“Ölkədə yayılmış qədim
fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi”
Zümrüd Quluzadə:
“Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi
mətnləri, Quran, orta əsr Şərq yazılı abidələri
və çoxsaylı tədqiqatlar məlumat verir”
I
yazı...
“Azərbaycan
fəlsəfəsi anlayışı tarixən Azərbaycanda
və ölkə xaricində yaşayan müxtəlif dil, din
və mədəniyyətlərin
daşıyıcıları olan azərbaycanlıların fəlsəfi
irsinin təşəkkül və təkamülünü əhatə
edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda
fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə
qədəm qoyub. Bu ölkədə qədim
dövrlərdən başlayaraq yüksək
sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif
dil, din, həyat tərzlərinin çulğaşması Azərbaycan
etnosunun mənəvi mədəniyyətinin məhvəri olan
fəlsəfi fikir və dünyagörüşünün təşəkkül
və təkamülü üçün münbit zəmin
yaradıb”. Bunu fəlsəfə elmləri
doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadə qeyd edib.
O, bildirib
ki, ölkənin fəlsəfi mədəniyyətin
inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi,
tarixən yüksək şəhər mədəniyyəti,
daim müxtəlif dil və din daşıyıcıları
olan regionlarla əlaqələrinin mövcudluğu
mühüm rol oynayıb: “Bunların sayəsində artıq
e.ə. 1-ci minilliyin 1-ci yarısında ölkə õàlqlàrının ictimai şüurunda
varlığın başlanğıcı və sonu, təkamülü,
insan və mühitin, maddi və qeyri-maddinin, rasional və
irrasionalın münasibətlərinin, həqiqət, xeyir,
şər və ədalətin çoxçalarlı əlaqələrinin
dərkinə yönəlmiş fəlsəfi mülahizələr
və onları ehtiva və təmsil edən mifologiya və
dinlə bağlı, kökləri keçmiş minilliklərə
gedib çıxan müxtəlif ideoloji cərəyanlar olub.
Azərbaycanda
fəlsəfi fikrin inkişafını izləmək
üçün keçmişin mühüm yazılı
abidələri – Avesta, pəhləvi mətnləri, qədim
yunan filosofları və tarixçilərinin əsərləri,
orta əsr yazılı abidələri, ölkə ərazisindəki
arxeoloji qazıntıların materialları, dil və
şifahi ədəbiyyat tarixinin tədqiqi və s.
araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi
dünyagörüşünün təşəkkülü
insanın təbiətə münasibətində fetiş,
totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları
ilə bağlı olub. Bu təsəvvür və
təlimlər, müxtəlif kultlarda və insànın mühitdən
özünümüdafiəsinə yönəlmiş magiyada
da əksini tapıb. Müasir elm e.ə.
1-ci minilliyin 1-ci yarısında Azərbaycanda zərvanilik, zərdüştilik
fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş
yayıldığını göstərir.
Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji
təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas
prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri,
Quran, orta əsr Şərq yazılı abidələri və
çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə
Zaman, bəzi hallarda Zaman ilə Məkan varlığın
yaradıcısı, bütün mövcud şeylər sonsuz
Zamanın – Zarvana akarananın təzahürləri,
mövcudatın fenomenləri isə od və
suyun müxtəlif mütənasiblikdə birləşməsi
kimi təqdim edilir. Həmin təlimə görə keyfiyyət
iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən
işıq ruhu, əzəli və əbədi Hörmüz
maddi varlıqları və həyatı yaradır, ikinci
keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən
isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli
olmadığı kimi, daimi də deyil. Zərdüştiliyin
teoloji risaləsi “Şikand-qumaniqçivar”da (“Şübhəni
aradan qaldıran şərh”) mövcudatı sonsuz Zamanın –
Zarvana akarananın təzahürü kimi qəbul, Allahı,
ruhun ölməzliyini, cənnət və cəhənnəmi
inkar və yalnız maddəni real hesab etdiyinə görə
zərvanilik tənqid olunur. Zərvaniliyin
görüşləri orta əsr Şərq yazılı mənbələrində
də tənqid edilir. Bununla belə, bu təlim
dünya fəlsəfəsinin sonrakı inkişafına, o
cümlədən onu tənqid edən zərdüştiliyə
də böyük təsir göstərib”.
O, əlavə
edib ki, Robert Eysler zərvaniliyin Şərq və qədim yunan
fəlsəfi fikri ilə bağlılığını
göstərərək, xüsusilə onun Ferekid və
Anaksimandrın teoqoniyalarına təsirindən, İ.D.
Rojanski isə Anaksimandrın kosmoqoniyasında Zərvanın
Xronosla oxşarlığından yazıblar: “Azərbaycan fəlsəfi
fikrində digər mühüm cərəyan zərdüştilik
idi. Zərdüştiliyin görkəmli abidəsi
“Avesta” əsərində dövrün sosial-mədəni,
xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat
toplanıb. Qədim və orta əsr mənbələri,
eləcə də bir çox sonrakı tədqiqatlar Zərdüştün
tarixi Azərbaycan ərazisində yaşaması,
“Avesta”nın bizə çatan mətninin əslinin isə
Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya
alınması barədə məlumat verir. Erkən
zərdüştilik öz əksini qatalarda tapıb. Bu dövrdə geniş yayılmış politeist təsəvvürlərdən
fərqli olaraq Zərdüşt mövcudatın ilk səbəbini
monoteistcəsinə izah edərək Ahura Mazdada
görürdü. Qatalarda kainatın tərkibi
– yer, göy, okean, işıq, dağ və dənizlərin
zaman daxilində yaranmasına, cənnət, həqiqət,
xeyir, sülh, əməksevərlik və s. fəlsəfi,
sosial, etik və estetik məsələlərə toxunulur.
