Bir nağıldı
ömür yolu...
II
yazı
Həbs
olunmasının səbəbini Əhməd müəllim
özü belə göstərir: “Həbs olunmağım
üst-üstə düşən üç hadisə ilə
bağlıdır. Birincisi, 37-ci ildən üzü bu yana o dövrün bütün faciələri
gözümün qabağında baş verirdi. Adamların
arasında gizli narazılıqlar dolaşır, təbii ki,
heç kəs sözünü ucadan deyə bilmirdi. Ümumi narazılığı əks etdirən bir
neçə şeir yazdım. Şeirlərdə
konkret olaraq Stalinin adı çəkilməsə də, fəhmli
insanlar söhbətin kimdən getdiyini o saat başa düşürdi.
İosif adını dəyişdirib Yusif eləmişdim.
Fikrini öyrənmək məqsədilə həmin şeirləri
məşhur bir yazıçının yanına arardım…
Həmin adam şeirləri oxuyandan sonra
götürüb verir lazımi yerə ki, bəs bunu filankəs
yazıb… İkincisi, müəllim işlədiyim kəndin kənd
sovetinin sədri hər il xeyli artıq
torpaq sahəsi əkdirirdi. Onun rüşvətxorluğundan,
zülmündən cana doyan bir neçə
həmkəndlim yuxarılara şikayət məktubu göndərmişdi.
Zərfin də üstünü rus dilində mən
yazmışdım. Bu məsələ ilə
bağlı kolxoza komissiya gələcəyini əvvəlcədən
biləndə, “kolxoz aktivləri” yüz hektara yaxın zəmini
təcili şumlatmışdılar. Gələn
komissiya sədrin tərəfini saxlamışdı.
Torpağın altından çıxarılıb sübut
kimi göstərilən sünbüllərə “otdur” deyib, bu
işi böhtan kimi qələmə verdilər... Elə oradaca
“böhtançıları” cəzalandırıb
“Qazaxıstana” sürgün etməyi qərara aldılar… Yuxarıdakı məsələyə bir də kəndin
komsomol təşkilatı katibi kimi rayon komsomol komitəsinin
plenumundakı çıxışımda Uduluda sosial vəziyyətin
son dərəcə ağır olduğunu dediyimə görə
məni Bakıdakı evimizdə həbs etdilər. Bu işlərin hamısı demək olar ki, eyni
vaxtda baş vermişdi və mənim taleyimi həll etmək
üçün bir-birini tamamlayırdı. Məhkəməsiz,
tribunalsız həbsdən sonra 5 il seçki hüququndan məhrum
edilməklə ömürlük Azərbaycana qayıtmamaq
şərtilə mənə yeddi il iş
kəsdilər”.
Beləliklə,
o, Sovet hökuməti, Stalin quruluşu haqqında tənqidi
şeirlər yazdığına – “antisovet təbliğatına”
görə 10 il azadlıqdan məhrum
edilir…
Əhməd müəllim ilk əvvəl Qorki vilayətinin
ən bataqlıq ərazisi hesab edilən, “qurşağa qədər
bataqlıq olan “Suxobezvodnaya” qəsəbəsinə göndərilib. Bir müddət
sonra isə Tayşet vilayətinə, daha sonra Koma-Maqadana
ararılıb. Burada olan sərt iqlim, ağır iş
şəraiti, dəhşətli vəziyyət 24
yaşlı Əhmədi əldən salır, zəiflədir,
xəstələndirir. Bir az sonra
özünün dediyinə görə, işlər
yaxşı olur. Nəzarətçilər onun
teatr texnikumunu bitirdiyini, “artist olduğunu” biləndən sonra
düşərgədə bədii-özfəaliyyət dərnəyi
təşkilini ona həvalə edirlər. O gündən
Əhməd müəllim düşərgədə
saxlanılır, ağır işlərə ararılmır.
Hətta bu “gözdən-könüldən uzaq”
yerdə anasından öyrəndiyi türkəçarələr
də köməyinə çatır. Bitki-ağaclardan
düzəltdiyi məlhəmlərlə xəstə
yoldaşlarına kömək etdiyi üçün onu
düşərgəyə “feldşer” də təyin edirlər.
