Qloballaşma dövründə dinlərarası
və mədəniyyətlərarası dialoq
(əvvəli ötən sayımızda)
Bakıda
keçirilən və 250-dən çox nümayəndəni
əhatə edən 115 konfransda Avropa Şurasının
üzvü olan ölkələrdən başqa, İslam
ölkələrinin (İSESKO və ALESKO-nun) yüksək
rütbəli rəsmiləri, müxtəlif beynəlxalq
qeyri-hökümət təşkilatlarının təmsilçiləri
o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq
təşkilatın rəhbəri iştirak edib. Qeyd edək ki, müzakirə olunan mövzuların
mahiyyətinə, iştirakçıların tərkibi, əhatə
olunan regionların miqyasına görə Bakıda
keçirilən bu konfransı Avropa və İslam ölkələrinin
tarixində mədəniyyətlərarası dialoq
mövzusunda ilk beynəlxalq tədbir kimi dəyərləndirmək
olar. Konfransda müzakirə olunan
mövzular, əsasən, iki istiqaməti əhatə edib.
Bunlar aşağıdakılardan ibarətdir:
– Mədəniyyət
siyasəti və mədəniyyətlərarası dialoq:
müxtəlif mədəniyyətlərin idarə edilməsinə
dair yeni konsepsiya;
- İrs
və mədəniyyətlərarası dialoq: hamımız
birgə milli irsdən dünyəvi irsə doğru;
Bu mövzuları müzakirə edən konfrans
iştirakçıları belə qərara gəlmişlər
ki, millətlərarası dialoqa və regionların davamlı
inkişafına təkan verən amillərdən biri millətlərin
bütün dəyərlərini göstərən milli
irsdir. Milli irsin qorunub saxlanılması isə hər bir
millətin və xalqın prinsipial məsələsidir.
Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın
mədəniyyətlərin dialoqunda mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayan AŞ-nın sabiq baş katibi
T.Devis konfransdakı çıxışında deyib:
«Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu
müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi,
Şərq və Qərb, Şimal və Cənub arasında təbii
bir körpüdür.»
Tarixi reallıq göstərir ki, hər hansı bir xalq,
hər hansı bir millət o halda mövcud olub inkişaf edə
bilir ki, həmin millət və xalqlar öz mədəniyyətinin
özünəməxsusluğunu itirmədən, öz mədəni
identikliyini qoruyub saxlamaqdadır. Bu baxımdan
bütün xalq və millətlər öz mədəni sərvətlərini
başqa xalqlarla mübadilə edərək
qarşılıqlı fəaliyyət əsasında
ömür sürürlər. Buradan belə
çıxır ki, tarixdə ayrı-ayrı ölkələr,
xalqlar, sosiumlar və ayrı-ayrı şəxslər bəşəriyyətin
mədəniyyətlə bağlı olan dialoq fəaliyyətinin
konsepsiyasını hazırlamağa və onu həyata
keçirməyə həmişə israrla səy göstəriblər.
Tarixi inkişaf prosesində kulturoloji nəzəriyyələrin,
bütövlükdə müxtəlif mədəniyyətlərin
biri-birinə təsirində dialoq amili mühüm rol
oynayıb. Məhz dialoq vasitəsilə
117 ayrı-ayrı xalqların mədəniyyətləri
öz milli xüsusiyyətlərini saxlamaq şərtilə
biri-birini zənginləşdirmiş və inkişaf etdirib.
Dialoq anlayışının fəlsəfi
mahiyyətini şərh etmək üçün, hər
şeydən əvvəl monoloq və poliloq
anlayışına diqqət yetirmək lazımdır. Monoloq dedikdə bir nəfərin müəyyən
fikir irəli sürməsi, yaxud fərdin özünə, ya
da ki bir qrup dinləyicilərə müraciəti başa
düşülür. Poliloq – iki nəfərdən
çox tərəflərin müəyyən ünsiyyət
prosesində iştirakıdır. Dialoq
ünsiyyət prosesində iki, yaxud daha çox fərdlərin
bir-biri ilə fakir mübadiləsinə deyilir. Rus alimi
f.e.d., professor V.M.Pivoyev dialoqu fəlsəfi anlamda şərh
edərək yazır ki, dialoqda ünsiyyətin iki subyekti, iki
«şüuru» iştirak edir və onlar öz fikirlərini ifadə
etmək, bir-birini başa düşmək və anlamağa
nail olmağa çalışırlar. Hər
bir dialoq iştirakçısı üçün vacib şərt
birincisi, öz fikrinin başqası tərəfindən
eşidilməsi, sonra isə başqasını düzgün
anlamaq arzusudur. Dialoq «özünün» və
«özgənin» şüurunun dialektik ziddiyyətidir. Dialoq – hər biri ayrı-ayrılıqda mövcud
olan, biri-digərindən asılı olmayan «özgəni»
anlamağa və onun fikrini mənimsəməyə,
«özünün fikrinin suverenliyini saxlamağa cəhd edən
prosesdir. Biz dialoq anlayışını əgər
mədəniyyətə tətbiq etsək V.M.Pivoyevin
yuxardakı fikri ilə razılaşmamaq mümkün deyildir.
