Azərbaycan dili müxtəlif xalqların
dillərinə təsir göstərib
I yazı
Azərbaycan dili, Azərbaycan mədəniyyəti
ölkəmizdə yaşayan hər bir kəsi birləşdirən
dəyərlərdir. Bu yazıda Azərbaycanda birləşdirici
dil və mədəniyyətlə yanaşı mövcud olan müxtəlif
dil və mədəniyyət daşıyıcıları, onlarla
bağlı bilgilər təqdim olunur.
Araşdırmaçı, filologiya üzrə
fəlsəfə doktoru Mətanət Yaqubqızı bildirir:
“Göründüyü kimi, insanların və onların dilinin
hazır şəkildə kənardan gəlməsi (yəni
Allah tərəfindən yaradılması, kosmosdan enməsi) və
ya təkamül nəticəsində Yer üzərində konkret
bir nöqtədə, yaxud da paralel şəkildə müxtəlif
nöqtələrdə yaranması ideyası müxtəlif fikirlərin
irəli sürülməsinə əsas verir. Bu fikir və mülahizələrdən
hansının düzgün, hansının yanlış olduğunu
söyləmək olduqca çətindir. Çünki bütün
bu mülahizə və fikirlərin tərəfdarları öz
mövqelərinin düzgün olduğunu sübut etmək üçün
çoxsaylı dəlillər təqdim edirlər. İlkin mərhələdə
insanların və onların dillərinin hansı yolla, necə
yaranması məsələsi ilə bağlı fikirlər fərqli,
ziddiyyətli olsa da, istər xalqların, istərsə də dillərin
sonrakı inkişafı və təkamülü ilə bağlı
fikirlər, bu təkamülün tədqiqi üsulları ilə
bağlı mülahizələr, demək olar, bənzər və
ortaqdır. Məlum olduğu kimi, dünya dilləri dilçilikdə
iki cür təsnif olunur: birincisi, tipoloji və ya morfoloji təsnif,
ikincisi, genealoji təsnif. Morfoloji təsnifə qohum və qohum
olmayan dillər daxildirsə, genealoji təsnifə ancaq qohum dillər
daxildir”.
“Genealoji təsnifə görə dünya
dilləri öz mənşəyinə, qohumluğuna görə
qruplaşdırılır. Dillərin bir-biri ilə qohumluğu
bioloji hadisə olmayıb, tarixi-ictimai hadisədir. Dillərin qohumluğu
onların bir kökdən olmasını göstərir. Belə
dillər tarixən bir kökdən ayrılıb və müəyyən
ictimai, iqtisadi səbəblər nəticəsində bir-birinə
qohum olan müstəqil dillərə qədər inkişaf edib.
Tarixən müəyyən ictimai, iqtisadi səbəblər nəticəsində
bir kökdən ayrılmış qohum dialektlər yavaş-yavaş
inkişaf edərək, bir-birinə qohum olan müstəqil dillərin
əmələ gəlməsinə səbəb olub”.
Azərbaycan dilçiləri deyil, bir
çox dünya dilçiləri də dillərin bir kök dildən
əmələ gəldiyini iddia edirlər: “Müqayisəli-tarixi
metod vasitəsilə hər bir ailəyə daxil olan dillərin
fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri tarixi
aspektdə müqayisə edilməklə qohumluq əlaqələri
aydınlaşdırıldı və bu istiqamətdə dəyərli
əsərlər meydana çıxdı... Alman psixoloqu A.Şleyxer:
“... qohum dillərin bir “ulu dil” dən – kök dildən əmələ
gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri,
budaqları olduğunu göstərmiş, fikirlərini “Şleyxer
ağacı” deyilən bir ağac şəklində təsvir
edib”.
Professor Qəzənfər Kazımov yazır: “... Arxeoloji
qazıntılar əsasında təxmin etdiyimiz bir
dövrdən başlayaraq Yer üzərində
yaranmış ilk dil tədricən qollara ayrılmış
və bu proses Hun imperiyasının təsiri ilə
“xalqların böyük köçü”
nəticəsində son məskunlaşmaya qədər
sürətlə davam edib, sonralar da kəsilməyib.
