Mirzə Kazım bəy: həyatı və yaradıcılığı

 

XIX yüzilliyin əvvəllərində Azərbaycanın Rusiyaya ilhaqından (1813) sonra bir çox Azərbaycan elm adamı Rusiyada fəaliyyət göstərməyə başladılar. Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, M.Abidinov kimi elm adamları Rusiyada şərqşünaslıq elminin inkişafı üçün müstəsna fəaliyyət göstərdilər. Bünövrəsi Mirzə Cəfər Topçubaşov tərəfindən qoyulan Rusiya şərqşünaslığı Mirzə Kazım bəy qardaşı Əbdülsəttar bəy, daha sonra da Abu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Sadıq bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rzayev kimi alim müəllimlər tərəfindən davam inkişaf etdirilib.

Bu elm adamları Rusiyada Şərq elminin müstəsna dərəcədə təbliğatçıları olublar. Rusiya şərqşünaslıq elminin inkişafında bu görkəmli elm adamlarına çox borcludur. Bunun bir örnəyi 1846-cı ildə Rusiyada arxeologiya cəmiyyətinin qurucusu olan Mirzə Cəfər Topçubaşovun fəaliyyətidir. Rus, ingilis Şərq dillərini mükəmməl bilən yuxarıda adları çəkilən Azərbaycan elm adamları bir çox diplomat, alim, şair elm adamlarının da müəllimi olub, ya da Şərq dillərini öyrənməkdə onlara kömək ediblər. Prof. Ağababa Rzayev uzun müddət apardığı tədqiqatın nəticəsi olanAzərbaycan şərqşünaslığı” (Bakı, 1970) adlı kitabda yazır ki, Mirzə Cəfər Topçubaşov A.S.Puşkinin poetik yaradıcılığına təsir göstərib. Rus şərqşünaslıq elmində müstəsna xidmətləri olan, bütün ömrünü Rusiyada maarifin şərqşünaslığın inkişafına sərf edən Mirzə Kazım bəyin (1802-1870) maraqlı həyat tarixçəsi var.

Azərbaycanın Quba şəhərində anadan olan Mirzə Kazım bəyin atası sonralar Qubadan Dərbəndə köçüb. Hələ kiçik yaşlarından ərəb, fars, Osmanlı türkcəsini mükəmməl öyrənən fövqəladə istedad sahibi Mirzə Kazım bəy 17 yaşında yazdığıƏrəb dilinin qrammatikasıəsəri ilə bütün Qafqazda məşhurlaşır. 18 yaşında isəMüamma Mühasadlı əsər yazır. 20 yaşından sonra isə onun həyatı Rusiya ilə bağlıdır. Tədqiqatçılar bu tarixi bağlılığı belə izah edirlər: 1822-ci ildə Mirzə Kazım bəyin atası Hacı Qasım Dərbənddən Həştərxana sürgün edilir. İki il sonra Dərbənddən Həştərxana gələn Mirzə Kazım bəy Həştərxanda Şərq xalqlarının dil, tarix, adət-ənənəsini öyrənməyə başlayır. O tarixlərdə bu yerlərdə xristianlığı təbliğ etmək məqsədilə Qərbdən buralara göndərilən missionerlərlə tanış olaraq, onlardan ingiliscə, almanca, fransızca öyrənməyə başlayır. Özü isə onlara ərəbcə, farsca, Osmanlı türkcəsi Azərbaycan türkcəsini öyrədir. Bunlardan xəbərdar olan rus hökuməti onu Sibirə sürgün etmək qərarı verir. Fəqət xəstələndiyi üçün bir müddət Kazan şəhərində yaşamalı olur.

Kazanda tanış olduğu bir rus elm adamı onun həyatında müstəsna rol oynayır. O, Mirzə Kazım bəyin istedadını görərək, dövlət idarələrinə məktublar yazıb onun Rusiyada qalıb çalışmasını təklif edir məqsədinə nail olur. 1825-ci ildə Mirzə Kazım bəy Rusiyanın Omsk şəhərində Şərq dilləri müəllimi vəzifəsində çalışır. 1826-cı ildə isə universitetdə çalışır bir müddət sonra fəaliyyətini Peterburq Universitetində davam etdirir. Kazan Universitetinin Türk-Tatar bölümündə 23 il dərs deyən Mirzə Kazım bəy universitetin fəlsəfə fakültəsinə 2 dəfə dekan seçilir.1849-cu ildə Kazan Universitetindən ayrıldıqdan sonra da universitetin elmi şurası onu universitetin fəxri üzvü seçir. Mirzə Kazım bəy Kazan Universitetində işlədiyi illərdə Rusiyanın ünlü yazıçısı olan Lev Tolstoyla tanış olur. Tədqiqatçıların yazdığına görə, Tolstoy iki il ondan türk ərəb dillərini öyrənir. Şeyx Şamilin müasiri olan Mirzə Kazım bəy Kazanda yaşadığı illərdə Şeyx Şamil hərəkatını araşdıraraqMüridizm Şamiladlı əsərini yazır. Bu əsər Şeyx Şamil haqqında yazılan ilk əsər hesab olunur.

