“Tolerantlıq sivilizasiyalar
arasında dözümlülüyün təzahürüdür”
Gülçin Mehdiyeva: “Azərbaycanda
tolerantlıq həyat
və düşüncə
tərzidir”
“Tolerantlıq latınca
“tolerantia” sözündən
olub “dözüm”, “dözümlülük” mənalarında
işlənir. Bu anlayış
fəlsəfi-sosioloji termin
kimi yad dünyagörüşünü, həyat tərzini, adət-ənənələrinə, mədəniyyətinə, dininə,
dözümlülük ifadə
edən termindir.
Bəşəriyyətin mənəvi həyatında mühüm
rol oynayan tolerantlıq milli və ümumbəşəri
dəyərlərin vəhdətindən
ibarət olub aşağıdakı formalarda
təzahür edir:
- gender tolerantlığı
- irqi və
milli tolerantlıq
- əlillərə münasibətdə tolerantlıq
- dini tolerantlıq
- siyasi tolerantlıq
Müasir qloballaşan dünyada din
siyasi şəraitə
ciddi təsir edən amillərdən birinə çevrilmişdir. Buna görə də dini tolerantlıq hər hansı dövlətin, ölkənin,
xalqın daxili birləşdirici, stabilləşdirici
qüvvəsi kimi çıxış edir.
Dini tolerantlıq bir dini- konfesional birliyin dəyərlərinə
tolerant münasibətidir. Hər kəs öz dini etiqadlarına riayət etdiyi kimi başqalarının da bu cür
hüququnu qəbul edir”. Bu fikirləri
AMEA-nın Fəlsəfə
və Hüquq İnstitutunun “Dinşünaslıq
və mədəniyyətin
fəlsəfi prob- lemləri” şöbəsinin
əməkdaşı Gülçin
Mehdiyeva qeyd edib. O bildirib ki, çoxcəhətli məzmunlu anlayış kimi dini tolerantlığı
müxtəlif aspektlərdən
şərh edirlər:
“Müsbət mənada
dini tolerantlıq yad dini-konfessional dəyərlər və ideyalara hörməti, mənfi mənada isə digər dini-konfessional baxışlara
biganəliyi, hətta
düşmənçiliyi ifadə edir. Çoxmillətli müxtəlif dini
nümayəndələrin yaşadığı ölkələrdə
dini və etnik tolerantlıq ictimai stabilliyi təmin edir. Dini və etnik
tolerantlığın vəhdət
halında tədqiqinin
zərurətini göstərən
N.M.Vahabova haqlı olaraq yazır: “Çox mədəniyyətli
regionda etnik tolerantlığın tədqiqinə
müraciət edilməsi
zərurəti bir tərəfdən ictimai inkişafda iki meylin mövcudluğu ilə bəşər birliyində (qloballaşmanın,
sosial və mədəni inteqrasiya prosesinin yüksəlməsi
və bununla yanaşı Qərb və Şərq ölkələri arasında
pozğunluğun, intolerantlığın,
bəşəriyyətin mövcudluğunu
təhlükə altında
qoyan dini və etnik münaqişələrin,
beynəlxalq terrorizmin
güclənməsi ilə)
digər tərəfdən
isə fəlsəfi biliklərin özünün
inkişafı ilə,
onda fəlsəfi antropoloji və aksioloji problemlərin rolunun artması ilə şərtlənir»
[14] Deməli, tolerantlığın
öyrənilməsi zərurəti
beynəlxalq aləmdə
baş verən həm də intolerant-deskrutiv proseslərin artması ilə əlaqədardır.
Doğrudur, dini tolerantlığı təmin edən mexanizmlərdən ateizm və sekulyarlaşma da mövcuddur. Ateizm marksizmin
hakim olduğu ölkələrdə
geniş yayılıb.
Sekulyarlaşma Qərb cəmiyyətində
əsas yer tutur. Sekulyarlaşma demokratik mədəniyyətə
və dünyəvi xarakterli münasibətlərə
üstünlük verməklə
dini tolerantlığı
təbliğ etməyə
cəhddir.
Dini tolerantlığın bir neçə növünü
göstərirlər:
1. Digər dindarlara (xristianın-müsəlman, müsəlman-buddist)
tolerant münasibət;
2. Digər konfessiya nümayəndələrinə (katolik – protestant, protestant -pravoslav)
tolerant münasibət;
3. Təriqət hərəkatlarına
tolerantlıq;
4. Allaha etiqad bəsləyən
dindarlar və inamsızlar (ateistlər) arasında tolerantlıq.