Beləliklə, ... ulu dil protodillərə parçalanıb,
həmin protodillər sonralar bir və ya bir neçə dil
ailəsinin başında durub. Kök dil – gövdə qol-budaq
atdıqca Yer üzərində dillər, dil ailələri
artıb çoxalmış, minilliklər ərzində
bir-birindən təcrid oluna-oluna müstəqilləşib. Ulu
dilin parçalanması səbəbləri bizim
təsəvvür etdiyimizdən qat-qat çox olub. Təbii
fəlakətlər və zəlzələlər,
yanğın və uçqunlar, təbii şəraitin
kifayət qədər əlverişli olmaması, qohum tayfa
və qəbilələr arasında ixtilaflar, əhalinin
getdikcə artması, izlərini bütün dini kitablarda
saxlamış Nuh daşqını, iqlimin
dəyişməsi, havaların soyuması və
istiləşməsi, şimala doğru hərəkətin mümkünlüyü,
daha yaxın ailə və qəbilələrin
özlərinə müstəqil məskən seçmək
istədiyi, yeni otlaqlar və əkin yeri axtarışları,
miqrasiyalar və s. insan dəstələrinin bir-birindən uzaq
düşməsinə, minilliklər ərzində
qohumların yadlaşmasına, ərazi iddiaları ilə
düşmənçilik münasibətlərinin
artmasına, dillərin, dinlərin, antropoloji quruluşun
dəyişməsinə səbəb olub. Bunlar məlumdur
və bunu qazıntı materialları da təsdiq edir. Bunlar vahid
ulu dilin parçalanması üçün zəruri bir
şərait idi... Ukrayna dilçisi A.S.Melniçuk dünya
dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrini
daha inandırıcı şəkildə
əyaniləşdirib”.
Q.Kazımovun başqa bir fikrinə nəzər salaq:
“İnsanın ilkin vətəni Ön Asiya və Aralıq dənizi
hüdudları olduğu üçün bəşər dilinin
– ilk ulu dilin dialekt parçalanması da bu
ərazilərdə baş verib. Yer üzərində
yaranmış ulu dilin dialekt parçalanması e.ə. XII
minillikdə başa çatıb, tədricən
protodillərdə dialekt parçalanması başlayıb,
XII-VI minilliklərdə müxtəlif dil ailələri
yaranıb. Dil ailələrinin yaranması sonralar da davam edib. Çox
qədim etnik bölümlərdən olan hindavropalılarla,
samilərlə birlikdə protodil Ön Asiyada meydana gəlib”.
Akademik Kamal Abdullayev: “Əgər bu dillərin dərinliyinə,
ilkinliyinə ensək, bu dillərin tarixinin elə bir
nöqtəsinə gəlib çıxacağıq ki,
oxşarlıqlar daha qalmayacaq, bütün fərqlər
silinəcək. Eyni – bütün sonrakı qohum dillər üçün
eyni bir məxəz, ümumi bir dil qalacaq. Bu məxəzin
dilçilikdə öz adı var. Onun adı Ulu dildir. Qohum
dillər qohum xalqlar, qohum mədəniyyətlər, qohum
ədəbiyyatlar, qohum psixolojilər deməkdir. Qohum
dillər tarixin dərinliyində gizlədilmiş eyni
məxəz, ilkin birgəlikdən doğub... İlkin
mərhələ dillərin müqayisəsi, sonra isə bu
müqayisənin tarixi müstəviyə
köçürülməsi və nəhayət, qədim dilin
(ulu dilin) bərpasıdır. Ulu dil (əcdad) əslində, qohum
xalqların bir-birindən hələ ayrılmadığı
bir dövrün, vahid qədim xalqın dilidir. Azacıq
əsas yaşayış məkanından uzaqlaşan kimi
qısa müddətdən sonra bu eyni dillər arasında
fərqlər yaranmağa başlayırdı.
Beləliklə, ulu dilin dialektləri yaranır, bir
qədər sonra isə bu dialektlər tam müstəqil
dillərə çevrilirdi. Əvvəlki ulu dillə
əlaqə tamamilə itmir. Bu əcdad dilin içindən
çıxan yeni dillər inkişaf edə-edə
(əslində dəyişə-dəyişə) bu
günə qədər gəlib çıxır”.
M.Yaqubqızı: “Azərbaycanda yaşayan xalqlar və etnik
qruplar arasında ortaq bir dilin – Azərbaycan dilinin olmasına baxmayaraq,
digər xalqların və etnik qrupların da dilini
öyrənmək çox vacibdir. Çünki dil -
xalqın malıdır. Hər bir xalqın dilində də onun
tarixi, adət-ənənələri bu və ya digər
şəkildə öz əksini tapır. Ona görə
də “... bir nəsil dünyadan köçüb
gedəndə gələcək nəsillərə ana dilini miras
qoyub gedir”. Çox maraqlı bir faktdır ki, Qafqaz dağlarında
yerləşən bölgələr X əsr ərəb tarixçisi
tərəfindən də çoxmillətli bir ərazi, region
kimi təqdim olunur: “Qafqazdan danışarkən, X əsrin
məşhur ərəb tarixçisi əl – Məsudi
yazırdı: “Qabh – böyük sahəli, əzəmətli
dağdır: bir çox məmləkəti və xalqı
əhatə edir. Bu dağda 72 millət yaşayır. Hər
millətin öz padşahı və bir-birindən
fərqlənən dili var... Qafqazda hər birinin öz
hökmdarı və başqalarının
anlamadığı dili olan 72 xalq yaşayır”.