“Avesta”ya görə Ahura Mazda öz nurundan göy cismlərini,
ruhundan isə altı ölməz Xeyir ilahəsini yaradır
ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil
edir. Bu, Yaradılışın birinci dövrü idi.
İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə
qavranılan, kamilliyi və xeyiri təmsil edən
mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu
daxil olur və Şər ilə Xeyir arasında mübarizə
başlayır. Bəşəriyyətin vəzifəsi
Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən
ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt
yaşayacağı üçüncü dövr olacaq”.
O, bildirib
ki, “Avesta”da Şər ruhuna qarşı Həqiqət,
Ədalət və İşıq rəmzi olan Arta qoyulur:
“Ruhların mübarizəsində kainatda konkret nəfslərin
daşıyıcıları (insan, heyvan, bitki, mineral və
s.) fəal iştirak edir. Kainatın
daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə
xasdır. İnsanın nəfsi – onun
inamı, dünyagörüşü, mənəvi prinsipləri
ilə bahəm onun davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini
təmsil edir və o öz azad iradəsinə uyğun xeyir və
ya şər yolunu seçir. Qatalarda mühüm yeri
müharibəyə və hər növ zülmə
qarşı etiraz, sosial problemlər, kəndlilərin və
kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin
– torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri
tutur, bu işdə insanın rolu vurğulanır, Ahura
Mazdanın keyfiyyətlərinə yiyələnmiş insanlar
ailəni, məskunlaşdığları yeri, ölkəni
möhkəmləndirməyə sövq edilir.
Zərdüştiliyin mənəvi prinsipləri Humata
(xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz),
Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı
qorumaq, əməksevərlik, qənaətcillik, xeyirxahlıq,
ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik
sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər
üzərində qurulmuş maddi və mənəvi cəhətdən
bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
Zərdüştilik
İranda hakim dinə çevrildikdən sonra gələlcəkdə
onun ümumbəşəri xəlqi və humanist müddəaları
öz yerini, əsasən, təlimin esxatoloji görüşlərinə,
ayin və mərasimlərinə verdi. Lakin
zərdüştiliyin iki başlanğıcın vəhdəti,
onun əksliklərin qarşıdurması və mübarizəsi
üzərində yüksələn mövcudatla bağlı
təsəvvürləri, təbiətə və insana
yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı,
utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə
münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd
məfhumlar – ilk başlanğıc, işıq, zülmət,
xeyir, şər, həqiqət və s. kateqorial anlamları
minilliklər ərzində ictimai fikirdə müxtəlif
formalar alaraq dünya fəlsəfi mədəniyyətinin ənənəsi
kimi yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan
və orta əsrlər islam Şərqinin
zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi,
demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanlar
zərdüştilik ideyalarının yaşaması
üçün münbit zəmin oldu.
E.ə. 1-ci minilliyin 1-ci yarısında Azərbaycan fəlsəfi
fikrinin inkişafında Midiya kahinləri nəslindən olan
maqların təlimi mühüm yer tutur. Səciyyəvidir
ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə
yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil,
həm də təlim yaradıcısı kimi daxil olmuşlar.
Mədəniyyət tarixində “maqlar dini”ndən
deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs
edilib. Buna səbəb isə maqlar təliminin
mənəvi mədəniyyətin müxtəlif sahələrini
ehtiva etməsidir. Maqların
dünyagörüşü o dövrün yüksək
inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə
əsaslanırdı. Onların öz
biliklərindən istifadə edərək təbiət və
cəmiyyət həyatına müdaxilələri çox
vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət
tarixində maq anlamı altında zərdüştiliyin təmsilçilərini
və ümumiyyətlə, müdrikliyi ilə seçilən
şəxsiyyətləri nəzərdə tutmuşlar.
Şərqdə piri muğan anlamı alim,
müəllim, müdrik mənasında işlənir”.
Zümrüd
Quluzadə qeyd edib ki, Zərdüştilik ilə bərabər
maqların təliminin qədim yunan mədəniyyəti və
fəlsəfəsinə təsirini Demokrit, Pifaqor, Anaksarx,
Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem,
Gekatey öz əsərlərində göstərirlər: “Qədim
yunanlara istinad edən Laertli Diogen yazır: “Aristotel qeyd edirdi
ki, muğlar misirlilərdən qədimdirlər… və Klark himnosofistləri
(Hindistan brahmanlarını) maqların şagirdləri hesab
edirdi”. Bununla belə maqların ilkin fəlsəfi
görüşləri haqqında məlumat çox azdır.
Maqlar oda üstünlük verir, təbiət
hadisələrini ilahiləşdirirdilər. Onlar varlığın (allahlar da daxil olmaqla) tərkibini
xırda zərrələrdə (atomlarda) görürlər.
Laertli Diogen maqların mövcudatın atomlardan ibarət
olması təsəvvürləri ilə, onların
“görüntülər” haqqında təlimi və bu təlimin
Epikürün görüşləri ilə
bağlılığı haqqında yazırdı ki, maqlara
görə, şeylərdən ayrılan görüntülər
vasitəsilə insan formaları görür və dərk
edir.
Əli
Xalq
Cəbhəsi.- 2016.- 21 may.- S.9.