“Azərbaycanda təxminən 20-dən
artıq azsaylı xalqların nümayəndələri,
müxtəlif dinlərin daşıyıcıları
yaşayır”
Oruc Quliyev: “Bunlar həm də müxtəlif sivilizasiyaların
Azərbaycanda mövcud
olduğunu göstərir”
“Azərbaycan mədəniyyəti
xalqımızın tarixi
qədər qədim və zəngindir. Uzun və
mürəkkəb inkişaf
yolu keçmiş teatr, kino, musiqi
və xalq sənətinin müxtəlif
növlərinin tətqiqi
Azərbaycan xalqının
yüksək mədəni
irsə malik olmasını sübut edir. Azərbaycan xalqı özünün
tarixi, maddi-mədəniyyət
abidələri, zəngin
ədəbiyyatı, incəsənəti
və musiqi mədəniyyəti ilə
haqqlı olaraq fəxr edir və onu qoruyub,
olduğu kimi gələcək nəsillərə
ötürməyi özünü
borclu hesab edir”. Bunu Xətai rayon Mərkəzi
Kitabxansının direktoru
Oruc Quliyev qeyd edib. O bildirib ki, Azərbaycan
çoxmillətli, çox
dinli mozaik bir ölkədir: “Azərbaycanda təxminən
20-dən artıq azsaylı
xalqların nümayəndələri,
müxtəlif dinlərin
daşıyıcıları yaşayır. Bunlar həm də
müxtəlif sivilizasiyaların
Azərbaycanda mövcud
olduğunu göstərir.
Tarix göstərir ki, bütün dövrlərdə
xalqımız həm
öz dinindən kənar olan insanları, həm də müxtəlif millətlərin nümayəndələrini
həmişə hörmətlə
qarşılayıb. Mövcud milli-mədəni
müxtəliflik və
etnik dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli,
çoxkonfessiyalı diyar,
dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.
Bu səbəbdən Azərbaycanda millətlərarası,
dinlərarası tolerantlığın,
xoşgörünün olduğunu
söyləmək mümkündür.
Ölkədə azsaylı xalqların
milli mədəniyyətinin
inkişafına şərait
yaradılmışdır. Millətin öz varlığını
qorumasının yollarından
biri onun dilinin, mədəniyyətinin
qorunub saxlanılmasıdır
ki, bu da
Azərbaycan dövləti
tərəfindən təmin
olunur”.
Onun fikrincə, Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox
əhəmiyyətli nümunədir:
“Bu gün dünyanın
bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı
hörmətin, mədəniyyətlərarası
dialoqun olmamasıdır.
Bu gün Avropada, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, dünya sivilizasiyasının bünövrəsini
təşkil edən,
millətlərarası münasibətlərə
çox ciddi təsir göstərən
qarşılıqlı hörmət
anlayışı, tolerantlıq
anlayışı aradan
götürülüb, nəinki
aradan götürülüb,
hətta bir alət kimi istifadə olunur ki, milləti millətə qarşı
qaldırsınlar və
hansısa problemlər
yaratsınlar.
Həm dünyada baş verən bu kimi
hadisələr nöqteyi-nəzərindən,
həm də bu il ərzində
Bakıda bir neçə mötəbər
tədbirin, o cümlədən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini
bildirən prezident İlham Əliyevin, ölkəmizin tolerantlıq
ənənələrinə, mədəniyyətlər və
sivilizasiyalararası dəyərlərə
mühüm töhfələr
verdiyini nəzərə
alaraq, 2016-cı ili “Multikulturalizm” ili elan etməsi bu proseslərə bir cavabdır. Multikulturalizm
ilinin elan olunması, həm Azərbaycanda insanların,
millətlərin, konfessiyaların
birgə yaşaması
üçün ən
əsas düsturdur, həm də Azərbaycanın regionda rolunu müəyyən edən bir faktordur.
Yəni
biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə
birləşdirmək iqtidarındayıq.
Biz bu gün
bağlayıcı, inkişaf
etdirici bir amilə çevrilmişik”.
O bildirib ki, “Multikulturalizm
ili” Azərbaycanın
dünyadakı mədəniyyətlər
və sivilizasiyalararası
dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa
həm dövlət başçısının, həm
də xalqın milli iradəsinin ifadəsidir: “Multikulturalizm
ilində ölkəmizdə
yaşayan azsaylı xalqların, toplumların dillərinin, adət-ənənələrinin,
mədəniyyət nümunələrinin
qorunması strateji istiqamət kimi müəyyən edilmişdir.
Bu il maarifləndirmə
məsələsinə üstünlük
verilməsi, multikulturalizm,
tolerantlıq anlayışının
düzgün qəbul
olunması üçün
tədbirlərin keçirilməsi
bir məqsəd kimi qarşıya qoyulub. Tolerantlığın məkanı, multikultural
ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin
dialoqunun inkişafına,
mədəni müxtəlifliyin
qorunub saxlanılması
və sivilizasiyalar arasındakı qarşılıqlı
münasibətlərin tənzimlənməsinə
yönəlmiş mühüm
layihələrin, mötəbər
forumların gerçəkləşdirilməsi
sahəsində zəngin
təcrübəyə malikdir.
Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlara əməl edərək birgə yaşaması ideyası dayanır. Amma bu zaman mədəni, dini, dil, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail olmağın alətləri də gözəl və dəqiqdir – tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.
Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın.Mövcud milli-mədəni müxtəliflik və etnik dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çox konfesiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir”.