Təşkil etdiyi ansamblla bayram günlərində
konsertlər verir, tamaşalar göstərir. Odur ki, hər kəs cavan Əhmədə hörmət
bəsləyir. Həmin illəri ürək
ağrısı ilə xatırlayan Əhməd müəllim
ömrünün sonuna kimi dustaq yoldaşları barədə
danışmaqdan yorulmazdı. Deyərdi ki, o illər mənim
üçün ən böyük məktəb oldu: mərdlik,
kişilik, düzlük, paklıq, dostluq, haqqı-nahaqdan
seçmək, hər şeydən əvvəl
sözünün ağası olmaq məktəbi. Əhməd müəllim o məktəbin üzvlərinin
çoxusu ilə, milliyətindən asılı olmayaraq son
illərə qədər (sağ qalanlarla) məktublaşardı,
hətta bir çoxlarının övladları ilə də
görüşərdi – qonağı olardı və ya qonaq
çağırardı. Həmin insanların
hamısının adı, soyadı, yeri-yurdu ilə birlikdə
bu gün də Əhməd müəllimin şəxsi
arxivində hifz olunur: Ənvər Vəliyev (Qubadlı), Məşədi
Muradov (Saatlı), Lazım, İbrahim və Xeybulla
(Dağıstan), Semeçenko K. (Kiyev), Pennon A. (Gəncə),
Kaxbaqorov (Lvov), Zeyni A. (Ağcabədi); cəmi 30 nəfər.
1954-cü ildən ölkədə siyasi iqlim
yavaş-yavaş yumşalmağa başladı. Bir çox
günahsız, böhtan ucbatından həbs olunan insanlar azad
olunmağa və ya həbs müddəti azaldılmağa
başladı. Əhməd müəllim dörd il səkkiz ay Şimalda saxlandıqdan sonra
(M.C.Bağırovun məhkəməsindən sonra) azad olur,
ancaq 1991-ci ildə tam bəraət alır. 1956-cı
ilin yayında Tava kəndinin sakini Zabitə xanımla ailə
qurur. Onların Mahmud, Aydın və Elçin adında
üç övladı olur. Onlar
atalarının şərəfli yolunu davam etdirirlər.
Əhməd yenidən kənd məktəbinə
rus dili müəllimi təyin edilir. Belə qərara gəldi
ki, necə olursa-olsun, yarımçıq qalmış ali təhsilini başa vursun. Nəhayət,
arzusuna çatır.
Daha çox elmi yaradıcılıqla məşğul
olmağa, pedaqoyi sahədə təcrübəsini
artırmağa başladı. Əhməd müəllimin
məktəbdə təşkil etdiyi sinifdənxaric işlərlə
- şair, alimlərlə, əmək bahadırları,
aşıqlar, sinədəftər insanlarla görüşlərin
təşkil etməsi ilə rayon məktəbləri
arasında seçilməyə, hətta respublikada
tanınmağa başlamışdı. Mütəxəsislər,
pedaqoyi sahənin kamil biliciləri, məşhur pedaqoqlar,
müəllimlər Əhməd müəllimin məktəbinə
təcrübə əldə etməyə gəldilər.
Kənd müəlliminin belə bir təcrübəsi
barədə məlumat keçmiş sovetlər ölkəsinin
mətbuat orqanlarında da işıqlandırılmağa
başlandı. Odur ki, Əhməd müəllim
İttifaqda – Moskva, Leninqrad, Aşqabad, Kiyev, Daşkənddə,
Alma-Atada, Gürcüstanda keçirilən elmi-rraktik konfrans,
simpoziumlara dəvət olundu. Onun dəyərli
çıxışları, məruzələri mərkəzi
mətbuat orqanları ilə bütün İttifaqda
yayıldı. Təcrübəsi
yayılmağa başladı. Əhməd
müəllimin şəxsi arxivində hifz olunan pedaqoji
mühitlə bağlı məqalələrinin sayı 200-ə
yaxındır. 1967-ci ildə Moskva Dövlət
Univeristetində Əhməd müəllimin elmi-pedaqoyi fəaliyyətinə
həsr edilmiş sərgi təşkil edilir. Həmin sərgidə
müəllimin 28 elmi əsəri, 200-dən çox məqaləsi
nümayiş etdirilir… Sərgiyə heyranlıqla tamaşa edən
qazax alimi D.Tursunov demişdi: “Bu müəllim, elm fədaisidir,
yaradıcı insandır”.
