Azərbaycanın milli
maraqları baxımından din-dövlət münasibətləri
(əvvəli ötən sayımızda,
II yazı)
Maarifçilik təkcə dini sahəni deyil, həm də tarix, fəlsəfə, kulturologiya, incəsənət
və tətbiqi elmlər sahəsində aparılmalıdır. Millətin
dünyagörüşü artmalıdır, yalnız
bundan sonra insanlar sağlam düşüncəyə malik
ola bilib,
birtərəfli propaqandanın
təsiri altına düşməzlər. İntellektual səviyyə nə qədər aşağı
olsa, bir o qədər də mövhumat, təriqətçilik
ideyalar üçün
zəmin yaradılır.
Maariflənmə işi getməsə
müxtəlif ideologiyalarla
mübarizə aparmaq mümkün olmayacaq, çünki yalnız hüquq-mühafizə və
milli təhlükəsizlik
orqanlarının gücü
ilə daim bu problemi həll
etmək mümkün
olmayacaq.
Dünyavi təhsil sistemində humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin
dünyagörüşünün formalaşmasında həlledici
rol oynayır. Ali məktəblərin humanitar fakültələrində
isə dinə aid olan fənlərin keçilməsi zəruridir,
çünki bu sahədə dünyavi dünyagörüşünə malik peşəkar kadrlar yetişdirilməlidir.
Tədris metodu və
fənlər isə dünyavi olmalıdır.
Yəni dinlər dünyavilik nöqteyi-nəzərdən öyrənilməlidir
və bu ruhda dərsliklər yazılmalıdır. Orada dinlərin
fəlsəfəsi, dinşünaslıq,
mədəniyyətşünaslıq, etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin keçilməsi olduqca vacib məsələdir.
Bununla cəmiyyətdə dinlərə
münasibətdə müxtəlif
fikirlər yaranır,
polemika aparılır
və heç bir dini cərəyanın
ehkamları düşünülməmiş,
əhalinin çoxu tərəfindən qəbul
edilməmişdir. Lakin
təəssüflər olsun
ki, ali
məktəblərdə humanitar
fənlərin və xüsusilə fəlsəfi
fənlərin tədrisi
son vaxtlar məhdudlaşdırılmışdır.
Bu proses davam etsə, gələcəkdə
müəyyən problemlərin
yaranması istisna edilə bilməz. Dünyagörüşü özü-özündən yarana bilməz, onu qidalandırmaq və inkişaf etdirmək lazımdır.
Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması
bu inkişafın qabağını alır.
Bu cur gəncliyi isə radikal təriqət nümayəndələri
asanlıqla öz təsiri altına ala bilər.
Maarifçiliklə bərabər cəmiyyətdə
sosial problemlər effektiv həll edilməli və əhalinin güzəranını
yaxşılaşdırılmalıdır. Maddi cəhətdən
çətinlik çəkən,
sosial problemləri həll edilməyən insanların arasında radikal ideyaların yayılması üçün
əlverişli zəmin
yaranır. Cəmiyyətdə olan qanunsuzluqlar, məmur özbaşınalığı,
kütləvi rüşvətxorluq,
korrupsiya halları da xalq arasında
narazılığa səbəb
olur. Belə olan halda sadə xalqın böyük bir hissəsi radikal dini ideyalara cəlb oluna bilər.
Beləliklə, dövlət ölkədə
sabit dini duruma nail olmaq üçün böyük
kompleksli tədbirlər
həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində
görülməlidir və
bu sahəyə respublikanın elmi potensialı cəlb olunmalıdır.
Siyasi şərhçi
Azər Rəşidoğlu
isə öz növbəsində din-dövlət
münasibətlərinin milli
maraqlar zəminində
tənzimlənməsi üçün
maariflənmənin rolunu
önə çəkir. O hesab edir ki, ayrı-ayrılıqda
nə dini, nə də milli maraqlar təmin oluna bilməz: “Odur ki, məsələyə kompleks yanaşmaq lazım gəlir. Dini müstəvidə radikallığın
qarşısını almaqdan
ötrü dövlət
maarifçiliyə geniş
yer verməlidir.
Ölkədə dövlət-din müstəvisində
yaranan problemin kökündə dini maarifin aşağı səviyyədə olması
durur”.
