîlklîr örnəklərinə həmin regiînun möhürü vurulub, müxtəlif variantlı nümunələr yaranıb. Məhz buna görə də örnəklərin regiînal baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir axtarış və araşdırmalar əsasında vahid fîlklîr örnəklərinin spesifik xüsusiyyətləri, mərhələ və təşəkkül prîsesləri barədə daha îbyektiv qənaət əldə etmək mümkündür.

Çox maraqlı faktdır ki, milli etniklərin kompakt yaşadığı bu ərazidə qədim adət-ənənələrimizi milli azlıqlar öz folklor nümunələrində qoruyub saxlayıblar.

Regiondan toplanmış örnəklərdə bu özünü göstərir. Məsələn: avarların, saxurların, ingiloyların və başqalarının dilindən özünəməxsus çalarda söylənilən hər bir örnəyin, əslində qəliblənmiş ortaq türk variantı mövcuddur. Bir bayatıda:

 

O qızın şalı var,

Ağ şala oxşarı var.

Özü avar balası

Muğala oxşarı var.

Başında şalı var,

Ağ şala oxşarı var.

Özü ləzgi balası

Muğala oxşarı var.

 

Qəlib variant isə budur:

 

Başında şalı var,

Yanağında xalı var.

Özü ceyran balası

Gör kimə oxşarı var?!

 

Belə nümunələr çoxdur. İstər avarların, istər ləzgilərin, istər saxurların, istərsə də başqa etnosların istifadə etdikləri hər bir örnək Şəki-Zaqatala bölgəsində yaşayan bütün azərbaycanlıların - bütün etnosların xəzinəsidir”.

Udi dilində: “Nij Qəbələnin ən kala yəşəinş kanxoxun sağol Nije, İz kalalığ 100 km2 –te. İz amdarxo 6500 tantun motaxun 4500 yo udiyoğe. Udeğo əyitqala muz udin muze. Həysə nije 2 əili baxçinen, mədəniyəti qoçen (medeniyəti kojesta “Cəngi” əçikaltoğoy dəstəno), 3 kluben, banisinen, kutubxaninen, 5 işkolen, 2 məciden, 1 kilsinen, 3 məbəden sa hemadənə tarixi kanxona. Qəsəbin ərazine Udi dini icminen əşensa. Hamal icmin hoş “ORAYİN” udin mədəniyyət mərkəznal əşepsa”.

Azərbaycan (Türkcəsində) dilində: Qəbələdə ən böyük yaşayış məntəqələrindən biri Nic qəsəbəsidir, ərazisi 100 kv.km-dir. Əhalisi 6500 nəfər, bunlardan 4500-nü udilər təşkil edir. Udilərin danışıq dili Udi dilidir. Nicdə hazırda 2 uşaq bağcası, mədəniyyət evi (mədəniyyət evi nəzdində“Cəngi” rəqs ansamblı), 3 klub, xəstəxana, kitabxana, 5 məktəb, 2 məcsid, 1 kilsə, 3 məbəd və bir neçə tarixi abidələr mövcuddur. Qəsəbə ərazisində Udi dini icması fəaliyyət göstərməkdədir. Həmçinin burada ictimai təşkilat - "ORAYİN" Udi mədəniyyət mərkəzi də fəaliyyət göstərir. İndi də udu dilində folklor nümunələrini və Azərbaycan türkcəsində qarşılığını veririk.

 

***

Andlar

 

Båğ ağçi - Günəş haqqı

Båğ kinə boqaz - Gün kimi yanım, düz dåyirəm

Xaş ağçi - Ay haqqı

Arux ağçi - Od haqqı

Nanay ağçi - Ana haqqı

Nanay ağçi -Ana haqqı

Båzålni ağçi - Canım üçün

 

***

 

İnanclar

 

Kulbak girbatan şotoy loxun çuakiz, bupsun tene bacon.

Barama yığılarkən onun üstündən kåçmək, tullanmaq olmazdı.

- Pərəkəl usum xazalxoxun makan biti diyənə xozal bakatan qojin qonçuxen işaluxa bakala sa xodin loxol lasi siğine. Güyə pərəkəl muğur bay usum xazalane laysa.

Baramaqurdunun tåz yarpağa düşməsi üçün yarpaq tökülərkən åv sakinlərindən biri kümxananın yaxınlığında bitən bir ağaca çıxıb qışqırardı. Bununla da guya ipəkqurdları oyanar və tåz yarpağa çıxardılar.

- Pərəkəl masi baksa burkatan mo pərəkələ pul lafsun ginektun qamişəksay. Şoto görəl sa kotor sil iz boş xe bakala cametun baye iz loxol exala amdarxoy siya zabtune. Sil şi siya zapkatan xene tume batkain, motoxunal şi pul lafstenesa avatun baksa. Motoxun aşa kömürin kotoraçakpi məlinətun basta yal kömürə pərəkəlin bakala kalanin çonxo xaş zabi xena məninatun vosta.

Baramaqurdu ağarmağa başlardısa, bu, qurdun gözə gəlməsi kimi başa düşülərdi. Ona görə də bir parça qızdırılmış kömürü içərisində su olan piyaləyə salıb baramanın üstünə gəlmiş adamların adını çəkərdilər. Kömür kimin adı çəkiləndə suyun dibinə batardısa, bununla da baramanın onun tərəfindən gözə gəlməsini müəyyən ådərdilər. Bundan sonra kömür parçasını əzib küçəyə atar və yaxud kömürdən kümxananın qapılarına xaç çəkib, suyu küçəyə atardılar.

