“Türkiyə Azərbaycanın dəstəyini
heç vaxt unutmayacaq”
Adəm Urfan: “Demokratiya
mitinqlərində Azərbaycan
və Türkiyə bayraqları birgə dalğalanırdı”
TİKA-nın Bakı nümayəndəliyinin yeni
rəhbəri Adəm
Urfanın APA-ya müsahibəsini oxucularımıza
təqdim edirik
- Adəm bəy, TİKA-nın Bakı nümayəndəliyinə yeni
rəhbər təyin
olunmusunuz. Bu, Azərbaycana ilk səfərinizdir,
ölkəmizlə bağlı
ilk təəssüratlarınız necədir?
- Azərbaycan bizim özümüzü yad
hiss etmədiyimiz, öz
Vətənimizdə hiss etdiyimiz
bir ölkədir. Qardaş ölkəyik. Mən həm
də vəzifəm səbəbilə Azərbaycana
gəlmişəm. Çox
böyük bir inkişafın aşkar
hiss olunduğu, həqiqətən
də “Qafqazın incisi” adlandırıla biləcək bir Bakı şəhəri ilə qarşılaşdım.
Çox
inkişaf etmiş, istiqanlı insanların olduğu, heç zaman özümü yad hiss etməyəcəyim
bir şəhərdəyəm.
Bu baxımdan Azərbaycana gəldiyim, burada işləyəcəyim
üçün özümü
xoşbəxt sayıram.
- TİKA
təhsil sektorunda inkişafa verdiyi dəstəklə də seçilir. Təhsillə bağlı hansı
layihələr həyata
keçiriləcək?
- Bütün dünyada qəbul olunan bir məsələ var – inkişafın təməlində təhsil
və insan resursları dayanır. Qısa müddətli müşahidələrimdən çıxardığım nəticə
budur: Azərbaycanda doğrudan da çox qabiliyyətli, təhsilli, gənc insan resursları var. Təcrübələrimizi bölüşməklə
bu insan resurslarının iqtisadiyyatın
inkişafına daha çox töhvə verməsinə nail ola biləcəyimizi düşünürük. Əlbəttə ki, bunu çoxlu
sayda yolu var. Bakı Dövlət Universitetinin idarəetmə
fakültəsində belə
bir layihə həyata keçiririk.
Biz TİKA olaraq insan həyatının doğuşdan ölümə
qədər hər dövrünə dair layihə həyata keçirməyə çalışırıq.
Təhsil də həyatın
bütün mərhələlərini
əhatə edən bir şeydir. İbtidai təhsildən başlayaraq uşaqların
Azərbaycanda milli dəyərləri ilə
tanış olması, xeyriyyəçilik
hisslərinin inkişaf
etdirilməsi istiqamətində
gördüyümüz işlər
var. Qaçqın və
məcburi köçkünlərin
yaşadığı bölgələrdə
onların təhsil problemlərini həll etməyə hədəflənmiş
layihələr həyata
keçiririk. Təhsil sahəsində
təcrübə mübadiləsinə
böyük əhəmiyyət
veririk. Bu sahədə diqqət yetirdiyimiz məqamlardan biri peşə təhsilidir. Bu, dünyanın çox ölkələrində mühüm
problem olaraq qalır.
İqtisadi inkişafda ən
önəmli insan faktorlarından birini peşəkar mütəxəssislər
formalaşdırır. Azərbaycanda həyata keçirdiyimiz
peşə təhsili
layihələri ilə
Azərbaycanın hansı
sahələrdə daha
çox mütəxəssisə
duyduğu ehtiyacı müəyyənləşdirməyə, mütəxəssislərin peşəkarlığını
artırmağa çalışacağıq.
Türkiyənin bu sahədə
çox böyük təcrübəsi var.
- Türkiyə çox ağır tarixi dövr yaşayır. 15 iyul hadisələrindən
sonra ölkənizin tarixində yeni bir mərhələ başlayıb...
