Əsgəri təşkilat və Qızılbaş əyanları

 

2-ci yazı

 

Faruq Sümər yazır ki, qorçular Səfəvi xassə əsgərləri olmaqla I Şah İsmayıl tərəfindən Cığatay hərbi təşkilatı əsasında yaradılmışdı. Ancaq qorçu hərbi təşkilatı Azərbaycanda XV əsrdə vardı. Ölkənin sərhədlərinin qorunması Şahın mühafizəsi xüsusi dövlət qvardiyası olan qorçulara tapşırılırdı. Mənbələrdə qorçuların vilayətlərdə sərbəst yaşamaları müharibə zamanı öz rəislərinin rəhbərliyi altında birləşmələri haqqında məlumatlara təsadüf edilir. Tavernye yazır ki, qorçular əskidən nəcabətli hesab edilən nəsillərdən olub cəsurluqda

həmişə məşhur olublar. Bu şəxslər türkmanlar kimi çadırda yaşayırlar övladlarını gənc yaşlarında Şahın xidmətinə göndərirlər ki, burada da onların təlim-tərbiyəsi ilə şahpərst olana qədər məşğul olurlar. Tavernye qorçuların soykökləri, yaşamları haqqındakı məlumatlarında səhvlərə yol verib. Ona görə ki, Azərbaycan türk xalqının XVI-XVII yüzilliklərdə böyük şəhərləri, kəndləri vardı əhalinin geniş kütləsi sənətkarlıq, ticarət əkinçiliklə, müəyyən qismi isə yaylaq-qışlaq heyvandarlığı ilə məşğul olurdu. Türkmanların isə bu dövrdə Azərbaycan türk-türkmən xalqının təməl ellərindən doğma Türkman adını saxlayan bu adla anılan tayfalarından biri olması bəlli həqiqətdir. XVI-XVII yüzilliklərin tarixçilərinin göstərdikləri kimi qorçular Ustaclı, Türkman, Rumlu, Əfşar, Qacar, Bayat, Varsaq başqa türk boylarından səfərbər edilmiş xüsusi nizami qoşun növü olub, tərkiblərində qeyri millətlərdən əsgərlərin olması haqqında dövrün heç bir qaynağında məlumata təsadüf olunmur. Necə ki, Şarden öz şəxsi müşahidələrinə istinad edərək yazırdı: «Qorçular bir neçə dəfə zərbə yemələrinə baxmayaraq, bu gün nizami qoşunun ən güclü heybətli hərbi hissəsidir. Onlar türkman, tatar soyundandırlaröz kəndlərində yaşayır, başqa qəbilə tayfaya qarışmayıblar».

Alman səyyahı Engelbert Kempfer yazırdı ki, cəsarətləri ilə şöhrət qazanmış boylu-buxunlu qorçular türk soyundandırlar. Səfəvi dövlətinin idarəsində güc söz sahibi olan qorçuların soykökü haqqında Engelbert Kempferin dəyərli məlumatı Şardenin yuxarıda qeyd olunan fikirinin doğruluğunu təsdiq edərək tamamlayır.

Tavernyenin gündəliyində isə qorçuların mənsub olduqları türk ellərinin həyat tərzi ilə bağlı nöqsanlara baxmayaraq onların hərbi keyfiyyətləri, I Şah Abbasın dövründə onlara münasibət təminatları tarixi həqiqətə uyğun bir səpkidə təsvir olunub. O yazır ki, hamısı süvari olan qorçulara cirə yaxşı məvacib verilir.

Bəzən qorçuların içərisindən elə şəxslər çıxır ki, onlar ölkənin ali idarəsində yüksək vəzifəyə sahib olurlar. Adətən onları «Qızılbaş» adlandırırlar. Deyirlər padşahın 22 min qorçusu var ki, hamısı cəsarətli igid olub, müharibə meydanında heyranedici hünərlər göstərirlər. I Şah Abbas bu qoşunu aradan götürüb onların yerində qulamları yerləşdirmək üçün çox çalışmışdı, çünki onlardan qorxurdu bəzən yaxınlarına deyirdi ki, yalnız qorçular ölkə iqtidarına qarşı çıxıb ona müqavimət göstərə bilər. Bu səbəbə görə , onların bəzi imtiyazlarını ləğv edib qulamlara verdi. Ancaq bu tez dayandı, o öz arzusunu tamamilə vaxtında həyata keçirə bilmədi. Qorçuların sərdarı qorçubaşı adlanır onların özlərindən olurdu. Şah başqa tayfalardan onlara sərdar təyin edə bilməzdi. Qorçu alayı minbaşı, yüzbaşı onbaşıların başçılıq etdiyi minlik, yüzlük onluqlara bölünürdü. Qorçubaşı ildə 150 tümən, minbaşı 70 tümən, yüzbaşı 30 tümən, onbaşı 15 tümən məvacib alırdı. Sıravi süvarinin hər birinə isə 10 tümən yaxud 15 tümən verilirdi. Bundan əlavə, hər üç ildən bir Şahın iştirakı ilə qorçuların paradı, yaxud onlara ümumi baxış keçirilir ki, bu zaman onlara məvaciblərinin üçdə bir hissəsindən çox ənam verilir. Bu ənam birinə az, birinə çox, xülasə hər kəsə qabiliyyəti bacarığına görə ödənilir. Şah böyüklərdən birini öldürmək istəyəndə bu işi qorçulardan biri yerinə yetirirdi. Tavernyenin qorçuların rütbə vəzifələrinə görə aldıqları maaş haqqındakı məlumatları, XVII yüzilliyin 80-ci illərində Engelbert Kempferin bu barədə verdiyi məlumatlara tam uyğun gəlir. Ancaq Engelbert Kempferin gündəliyində sıravi qorçuların maaşlarının 9-10 tümən olduğu göstərilib.