Azərbaycan dindarının başqa
dini cərəyanlara qarşı tolerant olduğunu
xatırladan şərhçi
eyni zamanda inanclı vətəndaşlarımızın
ateizmi yad saymasına da diqqət yönəldir: “Dünyada islamofobiyanin inkişaf etdiyi zamanda Azərbaycanda ateist-dindar qarşıdurması
olduqca zəif təsir bağışlayır
ki, bu da
insanımızın tolerantlığının
göstəricisidir”.
Son vaxtlar yaşanan mənfi proseslərə isə Azər Rəşidoğlunun yanaşması
belədir: “Bu proseslər
dövlət-din qarşıdurması
kimi təqdim oluna bilməz. Bu, bir marjinal
prosesin tərkib hissəsidir. Digər tərəfdən,
ölkənin orta statistik insanı eyni düşüncə tərzinə malikdir.
Ən böyük problem isə Dağlıq Qarabağın
hələ də işğalda olmasıdır.
Bu hal hamımızı
aqressiv edib. Bunun qıcığını bir-birimizdən
almaq istəyirik.
İşğal edilmiş torpaqlarımız
azad olunduqdan, demokratik vətəndaş
cəmiyyəti prosesi
başa çatdıqdan
sonra dini və milli maraqlar
yalnız dövlət
maraqları ilə uzlaşdırılacaq”.
Analitik həmçinin
inanclı insanın dini ayinləri sərbəst şəkildə
həyata keçirmək
istəyini ciddiyə almağın tərəfdarıdır. Onun qənaətincə, Azərbaycan
dindarının siyasi
iddiası mövcud deyil: “Yetər ki, vətəndaşımız
öz dini həyatını istədiyi
kimi yaşaya bilsin - heç kəsin şəxsi həyatına müdaxilə
etməməklə özünü
toplumun normal üzvü
saysın. Heç kəs, o cümlədən
dünyəvi həyat
tərzi keçirənlər
ona ”ikinci növ" insan kimi yanaşmasın.
Bu haqqı əlindən
alındıqda inanclı
insanımız radikallaşmağa
meylli olur".
Rəşidoğlu dini müstəvidə maarifçiliyin aparılmasının
dövlətin maraqlarına
xidmət etdiyinə əmindir. Əks təqdirdə, onun fikrincə, radikal və az
bilikli insanlar inanclı kəsimi öz siyasətlərinə
qurban edə bilərlər...
Onu da qeyd edək ki, Azərbaycan tarixən çoxkonfessiyalı
məkan olub. Müxtəlif dinlərin nümayəndələri
ölkəmizdə özlərinə
ömürlük sığınacaq
tapıblar. Hazırda
paytaxt Bakıda bütün dinlərin nümayəndələri üçün
lazımi şərait
yaradılıb və
bu prosesə dövlətin dəstəyi
hər yerdə hiss edilməkdədir. Məsələn,
sayca çox az olan katolik xristianların Bakının mərkəzi
hissələrindən birində
əzəmətli məbədi
vardır. Bundan əlavə, yəhudilər
üçün sinaqoqlar,
provaslavlar üçün
kilsə, müsəlmanlar
üçün məscidlər
fəaliyyət göstərir.
Xalqımızda aqressiya, dözümsüzlük
kimi xüsusiyyətlərə
genetik olaraq yer yoxdur. Tarixən də bu müsbət
keyfiyyətlər Azərbaycan
xalqının tolerant xarakterini
ortaya qoymub və onun saf
imicini müəyyənləşdirib.
Bu gün Azərbaycan
dinlərarası münasibətlərin
ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki
Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün
Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin
formalaşdığı, radikal
baxışlara ictimai
qınağın və
dövlət nəzarətinin
olduğu mükəmməl
nümunələrdən biridir.
Bu gün Yaxın Şərqdə, Şimali
Afrikada, Cənub-Şərqi
Asiyada, hətta bəzi Qərb ölkələrində anti-islam,
antisemitizm, ksenofobiya hallarının baş verdiyi hər kəsə məlumdur. Dünyada insan haqlarının qorunduğu əsas yer kimi tanınan
ABŞ-da belə qaradərili vətəndaşlara
qarşı ötən
əsrin əvvəllərində
olan münasibət hələ də qalmaqdadır. Qəribədir ki, bu hallara
dəstək verən
bəzi konqresmenlər,
politoloqlar da var.
