Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
Oğuzlarla
bağlı Alpout, Ayrım, Əfşar, Bayandur, Bəydili,
Bayat, Dondarlı, Düyərli, Təklə, Qırxqız
(Qırxquz) kimi toponim və etnonimlərlə dolu olan bəylərbəyliyi
ulu babalarımızın Qarabağ adlandırılması təsadüfi
deyil. Azərbaycan tarixçisi İsgəndər bəy
Türkman Münşi (1560-1634) özünün məşhur
“Tarix-i alamara-yi Abbasi” əsərində yazır ki, Qarabağ
axar-baxarlı yaylaqları, qışlaqları olan, hər
yeri yaşıllıqla örtülü, təmiz havalı
yerdir. Qarabağın qədim sakinləri olan
Qacarlar və onlara doğma olan digər türk elləri,
oymaqlar orada gözəl bağlar-bağçalar
salmışdılar.
I Şah
Səfinin dövründə saray tarixçisi, II Şah Abbas
hakimiyyətə keçdikdə Qarabağ bəylərbəyi
Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsum
bin Xacəgi İsfahani "Xülasət üs-siyər"
adlı əsərinin Qarabağ bəylərbəyiləri
Ziyadoğlulara həsr etdiyi sonuncu fəslində Qarabağ
vilayətinin mərkəzi Gəncə şəhərini
"gülüstan bağı" na bənzədir və
şəhərin bir fərsəx uzunluğu, yarım fərsəx
də eni olduğunu, onun hər evinin həyətinə əsas
kanaldan su çəkildiyini qeyd edir. Onun
yazdığına görə süni suvarma vilayətin əhalisinə
geniş torpaq sahələrini becərmək və bol məhsul
əldə etməyə imkan yaradırdı.
İ.P. Petruşevskiyə görə Qacar aşirəti
Monqol cəlair, sulduz və Tibetli tanqut tayfalarının pərakəndə
hala düşüb türkləşən qollarının
süni şəkildə birləşməsindən
yaranıb. Ancaq Petruşevski istifadə etdiyi mənbədəki
təhrifləri həqiqət kimi təqdim edərək ciddi
səhvə yol verir. Ona görə ki, Monqol
dövrünün etnik məsələləri barədə məlumat
vermiş qaynaqlar içərisində daha mötəbər mənbə
sayılan Fəzlullah Rəşidəddinin “Came ət-təvarix”
adlı əsərində XIII-XIV əsərlərdə Cəlair,
Tanqut və Sulduzun Monqol qəbiləsi
adlandırıldığı, ancaq Türk olduqları
göstərilib.
Digər tərəfdən Faruk Sümərin
yazdığı kımi “Qacar boyunun adının bir
oymaqdanmı, yoxsa bir şəxsdənmi, gəldiyi haqqında
heç bir şey söylənməz. Çünki
hər iki ehtimal da var”. Adı çəkilən
müəllifə görə, XVI-yüzildən Hələb
Türkmənləri arasında Qacar adlı bir oymaq
görülməkdədir. XVII əsrin əvvəllərində
adsız müəllif tərəfındən
yazılmış “Qızılbaşlar tarixi” adlı əsərdə
də Qacarların bir qisminin Azərbaycana Şamdan gəldikləri
qeyd olunub. Ancaq qeyd olunan əsərdə “Bu tayfa qədimdə
Gəncə və Bərdədə yaşayıb” deyildikdə
bizcə, Qacar aşirətinin Səfəvilərə qədər,
yəni Monqol dövründən bəlkə də ondan daha da
qabaq burada yerli əhali olduğu nəzərdə tutulur.