- 15 iyul gecəsi Türkiyə tarixinin ən uzun gecələrindən biri idi. Ankarada bu ağır gecəni yaşayan, baş verənlərə şahid olan vətəndaşlardan biri də mən idim. Qarşımızda olan çox böyük təhlükədir. Önümüzdə Fəthullah Gülən adı altında təşkilatlanmış bir terror təşkilatı var. Bu terror təşkilatı 15 iyul gecəsi Türkiyənin müstəqilliyinə, türk xalqının milli iradəsinə, seçilmiş liderlərinə, parlamentinə qəddar hücum həyata keçirdilər. Burada bir məqama diqqət yetirmək lazımdır. FETÖ deyəndə nə nəzərdə tutulur? Qarşımızda necə bir struktur var? Bu terror təşkilatı təxminən 40 ildir təhsil sektoru və qeyri-hökumət təşkilatları adı altında gizlənərək dövlətin bütün strateji qurumlarını ələ keçirməyi bacarmış bir terror təşkilatıdır. Anadolu təbirincə desək, “quzu dərisinə bürünmüş canavardır”. FETÖ həqiqətən də bütün milli, əxlaqi dəyərləri heçə sayan, öz qeyri-leqal hədəflərinə çatmaq üçün bütün vasitələri mümkün hesab edən, şəbəkələşmiş bir terror təşkilatıdır. Onlar 40 il ərzində manqurtlaşmış üzvlərinin iyrənc inamı ətrafında təşkilatlanıb, 15 iyul gecəsi Türkiyəyə qorxunc kabus yaşada biləcək bir nöqtəyə gəlmişdilər. Təbii ki, onların sonuna çıxmaq asan olmayacaq. Amma onu da bilirik ki, 15 iyulda Türkiyə ordusunun uniformasını istifadə edərək bir qrup xuntaçı dövlət çevrilişi etməyə cəhd göstərdi. Lakin o tarixdə türk xalqı prezidentimizin rəhbərliyi ilə böyük bir cəsarət nümayiş etdirərək bu təhlükənin qarşısını aldı. Küçədəki vətəndaş, sıravi insanlar xuntanın cəhdini öz gələcəyinə, uşaqlarının gələcəyinə, ölkəsinin gələcəyinə böyük təhlükə olduğunu dərhal anladı. Və bunu anlayan kimi prezidentimizin çağırışı ilə küçələrə çıxdılar. Öz gələcəklərinə, parlamentlərinə, demokratiyaya, milli birliyə sahib çıxmağa çalışdılar. Əslində bu, sadəcə çevriliş cəhdi deyil, onlar Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyirdilər. Bu cəhdin qarşısı həm prezidentimizin, həm də türk xalqının böyük cəsarəti ilə alındı. Təəssüf ki, çoxlu qurbanlarımız oldu, 250-yə yaxın şəhidimiz var, o gecə 2 mindən çox insan yaralandı.
Bir məqamı xüsusi vurğulamaq borcumuzdur. 15 iyul hadisələrinin ilk anlarında Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqı prezidentimizin və xalqımızın yanında olduqlarını bəyan etdilər. Bir Türkiyə vətəndaşı olaraq söyləyirəm - verdiyiniz bu dəstək türk xalqı, heç bir vətəndaşımız tərəfindən unudulmayacaq və həmişə hörmətlə xatırlanacaqdır. O gecə azərbaycanlı dostlarımızın, qardaşlarımızın bizim kimi televizor qarşısında əyləşib, türk xalqı üçün dualar etdiyini rastlaşdığımız hər kəs söyləyir. Bu, bizim üçün önəmli idi. Demokratiya mitinqlərində Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırdı.
Təhlükə hələ keçməyib, amma dövlətimiz bu təhlükəyə qarşı inamlı mübarizə aparır. Təbii ki, bu, sadəcə Türkiyəyə qarşı təhdid deyil. Bu şəbəkə Türkiyədəki kimi, bir çox digər ölkələrdə də eyni şəkildə təşkilatlandı. Təəssüf ki, FETÖ Azərbaycan üçün də təhdid durumundadır. Amma cənab prezident İlham Əliyev və Azərbaycan dövləti bu təhlükəyə qarşı inamlı bir mübarizəyə başlayıblar. Bu anlamda Türkiyənin yanında olduqlarını, FETÖ-yə qarşı ciddi şəkildə mübarizə aparacaqlarını ifadə etdilər. Bu, bizi gerçəkdən sevindirən, birgə mübarizənin aparılmasının vacibliyini ortaya qoyan bir məqamdır.
- 15 iyul hadisələrindən sonra Türkiyədə terror hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. İki hadisə arasında ciddi bağlılığın olduğu iddia edilir. Türkiyənin terrora qarşı mübarizə siyasətini necə dəyərləndirirsiniz?