Tarixi təkamül prosesində bütün mədəniyyətlər
qarşılıqlı təsir nəticəsində bir-birini
zənginləşdirmişdir. Bu
qarşılıqlı təsir prosesi eyni regionda yerləşən
və bir-birinə qonşu olan xalqların mədəniyyətində
daha çox özünü göstərib. Məsələn, Qərbin və Şərqin təsiri
ilə formalaşan Rusiya mədəniyyətinin
inkişafını buna misal göstərmək olar. Bu fikri Azərbaycan mədəniyyətinə də
aid etmək olar.
Belə ki, Şərq və Qərbin qovuşuğunda
yerləşən Azərbaycanın mədəniyyətinin
formalaşması və inkişafında həm Şərq, həm
də Qərbin təsiri tarixən özünü göstərib. Tarixən həm
Şərq, həm də Qərb sivilizasiyası ilə bağlı
olan Azərbaycan indiki dövrdə də, həm Qərb, həm
də Şərq mədəniyyətinin
daşıyıcısı kimi çıxış edir.
Bu fikri əsaslandırmaq üçün Azərbaycan
Prezident İlham Əliyevin 7-9 aprel 2011-ci il
tarixində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumundakı çıxışında söylədiyi
fikirlərə diqqət yetirək. Forumdakı
çıxışında Azərbaycanın İslam
dünyasının, Şərq mədəniyyətinin tərkib
hissəsi olduğunu vurğulayan Prezident bu haqda deyib: «Azərbaycan
İslam dünyasının tərkib hissəsidir. İslam dəyərləri, milli dəyərlər
bizim üçün çox əzizdir. Müstəqillik
dövründə Azərbaycan çox böyük və
uğurlu yol keçib. Müstəqillikdən
əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli
xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz,
dilimiz, dinimiz müstəsna rol oynayıb».
Son illərdə Azərbaycan bir çox beynəlxalq mədəniyyət
tədbirlərinin keçirildiyi mərkəzə
çevirilib.
Məsələn, təkcə, 2010-cu ildə
bir çox beynəlxalq mədəniyyət tədbirləri
respublikamızda keçirilib. Bu tədbirlər
aşağıdakılardır:
1.
Üzeyir Hacıbəyli adına Beynəlxalq
Musiqi Festivalı;
2. Qəbələ
II Beynəlxalq Musiqi Festivalı;
3.
Bakı Birinci Teatr konfransı;
4. Milli
Teatr Festifalı;
5. Çexov adına Beynəlxalq Teatr Festivalının
«İpək yolu» mərhələsi;
6.
Vokalçıların Bülbül adına
V Beynəlxalq Müsabiqəsi;
7. IV Beynəlxalq
Rostropoviç Festivalı və s.
Yuxarıda göstərilən beynəlxalq səviyyəli
mədəniyyət tədbirlərinin respublikada keçirilməsini
mədəni əməkdaşlıq və mədəniyyətlərarası
dialoqda Azərbaycanın rolunu və əhəmiyyətini
göstərən mühüm hadisə kimi dəyərləndirmək
olar. Xüsusən, «Euronews» telekanalının 2010-cu ilin
yekununa həsr olunmuş verilişində Avropanın ən
nüfuzlu mədəniyyət hadisələrinin
sırasında Bakıda Beynəlxalq Caz Festivalının
keçirilməsinin xüsusi qeyd edilməsi də Azərbaycan
mədəniyyətinin dünya mədəniyyətinə
inteqrasiyası və beynəlxalq mədəniyyət tədbirlərindəki
fəaliyyətini göstərən faktlardan biridir. Azərbaycan mədəniyyətinin
genişmiqyaslı təbliği ilə bağlı həyata
keçirilən tədbirlər mədəniyyətimizin hərtərəfli
inkişafının geniş vüsət alması ilə
şərtlənir. Keçmiş postsovet
məkanında formalaşan kulturoloji nəzəriyyələrin
müxtəlif regionlarda yayılmasında mədəni əlaqələrin
genişləndirilməsi mühüm rol oynayıb. Məsələn, müxtəlif ölkələrdə
mədəniyyət günlərinin keçirilməsi mədəni
əlaqələrin genişlənməsində əsas amillərdən
biridir.