Faruk Sumərə görə Qacar aşirətinin
Ağca Qoyunlu, Ağcalı, Şam Bayatı (Bayadı), Yiva
adlı obaları olub. Müəllif yazır ki, Qacarın
Ağca Qoyunlu obası Anadoludakı Ağca Qoyunlu
oymağının bir qolu olub, bu oymağı Oğuz
boylarından birinin obası fərz etmək yanlış
sayılmaz. Bu oymağın ana qolu XVII
yüzilin birinci yarısının ortalarında
Maraş-Elbistan bölgəsində yayılmaqda və Hələb
Antakya tərəfində qışlamaqda idi. İrana Qacar obaları arasında gedən Ağca
Qoyunluların Boz-Ox qoluna mənsub olduqları şübhə
doğurmamalıdır. 1744-cü ildə
İrandan Türkiyəyə köç edən və Əcəm
Türkləri deyilən oymaqlar arasında onlardan bir obanın
olduğu görünür. Müəllifə
görə, Ağcalı Kayseri-Sivas arasında bir
oymağın qolu olub, Gədük və Hələb bölgəsində
óaşıyırdı.
Ancaq “Qızılbaşlar tarixi” nə istinad edərək
qeyd etdiyimiz kimi Qacarlar Azərbaycanın Gəncə, Bərdə
bölgəsində də qədimdən
yaşayırdılar. Hülakülər
dövründə etnik prosesləri dövrün qaynaq
materialları əsasında araşdıran V.Piriyevə
görə Qacarlar Hülakü xanın dövründə Azərbaycanda
məskunlaşmışdılar. Qeyd edilənlərə
əsasən demək olar ki, Qacarlar və onlarla bağlı
oymaqlar, obalar Xəzərdən Quzey İrak, Hələb də
daxil olmaqla Kayseri və Sivasa qədər müxtəlif məntəqələrdə
məskun olub, qeyd olunan coğrafi məkanda batıdan
doğuya, bəzən də əks istiqamətdə
köçüblər, yəni yurd yerlərində məskunlaşıblar.
Əvvəlki
dövrlərdə olduğu kimi, Səfəvilərin də
vaxtında XVI-XVII yüzilliklərdə Qarabağda Qacarlarla
yanaşı, Qaramanlı, Baharlı tayfaları, Zülqədər
elinin Şəmsəddinli obası, onlarla
qaynayıb-qarışmış Qazaxlar, Otuziki və
Iyirmidörd oymaqları əkinçiliklə,
heyvandarlıqla məşğul olurdular. Faruk
Sumer yazır kı, Qarabağda Otuziki oymaqdan meydana gəldiyi
üçün bu adla anılan böyük bir topluluq
yaşayırdı. Bunlar Qarabağ
Türkmənlərindən idilər. Son əsrlərdə
Tərəkəmə deyilən Türklər bunların
qalıntılarıdır. Müəllifə
görə Otuzikinin Qarabağda Müqədddəm,
Cavanşir, Əhmədli, Qaraqoyunlu, Göycəli
(Göyçəli), Ozan kimi obaları məlumdur. Ancaq
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftər”ində
Otuziki tayfasının qeyd olunan oymaqları ilə
yanaşı, Üçoğlan, Məfruzi (Mahrızlı),
Qiyaslı, Dəlilər, Veysəlli, Hacı Türəli, Xəlil
Fəxrəddinli, Barani, Şəkərbəyli, Mollalar,
Eymirli, Məhəmmədşahlı, Buğdayiüzü, Zəngişalı,
Atlıcalı, Yosunduz, Boyəhmədli adlı
obalarının da olduğu qeyd edilib va onların
Qarabağın müxtəlif bölgələrində əkinçilik
təsərrüfat və heyvandarlıqla məşğul
olduqları göstərilib. “Müfəssəl
dəftər”də Qarabağın türk el və
obalarından Kəbirli, Kəngərli və Ətyeməzli
camaatı haqqında da məlumat verilir. Sənəddə
göstərilir ki, Kəbirli ildə xəzinəyə 14.000
quruş ödəyən qələbəlik bir aşirətdir.
1726-1727-ci ildə Şahsevənlərin
yaratdığı qarışıqlıq nəticəsində
dağınıq düşüblər. Kəbirli
aşirətindən pərakəndə düşənlər
Cavanşir və Otuziki elləri tərkibinə
dağınıq halda və qismən oba kimi daxil olublar.
Adları çəkilən tayfa, oymaq və obalarla
bağlı toponim və etnonimlərin izlərinə
hal-hazırda da Qarabağın bütün rayonlarında rast
gəlinir.