Rəfael dyu Mans istisna olmaqla, dövrün başqa avropalı müəllifləri qorçubaşının illik məvacibi haqqında eyni məlumatlar verilib ki, bu da onların birinin digərinin əsərindən istifadə etməsi ilə əlaqədardır. Rafael dyu Mansın əsərində qorçubaşının illik məvacibinin 1000-1500 tümən arasında «Təzkirət əlmüluk» da isə 1491 tümən 7200 dinar olduğu qeyd edilir ki, sonuncu Azərbaycan Səfəvi dövlətinin maliyyə sistemi ilə bağlı ilk qaynaq olduğuna görə, burada qorçubaşının illik məvacibi haqqındakı məlumatın daha doğru olduğunu deməyə imkan verir.

Alessandri hələ XVI yüzilliyin 70-ci illərində yazırdı ki, Şah beş min nəfər qorçuya muzd verir. Onlar ən nüfuzlu, bacarıqlı adamların içərisindən seçilmiş Şah qorçuları, yəni əslində onun şəxsi qvardiyasıdır. Qaynaqlarda mərkəzdəki qorçularla bərabər, əyalətlərdə 20-30 min, bəlkə də bundan da bir qədər çox qorçu olması haqqında məlumatlar var. Pyetro della Valle qorçuların sayının 12000 nəfər olduğunu yazıb. Şardenin yazdığına görə əvvəllər onların sayı 60.000-70.000 nəfər olub, ancaq I Şah Abbas qorçuların sayını azaldıb, 30.000 nəfərə endirib. Onların əvəzinə bir neçə piyada tüfəngçi alayı yaradıb. E.Kempfer isə 10-12 min nəfərdən çox döyüşkən

kişidən ibarət olan qorçuların mənsub olduqları ellərin birliyinə, onların himayəsinə arxalandıqlarını, ellərindən seçilmiş yüksək rütbəli zabitlərə tabe olub, hətta Şah qarşısında da qeyd olunan səbəblərə görə öz varlıqlarını qoruyub saxladıqlarını qeyd etməklə heç bir səhvə yol vermir. Ancaq E.Kempferin qorçuların sayı haqqındakı məlumatlarında ziddiyyət də vardır. O, qorçuların sayının 10-12 mindən çox olmadığını qeyd etdikdən sonra yazır: «Bu gün 15-20 min nəfərlik qorçu keçmişdə eyni adda mövcud olan hərbi qüvvənin yalnız bir hissəsini təşkil edir».

Cemelli Karerinin gündəliyində isə Sultan Hüseynin (1694-1722) hakimiyyətinin ilk illərində qorçuların sayının 22000 nəfər olduğu yazılıb. Ancaq Alessandrinin yazdığı kimi, mərkəzdəki qorçular 4-5 min nəfərdən çox olmurdu. Tavernye də şəxsi müşahidələri əsasında mərkəzdəki qorçuların sayını, həm də onların xüsusi qoşun növü olduqlarını müəyyənləşdirmişdi. Şah bir qayda olaraq istər müharibə, istərsə də dinclik dövründə 4000 süvariyə məvacib, ərzaq verir və onların atlarını yemlə təmin edirdi. Bu alay bəlli bir yerdə savaşa hazır vəziyyətdə saxlanılan qvardiya idi. Alayın hər bir əsgəri məvacibini nə vaxt haradan alacağını da bilir. İndi 25 ildir ki, onlar heç kimlə müharibə etməyiblər, yəni Qəndəharı fəth edəndən sonra qonşu dövlətlərlə savaş olmayıbdır. Bu müddətdə süvarilərin çoxu əlavə xərcə görə atlarını ya satmış, ya da tələf etmişdilər. Onlar tələf etdikləri atlarının dərisinin damğalı hissəsini saxlayırlar. Ona görə ki, hərbi vəziyyət elan olunduqda atlar, yaxud onların dərisinin damğa vurulmuş hissəi yoxlanılır. Dərinin damğalı hissəsi suya salınır və atın xəstəlikdən, qocalıqdan öldüyü, yaxud qəsdən tələf edildiyi dərhal müəyyənləşdirilir. Atını qəsdən öldürən süvari ağır tənbehdən xilas olmaq üçün dərhal özünə at alır. Nişan təkcə atlara deyil, dövlətə aid olan bütün qılınc, tüfəng, ox-kamanbaşqa silahlara, məmulatlara da vurulurdu. Damğa Şaha məxsus atların sol budunda olurdu. Hərbi paradlarda, hərbi hazırlığa baxışda hər bir əsgərin silahı və atı onun nişanı ilə yoxlanılırdı.

