Zəlzələ xəbərdarlıqlarının gizlinləri...

 

Məlumdur ki, müasir dövrdə elmi-texniki inkişaf keyfiyyət, kəmiyyət cəhətdən ədədi, həndəsi silsilə səviyyəsində artıb. Parlaq zəkalı, mükəmməl hazırlığı olan insanlar belə bu qədər saysız-hesabsız, çoxşaxəli, rəngarəng məlumatları analizsintez etməkdə çətinlik çəkirlər. Artıq həmin tərəqqinin nəticəsi “süni intellektadlanan cihazlar bunların özünü yaradan insanlara çox zaman elmi hesablamalarda qalib də gəlir. Təəssüflər olsun ki, tətbiqi xüsisiyətlərinə görə yaranan yeni texnologiyalar uzun zaman dünya ictimaiyyətindən gizlədilərək hərbi məqsədlər üçün istifadə olunur. Bir neçə on il keçdikdən sonra daha yüksək texnologiyalar yarandıqda, köhnələri açığa çıxarmaqla rəqiblərə siyasipsixoloji təzyiqlər göstərilir.

Qədim türk şamanlarının “yada daşlariyla etdiyi möcüzələr: ildırım çaxdırmaq, qar yağdırmaq, zəlzələlər yaratmaq, iqlimi dəyişmək bu gün uydulardan (peyklər) “geofiziki”, “tektonik”, “süni iqlim”, “psixotrop” və s. silahlar səviyyəsində siyasi-hərbi sifarişlərə görə həyata keçirilir. Açıq etiraf edilməsə də artıq “elan olunmamış üçüncü dünya müharibəsi” incə, çox hiyləgərcəsinə “iqlim dəyişikliyi, geoloji hərəkət” və s. adlar altında başlanıb davam edir. Bunun nəticəsində də son dövrdə dünyanın hər yerində təbii fəlakətlər sürətlə çoxalıb, daşqınlar, zəlzələlər, sunamilər yaranır, təbiət hadisələrinə uyğunlaşdırılmış “iqtisadi müharibələr” gedir. Kütləvi hal almış qeyri-adi xəstəliklər, qəfil ölümlər, texniki qəzalar çox artıb. Həmin qeyri-adi hallar yoxsul, inkişaf səviyyəsində olan ölkələrin, xalqların həyatında 1:10 nisbətində daha çox özünü göstərir.

Bakteroloji silahın mahiyyətdə gizli şəkli olangen mühəndisliyi” ilə bitkilərin, canlıların, insanların genetikası dəyişdirilir. Deyilənə görə, kosmosdan uydular vasitəsiylə kütlələrin psixikası idarə olunub yönləndirilir, şüuraltı səviyyədə insanları idarə edib onların yuxularını görüntüyə ala bilən, beyinlərinə yuxu proqramları göndərən texnologiya mövcuddur. Nə qədər pessimizm yaysa da, bütün bunlar elmin yeni inkişaf səviyyəsi, acı həyati reallıqdır. Ulu Atatürkün məşhur “İstiqbal göylərdədir” kəlamı bu gün müasir dövrün şərtlərinə görə öz canlılığını qorumaqla, əfsuslar olsun, daha yeni bir məna alıb, “qurtuluş türklərin kosmosdakı qoruyucu hərbi məqsədli uydularındadır”. Elmi-texniki inkişafın gücüylə ölçülən müasir beynəlxalq siyasi vəziyyət göstərir ki, Böyük Türk Dünyası kosmik-texnoloji cəhətdən ABŞ, Rusiya, AB, Çin səviyyəsidə yüksəlişə çata bilməsə, millətin fiziki-mənəvi sağlamlığını qorumaq çox çətin olacaq.

Mənəvi-psixoloji, maddi-fiziki cəhətdən zərər yetirməklə uydulardan kosmik təsir əsasən iki istiqamətdə aparılır. İdarə olunan elektro-maqnetik dalğalarla birbaşa dağıntılar yaradılır, yaxudpsixotron silahladaha çox mənəvi-psixoloji cəhətdən təsir etməklə son nəticədə yenə maddi-fiziki dağıntılar törədilir. Həmin silahla insanlar yaxın, uzaq məsafədən istənilən xroniki xəstəliyə bulaşdırılır, qatil, idarəolunmaz edilir. Mütəxəssislər bildirir ki, aviasiya dəmiryolu, avtomobil qəzaları törədilir, bir anda böyük tikililəri dağıtmaq, iqlim fəlakətləri törətmək, ən mürəkkəb cihazları, mexanizmləri sıradan çıxarmaq, idarə etmək olur. Psixotron silahla rəqibin canlı gücünü sıradan çıxarmaq, insanın, kütlənin psixikasını, əzələlərin hərəkətini pozmaq, bədənin müxtəlif üzvlərinin, ürək-damar quruluşunun, gözlərin fəaliyyətini dağıtmaq mümkündür. İstənilən bioloji varlığın, insanların xüsisiyyətlərini, əhalinin dünyagörüşünü dəyişmək olur.