Dövrün sinxron salnamələrində hərbi-siyasi
proseslərdəki miqrasiyalarla yanaşı Qarabağda əski
çağlardan yerləşib oturub, yerli əhali haqqında
uyğun materiallar az deyil. Mirzə
Adıgözəl Bəy “Qarabağ vilayətinin əsl
elatı, kənd əhalisindən başqa Cavanşir, Otuziki və
Kəbirlilərdir” dedikdə, sözsüz ki, burada î “kənd əhalisi”
adlandırdığı türk-müsəlmanların oturaq əkinçilər
olması nəzərdə tutulur ki, bu da heç bir
şübhə doğura bilməz. Ona
görə ki, onun əsərində qeyri-müsəlmanlar
haqqında ayrıca bəhs edilir. Adları qeyd olunan ellərlə
yanaşı, salnamədə Qarabağda məskun olan
Qaraqoyunlu obasının da adı çəkilib ki, onların,
yəni Qaraqoyunluların Qaramanlı va
Alpout ellərinin əski çağlardan Qarabağın yerli
əhalisi olması bəlli bir həqiqətdir. F.Sümər
yazır ki, bu gün Quzey Azərbaycanda xüsusilə Gəncə
və Bərdə bölgələrindəki Qaraman va Qaramanlı yer adları bu oymağa aid xatirələrdir.
Dövrün farsdilli qaynaqlarında Qarabağ əyalətinin
əhalisinin etnik və sosial tərkibi haqqında dəqiq rəqəmlə
göstərilmiş məlumatlar yoxdur. Ancaq qısa
zaman kəsiyinin tarixi hadisələrini özündə əks
etdirən “Gəncə-Qarabağ əyalətinin müfəssəl
dəftəri” əyalətin demoqrafik vəziyyəti və əhalisinin
etnik tərkibi barədə verdiyi məlumatların
dolğunluğu ilə xüsusi əhəmiyyət kəsb
edir. H.Qaramanlı “Müfəssəl dəftər”
materialları əsasında təhlillər aparıb, əyalətin
əhalisinin sayı, etnik tərkibinə aid müfəssəl
nəticələr əldə edə bilib. Onun
hesablamalarına görə, Qarabağ əyalətində
19.395 mükəlləfıyyətli ailə
başçısı və hər ailə isə orta hesabla beş nəfərdən
götürüldükdə, əhalinin ümumi sayı təxminən
96.975 nəfərdən ibarət olub. Î cümlədən, “Müfəssəl
dəftər”də məlumatlar bir il ərzində vergi
mükəlləfiyyəti daşıyanları əhatə
etdiyinə, müsəlmanlardan ibarət hərbiçi, ruhani
ailə üzvləri nəzərə
alınmadığına görə yuxarıda əhalinin say
haqqındakı rəqəm minimum olub, həqiqətdə
isə əhalinin ümumi sayı 100 mindən çox
olardı.
Etnik mənsubiyyətinə
görə, aparılan hesablamalarda adı dəftərə
düşmüş 11.818 nəfər müsəlman əhalisinin
11.068 nəfəri türk, 750 nəfəri kürd idi.
Sözsüz ki, müəyyən sayda qeyri-müsəlman
əhalisi də vardı. Belə ki, “Müfəssəl
dəftər”də Qarabağ əyalətində yalnız
Şəmkürbasan və Böyük Kürəkbasan nahiyələrində
25 kəndin qeyri müsəlman olduğu göstərilir.
Qeyri-müsəlmanların çoxunu isə
Alpan soyundan olub XVIII əsrdə öz etnik mənsubiyyətini
unutmamış xristian əhalisi təşkil edirdi.
Səfəvilər
dövründə yazılmış və onun ideologiyası
ilə səsləşən qaynaqlarda Qarabağda demoqrafik
proseslər, xüsusilə əhalinin sayı öz əksini
tapmamış, ancaq əhalinin etnik tərkibi ilə
bağlı məlumatlara təsadüf edilir ki, bunlarm təhlili
əsasında əhalinin etnik tərkibi və etnik tərkibdə
müəyyən hərbi-siyasi tarixi hadisələrlə
bağlı baş vermiş dəyişiklikləri qismən
də olsa izləmək mümkündür.