Azərbaycan mədəniyyətinin başqa ölkələrdə,
xüsusən, Yaxın və Orta Şərq ölkələrində
təbliğində, həmin ölkələrdə
keçirilən mədəniyyət günləri
mühüm əhəmiyyət kəsb edib. Əsasən
2000-ci ildən sonra müxtəlif ölkələrdə
keçirilən Azərbaycan mədəniyyət günlərinin
sayı çoxalıb, coğrafiyası isə genişlənib.
Mədəniyyət günləri həm Qərb,
həm də Şərq ölkələrində
keçirilib. Məsələn, 2010-cu ilin
30 noyabrından dekabrın 2-dək İordaniyada keçirilən
Azərbaycan mədəniyyət günləri milli mədəniyyətimizin
təbliği sahəsində çox uğurlu olub. Mədəniyyət günləri çərçivəsində
İordaniyanın Əmman və Zərka şəhərlərində
bir çox tədbirlər keçirilmiş, Əmmanın
Kral Mədəniyyət Mərkəzində yerləşən
sərgi salonunda «Azərbaycan ənənə və
müasirliyin qovuşuğunda» adlı fotosərgi
açılıb.
Tədbirin açılışında iştirak edən
respublikamızın mədəniyyət və turizm naziri
Ə.Qarayev ölkəmizin mədəniyyəti, incəsənəti,
muğamlarımız, eyni zamanda işğal olunmuş ərazilərimizdə
erməni vandalistləri tərəfindən
dağıdılmış tarixi və mədəni abidələr
haqqında məlumat verib. Azərbaycan qərb
ölkələri ilə də öz mədəni əlaqələrini
həmişə genişləndirməyə
çalışıb ki, bu da Qərbin Azərbaycan mədəniyyətinə
marağının getdikcə artması ilə şərtlənir.
2009-cu ilin 17-19 noyabr tarixində Macarıstanın paytaxtı
Budapeşt şəhərində «Azərbaycan-Macarıstan: mədəniyyətlərin
dialoqu» mövzusunda IV elmi konfrans keçirilib. Konfrans
Azərbaycan Respublikasının Macarstandakı səfrliyinin təşəbbüsü
və Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə baş tutub. Konfransın işində
tarix, iqtisadiyyat, hüquq, siyasət, etnoqrafiya, ədəbiyyat
və s. sahələr üzrə AMEA-nın
tanınmış alimləri iştirak ediblər. Konfrans
iştirakçılarına təbrik məktubu göndərən
Macarıstanın xarici işlər naziri P.Balayin Azərbaycanla
mədəni əlaqələrin əhəmiyyətindən bəhs
edərək konfransa göndərdiyi məktubda bildirib: «Azərbaycan
mədəniyyətinin nadir dəyərlərini, o cümlədən
onun memarlığını, ədəbiyyatını, xalq
musiqisini, xalq ənənələrini və dil irsini nəzərə
alsaq qarşımızda elə bir əlvan mənzərə
açılar ki, Azərbaycan xalqı haqlı olaraq onunla fəxr
edə bilər».
Qeyd edək Şərqdə, İslam ölkələrində
bəzi şəhərlərin İslam mədəniyyətinin
paytaxtı elan olunduğu kimi, bu ənənə Qərbdə,
Avropa ölkələrində də həyata keçirilir. Məsələn,
2009-cu ildə Litvanın paytaxtı Vilnüs şəhəri
də Avropa mədəniyyətinin paytaxtı elan olunub. Göstərmək lazımdır ki, Azərbaycanın
Litva ilə o, cümlədən Pribaltika ölkələri ilə
mədəni əlaqələri son illərdə xeyli
genişlənib. Məsələn, Azərbaycanla
Litva arasında mədəniyyət və turizm sahəsindəki
əlaqələri buna misal göstərmək olar. Məsələn,
Litvanın Turizm Departamentinin direktoru xanım Niele Klikine 2009-cu
il aprel ayında Bakıda səfərdə olarkən Litva
Respublikasının Azərbaycandakı səfirliyində
keçirilən mətbuat konfransında Litva və Azərbaycanın
mədəni əlaqələrindən danışaraq Litva
şəhərlərinin mədəni-tarixi abidələri,
turizm imkanları haqqında geniş məlumat verib.
Cavid
Davamı var
Xalq
C\bhəsi.- 2016.- 25 oktyabr.- S.13.