Burada bir məqama diqqət çəkmək istəyirəm. Son dövrlər Türkiyədə hərbçi çevrilişdə bu və ya digər formada iştirak etmiş insanlarla bağlı açıq, şəffaf hüquqi proseduralar həyata keçirilir. FETÖ-nün ABŞ-dakı lideri xarici ölkələrdə “Hizmət diasporu”nun qurulması ideyasından bəhs etdi. Hamımızın bu cür cəhdlərə qarşı diqqətli olmağı lazımdır. Çünki indiyə kimi xaricdə Türkiyə və Azərbaycanın maraqlarına qarşı erməni diasporu fəaliyyət göstərirdi, indi isə maraqlarımıza qarşı “Hizmət diasporu” adı altında yeni təhdidlər ortaya çıxacaq. Bu çərçivədə maraqlarımıza uyğun olmayan təbliğatla məşğul bir hərəkatın ortaya çıxacağı gözlənilir. Buna qarşı qərarlı şəkildə mübarizə aparmalı olduğumuzu düşünürəm. Türk xalqı bu mənada çöx mühüm iradə nümayiş etdirdi. Çevriliş cəhdindən iki həftə sonra bu prosesin nəticələrinin tez aradan qaldırılması dollarlarını lirəyə çevirdilər və banklara əmanət qoydular. Söhbət 10 milyon dollarlıq bir rəqəmdən gedir. Bu mənada həqiqətən dünyaya nümunə ola biləcək bir davranış ortaya qoyuldu. Mən azərbaycanlı dostlarımıza bir mesaj vermək istəyirəm. Əmin olsunlar ki, Türkiyə bu prosesdən güclənərək çıxacaq.
Terror hadisələrinin sayının artmasına gəldikdə, ölkəmiz çox çətin bir prosesdən keçir. Ölkəmizi FETÖ, PKK, İŞİD kimi terror təşkilatlarının terror aktları ilə boyun əyməyə məcbur etmək istəyirlər. Yəni, Türkiyə bu an terror təşkilatlarının fəaliyyəti ilə təhdid edilir. Təbii ki, həm polisimiz, həm əsgərlərimiz terrora qarşı ciddi bir mübarizə aparır. Amma bunu da bilirik ki, bu terror təşkilatları eyni məqsədə xidmət edirlər, Türkiyəni öz daxilinə qapanmağa, öz problemləri ilə əlləşən ölkə durumuna salmaq istəyirlər. Azərbaycanda qarşılaşdığımız insanlar terror aktları ilə bağlı narahatlıqlarını ifadə edirlər. Azərbaycanlı dostlarımıza bu sözləri deyirik – bəli, çox çətin bir prosesdən keçirik, çoxlu təhdid və təhlükə ilə qarşı-qarşıyayıq. Amma Türkiyə həm siyasi liderləri, həm müxalifəti, həm mülki cəmiyyət institutları, iş adamları ilə əl-ələ verərək terrora, terrorun hər formasına qarşı mübarizə aparır. İnanıram ki, Türkiyə qısa müddətdə bu işin öhdəsindən gələcək. Və yenidən həm bölgədəki ölkələr, həm dünya dövlətləri ilə münasibətləri normal olan, qlobal sülhə töhvə verən, bu mənada dünyaya mesajlar verəcək bir ölkə olacağıq.
Bu il həm
Azərbaycanda, həm Türkiyədə şəhidlərimiz
oldu, sizin vasitənizlə
şəhidlərin ailələrinə
başsağlığı verir,
yaralılara şəfalar diləyirəm. Şəhidlərimizin
məkanları cənnət olsun.
TİKA-nın Azərbaycanda fəaliyyətini aramsız davam etdirməsi, layihələri müzakirə
etməyimiz əslində problemləri tezliklə həll edəcəyimizə
bir nümunədir. Türkiyə
bir tərəfdən terror
təşkilatları ilə mübarizə aparır, digər
tərəfdən TİKA kimi qurumlar öz fəaliyyətləri
çərçivəsində Azərbaycanla Türkiyə
arasında əlaqələri dərinləşdirməyə,
Azərbaycanın inkişafına maksimum
dəstək verməyə davam edir. Bizim burada mövcudluğumuz və
2017-ci ilə dair planlarımız
Türkiyənin bu dövrü
rahatlıqla geridə qoyacağına aşkar
bir nümunədir.
Xalq
Cəbhəsi.- 2016.- 3 sentyabr.- S.4.