90-cı illərin əvvəlində Rusiya Təhlükəsizlik Nazirlyinin və ABŞ Kəşfiyyat İdarəsinin birgə gizli əməliyyatında iştirak etmiş İ.Smirnov (Moskva Tibbi Akademiyasında psixoanaliz şöbəsinin müdiri) etiraf edirdi ki, Los-Ancelesdə D.Koreşin yaratdığı “Davidin davamçıları” təriqətinin zərərsizləşdirilməsi zamanı alınan acınacaqlı nəticə psixotron təsirin səhv proqramlaşması ilə əlaqəli olub. Həmin mütəxəssis psixotron proqramla milyonlarla insanı yerdən, kosmosdan istənilən istiqamətə yönləndirməyin də artıq mümkün olduğunu qeyd edir.

Siyasi -hərbi məqsədlər üçüngeofiziki”, “tektonik”,“təbiət-iqlim“, “radiotexnolojisilahla atmosferdə, yerin üstündə, altında böyük fəlakətlər, iqtisadi dağıntılar etmək adi hadisələrdir. İqtisadi, hərbi, texnoloji cəhətdən güclü səviyyədə inkişaf etmiş ölkələr zəlzələ, sunami, partladılmş vulkanlar törədəcək hərbi gücə də malikdirlər. XX əsrin 70-80-ci illərində ABŞ və SSRİ arasında “tektonik”, “iqlim” silahlarına yiyələnmək uğrunda amansız yarış gedirdi. Amerikada böyük dağıntılar yaratmış “Katrinatayfununun da ruslar tərəfindən törədildyini yazırdılar. Geofiziki, tektonik silahların əsasında “triqqereffekt-geosferada, atmosferdə, yerin altında təbii fonun həyəcanlandırılması, hərəkətinin sürətləndirilməsi deyilən anlayış durur. Növündən asılı olmayaraq kiçik həcmli enerjiylə geoloji mühitin açar nöqtələrinə təsir etməklə hərəkətə gətirmək mümkündür. Məsələn, ABŞ-ın hərbi təhdidlərinə qarşı ruslar Yellostoun vulkanını, San-Andreas, San-Qabriel, San-Xasinto yarıqlarını oyatmaqla, Kaliforniyada, Sakit Okean sahillərində dəhşətli zəlzələlər törətmək, 400-500 m hündürlüyundə sunami dalğaları yaratmaqla hədələyirlər. Son dövrdə geofiziki silahın yeni bir növü haqda da danışılır. Asteroid-meteorid silahla, göy cisimlərinə xüsisi kosmik mühərriklər birləşdirib hərəkət istiqamətini rəqibin ərazisinə yönləndirməklə, atom bombasından da daha dəhşətli dağıntı yaratmaq mümkündür.

Bəllidir ki, supergüclərin malik olduqları bu silahlar həm də onların geosiyasi oyunlarında əsas açarlarından, təhdid vasitələrindən biridir. Buna görə də həmin silahlara malik olmayan xalqlar, xüsusən də türklər atom bombasının, geofiziki silahların yaranmasından indiyədək özlərinin maddi-mənəvi, iqtisadi həyatlarında baş vermiş, dağıntı ilə nəticələnmiş qeyri-adi hadisələrin analiz-hesabını aparmalıdırlar. XX əsrdə 40-cı illərin sonundan başlayaraq bu günədək yaranmış, hər birində onminlərlə insan həlak olmuş dəhşətli Aşqabad, Daşkənd, Zəncan, Türkiyə - Van, Ərzincan, İzmit, Adana, onlarla orta səviyyəli zəlzələlərin gerçək səbəbləri araşdırılıb tapılmalıdır.

üçün türklər dünya xalqları içərisində ən güclü, şanlı tarixə, genetikaya, 20 mln kv. km-dən artıq əraziyə, artıq 300 mln. əhaliyə malik olduqları halda öz hüquqlarını qorumaqda çətinlik çəkirlər? Ərəb, slavyan, ispan, german xalqlarının çatdıqları siyasi-mədəni birliyi yarada bilmirlər?üçün bəşərin elm, mədəniyyət, siyasi tarixinə minlərlə dahi vermiş, müasir riyaziyyat, tibb, astronomiya elminin əsasını qoymuş xalq qabaqcıl elmi-texnoloji inkişafa çata bilmir? Onlarla bu cür sualların cavabları axtarılmalıdır.