Hüsaməddin
Qaramanlmm XVI yüzilin Osmanlı qaynağına istinad edərək
qeyd etdiyi kimi, Krım xanı Qazi Gireyin XVI əsrin 80-ci illərində
30 min əsir aparması, 1588-ci ildə Qarabağ bəylərbəyi
Məhəmməd xan Qacann tabeliyində olan 50 min nəfərlə
Araz çayını keçib Qaradağa getməsi “Abbasnamə”yə
görə II Şah Abbasın (1642-1666) Kaxetdə yerli
dayağını möhkəmləndirmək məqsədi
ilə Qarabağ əyalətindəki Cavanşir, Bayat və
sair ellərdən 15.000 ailəni buraya köçürməsi,
sözsüz ki, tarixi proseslərin gedişində demoqrafik vəziyyətə,
xüsusən də yerli Türk əhalisinin sayının
azalmasına təsir göstərməyə bilməzdi.
Qaynaqlarda Səfəvilərin hakimiyyətinin ilk illərində
Qarabağda Qacarlardan Göycə Sultanın bəylərbəyi
olduğu göstərilir. I Şah Təhmasib
(1524-1576) isə Qarabağa Kəmaləddin Şahverdi sultan
Ziyadoğlu Qacarı bəylərbəyi təyin edir. Ata yurdu Qarabağa bəylərbəyi təyin olunan
Şahverdi Sultan Qacarın Ziyadlı oymağından idi.
İsgəndər bəy Türkmən yazır
ki, Şah Təhmasib yaxınlıqlarına görə Kəmaləddin
Şahverdi Sultan Ziyad oğlu Qacara qardaş-müsahib deyirdi.
Hərbi yürüşlərdə göstərdiyi qəhrəmanlıqlara
görə I Şah Təhmasib Şahverdi Sultandan sonra onun bəylərbəyi
olacaq bütün varislərini «müsahib» adlanması və
bu ifadənin Qarabağa aid bütün fərmanlarda
başçının adından sonra yazılması barədə
göstəriş vermişdi. Şahverdi sultan
Ziyad oğlu Qacar tez-tez ordusu ilə Şərqi
Gürcüstana daxil olur və burada məhəlli hakimlərin
çıxışlarının qarşısını
alır, mərkəzdənqaçma hərəkatın
genişlənməsinə imkan vermirdi. Sözsüz,
Şahın Şahverdi sultana münasibəti də ona verdiyi
səlahiyyətin məsuliyyətlə yerinə yetirdiyindən
irəli gəlirdi. H. 963 (1556)-cü ildə Kartilinin məhəlli
hakimi Luarsab mərkəzə itaətsizlik göstərdikdə
Şahverdi sultan Ziyad oğlunun başçılıq etdiyi
ordu dərhal Kartliyə daxil olmuş, pusquya düşərək
300 nəfərə yaxın əsgər itirsə də, sonda
qələbə çalmış və Luarsab da ələ
keçirilib öldürülmüşdü. Onun
yerinə Kartli hakimi oğlu Simon olmuşdu.
1568-ci ildə Kəmaləddin Şahverdi Sultan Ziyad
oğlu Qacar vəfat etdi. Yerinə oğlu
İbrahim Sultan bəylərbəyi oldu. Ona
da təbil, bayraq və əmirlik xalatı verildi. O, həm
də I Şah Təhmasibini oğlu Sultanəli Mirzənin lələsi
idi. Həmin illərdə Qarabağda
yaşamış Fəzli İsfahani adlı tarixçi
1570-1571-ci ildə baş verən hadisələrdən
danışarkən Qarabağa İbrahim sultandan sonra Kəmaləddin
Şahverdi sultan Ziyad oğlu Qacarın üçüncü
oğlu Yusif Xəlifənin bəylərbəyi göndərildiyini
yazır. Böyük oğlu Xəlil xan
isə hələ onun öz sağlığında Astrabad bəylərbəyi
və burada məskun olan Qacar obasına əmir təyin
edilmişdi.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2016.- 24 noyabr.-
S.14.