Saxurların etnoqrafik həyatının
cizgiləri sözlərdə...
Əslən saxur olan araşdırmaçı-alim Cuma Məmmədov
Saxur fonetikası və etnoqrafik həyatının bəzi
cizgiləri haqqında danışır. Saxurların dili
danışıq, nitq etiketləri, davranış, müraciət,
etik normalara riayət və digər xüsusiyyətlər
sarıdan diqqəti çəkir: “Qədim adət-ənənələri
onun dilində çörək, su və müxtəlif cinslərə
müracətlərin sadəliyi digərlərindən fərqləndiyini
göstərir. Məsələn, müəyyən xalqlarda
“çörək” anlayışında qeyri-müəyyənlik
müşahidə olunması ilə yanaşı,
çörəyin hansı taxılın unundan bişirilməsi
məlum deyil: ““Çörək“lə bağlı olan belə
incəlik saxur dilində özünü aydın şəkildə
büruzə verir. Məsələn,
“çörəyin” q ı k - qarğıdalı unundan, q n e
y - buğda unundan, ş ı l ğ ı d i y - arpa unundan
bişirildiyini bildirir.
Saxurların etnoqrafik cizgilərinin bir sıra başqa cəhətlərini
də qeyd etmək olar. Belə maraqlı xüsusiyyətlərdən
birinə fikir verək. Saxurlarda qadın və kişi cinsinə məxsus insanlara sadə və
incə müraciət-çağırış forması
mövcuddur. Məsələn, qadının dəvət edilməsində
“k e r a” ifadəsindən istifadə olunursa, kişi
üçün “k o r a”, qadının yola salınmasında
“h e r a”, kişinin yola salınmasında - cinsində isə “h
o r a”, “sevirəm” sözü qadının istəyi ilə
“ı k k a n n a”, kişinin istəyi ilə “y i k k a n n a” kimi
sözləri ilə ifadə edilməsi, bu sözlərin cinsə
əsaslanaraq bir hərflə transformasiyası müraciətin
sadəliyi və incəliyi ilə daha çox fərqlənir.
Bir sözlə, saxurların belə müraciət
formalarında ikinci sözün işlədilməsinə
lüzum duyulmur.
Qadına
“əyləşin” - “ g i y ı r e”, kişiyə “g u r e”,
qadına “getmə” - “h i m e k a n”, kişiyə “h ı m a y k
a n”, qadına “baxma” deməsi - “i l m e k a”, kişiyə “i l m
e k k a”, qadının gözəli “m i c a ğ n a”, kişinin
gözəli - “m i c a ğ r a”, qadına “gəlirsənmi” - “
y i k k ə n a n e”, kişiyə “ı k k ə n ə n e” kimi
nəvazişli və incə müraciət formaları
onları digərlərinin müracət formalarından tamamilə
fərqləndirir”. Araşdırmaçı bu qənaətə
gəlir ki, saxurlarda qadına müraciətin incə nəvaziş
formaları var: “Burada saxurlarda qadına olan hörməti ifadə
edilir. Bu baxımdan bəzi məqamları qeyd
etmək yerinə düşərdi”.
C.Məmmədovun təqdim etdiyi sözlərə diqqət
yetirdikdə görmək olur ki, saxurlarda qadına və
kişiyə bir sadə sözdən ibarət olan xüsusi
müraciət formaları çoxdur. Saxurların müxtəlif
dönəmlərində (keçmişdən bu günə
qədər) bu sözlər süni rəndələnməyə
(redaktəyə) məruz qalmayıb, öz təbii
transformativ formaları ilə günümüzə gəlib
çıxıb. Belə ki, “yat” sözünə kişi, qadın cinslərində və heyvana
müxtəlif cür müraciət olunur. Kişi cinsində
yat-q a l i ke, qadın cinsində yat- q a l i y ke və heyvana
yat-q a l u v ke, “gəl” sözündə kişi cinsində gəl-kora,
qadın cinsində-kera və heyvana-kvora, “get” sözündə
kişi cinsində get - hora, qadın cinsində-hera, heyvan
cinsində - hıvora kimi müraciət olunur”.
Araşdırmaçı
bildirir ki, bununla yanaşı saxur dilində üç mənada
işlənən sözlər də var: “ Məsələn,
Vaz zözü: vaz-ay,vaz-nal, vaz-təqvim ayı kimi işlənir.
Bu söz “göy cismi”, “at nalı” və “təqvim-ay”
kimi mənalara malikdir. Təhlil göstərir
ki, saxur dilində birmənalı sözlərlə
yanaşı çoxmənalı sözlər də işlədilir.
Nümunələrə söykənərək
bu tipli təhlillərimizi davam etdirək. Burada
saxurlara məxsus olan bir sıra digər adların
aşağıdakı qruplar şəklində verilməsini
məqsədəuyğun hesab edirik. Belə
yanaşma adın lüğətli müstəvidə daha
operativ tapılmasına kömək edir”.
