Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”

 

“Xalq Cəbhəsi” qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərindən müəyyən parçaları təqdim edirik.

 

III yazı

 

Digər əmlak və istehsal vasitələrindən olan fabrik və digər bu kimi quruluşlara gəlincə, bunların xırda mülkiyyətlərə bölünməsi tətbiqi imkansız olduğundan burada çalışan işıqlının yüksək tutulması xüsusi surətdə hazırlanan əmək qanunlarının nəşri ilə təmin olunub, dəmir yolu, işıq, su, telefon, teleqraf və sairə bu kimi ümumi işlərə xidmət edən quruluşlar yə milliləşir və yaxud bələdiyyələşdirilirdi. Azərbaycanlılar Rusiya istilası zamanında əsgərlik etməyə məcbur olmadıqlarından, əsgərlikdən tamamilə məhrum qalmışdılar.

Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə almışdısa da, Azərbaycanı tələsik tərk etmək məcburiyyətində qaldığından buna müvəffəq ola bilməmişdi: ordunun quruluşu azərbaycanlıların çox az olan öz zabitlərinin öhdəsinə buraxılmışdı. Başda ağsaqqal Səməd bəy olmaqla, müxtəlif ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və əngəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari, topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər. İki ilə yaxın divan edən hərbiyyə məktəbindən yüzlərcə kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların göz yaşları içində dost və düşmənə göstərdi. Az zaman içində Azərbaycan ordusu öz başlanğıc tarixinə Lənkəranın əsgərlər tərəfindən fəthi kimi şanlı sətirlər yazdırdı ki, bir sağalmaz xəstəlik dəə o intizam və itaətin son dərəcə yetişdiyini, ikincisində isə mənəviyyat və fədakarlığının bənzərsiz olduğunu göstərirdi.

Azərbaycan höküməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6-7 ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6-7 gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman halına gətirmişdi.

Anarxiya əsnasında Azərbaycan dəmir yolları, qonşusu Gürcüstanın yollarına nisbətlə məhv olmuş kimi idi. Stansiyalar bərbad olmuş, körpülər uçurulmuş, lokomotivlər qaçırılmış, vaqonlar parçalanmış, oturacaqlar (divanlar) qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yolun işləkliyi müharibədən əvvəlki halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu.

Bundan başqa yol və körpü nazirliyi cümhuriyyətin ticarət, gəmi və siyasi həyatını genişlətmək üçün həyati əhəmiyyəti olan Bakı-Culfa yolunu inşa, Kür çayı üzərində qurduğu böyük körpünün açılışı təntənəsinə hazırlaşırdı. Dəmir yolu işçisi hazırlamaq məqsədiylə Türklərə aid dəmir yolu, teleqraf və c. texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış, dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi (Bolşevik istilasından sonra bu quruluşlar tamamiylə aradan qaldırıldı. Son rəsmi məlumata görə, hal-hazırda dəmir yolu məmurlarından yalnız yüzdə otuzu türkdür – M.Ə.R).

Dəmir yolu idarəsi, eyni zamanda fəna halında pozulmuş Bakı-Batum neft borusunu gözlənməyən bir cürət və məharətlə təmir etmiş, əvvəlkindən daha fəal şəkildə neft alverinə başlanmışdı. Cümhuriyyətin quruluşundan əvvəl bir-birinin ətini yeyən əhali arasında hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir əmin-amanlıq və intizam vücuda gəlib, hər tərəfdə bələdiyyə və məhəlli idarələri qurulurdu. Boş buraxılan ərazi ciddiyyətlə əkilməyə başlanmış, hər tərəfdə əkinçilik əvvəlki halını almışdı. Şəhərlər telefonlarla bir-birinə bağlanmış, teleqrafla da təbii bir dildə müharibəyə girmişdilər.

Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi ögrətimin (təhsilin – M.Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstanbuldan öyrətmənlər gətirilmişdir. Bundan başqa xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya litseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.

Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi. Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdı.

Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu. İstanbul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə Azərbaycanın “Yavru bayrağı” (Xalidə Ədib Adıvarın nitqindən – M.Ə.R.) Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib qutladı, sevindi. O üç rəngli köksü hilallı gənc bayrağa arzular diləyərək dedi ki, “Tanrı sənə qara gün göstərməsin”.

 

***

CÜMHURİYYƏTİN BƏXTSİZLİYİ

 

1 – Əsrimizin Gərsivəzləri. 2 – Siyavuşun qabaqcadan duyumu. 3 – Siyavuşun dəhşətli röyası. Cümhuriyyətin qatili, Firəngisin nitqi.

Firdovsi, Siyavuşun diliylə deyir ki:

 

Çu xurrəm şəvəd cayi arəstə

Pədid ayəd əz hər sui xastə

 

( Bir yer gözəl və yaşıllıq olsa, hər tərəfdən ona istək və arzu çoxalır-M.Ə.R.)

Pərişan və düşgün bir haldan “süslənmiş” olub çıxan Azərbaycanın içdən və qıraqdan çoxlu “duyğu”ları çıxdı. Sağından və solundan bir-bir qarışıqlıq şəklində ortaya çıxan “qara bastı”larhttp://rasulzade.org/books/5_4.html - link5 (Qara basdı Azərbaycan xalq türkcəsində kabus mənasında işlə-M.Ə.R.) min cürə hiylə, fitnə və pis niyyətlərlə Azərbaycanda qatmaqarışıqlıq yaradır, onu rahat buraxmırdılar. Birisi əlində Denikinin siyah örtüsü, digəri isə Leninin qanlı pərdəsi ilə Azərbaycanın gününü qara, mavi səmasını qanlı etmək istəyirdilər.

Nəhayət, bu iki qüvvə Azərbaycana qarşı düşmanlıqlarında əl birliyi edərək dünya millətləri arasında tam bərabərliyə malik bir hüquqla yaşamaq istəyən bu gözəl məmləkətin aydın həyatını bulandırdılar, mühitini qara qırmızı buludlarla örtdülər. Əsrimizin Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və ondan intiqam almaq istəyən Gərsivəzlər də az deyildi. Bu Gərsivəzlər özlərinə Türk kommunist qrupunun bəzəyini vermişdilər. Gərsivəzlər qrupu artıq Siyavuşu devirmək qərarını vermiş, intriqalarına başlamışdılar. Bu intriqa, hər şeydən əvvəl Azərbaycanla Türklüyə xəyanətlə suçlamağa yönəlmişdi.

Gərsivəzlər Türkiyədəki Turançıları inandırdılar ki, Azərbaycanın fikri ayrıdır. İngiltərə, Fransa və Amerika ilə əlaqəsi var. Yanına gizli elçilər gəlir. Turan düşməni ermənilərlə barışır. İran ilə sıxışıb birləşir. Əcəm siyasəti yeridir. Şiəliyi irəlilədir. Bu məqsədlə o, İrana heyət göndərib, İrandan da bir heyət qəbul edib. Sözlərinə daha artıq təsir vermək üçün, beynəlmiləl nəzakət üsulu olan alışılmış siyasi ziyafətləri mənfi anlamda yozaraq Gərsivəzin: “Həmi yadi Kavus girəd becam” - dediyi kimi bunlar da “Azərbaycanlılar ingilis imperialistlərinin sağlığına içirlər” – deyə öldürücü bir zərbə ilə çox mütəəssir olan türk xalqını aldadırdılar.

Rusiya ölüm-qalım mücadiləsində olan Türkiyəyə yardıma gedirmiş və ingilis tərəfdarı Azərbaycan höküməti ona yol vermirmiş – deyə apardığı təbliğatları bolşevik sui-qəsdlərinin ortaq suçlusu olub, Qafqasiyanın Rusiya tərəfindən təkrar istilasına hazırlayırdı. Halbuki Azərbaycan öz qoruyucularından və qurtarıcılarından olan türklərin, kommunist olsalar da, onların əleyhinə sui-qəsd bəsləməyəcəklərini ümid etmış, dəniz qüvvələrini, zirehli maşın və dəmir yol qatarlarını və şəhərin qoruyucu qüvvələrini bütünlüklə bunlara əmanət etmişdi.