O.Quliyev hesab edir ki,Azərbaycanda həm multikulturalizm ənənələri, həm də tolerantlıq xalqın milli xüsusiyyətləri ilə bağlıdır: “Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Dünyada sivilaziyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələnin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Mövcud multikultural mühit, tolerantlıq dünyanın bir çox dövlətlərinin diqqətini cəlb edib. Dünyadakı din xadimləri Azərbaycandakı mövcud vəziyyəti yüksək qiymətləndirirlər. Hazırda Avropanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu fənn təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə bağlıdır. Bu, Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərdən biridir”.
O bildirib ki, Prezident İlham Əliyev, müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”nin elan edilməsi ilə bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi vəzifələr qoyulduğunu vurğulayıb: “Qloballaşma, sürətli məlumat mübadiləsi, məlumatın ötürülməsinin asanlaşması və XXI əsrdə gerçəkləşən digər proseslər bir çox ölkədə mədəniyyət fərqini daha da artırıb. Bu səbəbdən kitabxanaların mədəniyyətinə, dilinə və dininə baxmadan cəmiyyətin bütün üzvlərinə xidmət etməsi, cəmiyyətin ehtiyacını qarşılayaraq bilik mənbəyi kimi çıxış etməsi onların üzərinə düşən əsas vəzifələrdən biridir.
Multikulturalizm qavramının qərb ölkələrində həyata keçməsini məcburi hala gətirən texnoloji və sosial proseslər, son zamanlarda Azərbaycanda da eyni ciddiyyətlə ələ alınması gərəkən mövzulardır. Dünyada gedərək sürətini artıran texnoloji və sosial inkişaf bütün cəmiyyət qurumlarına, o cümlədən kitabxanalara birbaşa təsirini göstərməkdədir. Kitabxanalar ənənəvi xidmətlərlə yanaşı, cəmiyyətdə ehtiyac duyulan yeni xidmət sahələrinə cavab verə bildikləri müddətcə bilik mənbəyi olaraq qalacaqlar. Cəmiyyətə xidmət göstərən hər bir qurum, inkişaf və dəyişimə uyğunlaşdığı zaman var olacaqlar. Multikulturalizm qavramından qaynaqlanan fərqli mədəniyyət qruplarına istiqamətlənmış kitabxana xidməti də bu mənada dövr və mühitə uyğunlaşmalıdır. Kitabxanaların və digər mədəniyyət müəssisələrinin, insanların ünsiyyətində və daha sağlam bir cəmiyyətin ortaya çıxmasında vacib rolları olması danılmazdır. Mövcud mədəni irsin gələcək nəsillərə ötürülməsində kitabxanaların yeri böyükdür. Bu onların yalnız vəzifəsi deyil, uzun müddət varlıqlarını qoruya bilmələrinin siğortasıdır. Xüsusilə uşaqlar və gənclərə yönəlmiş xidmətləri bu mövzuda daha vacib yer tutur. Mədəniyyət baxımından getdikcə fərqliləşən bir cəmiyyətin ehtiyaclarını qarşılamaq kitabxanalar üçün həm bir təhlükə, həm də fürsət qaynağıdır. Bu vəziyyət isə kitabxanaların mövcud quruluşlarında vacib dəyişiklikləri gündəmə gətirir. Mövzu ilə əlaqədar kitabxanaların üzərinə düşən rol üçün öz planlarını yenidən gözdən keçirmək gərəkdir”.
O.Quliyevin fikrincə, multikulturalizm və onun ədəbiyyata yeni anlayış kimi daxil olması müasir dövr üçün çox aktualdır, belə ki, o, bütövlükdə mədəniyyətə baxışı dəyişir: “Mədəniyyət bütün sahələrdə bizim dünyaya baxışımızı müəyyənləşdirir, bizim verdiyimiz qərarlara və hərəkətlərə təsir edir. Kitabxana xidmətlərinin quruluşuna təsir edən “Multikulturalizm” anlayışı da qatılıb. Ölkə xaricindən qaynaqlanan mədəniyyət fərqləri ilə yanaşı, ölkə içindəki fərqli qruplar arasındakı problərin də qarşılıqlı anlayışa əsasən həll olunması, qərb ölkələrindən başlayaraq fərqli ölkələrdə, həmçinin Azərbaycanda kitabxana xidmətlərinə öz təsirini göstərib. Kitabxana əməkdaşları çalışmalıdır ki, bu sahəni tədris edən kadr heyəti, ilk növbədə, ölkədə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar – onların tarixi, təsərrüfatı, məişəti, yaşadıqları coğrafi ərazi, təhsili, mediası, ölkənin ictimai-siyası həyatındakı rolları və ən nəhayət, beynəlxalq sənədləri və təcrübə barədə məlumatlı olsunlar.
Məlumatın əldə olunmasını asanlaşdırmaq, ehtiyac duyulan xidməti vermək, fərqli mədəniyyətləri təbliğə yönəlmiş tədbirləri dəstəkləmək və s. multikultural ölkələrdəki kitabxanalardan gözlənilən funksiyalardan yalnız bir neçəsidir. Kitabxanalar multikultural bir cəmiyyətdə körpü vəzifəsini yerinə yetirirlər. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində kitabxanaların da üzərinə çox böyük yük düşür. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda mövcud olan multikultural ənənələri, habelə bölgələrə aid mədəni irsi, onların bir-birinə təmas dərəcəsini öyrənmək təbliğ etmək 2016-cı il və bundan sonrakı illərdə əsas məqsədlərdən biri olacaq.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər.
Ümumilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 17 noyabr.-
S.9.