Bir sözlə,
dini tolerantlıq müxtəlif xalqlara, ayrı-ayrı dini nümayəndələrə xas
olan ümumbəşəri
problemdir. Müxtəliflikdə ahəngdarlığı ifadə edən dini tolerantlıq siyasi, hüquqi və əxlaq borcun vəhdətidir.
Bu gün Azərbaycan
Respublikasında tolerantlıq
modeli bütün dünyada etiraf olunan, xalqlara nümunə olan ümumbəşəri təcrübədir. Dünyada dini
intolerantlığın, ayrı-seçkiliyin,
dini zəmində münaqişələrin baş
verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətini təmin edən tolerantlıq burada yaşyan bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilmişdir.
“Bu gün Azərbaycan
dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbətlikdən
müxtəlif dinlərin
və dini fəlsəfi cərəyanların
yayılıdığı ölkəmizdə bütün
tarixi dövrlərdə
etnik və dini icmalar arasında
möhkəm dözümlülük
əlaqələri formalaşmış,
mili, irqi və dini zəmində
heç bir ayrı-seçkilik faktı
qeydə alınmamışdır”.
Azərbaycan dövlət – din münasibətlərinin
ən yaxşı tənzimləndiyi, dini azadlığın, ideal birgəyaşayış
mədəniyyətinin hökm
sürdüyü, ksenofobiya,
dini ektrelizm, radikalizm, anti semitizmdən
uzaq bir ölkədir. Heydər Əliyev Fondunun
Prezidenti Mehriban Əliyeva Azərbaycanda dini tolerantlığın
möhkəmlənməsi və
inkişafı naminə
öz səylərini
əsirgəməyib və
bu gün də bu yolda
inamla çalışır”.
O əlavə edib ki, Provaslav və
katolik kilsələri,
sinaqoqlar, atəşpərəstlər
məbədi-bütün bunlar
Azərbaycanın mədəni
irsinin tərkibidir:
“Biz öz ənənələrimizə,
öz köklərimizə,
öz tariximizə çox böyük hörmətlə yanaşırıq.
Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə
əməkdaşlıq qurmağa
çalışan bir
ölkəyik…Azərbaycan
xalqında olan dözümlülük, əsrlər
boyu formalaşan bu mühit ona
gətirib çatdırıb
ki, bizim üçün bu, normal yaşayış, həyat
tərzidir”.
Azərbaycanda din dövlətdən ayrılsa da ölkəmizdə hüquqi,
demkoratik, dünyəvi
dövlət formalaşmış
və bütün dini dəyərlər cəmiyyətdə müxtəlif
xalqların mənəvi
sərvətinə çevrilmişdir.
Tolerantlığın təbliği və
həyat tərzinə
çevrilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biridir.
Ölkədə Milli Tolerantlıq
Mərkəzi fəaliyyət
göstərir. Gənclərimiz tolerantlıq tərbiyəsi
rühünda böyüyür.
Buna görə də
Azərbaycan dünyada
beş ən
tolerant dövlət sırasına
daxil olub. Hər cür millətçi-liyin
qarşısında sipər
olan birliyin təzahürü kimi çıxış edir.
Azərbaycanda dövlət – din münasibətlərini
tənzimləyən, tolerantlığın
bərqərar olmasında
çoxcəhətli fəaliyyət
göstərən Ulu
Öndər Heydər
Əliyev tolerantlığı
belə səciyyələndirib:
“Tolerantıq… həm insani münasibətlərin,
həm cəmiyyət
səviyyəsində gedən
proseslərin, həm də dövlətlərarası,
millətlərarası, dinlərarası
münasibətlərin bir
çox cəhətlərinə
aiddir…”.
Deməli, tolerantlıq fərdlərarası, xalqlararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə aid fenomendir. Tolerantlığı mədəniyyətin yüksək təzahürü kimi səciyyələndirən H.Əliyev yetişməkdə olan nəslə hələ erkən yaşlardan tolerantlıq mədəniyyətinin, dini dözümlüyün formalaşdırılmasını tövsiyə edir.
