Azərbaycanda dini tolerantlıq mədəniyyəti

 

(əvvəli ötən sayımızda)

 

Son illərdə respublikamızda dinlərarası dialoqa həsr edilmiş beynəlxalq miqyaslı bir çox tədbirlər keçirilib. Bu beynəlxalq miqyaslı tədbirlərdən biri də 2010-cu ilin 26 aprelində dünya dini liderlərinin «Qloballaşma, din, ənənəvi dəyərlər» mövzusunda Bakıda keçirilən sammitidir. Bu sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndə iştirak etmişdir. Dünya dini liderlərini bir araya toplayan bu cür mötəbər bir sammitin Bakıda keçirilməsini Azərbaycan Respublikasının regiondadünyada beynəlxalq nüfuzunun artdığını göstərən hadisə kimi dəyərləndirmək olar.

Avropa Şurasına (AŞ) üzv olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilən konfransda 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın rəhbəri, alimlər QHT və media nümayəndələri iştirak ediblər. Konfransda AŞ-nın üzvü olan ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalayan dövlətlərin, YUNESKO-nun təmsilçiləri ilə yanaşı islam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALESKO) yüksək rütbəli nümayəndələrinin iştirak etməsi bu tədbirin beynəlxalq əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan Şərq və Qərb mədəniyyətlərini təmsil edən rəsmi nümayəndələrin iştirak etdiyi Bakı konfransını nəinki, Azərbaycanın və Qərbin, eyni zamanda, Şərqin mədəni həyatında mühüm hadisə hesab etmək olar.

Avropa Şurası ilə Azərbaycanın birgə təşkil etdiyi bu konfrans müxtəlif xalqlar və dövlətlər arasında dialoqu möhkəmləndirməyə xidmət etməklə yanaşı sivilizasiyalararası dialoqu dəstəkləyən ölkə kimi respublikamızın beynəlxalq nüfuzuna müsbət təsir edib. Respublikamızda keçirilən bu tipli beynəlxalq tədbirlər mədəniyyətlərarası və dinlərarası dialoqun səmərəli inkişafına böyük töhfələr verməkdədir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü sosial-iqtisadi sahələrlə yanaşı mədəni irsimizə də çox böyük ziyan vurub. Mədəni müxtəlifliyə qarşı çıxmağı bəşəri dəyərlərə qarşı çıxmaq kimi dəyərləndirmək olar. Bu baxımdan mədəni müxtəlifliyin bəşəriyyət üçün mühüm əhəmiyyəti və vacibliyi haqqında Avropa Şurasının keçmiş Baş katibi Terri Devisin Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışında söylədiyi fikirlərə diqqət yetirək: «Biz burada təcrübə mübadiləsi aparmaq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik. Biz hamımız çoxmillətli cəmiyyətlərdə buya digər yolla, mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik. Bir çox hallarda təbii müxtəliflik ətraf mühit üçün nə qədər vacibdirsə, mədəniyyət müxtəlifliyi də bəşəriyyət üçün bir o qədər vacibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik stereotiplər haqqında düşünürük

Son dövrlərdə regional münaqişələrdə din amilinin mühüm rol oynadığını nəzərə alan Azərbaycan rəhbərliyi müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini önə çəkərək bu sahədə bir çox tədbirlər həyata keçirib. Bu tədbirlərədən biri əvvəlki bölmələrdə qeyd etdiyimiz kimi «Dinlərarası dialoq : qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda beynəlxalq konfransın 6 noyabr 2009-cu ildə Bakıda keçirilməsidir. Ümumiyyətlə, «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda beynəlxalq konfransın iştirakçıları, dünyanın müxtəlif dövlət institutlarının, dini, ictimai qurumların nümayəndələri müasir dövrdə dinlərarası dialoqu müxtəlif sivilizasiyaların yaxınlaşmasına təkan verən səmərəli fəaliyyət forması kimi çox yüksək dəyərləndiriblər. Bu konfransın Bakıda keçirilməsi Azərbaycanın dinimilli cəhətdən tolerant ölkə olduğunu bir daha beynəlxalq konfransın iştirkçılarının nəzərinə çatdırdı.