ABŞ-ın 45-ci prezidenti
Donald Trampın seçikdən
öncə məlum müsahibəsi dünyada
geniş rezonans doğurdu. Bu amerikalı
siyasətçi müsəlmanların
ölkəyə girişinə
qadağa qoyulması fikrini irəli sürdü və əslində tək özünün deyil, bəzi ultranasist ABŞ siyasətçilərinin iç
üzünü açdı.
Şübhəsiz ki, ABŞ-ın tərəqqipərvər ziyalıları
və dövlət adamları bu çıxışı pislədilər. Çünki müsəlmanlar Trampın
bu çıxışına
qəzəbləniblər. Bu, hələ də
dünyanın super dövləti
iddiasında olan ölkədə baş verən arzuolunmaz hadisələrdən biri kimi yadda qaldı.
Ötən illərdə müqəddəs
Quranın iki keşiş tərəfindən
yandırılması və
onların heç birinin məsuliyyətə
cəlb edilməməsi
Liviyada ABŞ səfirliyinə
hücum və səfirin qətlə yetirilməsi ilə nəticələnmişdi. Bütün bunların hər biri dövlət və din münasibətlərinə
zərbə vuran amillərdir. Belə məqamda
ABŞ məhkəmə sistemi
1 milyarddan çox insanın mənəvi inancını təhqir etmiş keşişi mütləq cəzalandırmalıydı.
Çünki dövlət və
din münasibətləri qarşılıqlı
hörmətə əsaslanmalı
və bir-birinin sərhədlərini yaxşı
tanımalıdır. Din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə
alınırsa, inanclı,
dindar vətəndaşların
da dövlətin qanunlarına və digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması
cəmiyyətin sabitliyini
təmin edir.
Azərbaycanda beynəlxalq hüquqa əsaslanan dünyəvi dövlətin qurulması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə gerçəkləşib. Bu hadisə Şərqdə ilk demokratik prinsiplərə söykənən və respublika üsul-idarəli üzərində ilk dövlətin qurulması ilə tarixə keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində ölkənin bütün vətəndaşları irqindən, dinindən, sosial mənşəyindən, silkindən, cinsindən asılı olmayaraq bərabərhüquqlu olaraq göstərilirdi. Dövlət parlamentli respublika idi. Dövlətin qurucuları xalqımızın böyük tərəqqipərvər ziyalıları və hüquqşünasları idi. Azərbaycanda bütün dinlərə, o cümlədən əhalinin mütləq əksəriyyətinin etiqad bəslədiyi İslam dininə hörmət və ehtiram ən yüksək səviyyədə idi. Çar Rusiyası dövründə “Parçala, hökm sür !” siyasətini asanlaşdırmaq üçün yaradılmış və ayrı-ayrılıqda fəaliyyət göstərən şiə və sünni müsəlmanları ruhani qurumları birləşdirilərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi - “Məşixəti–İslamiyyə” yaradıldı. “Məşixət”in yaranması, “İttihadi-İslam” firqəsinin siyasi fəaliyyəti və Dini Etiqad Nazirliyinin yaradılması, nazir müavinlərinin ruhanilərdən təşkil olunması, digər məsələlər Azərbaycan Cümhuriyyətinin, dünyəvi dövlət olsa da, İslam dininə və din xadimlərinə yüksək imtiyazlar verdiyini göstərir və hətta siyasi fəaliyyətlə də məşğul olmaları üçün geniş imkanlar yaradırdı. Din xadimləri də öz növbəsində xalqımızın o illərdə düşdüyü çətin siyasi və iqtisadi böhrandan qalib ayrılması üçün mənəvi maarifləndirmə və dəstək işləri ilə məşğul olur, müharibədə zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş uşaqlara qayğı göstərmək üçün xeyriyyə missiyasını üzərlərinə götürür, Milli Ordumuzun mənəvi qüdrətinin artırılmasında, ermənilərə qarşı mübarizənin ümummilli mücadiləyə çevrilməsində əvəzolunmaz təbliğat işləri görürdülər.
Cavid
Xalq
Cəbhəsi.- 2016.- 24 noyabr.- S.13.