- Xəyin bacane loxol əşinnesa qoya üktənə qonağ eğale.

Əgər it båli üstə ağnayarsa, åvə altı qonaq gələcək.

- Bəyka binen hava qoink bakala vədinə xe eştata taxalatu yal xeni loxun çuakalatun. Halaxun qoruşseyna bina 6 xaşaxun 3 usena sirik xena nu taxalane.

Gəlin və bəy qaranlıq vaxtı su gətirməyə gåtməməli və ya su üstündən kåçməməli idilər. Haldan qorunmaq üçün gəlin 6 aydan 3 ilədək su gətirməyə gåtməzdi.

- Biyi çoxon ocağe loxol tağatan nu xameğane gərək. Xameğain əili bədəne çaça göyün ləkox bakale.

Hamilə qadın müqəddəs ocaqlara gådərkən qaşınmamalıdır. Əgər qaşınsa, uşağın bədənində qırmızı və göy ləkələr əmələ gələcək.

- Biyi çoğon amdara çəp bexain əil çəp biyin bakale.

Hamilə qadın çəpgöz adama baxsa, uşağı çəpgöz olar.

- Pərəkələ xurutul makan biti deyənə muçanaki xuptun boxsa, qonçiöotun paysa. Pərəkəl bakala kala şamtun bokosa. Motoxun oşal xurutulxa nu taxain te vədinal nextun. “Ya oyənki xərux sun-sunaxun hetərtun seseney.” Motoxun oşa xurutulxo pərəkəl bakala bakunux tağalatun.

İpəkqurduna qarışqa düşməməsi üçün südlü sıyıq bişirib, qonşulara paylayardılar. Kümxanada şam yandırardılar. Əgər qarışqalar yånə gåtməsəydilər, o halda dåyərdilər: «Biz gördük ki, itlər bir-birini nåcə didirdilər». Bundan sonra qarışqalar kümxananı tərk åtməli idilər.

- Pərəkəl cənləinşakala vədine amdarxon sun-suna bosteni göyinxoy sil, orux yal kerəs hikənesa tastun tene bakonuy. Tə vədine pəkələn bar tene tadoniy.

İpəkqurdunun canlanması dövründə adamlar bir-birinə bostan bitkilərinin toxumunu, od və başqa şåylər vårə bilməzdi. Yoxsa, barama məhsul vårməzdi.

- Puri admara nepen akatan sa kotor şume kate el babi. Çoya qərəmzoğo taradi sa xodin həcinə lanxi nexnu: “haqa mo vi pay, kul haqa zaxun”.

Bir ölmüş adamı yuxuda görəndə bir parça çörək götürüb arasına duz tökürsən. Üzünü qəbirstanlığa çevirib bir ağacın haçasına qoyursan və deyirsən: “Ala bu da sənin payın, məndən əl çək.”

- Puri amdara nepen aqain, paklin xup boxu iz siya tanesta. Hamal qərəmzoxoy loxol tansa. Te xorayaxun sa boşkav baki tanşta. Qərəmzoğo bakala amdarxonal utunksa.

Bir ölmüş adamı yuxuda görsən, ancaq lobyalı aş bişirib ehsan verirsən. Həm də qəbir üstünə gedirsən. O yeməkdən bir boşqab da ora aparırsan. Orda olanlar yeyir.

- Əil qoya tək mandatan iz turin tərəf munfultun laxsaki, əilen tək qoya makan kibi.

Uşaq evdə tək qalanda süpürgəni baş-ayaq qoyurlar ki, qorxmasın.

- Puri amdara nepen aqain, paklin xup boxu iz siya tanesta. Hamal qərəmzoxoy loxol tansa. Te xorayaxun sa boşkav baki tanşta. Qərəmzoğo bakala amdarxonal utunksa.

Bir ölmüş adamı yuxuda görsən, ancaq lobyalı aş bişirib ehsan verirsən. Həm də qəbir üstünə gedirsən. O yeməkdən bir boşqab da ora aparırsan. Orda olanlar yeyir.

- Əil qoya tək mandatan iz turin tərəf munfultun laxsaki, əilen tək qoya makan kibi. Uşaq evdə tək qalanda süpürgəni baş-ayaq qoyurlar ki, uşaq evdə tək qorxmasın.

Udilər yaz ayında «joğulun axsibay», yəni yaz bayramı kåçirərdilər. Bu bayram mart ayının ortalarında kåçirilirdi. Bu bayramın əsas əlamətlərindən biri hamının åvində ənənəvi xörəklərdən biri sayılan «hərsə» bişirilməli idi. Yumurta bişirib qırmızı boyayardılar. Uşaqlar boyunlarına çanta kåçirib həyətləri gəzər, åv sahiblərindən pay umardılar. Həyət-bacadan Novruz gülü yığardılar. Mahnı oxumaqla yazın gəlişini bəyan ådərdilər:

 

Novruz gülü, Novruz gülü,

Bir gətir, iki gətir, yumurta gətir!

 

Bayram günü axşamçağı həyətlərdə tonqal qalayıb, onun üstündən tullanardılar.

Tonqal üstündən tullanarkən oxuyardılar:

 

Ağrım-acım odda qalsın,

Ağrımı-acımı od aparsın…

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 18 may.- S.13.