Çağdaş dünyada dinlərarası əməkdaşlığa ehtiyac artmaqdadır. Tolerantlığın ən kamil, mədəni və işgüzar ifadə forması olan dinlərarası dialoq isə Şərqlə-Qərb arasında ən etibarlı ünsiyyət amilinə çevrilib. Konfrans iştirakçıları bu konteksdə «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusundakı beynəlxalq konfransın Azərbaycanda keçirilməsini basqa ölkələr üçün yüksək tolerantlıq örnəyi kimi qiymətləndiriblər. Konfrans iştirakçıları belə bəşəri dəyərlərə bağlılıqlarını etiraf etməklə yanaşı, bildirmişlər ki, dinlərarası tarixi-ənənəvi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi, dövlət və din münasibətlərinin ancaq humanist meyarlarla cilalanması, ötən əsrlərdə pozulmuş, yaxud çox ciddi şəkildə deformasiyaya uğramış milli-dini münasibətlərin yenidən bərpa olunması günümüzün ən aktual problemlərindəndir. Bu konfransın praktiki əhəmiyyəti ondan ibarətdir ki, həmin konfransın iştirakçıları dinlərarası dialoqdini tolerantlıqla bağlı dünya ictimaiyyətinə müraciət qəbul ediblər. Müraciətdə deyilirdi: Bizislam, xristianiudaizm dinlərinin nümayəndələri, ayrı-ayrı sahələrdə çalışan insanlar belə bir xoş məramın reallaşması üçün bəşəriyyəti daim zənginləşdirən tolerantlıq mühitinin dünyada bərqərar olması fikrini uca tutmağı və gündəlik həyatımızda buna nail olmağı çox vacib məqsəd hesab edirik. Bu gün Qafqazda, xüsusilə də Cənubi Qafqazda yaranmış problemlərin həllilndə beynəlxalq birliyin köməyinə ethiyac var. Biz, beynəlxalq təşkilatları, o cümlədən ictimai-dini təsisatları, müxtəlif dinkonfessiya mənsublarını bu problemlərin həllində mümkün olan bütün vasitələrdən istifadə etməyə çağırırıq. Konfrans iştirakçıları Azərbaycanın müxtəlif konfessiyalarla sıx əməkdaşlığını diqqətə çatdırmaqla yanaşı, onun dünya dövlətləri ilə də əlaqələrinin daim yüksəldiyini böyük məmnunluqla qeyd edirlər. Biz, dünyanın müxtəlif elmi mərkəzlərinin, həm ənənəvi dinşünaslıqla bağlı, həm də müasir dövrdə aktuallıq qazanmış xüsusi mövzular üzrə birgə tədqiqatların aparılmasını məqsədəuyğun hesab edirik. Konfrans iştirakçıları siyasi konyukturanı rədd edirdünya ictimaiyyətini Qafqazda işğal altında qalmış qədim dini-tarixi maddi-mədəniyyət abidələrinə qarşı törədilən vandalizmi qəti şəkildə pisləməyə çağırırlar.

Biz, Azərbaycan rəhbərliyinə beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirironun nəticələrinin dünya ictimaiyyətinə çatdırılması üçün zəruri vasitələrdən istifadə olunacağını bəyan edirik

Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din xadimlərinin beynəlxalq səviyyədəki nüfuzu, rəhbərlik etdikləri qurumların dinlərarası dialoq formatında, eləcə də şəxsi dostluq səviyyəsində səmərəli fəaliyyəti olmasaydı, Şərqlə Qərb arasındakı bəzi qarşıdurmalar o qədər də sabit olmayan dünyamızı bir-birindən uzaqlaşdırar, ciddi gərginlik mənbəyinə, hətta ağır münaqişələrə səbəb ola bilərdi. Araşdırmalar göstərir ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində dünya ictimaiyyətini, bəşəriyyəti ən çox düşündürən qlobal məsələlərdən biri dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq məsələsidir. Bu problem son illərdə bir çox beynəlxalq forum və konfransların əsas mövzusuna çevrilib. Bu mövzu ilə bağlı keçirilən hər hansı bir beynəlxalq tədbir özlüyündə ayrı-ayrı ölkələri təmsil edən nümayəndələr arasında dialoq mahiyyəti daşıyır. Çünki bu cür konfranslar müxtəlif ölkələrin və müxtəlif mədəniyyətlərin təmsilçilərini bir araya gətirir və onların bir-birini tanımasına xidmət edir.

Son illərdə dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin miqyası və bu məqsədlə respublikamıza gələn tanınmış ictimai xadimlər, dini rəhbərlər və görkəmli alimlərin fikirləri Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu bir daha sübut edir. Aparılan araşdırmalar aşağıdakı elmi nəticələrin irəli sürülməsinə imkan yaradır:

1. İslam dinində tolerantlığın əsası Qurani-Kərimin surə və ayələrində irəli sürülmüş və Məhəmməd (s) Peyğəmbərlə bağlı hədislərdə öz ifadəsini tapıb. Digər tərəfdən tarixi mənbələrə görə, İslam dininin Azərbaycanda yayıldığı dövrdə müsəlmanlar bu ərazidə yaşayan yəhudilik, xristianlıq və zərdüştlüyün tərəfdarlarına qarşı ehtiramdözümlülük göstəriblər.

2. Tarixi araşdırmalar göstərir ki, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnikdini qruplar arasında həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt millidini zəmində qarşıdurma olmayıb. Azərbaycan ərazisində yaşayan xalqlar arasında tolerant münasibətlərin formalaşmasında onların tale ümumiliyi amilimühüm rol oynayıb. Belə ki, tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə böyük dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış vəziyyət milli-dini fərqlərinə baxmayaraq onları bir-birinə yaxınlaşmağa vadar edib. Lakin Azərbaycanda milli-dini tolerantlığa təhlükə yaradan erməni şovinistləri olub. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Erməni-Qriqoryan kilsəsi azərbaycanlılara qarşı tarixən düşmənçilik toxumu səpən dini-ideoloji mərkəz rolu oynamış və indibunu davam etdirməkdədir.

3. Azərbaycana gələn dünya dini liderləri (xüsusən, qeyri-islam dini liderləri) birmənalı şəkildə təsdiq edirlər ki, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 29 oktyabr.- S.13.