Musiqi alətləri
və oyunların saxur dilində qarşılığı
maraqlıdır: s i p s i y (dütdak) - tütək, t a m p
ı r - saza bənzər musiqi aləti, d a m d a m a - dəf,
qaval, m ı k h a a - rəqs edir, h u v a ğ a - oynayır, h e
k e - mahnı oxu, h o k i y- mahnı, g e s b ı - ağı demək
və s.” Mətbəx əşyaları və məhsulları:
“Ç i r q a d - mətbəx, ç ı k a – b
ıçaq, ka n -xəmir taxtası, ko v - un saxlamaq
üçün ağac kötüyü oymaqla
hazırlanmış çəllək, a s t a m i y -
çörək bişirəndə istifadə edilən
qarmaqlı dəmir kürək, p a l a n k a ş - süzgəc,
ku k – qaşıq, ku m ku m - qazan, ç ı k - oxlov, x ö
- un, ç u r u - ət, b e l e ka n (alxıt) - nehrə, ke v -
duz, g i n d a r a ğ - ocaqda qazan qoymaq üçün istifadə
edilən üçayaq, kə b - tabaq (taxılı tozdan və
başqa qatışıqlardan təmizləmək
üçün istifadə edilən taxta əşya, s i n i y
- sini, ku l a - çömçə, b ö l m ə - nəlbəki,
s a ka n - taxıl saxlamaq üçün taxtadan
hazırlanmış böyük qutu, kı ş - yağ,
kı n a l - kərə yağı, ka s r ı -
kötüyü oymaqla düzəldilmiş kiçik çəllək
(50 girvənkəlik ölçü), t a ka –
kötüyü oymaqla düzəldilmiş lap balaca çəllək,
kotsay (d i b a k) - həvəng dəstə, t a v a s a r -
tavanın dərin forması, kukay - un ölçən qab, y
e z e n a ku m ku n - mis qazan, kəkku l - təknə, q a r a v a n
- emallı qazan, kı r - emallı böyülk qazan, x y a n -
dolça, vekka - xəlbir, vey t t a r b a k - tutacaq, ça - od,
q u r u - kündə və s.
Ev əşyaları və hissələrinin adlarına
diqqət edək. Məlum olur ki, ku t y e - sandıq, x a y m a – tutun
yığılmasında istifadə edilən enli parça, r
z a-əncəmə, k u k l a k - qıfıl, kilit, n a x x a r i
y - güzgü, q u l - pəncərə, a q q a - qapı, ku v
a - taxta, ka d a - küpə, ko ç e - dəridən
tikilmiş torba, b a l a ğ - yun sapdan toxunmuş un
üçün kisə, h ə p k a - heybə, ka r - cəftə,
y u v a n a k k a - dəmir qapı, x a v - ev, q l t e e r - pilləkən,
v u t - sütün, s i b i l - divarın başlanğıc və
qutaracaq hissəsi, ke b ( k e c e r) - evin özülü,
binövrə, ka t - kiçik tir, d a x a - evin üstü, r o
o s-beşik, x a x r a - divar şkafı, b ə c e (kəç)
- dəlik, ç o r a y - zirzəmi, t u b - günbəz, evin
sütunu, ku r k - tavan və s. deməkdir .
Geyim, bəzək
və yataq əşyaları sarıdan da saxurların dilində
uyğun sözlər var: tülu-yataq dəsti, q u l n i k -
balış, yastıq, l i t-yapıncı, b a d a - şalvar, q
u r t - köynək, t ə k y e- araqçın, g e l l ı m
b ı - ayaqqabı, ka r k-kürk, ç ı r a - kəmər,
m a y z e r - önlük, t u r s ı b ı - corablar, c e c ı
m - döşəməyə salmaq üçün palaz, t
ü l ü - qadınlar üçün saç
örtüyü, katar - yaylıq, h ə t i l – başmaq əvəzi
corab, h ə t x e r - başmaqlar, kaççiy - papaq, t e n
e-sırğa, e k e - muncuq, t u c v a - üzük və s.