Nəhayət, Əhməd müəllim pedaqoji sahədə
olan təcrübəsini ümumiləşdirib maraqlı bir
dissertasiya ərsəyə gətirdi. Yuxusuz gecələrin,
elmi axtarışların bəhrəsi olan namizədlik
dissertasiyasını 1968-ci ildə - 39 yaşında uğurla
müdafiə edib pedaqoji elmləri namizədi alimlik dərəcəsi
aldı. Alimin dissertasiyası ilə tanış
olan görkəmli alimlərdən – P.İ.Xerakov, M.Mehdizadə,
A.Yuravlyova, Ü.Reçitskaya, N.Kuitski, K.Mukanov və b. həmin
əsərə yüksək qiymət veriblər. Qazaxstan,
Özbəkistan, Türkmənistan, Başqırdıstan və
s. bir çox “Elmi-tədqiqat Pedaqoyi İnstitutları həmin
əsəri geniş şəkildə müzakirə
etmiş, alimin ayrı-ayrı iş təcrübəsi
haqqında, elmi fəaliyyəti barədə 20-yə qədər
məqalə yazılıb.
İmran
Məmmədov və Qiriqori Qomelskinin vəsaitində
yazılıb: “Ə.Cəfərzadə sadə bir kənd
müəllimi olub. O, Tava kəndinə heç kəsin
ağlına gəlməyən möhtəşəm bir muzey
yaradıb”.
S.Marşak
yazırdı: “Əhməd müəllim, sizə
keçdiyiniz dərslərdə uğurlar arzulayıram və
tutduğunuz yolda müvəffəqiyyətlər diləyirəm”…
S.Mixalkovun isə bir məktubunda oxuyuruq:
“Çalışqanlığınız sübut edir ki, siz
sülh carçısısınız. “Heç
vaxt ruhdan düşməyin. Ruh
düşkünlüyü uğur gətirməz”, – fikri isə
S.Saratkovun məktubundan sətirlərdir. Dağıstan
şairi R.Həmzətov öz məktubunda belə
yazırdı: “Xalqlar arasında yaradılan dostluq
bütün dünyaya sülh yaymaqdır”.
Daha kimlərin böyük sevgi, məhəbbət hissi,
xüsusi şövqlə dediyi fikirləri özündə
yaşadan məktubları yoxdu Əhməd müəllimin
şəxsi arxivində? Pedaqoqlar, şair və yazıçılar – A.Barto,
M.Şoloxov, D.İxrami, N.Tixonov, B.Kerbabayev, A.Tvardovski,
M.Tursunzadə, M.Mirşəkər, A.Vensilova, Q.Qulam, M.Kərim,
A.Yakobson və başqa məşhurlar Əhməd Cəfərzadənin
ünvanına və onun şagirdlərinə onlarla məktublar
göndəriblər…
Ümumiyyətlə,
bu ünvana 82 yazıçının, 172 artist, rəssam və
bəstəkarın göndərdiyi məktubları onillərdir
məktəbin ən dəyərli, yadigar eksronatı olaraq
keçmiş illərdən soraq verir günümüzə.
Haşiyə: Əhməd Cəfərzadə 1948-ci ildən təqaüdə
çıxana kimi - əlli ildən artıq müəllimlik
peşəsini şərəflə yerinə yetirmiş, 30 il Tağılı kənd məktəbinin
direktoru vəzifəsində işləyib… Ötən
əsrin 70-ci illərində, ilk dəfə əlinə yurnal
alıb sinfə girdiyi Tağılı kənd məktəbi
binasının vəziyyəti acınacaqlı idi. Nəyə görəsə, rayon rəhbərliyi, təhsil
şöbəsi yeni məktəb binası tikilməsini ləngidirdilər.