Ulu Öndər Heydər Əliyev tolerantlığın Azərbaycanda gerçəkləşməsi üçün aşağdakı tədbirlər gördü:
- dövlət – din münasibətlərini daha da təkmilləşdirdi, onu dövlət siyasətinin tərkib hissəsinə çevirdi; tolerantlığın hüquqi bazasını formalaşdırdı;
- Beynəlxalq tolerantlıq gününün ölkəmizdə qeyd edilməsinə nail oldu;
- Dini qurumlarla bağlı Dövlət Komitəsi yaratdı;
- Dini, milli, etnik tolerantlığı, vicdan azadlığını həyata keçirdi;
- Məscidləri bərpa etdirdi, yenilərini tikdirdi, kilsələri, sinaqoqları təmir etdirdi, yenilərini inşa etdirdi;
- Milli azlıqlar, qeyri-müsəlmanlar üçün tolerantlıq mühiti yaratdı;
- Dini radikalizmə və ektrelizmə qarşı amansız mübarizə apardı;
Ulu Öndər Heydər Əliyev üç prinsipi bir-birilə vəhdətdə görürdü:
1. Dini etiqad azadlığının təmin edilməsi. 2. Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlınması; 3. Dini təəsübkeşliyin dini təkəbbürə, sonra fanatizmə və ekstrelizmə keçməsinin qarşısının alınması.
Heydər Əliyev Azərbaycanda müxtəlif dinlərin birgəyaşayışını Azərbaycan xalqının dini dözümlüyünün, tolerantlığının ən yüksək göstərişi hesab edirdi. O, Azərbaycanda dini tolerantlığın və dövlət-din münasibətlərinin nadir modelini formalaşdırıb”.
Onun dediyinə görə, dünyəvi hakimiyyətin və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət- din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb: “Azərbaycanda dini tolerantlıq modeli bütün dünyada etiraf olunur, təqdir olunur, öyrənilir və həyatda tətbiq olunur.
Prezidentin sərəncamı ilə hətta Gürcüstanda yaşayan azərbaycanlıların rahat yaşamaları üçün bir sıra addımlar atıiıb. Prezident Azərbaycanda olan tolerantlığın Gürcüstanda da olmasını istəyir. Əgər dini tolerantlıq olarsa, orada azərbaycanlıların yaşaması daha rahat olar. Azərbaycan tərəfindən Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidəlrə pulsuz qaz verilir. Hətta erməni kilsələri də qazla təmin edilir, Allah yolunda.
İlham Əliyev dini tolerantlıq sahəsində Azərbaycan təcrübəsini bütün ölkələr üçün örnək hesab edir.
Bu gün respublikamızda azərbaycançılıq həm də mükəmməl tolerantlıq və real inkişaf modelidir. Azərbaycançılıq ideologiyası, dini tolerantlığın, polietnik mövcudluğun qarantii kimi çıxış edir…Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır.
Tolerantlıq bütün demokratik ölkələr tərəfindən qəbul edilsə də, onun praktiki surətdə həyata keçirilməsi üçün mərkəzlər, institutlar yaradılsa da,lakin bu sahədə hələ də çətinliklər mövcuddur.
Tolerantlıq müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. “Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin müxtəliflik və fərqin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq əsasında, fərqi düşünmək tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həllinin axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır”.
R.Aslanova tolerantlığın düşüncə tərzi kimi mədəni-mənəvi prinsiplərin məzmunu kimi, sülh, əmin-əmənlıq, mədəni müxləiflik mühitinin yaranmasına kömək edən bir mənəvi-əxlaqi və fəlsəfi kateqoriya olduğunu iddia edir”.
O bildirib ki, Prezident İ.Əliyev müasir dövrdə dini tolerantlığın yüksək mədəniyyəti və həyat tərzinə, dövlət siyəsətinə çevirib: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərinin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”. Göründüyü kimi Azərbaycan xalqının özünün dözümlülüyü, dövlət və dini qurumların birgə fəaliyyəti ölkəmizdə dini tolerantlığın inkişafının əsas, mühüm amilidir.
Əsası Azərbaycan xalqının öz təbiətindən, onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə dövlət səviyyəsində yaranan dö- zümlülük mühiti Azərbyacanda dini tolerantlığın inkişafında mühüm rol oynayır. Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Prezident İlham Əliyev mühüm rol oynayıb. Məhz Prezident onun dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bir sözlə, tolerantlıq fərdlərarası münasibətlərdən başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər, sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür. Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə, milli azlıqların dilinə, dininə, bütün vətəndaşların hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq, sülh mədəniyyəti, həyat tərzi və düşüncə tərzidir”.
Xalq
Cəbhəsi.- 2016.- 13 oktyabr.- S.9.