Firdovsidə böyük bir “fatalizm” var. Hər bir vaqeəni, o, qatı çarəsizlik kimi göstərir. Onun hər qəhrəmanı başına gələcəkləri ya röyasında görür, ya da ilahidən eşidir və nə qədər çalışıb qeyrət etsə də, öz qədər və taleyindən bir təhər qurtula bilməz. “Şahnamə” şairi, bu şəkildə ən sevdiyi qəhrəmanlarından ayrılarsa da, daima: “Çinin əst ayini çərxi-bülənd” (Dünyanın adəti belədir) – deyə ovunması olur.

Fatalizm yalnız Firdovsi kimi bioqrafiya romantiklərində deyil, İranın qəzəl yazan lirik şairlərində var. Başda gələn qəzəl ustası Hafiz Şirazinin “... Dər kui nik pəsəndi-təğyir de qəzara” (Xoşbəxtlik məhəlləsinə bizi buraxmadılar. Bəyənmirsənsə, qədərini dəyişdir – M.Ə.R.) beyti şahidi deyilmi? Firdovsi ilə Hafizdəki fatalizm çağdaş Avropa ədiblərindən, Belçikanın şöhrətli şairi Meterlinkdə də var. Meterlink də həyata, insanların arzu və iradələri fövqündə bir qüvvənin idarə etdiyinə inanır. Təqdirə böyük mövqe verir. Dünyada nə olursa, insanın başına nə gəlirsə. “Göy quş” müəllifinə görə, o, qabaqcadan müəyyən olunub. Hekayələrinin birində məhz bu fəlsəfəni, o, baxınız necə izah edir: “Doğan qadının başı üstünə şəhərin ən usta həkimi gəlir. Qadında bir şey yoxdur, sağ-salamat qurtarır deyə arxayın olur. Halbuki evin ağsaqqal babası məyusdur. Onun gözünə kölgə kimi bir şey görünür. Bu kölgə qapıdan Əzrail kimi girir. Baba bütün bu təsəllilərə rəğmən müztəribdir. Nəhayət, yeni doğulan cocuğun səsi gəlir. Cocuq rahatca doğulduğu halda, anası həyatını xilas edə bilmir. Mamaçanın işarəsindən hamı qadının öldüyünü öyrənir. Cocuqla bərabər bütün ev adaçları da ağlamağa başlayır.

Firdovsi sözünün hərəkəti ilə yaranan Siyavuş, Meterlinkin “ixtiyar babası” kimi qapıdan girən Əzrailini görmüş, təcrübəli doktorun təsəlli və arxayınlıqlarına rəğman demişdi ki:

Şəvm zarin kuşte bər bi günah

Kəsi-digər ayəd bər in taco gah

(Məni düşmən kimi öldürərlər. Bu tac və taxta başqa birisi sahib olar-M.Ə.R.).

Azərbaycana da içdə sığındığı qüvvələrin bir-bir qara ilan zəhəri ilə vücudunu zəhərləməyə, dost bildiyi yaxşıların bir qismini düşmən olduğunu sezməyə, Qarabağ dağlarında erməni üsyanını yatırmaq üçün bütün əsgər qüvvələrini Rusiya hüdudundan oraya çəkmək məcburiyyətində qalmağa və bu minvalla şimalda toplanan bolşevik qüvvəsinin qorxu ilə düşünməyə başlarkən, hökumət başçısının istiqbaldan ümidi qırılmış, yaxın dostlarının yanında Siyavuş kimi məyusanə bir tərzdə demişdı ki: “Sanki Cümhuriyyətin son günləridir. Sanki artıq mövqemizi digərlərinə verəcəyik”.

 

Xalq Cəbhəsi.- 2016.- 1 iyun.- S.14