Kəndini, elini-obasını dərin məhəbbətlə
sevən Əhməd müəllim bu məsələ barədə
bacısı, professor Əzizə xanıma məlumat verir.
Əhmədin xarakterinə, xasiyyətinə bələd olan
Əzizə xanım onun təlaşını görüb təsəlli
verərək deyir:
-
Qardaş, heç narahat olma. Məktəbi mən
tikdirəcəm. Bu yaxınlarda “Gənclik”
nəşriyyatı mənim “Aləmdə səsim var mənim”
romanımı 20.000 tirayla çar edəcək. Oradan mənə çatacaq qonorara yaxşı bir məktəb
tikdirmək olar. Həmin qonorarı anamın
uyuduğu bu torpağın balalarına – şagirdlərə
halallıqla bağışlayacam.
Bu
sözlərlə elə bil Əzizə xanım
qardaşına dünyanı bağışladı… Əhməd müəllim yaxşı bilirdi ki,
Əzizə xanım bir işdən ötrü söz verməsin,
söz versə, qurtardı. 1979-cu tədris
ilinə Əzizə xanımın qonorarına Tağlıda
məktəb və bir klub hazır oldu. Məktəb
binasının təntənəli açılışı
oldu. 1999-cu ildə məktəbin 20 illiyi
qeyd olundu. Sonra da Əzizə xanım bir az
sevincək, bir az da kövrək səslə dilləndi:
- Nə
yaxşı ki, Əhməd məni bu işə sövq etdi…
Nə yaxşı ki, bu abidəni elimə-obama
bağışladım… Nə yaxşı ki, uşaqlıq
illərimin ayaq izləri dəymiş, anamın uyuduğu,
ruhunun dolaşdığı bu torpağa az
da olsa, yarıya bildim… Halallıqla oxuyun, işləyin və
istifadə edin…
Əhməd Cəfərzadə təkcə pedaqoyi sahədə
çalışmaq, şeir, nəsr əsərlər yazmaqla
kifayətlənməyib. Onunla yaxından tanış olandan
(1972-ci il) sonra yəqin etdim ki, o, Şirvan aşıq, poeziya,
muğam, folklor mühiti, tarixini, dini ocaqları, tarixi yerləri,
dialektologiyası, qədim adət-ənənlərimizin kamil
bilicisi, toplayıcısı, tədqiqatçısıdır.
Hər şeydən əvvəl bir də onu yəqin
etdim ki, bütün bunları əldə etməkdən
ötrü o, bütün Şirvanı oba-oba, kədbəkənd,
şəhərbəşəhər gəzib, minlərlə
insanlarla görüşüb. O zamanlar 70-80
yaşında olan bu insanların – söyləcilərin
çoxusu – M.Ə.Sabir, A.Səhhət, C.Cəbrayılbəyli,
T.Əlyarbəyov, M.Məhəmmədhəsən, M.Mahmudbəyov,
Aşıq İbrahim, Aşıq Nurəddin, Aşıq
Bilal, Kalvalı Əli, Ə.Qarayev, S.M.Qənizadə, Ü.Kələntərli,
A.Gəraybəyli, E.Əfəndiyev, Hacı Məmmədov və
başqalarını tanımış, ya tanıyan, ya onlarla
ünsiyyətdə olmuş, ya da onlarla məclislərdə
iştirak edib, dost olublar. Bunun nəticəsi
odur ki, hal-hazırda Ə.Cəfərzadənin şəxsi
arxivində neçə-neçə xatirə dəftəri,
nağıl, əfsanə, aşıq, şairlərin
şeirləri, deyimlər, ağılar, bayatılar
yaşayır. Əminəm ki, alimin şəxsi
arxivi gec-tez geniş tədqiqata cəlb ediləcək, öyrəniləcək.
Seyfəddin Qəniyev
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 25 may.-
S.14.