1849-cu ildə Kazan Universitetindən ayrılaraq Peterburq Universitetində çalışmağı qərara alır: “Mənim bütün düşüncələrim yalnız yalnız cəmiyyət elm qarşısında mənəvi borcumu yerinə yetirməyə yönəlib” – deyir. Rus, ərəb, fars, türk, fransız, ingilis, alman dillərində rahatlıqla tədqiqat apara biləcək səviyyədə, bəzi dilləri danışa biləcək qədər bilən Mirzə Kazım bəy həm tərcüməçi, həm tədqiqatçı, həm müəllim olaraq tanınmışdı. Sədi ŞirazininGülüstanəsərinin bir çox bölümlərini rus dilinə ilk dəfə tərcümə edən Mirzə Kazım bəy 1842-ci ildəQuran”ı fransız dilinə tərcümə edib, 1850-ci ildə yazdığıDərbəndnaməəsərini ingilis rus dillərində Peterburqda nəşr etdirib. Bundan başqaMuhtasarü’l-Vikayəti Məsaili Hidayəəsərini 1845-ci ildə Kazanda ərəbcə rusca, 1865-ci ildəBab Babilər”, “Ərəb ədəbiyyatına dair mülahizələrəsərlərini yazıb, Uyqur türkləri haqqında bir sıra araşdırmalar aparıb. Hələ 1839-cu ildə Kazan Universitetində nəşr etdirdiyiQrammatika-Turetsko-Tatarskoqo yazıka” (“Türk-tatar dilinin qrammatikası”) kitabı 1848-ci ildə Almaniyanın Leypsik şəhərində yayınlanıb.

Mükəmməl bir türk ləhcələri qrammatikası olanRus-tatar dilinin qrammatikasıəsərində müəllif türk dillərinin materiallarından da müqayisəli şəkildə istifadə edib. Böyük elmi-pedaqoji fəaliyyəti olan Mirzə Kazım bəyin Rusiyadakı xidmətləri rus şərqşünaslarının da diqqətindən yayınmayıb. Professor N.Veselovski bu münasibətlə yazırdı: “Şərqin öyrənilməsi işinin əsasını bizdə avropalılar başlamayıblar. Bu məsələ indi dərin köklər salıbsa, demək, biz ilk növbədə Mirzə Kazım bəyə borcluyuq”.

Quran”ı rus dilinə tərcümə edən görkəmli şərqşünas alim İ.Kraçkovski 1950-ci ildə Mirzə Kazım bəy haqqındamilliyyətcə azərbaycanlı olan, Şərq elmləri üzrə əsaslı təlim görən Mirzə Kazım bəy üç Şərq dilini mükəmməl bildiyi üçün həmin dillərdə çox əsər yazır beləliklə , Qərb aləsində adının populyarlaşmasına səbəb olurdeyir. Doğrudan da Mirzə Kazım bəy 100-dən çox əsər yazıb bu əsərlər Avropanın müxtəlif ölkələrində yayınlanıb. Şərq fəlsəfəsinə, Şərq xalqları folkloruna yaxından bələd olan Mirzə Kazım bəy Şərq folkloru ilə bağlı tədqiqatlarında folklorun yazılı ədəbiyyata təsirini xüsusi vurğulayırdı. 1848-ci ildə RusiyadaSevernoe obozreniejurnalında yayınlananFirdovsinin əsərlərində fars mifologiyasıadlı məqaləsində müəllifdünya millətlərinin əsatir-əfsanə dinlərində ümumi bənzər yönlərolmaqla birlikdə hər xalq üçün, onun özünəxas cəhətləri olduğu, yənibir xalqın mənəvi aləmi digər xalqın mənəvi dünyasını əks etdirə bilməzqənaətinə gəlir, hər millətin tarixi ədəbi inkişafında o millətin əfsanə, adət-ənənələrinin önəmli yeri olduğunu göstərir. O, Hürmüz Əhriman üzərində duraraq Hürmüzü xeyirxahlıq, Əhrimanı bədxahlıq təmçilçisi kimi təqdim edir Hürmüzün qalib gəlmə səbəbini, onun ədalətində iradəsində görür.

Dövrünün böyük zəka sahibi, Rusiyada şərqşünaslığın patriarxı, ensiklopedik biliyə malik olan Mirzə Kazım bəyin elmi fəaliyyəti Rusiya sərhədlərini aşaraq dünyada tanınmağa başlayır. O, 1829-cu ildə LondondakıBritaniya Krallığının Asiya Cəmiyyəti”nə üzv seçilir. Belə bir şansa sahib olmaq ilk dəfə Mirzə Kazım bəyə nəsib olub. Görkəmli şərqşünas 1835-ci ildə Rusiya Elmlər Akademiyasına, Rusiya Coğrafiya Cəmiyyətinə, 1843-cü ildə isə Kopenhagen Kral Cəmiyyətinə üzv seçilir. Göründüyü kimi, Mirzə Kazım bəyin elmi-ədəbi fəaliyyəti öz dövründə zirvədə dayanıb. Bu zirvəyə yüksəlişdə Şərq ədəbiyyatı fəlsəfəsinin, Şərq dillərinin, rus ictimai-siyasi fikrinin böyük payı var.

 

 

Maarifə Hacıyeva

Professor

Xalq Cəbhəsi.- 2016.- 21 may.- S.14.