“Xörək,
ət məhsulları və yavanlıq adlarına fikir verək:
“o ç e - plov, y ı k - şorba, p a ka l a y - un, yumurta və
süd qarışığından hazırlanan xəmirin
tavaya yağ tökməklə bişirilmiş forması,
makkara - quyruq yağı yanar saca sürtməklə
südlü və yumurta vurulmuş xəmirdən
bişirilmiş və ərinmiş yağ sürtülərək
yeyilən qida məhsulu, g ı r ç - gürzə, q a p a
l e r - qarğıdalı unundan dəyirmi formada kəsilən
xəmirin bişmiş forması, h a t t ı r ı y ı n
t e l e b ı - xəngəl, ç i n t i b ı -
sürhüllü (xəmir taxtasında barmaqla eşiləndən
sonra qıvrılan xəmir tikəsi), ç e k ı n
ç i n t ı b ı - iri sürhüllü, x u r u n
ç i n t i b ı - xırda sürhüllü, g o ğ a m
e r - qağıdalı unundan hazırlanan və yarım
bişmiş baş-ayağın altında (döşəmə
plov kimi düzülən) bişirilən, yeyilməsində əzgil
şərabından istifadə edilən qida, kavu t
-qovrulmuş arpa ununda hazırlanan və bəhməzdə
yoğurularaq yeyilən qida məhsulu, ş o r g o ğ e r -
ayranın çürüdülmüş şorunun
soğançada qovrulub xəmirə qatılmaqla tavada və
ya sacda bişirilməsi, k a t f a b ı - südlü xəmirə
ədviyyat qatmaqla romb şəklində kəsilmiş xəmirin
sacda bişirilmiş forması, n i s s e - pendir, m a q a ş, d
e l a m a - dələmə, n a k - süd, ç u r u - ət,
i ç n a v u r - bağrsağa doldurulmuş ədviyalar
qatılmış farş, kı ş - yağ, kı n a l - kərə
yağı, ke kı y ı n ç u r u (ç i x e n) -
qurudulmuş ət (qaxac), h ə k u y - umac, x u r u n t e l e b
ı - kiçik sürhüllünün lobya, xırda
doğranmış ət parçalarından ibarət
bişmiş forması, l e p a t o k a n - qoz ləpəsinin
süddə (suda) bişirilmiş forması (üstünə
bəhməz çəkilməklə yeyilir). Ku ç - kətə
(lavaş formasında içi əsasən soğançada qovrulan
çürüdülmüş ayran soru ilə doldurulur, əvəzləyici
kimi qabaq, göyərtidən də istifadə edilir) sacda
bişəndən sonra ərinmiş yağ
çəkilməklə yeyilən qida məhsulu, b ı r c ə
h - əriştə, x ı n ka l- qarğıdalı unundan
hazırlanmış dairə şəklində kəsilmiş
xəmir forması və qaxac ətlə yeyilən xörək
və s.
Kənd təsərrüfatı
alətləri və əşyalarının adları: y a k -
balta, kı r a - dəhrə, b e x - toxa, kətmən, a y x a -
mişar, m ə ş ə r - taxta formasında
kötüyü kəsən mişar, d e ğ a - ferma
damı, y ı ç a (dam) - tövlə, d a x a - evin
örtük hissəsi, k u k l a k - qıfıl, kilit, h ə b ə
n - çəpər çəkmək üçün yerə
basdırılan haça, ş a x - xiyar və lobya, qabaq
tağları və çəpər çəkmək
üçün istifadə edilən ağacın uzun
budağı, q a d a x -mıx, mismar və s.
Toxuculuq
alətləri və əşyaları: ə ğ ə -
daraq, t ı b ç i y - yun sapın əyirilməsində
istifadə edilən alət, c e c i m - yerə döşənən
palaz, g ə b ə - xalça, ka a - yun, v e b a - iynə, t u l
u n q - üskük, d e m a n a (s e s u) - böyük iynə, b a
l a ğ-yun sapdan toxunmuş kisə və s.
Kənd təsərrüfatı
bitkiləri və göyərti adları: s i p a - soğan, a r
n a-sarımsaq, s u k - buğda, s ı k ı l - çovdar,
kı t a - arpa, b i r i n z - düyü, ş a l t u k - çəltik,
h ü v ə - mərci, ç ü r ç ü m ə y -
turşənk, k o l e s - əvəlik, ç i ç m a r t i
- acıtərə, vəzəri, b a q a l i y - lobya, v a r d -
qızıl gül, t e t - çiçək, s ü z m ə
o t u y - çüyüd, q a ç ç ı l - xiyar,
ç i ç e y - soğanın yaşıl gövdəsi,
h e n d (d e r n i y) - bostan bitkiləri və s.
Ev
heyvanları və quşların adları: z e r - inək, b a
l k a n - at, v ə kə - qoyun, kı n a - böyük
keçi, v u ç e - düyə, b i s i y - pişik, d a d a l
- xoruz, ka t e - toyuq, ç i p i y - cücə, g e v (u r ğ)
- quzu, ə m ə l e - eşşək, y a ç -
öküz, n u ş ş e y - bir illik dişi quzu, t a k u y (x
u v a) – it, d a y l a ğ - dayçadan böyük minilməmiş
cavan at və s.
Vəhşi
heyvanlar, quşlar, sürünənlər və həşəratlar:
Şeybı - yırtıcı və ya vəhşi heyvanlar,
s o – ayı, x o ç e - ilan, d a ğ a r i l a n – gürzə,
b ə n ə k i y (ka l e z)-kərtənkələ, b ı z
ı l i y - milçək, t o t - arı, b ə n a ç -
cühür, kö v - siçan, m a ç ç e r i y - sərçə,
z ü t x ə r ə v - qarışqa, s ü v ə -
tülkü və s.
Bu kimi faktlar göstərir ki, Azərbaycanda yaşayan azsaylı, eləcə də müxtəlif xalqların nümayəndələri burada özlərini hədsiz güvənli hiss edir, dillərini nəinki qoruyur, eləcə də araşdırır, inkişaf etdirirlər. Başlıcası, onların dili, özünəməxsusluqları dövlət səviyyəsində qorunur, inkişaf etdirilir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 20 may.-
S.13.