1654-cü ilin oktyabr ayında II Şah Abbas Qəzvində öz süvarilərinin hərbi paradını təşkil etmişdi ki, bu on-on iki gün davam etdi. Gündüzlər Şah öz bağlarından birinin qarşısında əyləşir və ordunun yüksək mənsəb sahibləri, yəni əmirlər onun qapısında dayanardılar.

Gün ərzində bir neçə süvari alayın atlıları onun qarşısından bir-bir keçirdilər. Hər bir süvari Şahın oturduğu yerə yaxınlaşanda atını çaparaq oxu kamandan sol tərəfdəki nişana atırdı. Parad qurtarandan sonra oxla nişanı düz vuranların məvaciblərini Şah bu işlərə baxan şəxslərin hesabatlarına uyğun olaraq artırırdı. Bu hərbi paradda Şah «Qara süvari» ayaması ilə tanınan və çox məharətli oxçu olan süvariyə hər ay 15 tümən məbləğində əlavə məvacib verilməsi barədə göstəriş vermişdi.

Qızılbaş tayfa süvarilərindən ibarət olan qorçuların mənbələrdə tayfalar üzrə ayrıca hərbi hissələrdə birləşməsi, onların hər birinin isə öz qorçubaşısı olması haqqında məlumatlar da az deyil. Məsələn, Ustaclı qorçubaşısı 1514-cü ildə Çaldıran vuruşunda öldürülmüşdü. Həsən bəy Rumlu H.941 (1535)-ci ildə Osmanlı ordusunun Azərbaycana ikinci dəfə hərbi yürüşündə Türkman, Rumlu, H.959 (1552)-cu ildə İsmayıl Mirzənin Ərzruma yürüşündə Naxçıvan, H.979 (1572-1573)-cu ildə Qızılbaş ordusunun Gilana hərəkətində Ustaclı, Qəribli qorçularının qoşunun əsas hissəsini təşkil etdiyini göstərir. Eyni zamanda, Şah Təhmasibin vəfatı zamanı Rumlu, Əfşar, Qacar, Bayat, Varsaq qorçularının saray gözətçisi olduğunu qeyd edir. H.932 (1526)-cı ildə Camın Sarıqamış deyilən yerində özbəklərlə savaşın sonuncu anında I Şah Təhmasibin göstərişi ilə döyüşə girən 3000 atlının 1700 nəfəri Şamlı, Zülqədər qorçuları olub, elə döyüşüntaleyini onlar həll etmişdi. Şah Süleymanın 1668-ci il sentyabr tarixli fərmanında Şirvanda Şahsevən, Əfşar, Şamlı qorçularının yerləşdiyi və Dərbəndin mühafizəsinin isə Dərbənd qorçularına tapşırıldığı göstərilir. Bu faktlar Qızılbaş tayfa qorçuları ilə bərabər, şəhər əhalisindən də qorçu hissələri təşkil olunması və onların geniş kütləsinin vilayətlərdə yerləşməsindən xəbər verir. Əslində qaynaqlarda qorçular vilayətlərdə yaşayır deyildikdə, burada onların müəyyən hissəsinin sərhəd vilayətlərində yerləşdirilməsi və bu vilayətlərin qorunmasının onlara tapşırılması nəzərdə tutulur. Sanson bu barədə daha aydın məlumat verərək yazırdı ki, ölkənin sərhədlərinin mühafizəsi qorçubaşının tabeçiliyində olanqorçu adlanan əsgəri heyətə tapşırılmışdı.

1693-1694-cü illərdə Səfəvilər ölkəsində olmuş Cemelli Kareri də qorçuların yüksək nüfuz sahibi olduğunu bildirərək yazırdı ki, cəsarətli döyüşçülərdən ibarət olan qoşuna qorçuya Qızılbaş deyirlər ki, onların sayı bu gün 22 min nəfərə yaxındır. Qorçuların “general” və ya əmirləri «Qorçubaşı» adlanır və gündə 15 tümən (Ehtimal ki, Cemelli Karerinin əsərinin çapında qorçubaşının maaşı aylıq əvəzinə səhvən gündəlik kimi göstərilmişdir) məvacib alır. Bu qorçu dəstəsi komandirlərinə (yəni qorçubaşı) tabe olan zabitlərə minbaşı, yüzbaşı, onbaşı deyilirdi. Hər bir adi qorçu isə ildə 15 tümən məvacib alırdı. Cemelli Kareri sözünə davam edərək yazır: «Vilayət xanları və hakimləri və Şah sarayının digər vəzifə sahibləri qorçularqulamlar arasından seçilirlər, çünki onların mütənasib boy-buxunumehriban ürəkləri var».

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2016.- 9 noyabr.- S.14.