Dünyanın əsas supergücləri, onların genetik-etnik, geosiyasi maraqları məlum olduqdan sonra müasir texnoloji silahlarla törədilən hadisələrin hansı mənbələrdən qaynaqlandığı, nə məqsədlərlə həyata keçirilməsi öz-özlüyündə aydınlaşır. Supergüclərin törətdiyi özbaşınalıqları ancaq etdiklərindən sonra hesablayıb tapmaq olur. Dünyanın siyasi-mədəni tarixinin əbədiyyən tarazılıq mərkəzi, dayaq, hərəkətverici gücü olan türklərdən qorxub çəkinən müasir supergüclər əllərinə düşən “texnoloji silah şansından” yapışaraq onları uydular vasitəsiylə “psixotron elektro-maqnetik pərdə” altında saxlamağa çalışırlar, inkişaflarına əngəl törədirlər. Sovet dövründə KQB-nin polkovniki, yəhudi əsilli türkoloq-yazıçı R.Fiş Əmir Teymurla İldırım Bayazidin münasibətləri ətrafında baş vermiş Bədrəddin Simavinin başçılığı ilə kəndli-azadlıq hərəkatı haqda “Yatmışlar oyanacaqlar” (“Spyaşiye probudyatsya”) adlı tarixi roman yazmışdı. Kitabın adı tarixi dövrün siyasi vəziyyətini məcazi mənada yığcamlaşdırsa da KQB-nin məxfiliyi tərəfindən şüuraltı səviyyədə sözün əsil mənasında türklər üzərindəki müasir siyasi oyunları rəmzləşdirirdi.

Psixotron silahla insanların mənəvi-psixoloji vəziyyətini istənilən hala salmaq mümkün olduğu üçün, türklərdə kütləvi surətdə “psixotron əzginlik, etinasızlıq, öz taleyinə laqeyidsizlik“ halı yaradırlar, onların rəqiblərinə isə azğınlıq, vəhşilik aşılayırlar. Rusiyada, Avropada, İsraildə, ABŞ-da irqçi-faşist partiyaların geniş yayılıb var olmasının bir səbəbi də həmin “xoş xüsisiyyətli psixotron möcüzə” vasitəsiylə onlarda milli ruh yüksəlişinin artırılaraq qorunub saxlanmasıdır.

Məlum geofiziki, tektonik, iqlim, psixotron silahların mövcudluğutürk xalqlarına qarşı açıq siyasi-hərbi, mədəni-iqtisadi düşmənçiliklərin, təzyiqlərin var olduğu bir vəziyyətdə son zamanlar Rusiya, dünya, Azərbaycan, Türkiyə mətbuatında türklər yaşayan ərazilərdə baş verəcək güclü zəlzələlər haqda xəbərdarlıqların edilməsi də xüsusilə diqqət çəkir. Bu ilin aprelində Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitunun direktor müavini Y.Roqojinin verdiyi məlumata görə, Azərbaycanın şimal ərazilərində güclü zəlzələ gözlənilir. Həmin günlərdə Türkiyə mətbuatında da Mərmərə bölgəsində dəhşətli zəlzələ haqda xəbərdarlıq verilir. Enerjinin boşalmasına, təkrarən yığılmasına görə, eyni ərazidə güclü zəlzələnin yenidən yaranması yüzillər sonra təkrarlana bilər. 1997-ci il İzmit (İstanbul), 2001-ci ildəki Bakı zəlzələlərindən sonra həmin ərazilərdə yeni hadisələrin yaranması ehtimalı şox zəifdir. Kosmik texnologiyayla zəlzələ törətmək istəyənlər tələsərək aykido effekti yaratmaq istəyirlər .

Uzaq Şərq döyüş növlərindən aykidonun xüsisiyyətinin əsas incəliyi rəqibin zərbəsinin istiqamətində onun özünə təsir etmədədir. Əgər tektonik silahla geosferanın təbii inkişafını triqqer üsullasüni təsirlə pozmaq, gücləndirmək mümkündürsə, onda Böyük Türk Dünyasının, eləcədə bütün dünyanın coğrafi, siyasi-mədəni cəhətdən ən həssas yerlərindən olan İstanbul, Bakı və digər bölgələr haqda 4-5 ildən bir zəlzələ şaiyələrini yaymaq hansı məqsədlər güdür? Bəli, güclü zəlzələlər təkrar ola bilər, ancaq tektonik silahla siyasi-hərbi məqsədlər üçün törədilmək yolu ilə.

Türkləri özlərinə əzəli düşmən hesab edənlər kosmosdan, yerdən nə qədər maddi-mənəvi, siyasi-hərbi, iqtisadi maneələr, təxribatlar törətsələr də, onların inkişafının qarşısını ala bilməyəcəklər. Türkiyə PKK-nın kökünü qazıb kürd məsələsini həll etsə, Azərbaycan Qarabağı işğaldan azad edib ermənilərə tam qələbə çalsa, tektonik silahla yaradılmış zəlzələlərlə qarşılaşa bilər. Mətbuatdakı zəlzələ xəbərdarlıqlarının arxasında həmin hiylə hipnozu, qisasçılıq, siyasi-hərbi tarazılıq hesabları durur. Aykido effektiylə zəlzələ bölgələri adıyla bütün dünyanı aldadıb süni-tektonik mənşəli fəlakətlər törətmək istəyirlər.

 

Tahir Nəsib  

araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 8 sentyabr.- S.14.