Araşdırmaçı M.Yaqubqızı bildirir,
ədəbi və ya milli dil, məlum olduğu kimi, həmin dilin
aparıcı dialektləri əsasında formalaşır:
“Məsələn, Müasir Azərbaycan ədəbi dilinin,
əsas etibarilə Bakı və Şamaxı dialektləri
əsasında əmələ gəlmiş olduğu qeyd edilir.
Təbii ki, Azərbaycan dilinin müxtəlif dialektlərinə
aid bir çox sözlər də ədəbi dilə daxil edilib”.
Bu məsələ ilə bağlı A.Axundov və
N.Məmmədov yazır: “Milli dillərin formalaşmasında
yerli dialektlərdən biri (əgər bu dialektlər
arasında əsaslı fərqlər varsa) milli dil üçün
əsas olur, qalanları isə öz orijinallığını
itirir və əriyib bu dil içərisində yox olur. Bu prosesin
yavaş və ya sürətlə getməsi həmin
xalqın ictimai, iqtisadi və mədəni inkişaf
dərəcəsindən, eləcə də dialekt
fərqlərinin az və ya çoxluğundan da
asılıdır. Elə xalqlar da var ki, onlar vahid dilin
ayrı-ayrı dialektlərində danışır və bir-birini
çətin başa düşürlər. Bu
dialektlərdən biri yazı dilinin əsasını
təşkil edirsə, onda yazı dili ilə (ədəbi
dillə) danışıq dili arasında böyük fərq
olur, yaxud da bir neçə ədəbi dil yaradılır.
Bəzən də bir xalqa mənsub olan dialektlər öz
xüsusiyyətləri ilə bir-birindən az
fərqlənirlər... Deməli, dialekt və şivə
fərqlərinin çox və azlığının milli
dillərin formalaşmasında rolu böyükdür”.
M.Yaqubqızı: “Genealoji təsnifə görə
ləzgi, avar, saxur, udi, ingiloy dilləri İber-Qafqaz dil
ailəsinin Şərqi Qafqaz Nax-Dağıstan dilləri qrupuna
aid edilir. Bu region üçün spesifik
əvəzliklərin - habu, hu, hunda, mağa, maha; spesifik boğaz
samitlərinin: nI, kI, kc, c, qc, üı, h, nq, gh, ç`, g`
və s.; spesifik sözlərin mövcudluğu bizə
məlumdur. Dil faktlarının - sözlərin
intonasiyası, spesifik lüğət vahidlərinin - xinqal
(ləzgi), xinqal (saxur), xikkal (udi); nubgar (ingiloy), nübgər
(udi), nubar (ləzgi) və s.); xıdıl (nəvə), qada (oğul),
məzər - meyzar (döşlük) və s.
örnəklərə təsiri danılmazdır. Bundan başqa
doqqaz (Azərbaycan dili), doxcaz (saxur), dokcaz (ləzgi), qaravul, selest
(ərəşdi dili), ocax (pir mənasında - udi dili) və
s. nümunələrə də təsadüf olunur. Regional dil
faktları toponomik adlarda da özünü göstərir: «qats»,
«qas» avar dilində “çökək yer” deməkdir və s.
Məlumdur ki, dil kînteksti regiînal spesifikanı əks
etdirən ilkin şərtlərdəndir. Azərbaycan dili bu
dillərə güclü təsir göstərib, bu təsir
nəticəsində bir çox sözlərimiz
Azərbaycanda yaşayan digər xalqların və etnik
qrupların dilinə daxil olub. Azərbaycan dili
Şəki-Zaqatala regiînunda yaşayan avar, saxur, udi, inqilîy,
ərəşdi, xınalıq və s. xalqların, etnik
qrupların dillərinə güclü təsir edib. Bu xalqlar da
Azərbaycan dilinin təsiri nəticəsində öz
dillərinin bir çîx sözlərini Azərbaycan dilinə
gətiriblər. Belə sözlərə ən çîx dialekt
və şivələrdə rast gəlinir. Hətta bu
sözlər Azərbaycan dilinin ədəbi dil nîrmalarına
uyğunlaşdırılıb və înlara ədəbi
dildə də təsadüf îlunur. Belə sözlər bir qayda
olaraq məişət leksikasına aid olur (məsələn,
spesifik yemək adları kimi)”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 10 sentyabr.- S.13.